Reklam verin!

Əhkam

Nə üçün müsəlmanların bəzisi əlibağlı, bəzisi isə əliaçıq namaz qılırlar ?


Bismillahir-rəhmanir-rəhim. Ön sözBütün dinlərin əqidə və inancları barəsində insanlar arasında bir sıra şübhə və suallar mövcuddur. İlahi dinlərin sonuncusu sayılan İslam dini də bu məsələdən müstəsna deyildir. Belə ki, indiyədək  İslam dininin bir çox əqidə və göstərişləri haqda müəyyən suallar qarşıya çıxmış və hal-hazırda da bu kimi suallar xalq arasında, xüsusilə ölkəmizin gənc və yeniyetmə nəsli tərəfindən araşdırılmaqdadır. Şübhəsiz ki, bu kimi sual və şübhələri cavablandırmaq, ilk növbədə din alimlərinin əsas vəzifələrindən sayılır. Qarşınızda olan bu əsər məhz həmin məqsədlə qələmə alınmışdır. Qeyd etmək lazımdır ki, bu suallar Ümumdünya İslam Elmləri Akademiyasının bir qrup tələbəsi tərəfindən cavablandırılmışdır. "Nicat yolu" saytı bu əsəri əziz həmvətənlərimizə təqdim etməyi özünün dini və elmi vəzifəsi hesab edir və bununla  özünü xoşbəxt sayır. Hamınıza dərin hörmət və sayğılarla!1Nə üçün şiələr Zöhr və Əsr, Məğrib və İşa namazlarını bir yerdə (fasiləsiz) qılırlar?Bu sualın cavabını aydınlaşdırmaq üçün bir neçə məqama toxunmağı zəruri hesab edirik:1-Bütün İslam məzhəbləri hacıların Ərəfə günundə olduqları Ərəfatda Zöhr və Əsr namazlarının bir yerdə,  Zöhr vaxtı qılınmasını düzgün hesab edirlər.  Bundan əlavə, onlara görə, Qurban bayramının axşamı hacıların getdiyi Məşərul-həramda da Məğrib və İşa namazlarını fasiləsiz qılmaq məqbul sayılır.2-Hənəfiləri cıxmaq şərti ilə bütün İslam məzhəbləri səfər zamani sözügedən namazları bir yerdə, fasiləsiz qılmağı qənaətbəxş hesab edirlər. Belə ki, səfərdə olan şəxs səfər boyunca Zöhr və Əsr namazlarını, Məğrib və İşa namazlarını ardıcıl olaraq qıla bilər.3-Bəzi əhli-sünnə məzhəbləri yuxarıda qeyd olunanlardan əlavə bir cox zəruri məqamlarda, təhlükə və xəstəlik anlarında, yağış yağdıqda və yer palçıq olduqda da namazların fasiləsiz qılınmasını düzgün hesab edirlər. 4-Yuxarıda qeyd etdiklərimizdən belə bir nəticə almaq olar ki, İslamda namazların fasiləsiz qılınması məsələsində fikir ayrılığı yoxdur. Fikir ayrılığı bu məsələnin xüsusi şəraitdə və ya daimi olmasındadır. Şiələr Əhli-beyt imamlarına əsaslanaraq, həmişə və bütün hallarda namazları üç vaxtda qılmağı məqbul hesab edirlər. Amma, sünnilərdə belə deyil. Onların arasında namazların hansı yerdə  ardıcıl qılınmasının düzgünlüyündə fikir ayrılığı nəzərə çarpır.5-Şiələr namazların bir yerdə qılınmasını vacib yox, sadəcə məqbul və icazəli bilirlər, yəni bu namazlar həm bir-birinin ardınca və həm də ayrı-ayrı, öz xüsusi vaxtlarinda qılına bilər.6-Şiələrin bu əqidəsini əhli-cünnət rəvayətləri ilə də isbat etmək olar. Bir çox rəvayətlərdə nəql olunmuşdur