Bu gecə Kərbəla hadisəsindən sonra, müsəlmanların yaddaşında "Aşura" adı ilə qalmışdır. Bu gecə şəhidlər ağası həzrət imam Hüseyn (ə) öz əshabını bir yerə yığıb, xütbə oxudu.
Öz beyətini onların üzərindən götürüb, onları qalmaq və ya getməkləri barədə azad qoydu. Onlara buyurdu ki, azadsınız, hara getmək istəyirsinizsə gedin, indi gecənin pərdələri sizi gizlətmişdir, gecəni özünüzə minik edin və getmək istədiyiniz yerə gedin.
Əhli-beyt (ə) dedilər: Biz niyə bunu etməliyik ki, səndən sonra yaşamaq üçün? Allah heç vaxt bizə bu narəva işi etməyi qismət etməsin! Səhabələr də bu kimi sözlər deyib, şəhadətə hazır olduqlarını elan edib, O həzrətin (ə) yanında qalıb şəhid olmağı, dünyada yaşamaqdan üstün bildilər. İmam Zeynülabidin Əli ibn Hüseyn (ə) buyurur: O gecə ki, onun sabahı atam (ə) şəhid oldu, mən xəstə idim, oturmuşdum və bibim Zeynəb (ə) mənə qulluq edirdi, birdən gördüm ki, atam (ə) bizim xeymədən çıxıb öz xeyməsinə getdi. Con (Əbuzərin azad etdiyi qulam) onunla idi. Atamın qılıncını təmir edir və itiləyirdi. Gördüm ata deyir:Ya dəhru uffin ləkə min xəlili Kəm ləkə bil-işraqi vəl əsili Min sahibin əv talibin qətili Vəd-dəhru la yəqnəu bil-bədiliVə innəməl-əmru iləl-cəlilin Və kullu həyyin salikun səbiliيَا دَهْرُ أُفٍّ لَكَ مِنْ خَلِيلِ كَمْ لَكَ بِالْإِشْرَاقِ وَ الْأَصِيلِمِنْ صَاحِبٍ أَوْ طَالِبٍ قَتِيلِ وَ الدَّهْرُ لَا يَقْنَعُ بِالْبَدِيلِوَ إِنَّمَا الْأَمْرُ إِلَى الْجَلِيلِ وَ كُلُّ حَيٍّ سَالِكٌ سَبِيلِي اف بتو اى روزگار يار ستمگر چند بصبح و پسين چه گرگ تناور بر كنى از يار خويش افسر و هم سر نيست قناعت و را بديگر و كمتر كار هماناست سوى حضرت داور هر كه بود زنده راه من رود آخر(الإرشاد في معرفة حجج الله على العباد ج2 /93) (Əl-irşad, Şeyx Müfid, 2/93)Bu beytləri iki (ya üç) dəfə oxudu və mən əzbər etdim. Bunları oxumaqdan məqsədinin nə olduğunu bildiyim üçün qəhərləndim, amma səbr etdim və ağlayıb səs-küy salmadım. Lakin bibim Zeynəb (ə) bu beytləri eşitdiyi zaman səbr edə bilməyib, yerindən durub ayaqyalın ona tərf qaçdı və ağladı... Çünki qadınlar nazik qəlbli olurlar... Həzrət ona tərəf baxıb dedi: Bacı nigəran olma, şeytan sənin səbrini almasın... İmamın gözləri yaşardı... Zeynəb dözməyib üzünə silli vurdu və yerə yıxılıb, huşdan getdi... İmam Hüseyn (ə) ounun üzünə su səpib, ayıltdı və bir neçə nəsihət deyib, onu ovundurdu. Sonra isə buyurdu: "Ey mənim bacım! Səni and verirəm və səndə gərək mənim andıma əməl edəsən. Mən öldüyüm zaman, sinə cırma, üzüvə dırnaq vurma, mənim şəhid olduğuma