Sual: Mənim on dörd yaşlı bir şagirdim var. Orta məktəbin səkkizinci sinifində oxuyur. O, sinifin əlaçı şagirdlərindən biridir. Atası onu iki arvadı olan qırx beş yaşlı bir kişiyə ərə vermək istəyir. Qızın isə atasına etiraz etməyə cürəti çatmır. İslam baxımından atanın belə bir haqqı varmı?
Cavab: İslam dini baxımından valideyinlər öz qızlarına mömin, dindar və münasib həyat yoldaşı seçməkdə kömək etməlidirlər. Oğlan kimi qız da gələcək həyat yoldaşını və həyatının şərikini özü seçməlidir. Buna görə də hər hansı bir valideyin qızının istəyi və meyli olmadan onu kiməsə ərə getməyə məcbur edə bilməz.
İslam peyğəmbərinin (s) hədislərindən belə nəticə alınır ki, nigah məsələsində qızların da razılığını əldə etmək lazımdır.
Bu haqda Əhli-beyt və Əhli-sünnə məzhəblərinin kitablarında çoxlu rəvayətlər mövcuddur. Burada onların bəzisinə toxunmaq istəyirik:
1-Əbu Hureyrə deyir ki, Allahın Peyğəmbəri (s) buyurdu:
«Qızdan icazə almamış onu ərə verməyin". Dedilər: "Qızın icəzəsi nə ilə bilinir?" Buyurdu: "Susmağıyla".
Təbii ki, susmaq yalnız həya və xəcalətdən olsa, razılıq əlamətidir. Lakin narazılıqdan irəli gələrsə, belə deyildir.
İmam Əli ibn Əbi-Talib (ə) həzrət Fatimə (ə) üçün elçilik məqsədilə əziz Peyğəmbərimzin (s) huzuruna gəldikdə, Peyğəmbər buyurdu: "Azacıq səbr et, bu məsələni qızıma deyim". Peyğəmbər əziz qızına bunu söyləyəndə, Fatimə susdu. Bu zaman Peyğəmbər ayağa qalxdı və təkbir deyərək buyurdu: «Fatimənin susması, onun razılığıdır». Bundan sonra nikahın ilk işləri yerinə yetirildi.
2-Bir qız Peyğəmbərin (s) huzuruna gəlib, ərz etdi: "Atam fikrimi nəzərə almadan mənim kəbinimi qardaşı oğluna kəsib". Peyğəmbər haqqı qıza verdi. Qız dedi: "Mən atamın bu işiylə razıyam. Mən əmim oğlunu sevir və onu ərliyə qəbul edirəm. Ancaq bilə-bilə sizdən soruşdum ki, bütün qadınlar bilsinlər".
3-Bir qız Peyğəmbərin (s) huzuruna gəlib dedi: Atam məni sevmədiyim birisi ilə evləndirib. Allahın peyğəmbəri (s) qızı haqlı saydı və birinci evlənməni rədd edib, o qızı Əbu Lübabə ibn Əbdül-Münzir ilə evləndirdi.
Qızlara xatırladırıq:
Pisixoloji baxımdan qızlar tez tə`sir altına düşürlər. Lakin, ata adətən, müəyyən təcrübələrə malik olduğundan daha düzgün qərar çıxara bilər. Buna görə də qız uşaqlarının kəbinini kəsəndə, fiqh alimlərinin rəyinə görə, qızın razılığı lazım olduğu kimi, ehtiyata əsasən atanın icazəsi də şərtdir.
Beləliklə, imkan olan yerdə qız, izdivacın mühüm məsələlərində ata və başqa böyuklərin məsləhətlərinə qulaq asmalıdır. Çünki, onlar onun səadət və xoşbəxtliyini istəyirlər. Amma, əgər bəzi hallarda qız, atasının məsləhət bildiyi şəxslə evlənməyi münasib bilməsə, çox hörmətlə razı olmadığını atasına deməlidir. Əgər atasından utansa, öz fikrini anası, bacısı və yaxud başqa qohum qadınlarla həll edə bilər.
Atalara müraciət!
İzdivac övladların həyatında çox əhəmiyyətli bir məsələdir. Buna görə də bu məsələdə uşaqlarınıza yol göstərin və həyat təcürbələrinizi onların ixtiyarında qoyun. Digər tərəfdən də unutmayın ki, onların da həyat yoldaşları və gələcək övladlarının atası barəsində qərara gəlməyə haqları vardır. Belə hallarda onların şəxsi fikir söyləmələrini ədəbsizlik, ya da həyasızlıq hesab edə bilmərik.