ki, peyğəmbər (s) səfərdə olmadan və yağış yağmaya- yağmaya Zöhr və Əsr namazlarını (8 rəkət) bir yerdə qılmışdır. Həmçinin, o, Məğrib və İşa namazlarını (7 rəkət) da fasiləsiz yerinə yetirmişdir. Bir neçə nümunəyə diqqət yetirin:7-Səhih-Müslimdə müsafir olmadan iki namazın cəm olunması babında oxuyuruq: İbn Abbas dedi: "Allahın rəsulu heç bir qorxu olmadan və müsafir olmaya-olmaya Zöhr və Əsr, Məğrib və İşa namazlarını bir yerde qıldı".  Bunu İmam Malik "Müvəttə" kitabında və İmam Əhməd ibn Hənbəl öz kitabının 2-ci cildinin 227-ci səhifəsində qeyd etmişdir. 8-Səhih-Buxaridə  Məğrib namazının vaxtı babında İbni Abbasdan belə nəql olunur: "Peyğəmbər (s) 7 rəkəti (Şam və İşa) və 8 rəkəti (Zöhr və Əsr) bir yerdə qıldı".9- Səhih-Buxaridə Əsrin vaxti babında oxuyuruq: Əba Əmamə dedi: "Mən Ömər ibn Əbdül-Əzizlə Zöhr namazını qıldım, sonra Ənəs ibn Malikin yanına getdik. Gördük ki, namaz qılır. Mən ona dedim: "Hansı namazı qılırdın?" Dedi: "Əsr namazını. Allahın rəsulu da belə qılırdı".10-Bu namazların birgə qılınmasına icazə verilməsinin səbəbi, bəlkə də dini ayinlərin camaata asanlığı və mehriban Allahın insanları çətinliyə və məşəqqətə salmaq istəməməsi olmuşdur. Allah Quranda buyurur:  «Və ma cəələ ələykum fiddini min hərəc» - Allah dində sizin üçün cətinlik və məşəqqət istəməmişdir. 11-İbni Abbas da bu məsələnin səbəbini, camaatın cətinlik və məşəqqətə düşməməsi kimi izah etmişdir.Səhih-Müslim səfərdə olmaya-olmaya namazları cəm qılmaq babında yazır: İbni Abbas dedi: "Peyğəmbər (s) Mədinədə, qorxu və yağış olmayan halda Zöhrlə Əsr namazlarını, Məğriblə  İşa  namazlarını birlikdə qıldı". Ravi (Rəvayət edən) soruşdu: "Niyə belə etdi?" Cavab   verdi: "Ümmətinin əziyyətə düşməməsi üçün".12- Biz bu gün müşahidə edirik ki, gündə beş vaxtda namaz qılmaq camaatın çoxu üçün çətindir. Zavodlarda, fabriklərdə, ümumi iş yerlərində işləyən insanların çoxunun vəziyyəti belədir. Həmçinin, çoxlu muraciət olunan şəxslər, o cümlədən müəllimlər, bəzi satıcılar, səhiyyə və tibb mərkəzlərində çalışanlar bu qəbildəndir. Hətta tələbələr, şagirdlər, hərbçilər də bu vəziyyətdədirlər. Bəzi ölkələrdə əhli-sünnə cavanların namazı tərk etmələrinin səbəbi, bəlkə də bu çətinlikdir. Əgər namazın üç vaxtda qılınmasının yetərli olduğunu bilsələr, namaz qılanların sayı daha artıq olar.Xülasə: Peyğəmbər (s) namazlarını bəzən bir yerdə və bəzən də ayrı-ayrı qılmışdır. Buna görə də şiələr, hər iki formada qılınan namazları düzgün sayırlar. 