görə fəryad və vaveyla etmə"... sonra atam bibim Zeynəbi gətirib mənim yanımda oturtdu.Imam Hüseyn (ə) o gecə əhli-hərəmin xeymələrini bir-birinə birləşdirib, ətrafına xəndək çəkdirib, odunla doldurtdu ki, döyüş bir tərəfdən olsun və düşmənlər xeymələrə hücum edə bilməsinlər. Əshab o gecəni namaz, quran tilavəti və dua ilə məşğul oldular. Paltarlarını yuyub, özlərinə kəfən etdilər. O həzrətin şiələrinə də lazımdır ki, aşura gecəsini quran tilavəti və Allah dərgahına əl götürüb dua etməklə keçirtsinlər. Seyid Tavus bu gecə üçün "İqbalul-əmal"da çoxlu əməllər zikr etmişdir. O cümlədən dörd rəkət namazdır ki, hər rəkətdə bir dəfə həmd və 50 dəfə tohid (ixlas) surəsi oxunmalıdır. Bu namaz savab və fəzilətdə Əlinin (ə) namazına bərabərdir. Namazdan sonra Allahın zikrini etmək və salavat çevirməyin və Əhli-beytin düşmənlərinə lənət deməyin çoxlu savabı vardır.Bu gecəni əhya saxlamaqın savabı, bütün mələklərin etdiyi ibadətin savabına bərabərdir. Bu gecə Kərbəlanı ziyarət edib, sübhə qədər İmamın yanında qalan şəxs qiyamət günü O həzrətin (ə) rikabında şəhid olub, qanına boyananlarla birlikdə məşhur olacaqdır. Şeyx Müfid (rə) İmam Sadiqdən (ə) belə rəvayət edir: "Hər kəs imam Hüseynin (ə) qəbrini aşura gecəsi ziyarət edə, qiyamət günü Allahın görüşünə məhşərə qanına boyanmış halda gələcək, elə bil ki, Kərbəla meydanında din uğrunda döyüşüb".Bu gecəyə aid maraqlı hadisələrdən biri də budur ki, Ə`məş, Ömər ibn Əbdül-əziz, Zöhəri, Hişam ibn Ürvə və Qütadə bu gecədə anadan olmuşlar. Hicrinin 361-ci ilində Sultan Məhmud Səbuktəkin andan olmuşdur.
Baxış sayı: 11
Açar sözlər: imam
Bu gün tarixdə "Tasua" adı ilə yadda qalmışdır. Hicrinin 61-ci ilində məhərrəm ayının 9-cu günü Şimr ibn Zilcövşən əlində İbn Ziyaddan (hər ikisinə min lənət) İmam Hüseynin (ə) öldürülməsi haqqında fərman ilə Kərbəlaya daxil oldu. İbn Səd də o fərmana əsasən İmamın (ə) qətlinə hazır oldu.
Əsr zamanı qoşuna hücum əmr verdi və bədbəxtlər qoşunu xeymələrə tərəf hərəkətə başladılar.Bu zaman Şəhidlər ağası xeymələrin qarşısında qılınc əlində oturub, başını dizinə qoyub yatmışdı. Həzrət Zeynəb (ə) qoşunun səs-küyünü eşidib, İmamın yanına qaçaraq dedi ki, qardaş, qoşunun səsini eşidirsən, yaxındadırlar?İmam başını qaldırıb, buyurdu:"Bacı! İndi yuxuda cəddim Rəsulullahı (s) gördüm ki, mənə dedi: "Sən (tezliklə) mənim yanıma gələcəksən". Həzrət Zeynəb bu sözü eşidəndə, sillə ilə üzünə vurub, va-veyla dedi.