Reklam verin!

Nəsihət

Həzrət Ayətullah Meşkininin dini təhsil alan tələbələrə nəsihəti:


Həzrət Ayətullah Meşkininin dini təhsil alan tələbələrə nəsihəti:İslamın əziz şagirdləri! Hörmətli tələbələr!Çalışın ki, əgər İmam Zaman (ə) sizi qiymətləndirmək istəsə, yazsın:“Din və dünyasında sədaqətli və etibarlı!” Öz nəfsani istəklərinizə görə İslamın adına ləkə vurmayın, əgər nəfsani istəklərə görə özünüzə zərər vursanızda, çalışın İslama zədə vurmayın. Allahla olun və Allaha tərəf hərəkət edin. Sizi and verirəm Allaha, bəzən tənha oturun ( və əməlləriniz haqqında  fikirləşin).Əli (ə) buyurur:“Bəzən təklikdə (camaatın arasından) bayıra çıx və kimsə səninlə olmasın, get onların yanına ki, yatıblar və əbədi olaraq yatıblar,  onların qarşısında dayan və de: “Əssəlamu ələykum ya ahl-əd- diyar!” Ölməyi yada salmaq ibadətdir və bütün insanlara vacibdir ki, ölümü yada salsınlar”.Onların (qəbir əhlinin) qarşısında dayanıb, onlarla söhbət edin, hərdənbir özünüz barədə fikirləşin.Biz bir neçə  şeyi diqqətlə mütaliə edib, nəzərdən keçirməliyik:Birincisi Allah-Taalanın yaratdıqları haqqında (kainat və yaradılış haqqında düşünmək);Ikincisi “nəfs”imiz haqqında(yəni insanın özünün yaradılışı, kimliyi və əməlləri haqqında düşünməsi);Bu barədə düşünmək (nəfs) daha vacibdir və bizim vəzifəmizdir ki, bu barədə (nəfs) diqqətlə düşünək.Hörmətli tələbələr! Nəfsinizlə vuruşun və ona qələbə edin ki, düşmənlərlə də vuruşmağı bacarasınız.Vallah ki, bu (nəfslə mübarizə) böyük və o (din düşmənləri ilə mübarizə) kiçik cihaddır və nə qədər ki, böyük cihat etməyibsiniz, kiçik cihad etməyə qüdrətiniz çatmayacaqdır.Imam Zamanın (ə) bizdən intizarı vardır ki, bir az öz nəfsani istəklərimizin əleyhinə olub, onunla müxalifət edək. Gəlin özümüzü nəfsimizin və şeytanın əsarətindən qurtaraq. İmam Zamanın (ə) şagirdləri! Məbada ki, gün ərzində hətta zarafatla da bir dəfə yalan danışasınız! O zaman istədiyiniz adam olmayacaqsınız və o mənəvi məqama ki, çatmaq istəyirsiniz, çatmayacaqsınız! Özünüzü (nəfsin və şeytanın toruna düşməkdən) qoruyun və ruhunuzu inkişaf etdirin. O yerlərə gedin ki, ancaq kamil insanlar oraya gedirlər.Özünüzə baxın və özünüz haqqında və əməlləriniz barədə diqqətlə düşünün və nəfsinizi paklaşdırmağı bacarın və nəfsin zindanından nicat tapın.[1] Təzə gələn qardaşlar və tələbələr! O kəslərin yanına gedin ki, sizi dirilitməyi (mənəvi həyata qaytarmağı) bacararlar! Fürsəti əldən verməyin, vaxtınızdan səmərəli istifadə edin və Allahla öz aranızda (mənəvi həyat və ruhunuzun  mənəvi qidası üçün) vaxt ayırın və həmən vaxtlarda nəfsiniz haqqında düşünün. Əlaqə və rabitələrinizi əhl-beytlə (ə) gücləndirin ki, nəfsiniz və şeytanla mübarizədə güclü olasınız. İmam Zamanı (ə) heç vaxt unutmayın və onun mübarək adı həmişə dilinizdə olsun və hər məclisdə onun adı çəkilsin ki, hüzuru bütün zaman və məkanlarda anılsın.Bacarsanız sübh namazından sonra İmam Zamana (ə) məxsus dua ki, “ƏHD” dusı deyirlər, oxuyun və İmamla (ə) əhd və peyman bağlayın ki, işlərinizdə müvəffəqiyyətə səbəb olacaqdır. Mütərcim: Mirməhəmməd Bəşirov.



[1] -  (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.قد افلح من زکیها /اعلی:14

Baxış sayı: 73
Açar sözlər: meşkini 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


zahra2007

Bu blog islam dininə aid olan məlumatlar və islam maarifini əziz xalqımıza çatdırmaq üçün açılmışdır. Hədəfimiz dinimizə, dilimizə, kimliyimizə və vətənimizə xidmətdir.
Mirməhəmməd Bəşirov
سید محمد بشیراف
Bashir-s@box.az
Baqirtahir@yahoo.com

Axtarış

Sorğu

Blog haqqında fikriniz?





Açar sözlər

hədis  imam  ramazan 

Sayqaç

İndi blogda: 14
Keçən ayın hiti: 6991
Dünənki hit: 159
Bugünki hit: 250
Ümumi hit: 39209

AddThis Feed Button
Add to Technorati Favorites