2Dəstəmazda ayaqları yumaq Nəyə görə sünnilər dəstəmaz alarkən ayaqlarını yuyur, şiələr isə məsh cəkirlər?Bu suala cavab verməzdən əvvəl bir neçə məsələyə diqqət yetirmək lazımdır:1-     Sünni və şiə olmasından asılı olmayaraq bütün müsəlmanlar Allahın kitabına (Qurana) və Peyğəmbərin sünnəsinə əməl etməyə çalışırlar. Buna görə də müsəlmanlar arasında mövcud olan ixtilaf və fikir ayrılıqları, hər hansı bir məsəsləni müxtəlif cür başa düşmələrindən irəli gəlir.2-     Hal-hazırda bütün sünnilər dəstəmazda ayağı yumağı vacib bilirlər, amma, Fəxri Razi bu ayənin (فاغسلو وجوهكم)  təfsirində deyir: " Dəstəmazda ayağı yumaq, yoxsa məsh etmək haqqında dörd nəzər söylənilib:a)Ayağı yumaq lazımdır. b)Məsh etmək lazımdır. c)Ya məsh etmək və yaxud yumaq lazımdır. d)Həm məsh etmək və həm də yumaq lazımdır.3-     Sünni rəvayətləri arasında əksər rəvayətlər yumağa dəlalət etsə də, bəzi rəvayətlər məsh çəkməyi lazım bilirlər. Təbəri öz təfsir kitabında bu barədə 10 hədis nəql edir. Bu hədislərin birində İbni Abbas deyir: الوضو غسلتان و مسحتان «Dəstəmaz iki yumaq (üz və əllər) və iki məshdən (baş və ayaqlar) ibarətdir». Həmçinin, Ənəs, Əkrəmə, Şəbi, Amir və Qutadə deyirlər: «Dəstəmazda ayaqları yumaq yox, məsh cəkmək lazımdır».  Sünni və şiələr dəstəmaz barəsində aşağıdakı ayəyə istinad edirlər:       «Ey möminlər! Namaz qılmaq istədikdə üzlərinizi və əllərinizin dirsəyə qədər olan hissəsini yuyun, başınıza və ayaqlarınızın çıxıntıya qədər olan hissəsinə məsh çəkin!»1. Təfsiri-Təbəri  6/82 Əhli-sünnə alimlərinin fikrincə, «ارجلكم»  sözü «وجوهكم» sözünə atf olunmuşdur və «وجوه» - yəni üzlər yuyulmalı olduğu kimi «ارجل» - yəni ayaqlar da yuyulmalıdır. Lakin, şiələrin fikrincə, «ارجلكم» (ayaqlarınıza) sözü  «روسكم» (başlarınıza) sözünə atf olunur və «روس» (başlar) məsh olunduğu kimi «ارجل» (ayaqlar) da məsh olunmalıdır. Onlar deyirlər ki, «ارجلكم» sözü «روسكم» sözünün yanındadır və ərəb qrammatikasına əsasən, o, ən yaxın sözə - «روسكم»  sözünə atf olunmalıdır. Buna görə də ayaqlara məsh çəkilməlidir. Burada cavab verilməsi lazım olan bir sual meydana çıxır: Əgər «ارجلكم» (ərculəkum) sözü «روسكم» (ruusikum) sözünə atf olunmuşsa, bəs nəyə görə məcrur, yəni, "ərculikum" deyildir? Bu sualın cavabı ərəb qrammatikasıyla tanış olanlara məlumdur. Ərəb qrammatikasında iki növ atf vardır: Zahirə atf və məhəllə atf. Məlum olduğu kimi, «بروسكم» (biruusikum) sözü "وامسحوا" (vəmsəhu) felinin məfuludur (tamamlığıdır) və əvvəlində gələn "bi" şəkilçisi isə zaiddir. Həmçinin, bütün məfullar mənsub olmalıdır. Əgər, «بروسكم» (biruusikum) sözü əvvəlinə "bi" şəkilçisi gəldiyi üçün zahirdə məcrurdursa, deməli, məhəllən mənsubdur. «ارجلكم» (ərculəkum) sözü də onun məhəllinə atf olaraq, onun kimi mənsub olmuşdur. Bundan əlavə, məşhur yeddi qari (Quran oxuyan) «ارجلكم» (ərculəkum) sözünün həm məcrur və həm də mənsub oxunmasını düzgün hesab etmişlər. Yəni həm "ərculikum" və həm də "ərculəkum" kimi oxunması düzgündür. Elə buna görə Davud İsfahani kimi bəzi sünni fəqihləri həm yumağı və həm də məsh çəkməyi düzgün hesab edirlər. 