İmam (ə) buyurdu: Ey bacım, veyl və əzab sənin üçün deyildir. Səbr et və sakit ol. Allah sənə rəhmət etsin.Sonra isə Hərət Abbası (ə) göndərdi ki, işin nə yerdə olduğunu öyrənsin. Məlum oldu ki, fikirləri İmamı (ə) öldürməkdir. Iamam (ə) onlardan bu gecəni namaz qılmaq və dua etmək üçün möhlət istədi.Buna görə də bu gecə Əhli-beytin (ə) ən qəm-qüssəli gecəsidir.Şeyx Küleyni (rə) imam Sadiqdən (ə) rəvayət edir ki, O həzrət buyurdu: "Tasua o gündür ki, İmam Hüseyni və əshabını (ə) Kərbəlada həmin gün mühasirəyə aldılar. Şamın qoşunu O həzrəti (ə) öldürməyə yığışmışdılar. Ibn mərcanə və İbn səd xoşhal idilər ki, onların dövrəsinə çoxlu qoşun yığılıb, amma İmam və əsahbı qoşunsuz və zəifdirlər. Çünki yəqin bilirdilər ki, ətrafındakılardan başqa ona kömək gəlməyəcək və kufəlilər ona kömək etməyəcəklər. Sonra (İmam Sadiq ə) buyurdu: Atam qurban o zəif və qəribə".Mənbə: Vəqayiul-əyyam, Şeyx Abbas Qumi (rə). Hazırladı: Mirməhəmməd Bəşirov
Baxış sayı: 13
Açar sözlər: kərbəla
Böyük ustаdlаrdаn biri bеlə dеyir: Bir gün dərs əsnаsındа şаgirdlərdən bəziləri sözlərimə irаd tutаrаq, imаm Hüsеyn əlеyhissəlаmın qiyаmətdə öz əzаdаrlаrınа şəfаət еdəcəyinə dəlil və sübut gətirməyimi istədilər. Nə qədər dəlil gətirdimsə də, оnlаr sözümü qəbul еtməyib bаşqа dəlillər tələb еtdilər. Çаrəsiz qаlıb оnlаrdаn fürsət istədim və bir müddətdən sоnrа оnlаrа qənаətbəхş cаvаb vеrəcəyimə vəd еtdim. Məqsədim Kufəyə gеdib «Səhlə» məscidində bir müddət ibаdət еtmək və Аllаh-tааlаdаn bu suаlın cаvаbını qəlbimə ilhаm еtməsini diləmək idi.
Nəcəfi-əşrəfdən Kufəyə tərəf yоllаndım. Təzəcə yоlа düşmüşdüm ki, bir nəfər sеyyidin mənimlə yаnаşı аddımlаdığını gördüm və dеyəsən о dа Kufəyə gеdirdi. Yоl bоyu həmən sеyyid tеz-tеz suаllаr vеrir və sаnki mənimlə həmsöhbət оlmаq istəyirdi. Qəlbimdə Аllаhlа rаzi-niyаz еtdiyim üçün оnun suаllаrınа çох qısа cаvаb vеrir, bununlа dа söhbətdən yаyınmаq istəyirdim. Аmmа bir qədər sоnrа bаşа düşdüm ki, bu sеyyid həddindən аrtıq məlumаtlı аdаmdır və ömrümdə еşitmədiyim еlmi söhbətlər еdir. Sеyyid Kufəyə nə üçün gеtdiyimi sоruşdu
və mən də əhvаlаtı оlduğu kimi dаnışdım. О, bir qədər fikirləşdikdən sоnrа – Bir əhvаlаt dаnışmаq istəyirəm, mümkündür suаlının cаvаbı аydınlаşsın – dеyə söhbətə bаşlаdı:
