NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
QURAN HAQDA MƏNFİ RƏY VERƏN “EKSPERT” KİMDİR?
Dövlət Komitəsi bu gün məsələyə aydınlıq gətirəcək
“Səidin dəstəsi” adlandırılan qrupun işi üzrə məhkəmə dinləmələri başa çatıb. Bu barədə vəkil Elçin Qənbərov mətbuata açıqlama verib. Vəkil ötən dövrdə ortaya çıxmış bəzi qərəzli məqamları da diqqətə çatdırıb E.Qənbərovun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertləri Ceyhun Məmmədov və Əliheydər Zülfüqarov ekspert kimi rəy verərkən ölkənin dini kitab mağazalarında satılan bir çox dini ədəbiyyatlara, o cümlədən Qurani-Kərimə(?!) “ekstremist kitab” kimi rəy verilib.
Qeyd etmək lazımdır ki, komitənin dini ədəbiyyatlara rəy bildirməsi zamanı dindarları narazı salan məqamların olduğu haqda mətbuatda dəfələrlə yazılar dərc olunub. Qurum ekspertlərinin hər il yenilədiyi siyahıda təxminən 100 adda kitabın ekstremizmi, dinlərarası ədavəti təbliğ etdiyi qeyd olunur. Ancaq məhz Qurani-Kərimin məhkəmə sorğusu əsasında bu siyahıya salınması yeni məlumat sayıla bilər.
Dünən bununla bağlı komitə əməkdaşı Ceyhun Məmmədovun özü ilə əlaqə saxladıq. Bu barədə ətraflı məlumat verə bilməyəcəyini deyən C.Məmmədov yalnız onu bildirdi ki, sözügedən ekspert rəyi onun özünə deyil, komitənin müvafiq şöbəsinin əməkdaşlarına məxsusdur. C.Məmmədov bu gün məsələ ilə bağlı ətraflı məlumat açıqlayacağına da söz verdi. Əlbəttə, inanmaq istərdik ki, bu, bir yanlışlıq olub. Amma ortada fakt var və ötən illərin təcrübəsi göstərir ki, komitənin rəyləri həmişə narazılıqla qarşılanıb. Çünki adətən bu rəylərdə hər kəs tərəfindən qəbul olunan, xüsusən də ölkənin ən böyük icması olan şiə camaatının əsas müraciət etdiyi mənbə olan izahlı şəriət hökmləri, imamət mövzusunda olan kitablar qadağan olunmuş ədəbiyyatlar kimi göstərilib.
KƏNAN

Açar sözlər: quran