3 Nə üçün müsəlmanların bəzisi əlibağlı, bəzisi isə əliaçıq namaz qılırlar ?Nə üçün şiələr namazda əllərini  yanlarına salır, əhli-sünnə isə bir-birinin üzərinə qoyurlar?  Cavab: Bir neçə məqamı qeyd etməklə sizin sualınızın cavabı aydınlaşacaq:1-Namaz qılarkən əllərin  açıq olması bütün şiə və sünni məzhəblərinin nəzərinə əsasən  düzgündür. Heç bir müsəlman alimi namazın əliaçıq qılınmasını batil saymamışdır. Lakin, əlibağlı şəkildə namazın düzgün olub-olmaması haqda İslam alimləri arasında fikir ayrılığı vardır.2-Şiə və Maliki (4 əhli-sünnə məzhəbin biri) məzhəbləri namazlarını əliaçıq  şəkildə, digər üç məzhəb isə əlibağlı qılırlar. Lakin, bu üç məzhəb də əlibağlı qılmağı vacib bilmir və əliaçıq qılmağı düzgün hesab edirlər. Hətta onların ən böyük alimləri də bunun əksinə fətva verməyiblər.3-Əlibağlı şəkildə namaz qılmaq məsələsində bu məzhəblər arasında ixtilaflar vardır. Hənəfilər əllərini göbəkdən aşağı, şafeilərsə göbəkdən yuxarı qoyurlar. 4-Əlibağlı şəkildə namaz qılmaq barəsində müxtəlif dəlillər göstərilir:a)Peyğəmbərdən (s) nəql olunmuş bir neçə hədisdə deyilir:"Namazda sağ əli sol əlin üzərnə qoymaq sünnədir (yaxşı əməldir)".b)Hənəfi fiqhində olan الدرالمختار  kitabı, əllər açıq olduqda barmaqların ucuna qan toplaşdığını dəlil gətirir.c)Bəziləri namazda əllərin  bağlı olmasını bir növ ədəb və təzim hesab edirlər.Şiələr birinci dəlildə qeyd olunan rəvayətlərin sənədlərini zəif bilib, onların Peyğəmbər (s) tərəfindən deyilmədiyini bildirirlər. Əhli-beytdən nəql olunan rəvayətlərə əsasən, namazda əlibağlı olmaq düzgün deyildir. Əhli-beyt (ə) imamları cədləri Peyğəmbərin necə namaz qıldığını başqalarından daha yaxşı bilirlər və onların bu barədə səhvə yol vermələri əsla ehtimal olunmur.  .kitabına muraciət edə bilərsiniz)İkinci dəlil barəsində belə deyirlər:Bizim əllərimiz gecə-gündüz açıq olur. Necə olur ki, bütün bu vaxt ərzində barmaqlarımızın ucuna qan toplaşmır, amma, bir neçə dəqiqəlik namazda toplaşır?Üçüncü dəlilin cavabında isə deyirlər:Hər bir yerin özünəməxsus ədəb və hörmət qaydaları vardır. Buna misal olaraq, hərbçilər arasındakı hörmət qaydasından  danışmaq olar. Əsgərlər özlərindən yuxarı rütbəli zabitlərin yanından keçərkən sağ əllərini gicgahlarına yaxınlaşdırırlar. Görəsən, düzgündürmü ki, onlar namaz qılarkən Allaha da bu qaydada hörmət göstərsinlər?   4Allahdan qeyrisinə and içmək İslam dininə gorə Allahdan başqasına and içmək olarmı?