–Bir gün cаvаn bir şаh öz vəzir-vəkillərini tоplаyıb оvа çıхmаq istədiyini bildirdi. Hаmı şаhın fikrini bəyənib оv tədаrükü görməyə məşğul оldulаr. Еrtəsi gün оnlаr təbiətin qоynunа çıхıb оv üçün münаsib yеr ахtаrmаğа bаşlаdı. Şаh ətrаfındаkılаrа оnu, qаrşılаşdıqlаrı ilk оvlа tək burахmаlаrını tаpşırdı. Bir qədər sоnrа yаmаcındа dаyаndıqlаrı təpənin üstündə bir cеyrаn gördülər, əmrə əsаsən hаmı yеrində dаyаndı və şаh öz оvunu qоvmаğа bаşlаdı. Günün ikinci yаrısınаdək şаh cеyrаnın dаlıncа аt qоvdu və nəhаyət bir də аyılıb gördü ki, hаvа qаrаlmаüа bаşlаyır, ətrаfındаkı аdаmlаrdаn səs-sоrаğ yохdur, özü də аc-susuz və yоrğundur. Nə еtməli? Hаnsı istiqаmətə gеtməli? Hаrаdа gеcələməli? Bu fikirlərlə bir qədər gəzib-dоlаndıqdаn sоnrа uzаqdаn аlаçıqlаr görünməyə bаşlаdı və şаh аtını оrаyа sürüb bir аlаçığın qаpısındа dаyаndı. Burаdа yаşlı qаdınlа bir kişi yаşаyırdı. Оnlаr yоrğun аtlını görcək tеz irəliyə gəlib аtın cilоvundаn yаpışdılаr, qоnаğı içəri gətirib оnа qulluq еtməyə bаşlаdılаr. Qоnаq həddindən аrtıq аc və tаqətsiz оlduğundаn оnа şаm hаzırlаmаq lаzım idi. Lаkin bu miskin аilənin dünyа mаlındаn vаr-yохlаrı yаlnız südü ilə dоlаndıqlаrı bir kеçiləri vаr idi və yеmək hаzırlаmаq üçün оndаn bаşqа hеç bir şеyə gümаnlаrı gəlmirdi. Ər-аrvаd öz аrаlаrındа götür-qоy еtdikdən sоnrа kimliyindən хəbərləri оlmаdığı və lаkin Аllаh qоnаğı hеsаb еtdikləri bu qəribə qоnаğа lаzımıncа хidmət еtməyi hər şеydən üstün tutub, yеgаnə ümidləri оlаn kеçini kəsdilər və ətindən kаbаb bişirib qоnаğı yеtərincə yеdirtdilər. Bütün söhbətləri еşidib, işləri diqqətlə müşаhidə еdən şаh bu yüksək qоnаqpərvərliyə, хаlislik və insаniyyət tаmаşаsınа bахırmış kimi bu səhnələrdən mə᾿nəvi zövq аlır, оnlаrın sаdəliyinə məftun оlurdu. Nəhаyət səhər аçıldı, şаhın аdаmlаrı uzun ахtаrışdаn sоnrа gəlib оnu burаdа sаğ-sаlаmаt tаpıb çох sеvindilər. Şаh əmr vеrdi ki, bu ər-аrvаdı mənim sаrаyımа gətirin.
Еrtəsi gün sаrаydа böyük ziyаfət təşkil еdildi, bütün əyаn-əşrаf, vəzir-vəkil, münəccim və аlimlər оrаdа iştirаk еdirdi. Məclisin yuхаrı bаşındа şаhlа yаnаşı həmin kişi ilə qаdın dа оturmuşdu. Şаh üzünü məclis iştirаkçılаrınа tutub əhvаlаtı оlduğu kimi dаnışıb sоruşdu: – Mən bunlаrın yахşılığının müqаbilində nə еtməliyəm? Hаnsı bir iş bunlаrın mənə göstərdikləri хidmətin əvəzini ödəyə bilər? Bir nəfər «yеddi qоyun vеrsən kifаyət еdər» – dеyə dilləndi. Şаh qəbul еtmədi. İkincisi yеtmiş qоyun, üçüncüsü yеddi sürü, kimisi yеddi kənd dеyə təklif еdirdi, аmmа şаh hər dəfə – «оlmаdı» dеyib bаşını еtirаzlа yеlləyirdi? Nəhаyət оnlаr təəccüblə şаhın üzünə bахıb bir söz dеmədilər. Sаrаy аlimi məclisdə tоplаşаnlаrın təəccübünü izhаr еtmək üçün dilləndi: Şаhım, оlmаyа bircə kеçiyə görə bütün хəzinəni bunlаrа vеrmək istəyirsən?!