İslam firqələrinin bütün müctəhidləri bu fikirdədirlər:1-And, Allaha məxsus olmayan adlara  olsa, vəzifə (mükəlləfiyyət) gətirməz, yəni o anda əməl etmək vacib deyil və onu tərk etməklə insanın boynuna kəffarə gəlməz. Bu növ andların qəzavət və məhkəmə məsələlərində də heç bir təsiri yoxdur.2-Başqa dinlərin müqəddəs və qeyri-müqəddəslərinə and içmək günah və haramdır. Müşriklərin ibadətgahlarına, bütlərə, zalım və müşrik şəxsiyyətlərə and içmək dediyimizə numunə ola bilər.3-Şiə alimlərinə görə, Kəbə, peyğəmbər və s. kimi Allahdan qeyrilərinə and içmək heç bir vəzifə (mükəlləfiyyət) və hökm artırmadığı kimi, haram da deyildir.  Bu məsələ barəsində İslam alimləri arasında fikir ayrılığı vardır.  Quran ayələri, Peyğəmbər (s) və imamların sünnəsi, şiələrin bu barədəki nəzərlərini təsdiqləyir.   Həmçinin, şiə və sünnilərin mötəbər hədis mənbələrində peyğəmbərimizin Allahdan qeyrisinə and içmək məsələsi dəfələrlə qeyd olunmuşdur. Əhməd ibn Hənbəl peyğəmbərdən nəql edir:      «Canıma and olsun! Əmr be məruf və nəhy əz munkər sakit durmaqdan daha yaxşıdır».Allahdan qeyrisinə and içmək Əhli-beyt (ə) hədislərində də rəvayət olunmuşdur.5 Sünni məzhəblərində Əhli-beyt məhəbbəti  Nə üçün əhli-sünnə1 Peyğəmbərin əhli-beytini qəbul etmirlər, halbuki, Peyğəmbər onları əmanət olaraq tapşırmışdır? Həqiqət budur ki, bu təsəvvür düzgün deyildir. Çünki, əhli-sünnənin Peyğəmbərin əhli-beyti barəsində fikri müsbətdir, yəni onların elm, təqva2 və kramətlərini3 qəbul edirlər. Onlar öz kitablarında Əhli-beytin fəzilətləri4 barədə coxlu rəvayət və hədis nəql etmişlər. Həmçinin, onlar öz hədis kitablarının çoxunda bunun üçün xüsusi fəsil ayırmış və bəziləri isə Əhli-beyt fəzilətlərinə aid olan müstəqil kitablar yazmışlar. Hənəfi Qənduzinin Yənabiul məvəddə( Məhəbbət çeşmələri) və İmam Nəsayinin (Sihahi sittənin müəlliflərindən biri) «Xəsayisul-İmam Əli» (İmam Əlinin xüsusiyyətləri) kitabları məhz bu qəbildəndir. Bunu da qeyd etmək lazımdır ki, onlar peyğəmbərin əhli-beytinin məhəbbətini imanin şərtlərindən biri sayırlar. Nümunə üçün belə rəvayətlərin bir neçəsinə nəzər salaq:1-Əhli-sünnənin böyük Quran təfsirçilərindən biri olan Zəməxşəri belə deyir: Məvəddət7 ayəsi 8 9 nazil olandan sonra Peyğəmbərdən soruşdular: "Kimin məhəbbət və dostluğu bizə vacibdir?" Peyğəmbər buyurdu ki, Əli, Fatimə və onların övladlarının məhəbbəti.2-Həmin təfsirçi (Zəməxşəri) Məvəddət ayəsinin təfsirində bir neçə rəvayət gətirmişdir. Bu rəvayətlərərdə Peyğəmbər camaatı əhli-beytin məhəbbətinə dəvət edir. Burada onların birini qeyd edirik:Peyğəmbər (s) buyurmuşdur: «Məhəmmədin əhli-beytinin məhəbbəti ilə ölən şəxs, şəhid və bağışlanmış halda ölmüşdür». Təfsirül-kəşşaf, c. 3, səh. 467.3-Səhih-Müslimdə Məhəmməd peyğəmbərdən belə bir hədis nəql olunmuşdur: «Mən sizin aranızda iki ağır və mühüm əmanət qoyub gedirəm; onların biri Allahın kitabıdır. Hidayət işığı Qurandadır. Heç vaxt ondan ayrılmayın və ona dəqiq əməl edin. İkincisi isə mənim əhli-beytimdir. Sizi əhli-beytim ilə Allahın istədiyi kimi davranmağa çağırıram və bu barədə Allahı yad etmənizi tapşırıram».10-Səhih-Müslim Əli ibn Əbi Talibin fəzilətləri fəsli \Beyrut çapı\cild 15-16-  Bunlardan əlavə  Əhli-beytin fəzilət və yaxşı sifətləri barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Bizcə, onları burada qeyd etməyə o qədər də ehtiyac yoxdur. Bir neçə məqamı diqqətinizə çatdırırıq:1-Tarixdə bəyan olunmuşdur ki, Xəvaric11 və Nasibilər12 Həzrət Əlinin (ə) düşmənləri olublar və bəzən bəzi şəxsləri və digər qurupları da öz təsirləri altına salmışlar. Onlarda həzrət Əli və onun övladlarının fəzilətlərini inkaretmə ruhiyyəsini yarada bilmişlər, amma bu, o demək deyildir ki, bunlar Əhli-sünnəni bütövluklə öz təsirləri altına salıblar. Əksinə, bu barədə əhli-sünnəin baxışları ümumiyyətlə fərqlidir.2-Əhli-sünnədən bəziləri Peyğəmbərin həyat yoldaşlarını da Əhli-beytdən hesab edir, bəziləri isə bu barədə şiənin əqidəsindədirlər. Onlara görə, ayə və rəvayətlərdə qeyd olunan Əhli-beyt onlara şamil deyildir. Çünki, həyat yoldaşı təlaq vasitəsi ilə ərindən ayrıla bilər, lakin qan qohumlarının 13 və övladların biri-birindən ayrılması mümkün deyildir. Bu barədə Hədisi-Kəsaya da14 istinad edilmişdir. 3-Əhli-sünnə Əhli-beytin imamlarını məsum15 bilmirlər, lakin şiə məzhəbinin əqidəsinə görə onlar məsumdurlar və heç bir günah və xəta etməzlər.4-Onların əqidəsinə görə Əhli-beytin imamları Allah tərəfindən Peyğəmbərin xəlifələri təyin olunmayıblar. Haşıyələr1-     Əhli-sünnə, sünnə əhli və sünnilər bir mənalı sözlərdir. Sünnə Məhəmməd peyğəmbərin (s) rəftar və əməllərinə deyilir. Sünni; yəni peyğəmbərin əməllərinə və rəftarlarına itaət edən şəxs. Bu qrup -sünnilər- iddia edirlər ki, biz peyğəmbərin rəftarlarına itaət edən və onun əməllərinin davamçılarıyıq.2-     Təqva müsəlmanın imanının üstün dərəcələrindən birinin adıdır. İnsan təqvanın vasitəsilə günahlardan çəkinə bilər.3-     Kəramət Allah tərəfindən peyğəmbərlərə, imamlara və bəzi Allaha yaxın olan imanlı və təqvalı şəxslərə bəxş edilmiş xüsusiyyətdir. Bununla adı çəkilən qruplar, adi insanların qadir olmadıqları qeyri-adi işlər görə bilirlər.4-     Fəzilət insanlarda mövcud olan üstün, xeyirli və müsbət xususiyyətlərə deyilir.5-     "Peyğəmbərin əhli-beyti" dedikdə, həzrət Əli, həzrət Fatimə və onların 11 övladları nəzərdə tutulur.6-     Sihahi-sittə, altı sünni aliminin altı ədəd hədis kitabına deyilir. Onların hər biri səhih adlanır:  Səhih-Buxari,  Səhih-Müslim, Sünəni-Tirmizi, Sünəni-İbn Davud, Sünəni-İbn Macə və Sünəni-Nəsai. Sünni alimlərinin əqidələrinə görə, bu altı kitabda mövcud olan rəvayət və hədislərin hamısı səhihdir, yəni həqiqətən peyğəmbərdən rəvayət