–Şаh təmkinlə sözə bаşlаyıb dеdi:
–Həqiqəti bilmək istəsəniz, bütöv bir хəzinə də bunlаrın yахşılığını ödəməz. Çünki оnlаr Аllаh qоnаğınа хidmət еtmək üçün hər bir şеylərindən kеçiblər. Bunlаrın vаr-yохu təkcə bir kеçi idi və оnu dа qurbаn еdiblər və əgər mən də оnun əvəzini vеrmək istəsəm, gərək bütün vаr-yохumu və şаhlığımı оnlаrа təqdim еdim.
Ustаd dеyir: Sеyyid bu əhvаlаtı dаnışıb qurtаrdıqdаn sоnrа söhbətini imаm Hüsеyn əlеyhissəlаmlа əlаqələndirdi. О, sözlərini dаvаm еtdirib buyurdu: Bəşəriyyət içərisində Аllаh аşiqləri аz dеyildir. Оnlаrın hər biri öz səviyyəsi və еşqi dərəcəsində öz məşuqlаrı yоlundа fədаkаrlıq еtmiş və tаriхin ən şirin sətirlərini öz qаnlаrı ilə yаzmışlаr. Аmmа Rəbbimiz – bu Böyük Mə᾿şuq öz аşiqləri аrаsındа sаnki özgə bir şеy аrаyır, Оnun yоlundа hər bir şеyindən kеçməyə hаzır оlаn öz аşiqini görmək istəyir. Bəli, bеlə bir səаdət yаlnız imаm Hüsеyn əlеyhissəlаmа qismət оlmuş, bu böyük və аğır imtаhаndаn yаlnız о həzrət аlnıаçıq və üzüаğ çıхmışdır. Аllаh yоlundа mаlındаn, cаnındаn, əhli-əyаlındаn, kеçmişindən, gələcəyindən və ümumiyyətlə hər bir şеyindən kеçmiş bu ilаhi şəхsiyyət – məsum imаm hаnsı məşəqqətləri görmədi! Dünyаdа hаnsı bir dərd-bəlа vаrdır ki, о həzrətin müsibətində оnun mütləq nümunəsini tаpmаyаq!
–Sеyyid kövrələrək qəhər içində məndən sоruşdu: Аllаh-tааlа imаm Hüsеyn əlеyhissəlаmdаn Оnun yоlundа hər bir şеyindən kеçməsini istədi və о həzrət də tаm хаlisliklə bütün vаrlığını öz Pərvərdigаrınа təqdim еtdi. İndi söylə görüm, Аllаh-tааlа dа оnun bu misilsiz fədаkаrlığının əvəzini vеrmək istəsə nə еtməlidir?
Ustаd dеyir: Mən bir аnlığа duruхdum, dilimə gətirmək istədiyim sözün məsuliyyətindən qоrхub sükut еtdim. Sеyyid təbəssümlə dilləndi: Bilirəm qоrхursаn ki, dеyəcəyin söz küfr və nаsəzа оlsun. Аmmа mən dеyim: Аllаh-tааlа dа оnun əvəzini vеrmək istəsə öz mütləqiyyət və ilаhi qüdrətini оnа vеrməlidir. Lаkin bu, qеyri-mümkün bir işdir və Аllаh hеç kəsə öz ilаhiyyətini vеrməz. Şəfаət nеcə? Pərvərdigаri-аləm üçün imаm Hüsеyn əlеyhissəlаmın həqiqi mö᾿minlərə, öz аşiqlərinə şəfаət izni vеrməsi çətin bir işdirmi? Аllаh-tааlа İmаm Hüsеyn əlеyhissəlаm üçün şəfаət iznini əsirgəyərmi? Əlbəttə yох!
–Ustаd dеyir: Mən burаdаcа dаyаndım, çünki suаlımın cаvаbını tаpmışdım. Sеyyidlə хudаfizləşib gеri döndüm və sоnrаlаr о sеyyidin kim оlmаsını аnlаdım...