edilmişdir. Onlar  bu altı səhih  kitabın arasında Səhih-Buxari və Səhih-Müslimə üstünlük verir və bu iki kitabın rəvayətlərinin səhih olmasında heç bir şəkkin olmamasını iddia edirlər. Məhz buna görə də bu iki kitaba «səhih» sözünü əlavə edirlər.7-     Məvəddət, məhəbbət və dostluq deməkdir.8-     Ayə Qurani-Kərimin hər bir surəsinin bir cümləsinə deyilir. Qurani-Kərimdə 114 surə və 6 ?? ayə   vardır.9-     Məvəddət  ayəsi Quranın Şura surəsinin 23-cü ayəsidir. Bu ayədə müsəlmanlara Peyğəmbərin əhli-beytinə məhəbbət bəsləmək və onları sevmək əmr olunmuşdur.10- Bu hədisin adı «Səqəleyn»dir (Səqəleyn hədisi). Səqəleyn burada «iki ağır, qiymətli və mühüm əmanət» mənasındadır.11- Xəvaric hicrətin 36-cı ilində həzrət Əlinin Müaviyə ilə müharibəsində (Süffeyn müharibəsi) həzrətin qoşunundan xaric olub, onun əleyhinə çıxanlara deyilir. Sonralar bu qrupa tabeçilik edənlər də olmuşdur.12- Nasibilər həzrət Əlinin barəsində pis fikirdə olan və habelə onu və onun övladlarını özlərinə düşmən bilən bir qrupdur. Onlar indi də mövcuddurlar.13- Nəsəb qohumları o qohumlara deyilir ki, nəsil vasitəsi ilə qohum olsunlar. Bunun qarşısında səbəb qohumları da vardır. Onlar müəyyən səbəblərə görə bir-birləri ilə qohum olurlar. Bu səbəblərdən biri ailə qurmaqdır. 14- Allah Kəsa hədisində  həzrət Əli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyni Peyğəmbərin əhli-beyti adlandıraraq, bu sözü onlara aid etmiş və onları bütün çirkinliklərdən uzaqlaşdırmışdır.15- Məsumluq, imanın ən yüksək dərəcəsinə malik olmaqdır. Bu məqama yüksələn şəxslər heç vaxt günah etməzlər. Şiə məzhəbinin əqidəsinə görə, Məhəmməd peyğəmbər, həzrət Fatimə, on iki imam və həmçinin bütün peyğəmbərlər məsumdurlar.6İslam peyğəmbərinin (s) həyat yoldaşlarıSual: Nə üçün İslam peyğəmbəri həzrət  Məhəmməd (s) müxtəlif qadınlarla ailə həyatı qurmuşdur?Cavab: İslam peyğəmbərinin (s) ilk həyat yoldaşı həzrət Xədicə (r.ə) olmuşdur.O həzrət (s) 25 yaşında ikən (peyğəmbərlikdən on beş il öncə) qırx yaşli Xədicə ilə ailə həyatı qurmuşdur.Həzrət Xədicə (r.ə) İslam peyğəmbərinə (s) iman gətirmiş ilk qadın olmuş və İbrahimdən başqa onun bütün övladlarını dünyaya gətirmişdir.Bu böyük qadın be`sətin onuncu ilində 65 yaşında vəfat etmişdir.Xədicənin (r ə) vəfatından sonra həzrət Məhəmməd (s) müxtəlif məsləhətlərə görə bir sıra qadınlarla ailə həyatı qurmuşdur. O həzrət (s) vəfat edərkən aşağıda adları sadalanan qadınlar onun həyat yoldaşları olmuşlar.1-Ayişə Əbu Bəkr qızı.     2-Həfsə Ömər ibn Xəttab qızı.3-Ümmü Sələmə Əbu Üməyyə qızı.4-Zeynəb Cəhş qızı.5-Məymunə Haris qızı.6-Ummu Həbibə Əbu Süfyan qızı.7-Səfiyyə Həyy ibn Əxtəb qızı.8-Cüvəyriyyə Haris qızı.9-Səvdə Zəm`ə qızı.İslam peyğəmbərinin (s) müxtəlif qadınlarla ailə həyatı qurmasının fəlsəfəsiŞübhəsiz, həzrət Məhəmmədin (s) müxtəlif qadınlarla evlənməsi, o zamanda hakim olmuş bir sıra adət-ənənələr və problemlərlə sıx əlaqədar olmuşdur. Burada ixtisara riayət etməklə onları diqqətinizə çatdırırıq:1-Ərəbistan yarımadasının çoxu o vaxtlar yoxsulluq içərisində yaşayır və hətta bir çoxları yoxsulluq üzündən öz körpə qız uşaqlarını diri- diri torpaq altında basdırırdılar.Müqəddəs quran bu barədə buyurur:"Öz övladlarınızı yoxsulluq qorxusundan öldurməyin. Biz onlara və sizə ruzi veririk"(İsra surəsi 31).2-O zamanlar qadın fəal iş kadrı olmadığı və cahil ərəb adətləri əsasında baş verən müharibələrdə cox asanlıqla əsir düşdükləri üçün dəyərsiz hesab olunur və hətta evin böyük oğlu atası vəfat etdikdən sonra atasının həyat yoldaşlarını onun digər var-dövləti kimi irs aparırdı. Belə bir dövrdə qız sahibi olduğunu bilən hər hansı bir kişi əsəbiləşir və pis vəziyyətə düşürdü.Allah-təala müqəddəs Quranda buyurur:"Onlardan birinə qız müjdəsi verildikdə üzü qaralır, ona verilmiş pis xəbərə görə qəzəblənərək öz qəbiləsindən qaçır. O (qız övladını) ar və zillətlə qəbul etməsini və ya onu torpaq altında gizlətməsini bilmirdi. Necə də pis hökm edirlər" (Nəhl surəsi 58-59).3-İslam peyğəmbəri həzrət Məhəmməd (s) Mədinə şəhərinə hicrət etdikdən sonra kafirlər müsəlmanlar əleyhinə müharibələrə başlamış və bu muharibələr nəticəsində bir çoxları şəhid olmuş, onların həyat yoldaşları və qızları kimsəsiz qalmışdılar. Digər tərəfdən dini qeyrət, bu kimi qadınların yoxsul vəziyyətdə yaşayıb, öz qadınlıq məqamlarını əldən verməsinə heç cür icazə vermirdi.Belə bir vəziyyətdə kimsəsiz qız və qadınlar o gün yeni dirçəlmiş İslam höküməti üçün ciddi bir təhlükə sayılırdı. Elə buna görə də  əziz İslam peyğəmbəri (s) öz səhabələrinə bu kimi qadınlarla ailə həyatı qurub, onlara arxa olmağı tövsiyə edirdi.İslam peyğəmbəri həzrət Məhəmməd (s) şəxsən bu kimi qadınlardan bir neçəsi ilə ailə həyatı qurmuş və onları öz himayəsinə götürmüşdür.

Baxış sayı: 126
Açar sözlər: dəstəmaz 
Bookmark and Share


1
ləman yazıb:

qurban bayramında əməl olunmalı qaydalar haqda məlumat versməyinizi xahiş edirəm. çox sağ olun!

Dekabr 18, 2007 15:30

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


zahra2007

Bu blog islam dininə aid olan məlumatlar və islam maarifini əziz xalqımıza çatdırmaq üçün açılmışdır. Hədəfimiz dinimizə, dilimizə, kimliyimizə və vətənimizə xidmətdir.
Mirməhəmməd Bəşirov
سید محمد بشیراف
Bashir-s@box.az
Baqirtahir@yahoo.com

Axtarış

Sorğu

Blog haqqında fikriniz?





Açar sözlər

hədis  imam  ramazan 

Sayqaç

İndi blogda: 5
Keçən ayın hiti: 6991
Dünənki hit: 159
Bugünki hit: 232
Ümumi hit: 39191

AddThis Feed Button
Add to Technorati Favorites