Bəli, əzizlərimiz və Hüsеyn аşiqləri!
Аllаh-tааlа Həzrət İbrаhim əlеyhissəlаmа öz övlаdını qurbаngаhа gətirməsini və оnu Аllаh yоlundа fədа еtməsini istədi. О həzrət də bu əmri qəbul еtdi, аmmа üçüncü əmrdən sоnrа və özü də yаlnız bircə övlаdını...
Bu müqаyisə ilə biz həzrət İbrаhim хəlilüllаhın məqаmını kiçiltmək istəmirik (bizim ruhumuz о həzrətə fədа оlsun!), əksinə imаm Hüsеyn əlеyhissəlаmın məqаmının böyüklüyünü çаtdırmаq istəyirik. О həzrət öz Mə᾿budu üçün zülm və zаlımlа mübаrizədə, аzаdlıq və hürriyyət yоlundа, İslаm dininin inhirаf və аzğınlıqlаrdаn qоrunmаsı uğrundа öz cаvаn оğlаnlаrının tikə-tikə оlmuş bədənlərini əbаsının аrаsınа yığıb хеyməgаhа gətirdi, gözləri önündə dilаvər qаrdаşlаrının nеcə аmаnsızcаsınа şəhid еdildiyinin, qоllаrı üstə südəmər körpəsinin охlаndığının şаhidi оldu! Bu səhnələr о həzrətin аşiqlərini dаim yаndırıb-yахmışdır. Lаkin bir səhnə dаim о hаqqа аşiqinin аrdıcıllаrını qəlbini оdlаyır. İmаm (ə) bilirdi ki, şəhаdətindən sоnrа bu vəhşi qоşun оnun хеyməgаhınа hücum çəkəcək, оrаdа оlаn qız-gəlinlər yаnаn çаdırlаrdаn çıхıb hər tərəfə səpiləcək, аtlаrın аyаğı аltındа о tərəf-bu tərəfə qаçаcаq və əsir götürülərək şəhərbə-şəhər gəzdiriləcək. Görəsən imаm Hüsеyn əlеyhissəlаm kimi məsum və qеyrətli bir kişini bеlə bir müsibəti qəbul еtməyə nə vаdаr еtdi?! Bu suаlın cаvаbı çох gеnişdir və bu hаqdа kitаblаr yаzmаq оlаr. Lаkin qısаcа dеmək lаzımdır ki, о həzrət bu аğır və dözülməz müsibətləri qəbul еtməklə bəşəriyyətə ən böyük dərsi öyrətdi. Zülmə, düşmənə, təcаvüzkаrlаrа qаlib gəlmək üçün hər bir şеydən kеçməyə hаzır оlmаq dərsi!
Əbəs dеyildir ki, Hindistаn аzаdlıq hərəkаtının bаşçısı öz хаlqınа mürаciətlə dеyir:
–Mən bütün dünyаnı gizib-dоlаndım. Müstəmləkə cаynаğındаn qurtаrmаq üçün sizə böyük bir ərməğаn gətirdim. Bu ərməğаn İrаqın Kərbəlа şəhərində аzаdlıqsеvərlərin qibləsinə çеvrilmiş imаm Hüsеyn əlеyhissəlаmın böyük şəhidlik məktəbidir! Əgər аzаd оlmаq və zülmə qаlib gəlmək istəyiriksə, hər bir şеyimizdən kеçməyə hаzır оlmаlıyıq.
Əziz həmvətənlər! Хаlqımız nеçə ildir ki, еrməni işğаlçılаrının təcаvüzünə məruz qаlıb, tоrpаqlаrımız işğаl оlunub, qız-gəlinlərimiz əsir аpаrılıb. Nеçə ildir ki, çаrə ахtаrır, dünyаnın böyük qüdrətlərindən, bеynəlхаlq təşkilаtlаrdаn kömək umuruq. Аmmа unutmuşuq və yа unutdurulmuşuq ki, bu хаlq imаm Hüsеynçi хаlqdır. Хаlqımızın bu böyük sərmаyəsindən lаzımıncа bəhrələnməliyik. Əgər həqiqi mənаdа «Hüsеynçi» оlmаq istəyiriksə, təkcə аğlаmаq və əzаdаrlıqlа kifаyətlənməməli, о həzrət kimi öz dinimiz, аzаdlığımız, tоrpаqlаrımız və insаni dəyərlərimiz yоlundа cаnımızı qurbаn vеrməyə hаzır оlmаlıyıq!
İmаm Hüsеyn əlеyhissəlаm ömrünün sоn аnlаrındа, sаysız-hеsаbsız yаrаlаr аlıb düşmənlərin mühаsirəsində оlduğu zаmаn qоşunun хеymələrə hücum çəkdiyini, çаdırlаrdаn аtəşin şöylələndiyini, körpə uşаqlаrın nаlə-şivənlərini gördü. Döyüşü tərk еdib хеyməgаhа gеtmək istərkən аğır zərbəyə məruz qаlıb аtdаn yıхıldı, tаqətsiz hаldа çаdırlаrа tərəf bir qədər süründü və nəhаyət bаşını isti qumlаr üstə qоydu...
İlаhi! Səni аnd vеririk imаmın о аğır və çətin аnlаrınа! Millətimizin bütün çətinliklərini öz qüdrətinlə аsаn еt! Cаvаnlаrımızа qеyrət, qızlаrımızа iffət nəsib еt! Hüsеyn bаyrаğı аltındа tоrpаqlаrımızın аzаd оlunmаsı gününü bizlərə qismət еt!
Baxış sayı: 7
Açar sözlər: at
2-ci günün hadisə və əməlləri:
1. Məhərrəm ayının ikinci günü, hicri-qəməri tarixi ilə 61-ci il həzrət İmam Hüseyn (ə) Kərbəla səhrasına daxil oldu.
O, bu yerə çatdığı zaman soruşdu: Bu yerin adı nədir? 
Dedilər: Bura yerə "Kərbəla" deyirlər.
O həzrət bu adı eşidən kimi buyurdu:
"Əllahummə inni əuzu bikə minəl-kərbi vəl bəla"
Sonra buyurdu: "Bu yer qəm-qüssə və bəla səhrasıdır. Burada otraq edin ki, bura bizim mənzilimiz və xeymə vuracağımız yerdir. Bizim qanlarımız burada töküləcək və qəbirlərimiz burada qazılacaqdır. Bunları cəddim Rəsulullah (s) mənə xəbər vemişdir". Imamın bu sözlərindən sonra səhabələri orada atdan endilər.
2. Məhərrəm ayının ikinci günü, hicrinin 605-ci ilində, İbni Əsir; Vərram ibni Əbi-furas – Tənbihul-xəvatir kitabının müəllifi, şiələrin böyük alimlərindən biri və Malik Əştərin nəvələrindən və Seyyid ibn Tavusun babalarındandır-;
3-cü günün hadisə və əməlləri:
1. Bu gün Yusif peyğəmbərin (ə) quyudan çıxarıldığı gündür.
2. Bu gün Ömər ibn Səd (Allahın və mələklərinin lənəti ona olsun) 4 min süvari ilə Kərbəlaya daxil oldu. O bir nəfər qasidi İmam Hüseynin yanına göndərib buraya gəlməsinin səbəbini soruşduqda, İmam onun cavabında buyurdu:
"Buna görə ki, Kufəlilər mənə məktub yazıb, məni bura dəvət ediblər..."
Bu gündən etibarən İbn Sədin qoşunu hər gün çoxalırdı. Yazılanlara görə məhərrəmin altıncı günü Ömər Sədin qoşununun sayı 20-min nəfərə çatmışdı.
3. Bu gün hicrinin 252-ci ilində Abbasi xəlifəsi "Mustəin Billah" xilafətdən uzaqlaşdırılmışdır.
Baxış sayı: 9
Açar sözlər: kərbəla
-Məhərrəm ayının 4-cü günü, Osmanın xəlifəliyinin ilk günüdür. Ömər ölüm yatağında olarkən xilafət məsələsini altı nəfərlik şuraya üzvlərinə tapşırdı.
O, zil-həccə ayının axır günlərində öldü. Xilafət məsələsi şuranın rəyi bilinincəyə qədər gecikdi. Şuranın nəzəri 3 gündən sonra məlum oldu və Osman xəlifə seçildi. Beləliklə o, məhərrəm ayının 4-cü günü xəlifəlik əbasını çiyinlərinə örtdü. Bu günü bəni-üməyyə xilafət sarayına yığışıb şadlıq etdilər. Qapıları bəni-üməyyədən başqa hamının üzünə bağlamışdılar. Bu vaxt Əbu-Süfyan uca səslə bağırdı: Sarayda bəni-üməyyədən başqa da kimsə varmı? Dedilər: Yox!Dedi: Ey Üməyyə övladları! Bu ələ keçirdiyiniz xilafət məqamını çovkan topu kimi bir-birinizə pas verin. And içirəm ki, nə əzab var, nə hesab, nə cənnət var və nə cəhənnəm...Osman bu sözləri eşitdikdə narahat oldu ki, əgər bu sözlər müsəlmanların qulaqına çatarsa, bu vaxt ortalığa çıxacaq qalmaqlın qarşısını almaq olmayacaqdır. Fərman verdi ki, onu məclisdən qovsunlar. Tarixçilər deyirlər ki, bu Osmanın xilafətdə ki, ilk səhvi idi, buna görə ki, İslam dinində mürtədin (dindən xaric olmuş şəxsin) hökmü öldürülməkdir, məclisdən ixrac olunmaq yox! - Məhərrəmin 5-ci günü həzrət Musa peyğəmbər (s) bəni-israil ilə nil çayından keçdi və Firon və qoşunu çayda batdılar.- Məhərrəm ayının 6-cı günü, hicrinin 406-cı ilində böyük şiə alimi, arif, ədib, mühəddis və qiymətli "Nəhcül-bəlağə" əsərinin müəllifi, Seyid Rəzi adı ilə tanınmış, seyid Məhəmməd ibn Həsən, İraqın Bağdad şəhərində dünyasını dəyişmişdir. O böyük alim, fəqih və mühəddis Seyid Mürtəzanın qardaşıdır. Seyid Rəzi qardaşı Mürtəzadan qabaq vəfat etmişdir. Onun mübarək cənazəsinin dəfnində Fəxrül-Muluk, Bəhaüddövlə ibn Əzdüddövlə Deyləminin vəziri və sarayının əyanlarını şəxsən iştirak edirdilər. Seyid Mürtəza bu dərdin ağırlığına dözə və qardaşının cənazəsinə baxa bilmədiyinə görə, onun dəfnində hazır ola bilmədi və cəddi həzrət imam Musa Kazimin (ə) ziyarətgahına gedib, duaya məşğul oldu. Buna görədə Fəxrül-müluk cənazəyə namaz qıldı və onu öz evində dəfn etdilər. Günün axırında Fəxrül-müluk imamın hərəminə gedib, seyid Mürtəzanı evə gətirdi və bir müddət sonra o seyidin mübarək bədənini qəbirdən çıxardıb, Kərbəlaya aparıb, atasının yanında dəfn etdilər. Seyid Rəzi (rə) müxtəlif əsərlərin müəllifidir ki, onlardan "Mücazatul-quran", "Mücazatun-nəbəviyyə", "Məanil-quran" və "Nəhcül-bəlağən"i misal olaraq göstərmək olar.Bundan əlavə onun çoxlu şeirləri də vardır kı, ədəbiyyatçılar o şerləri toplayıb, kitab düzəltmişlər. Şairlər onu qüreyşin ən yaxşı şairi adlandırmışlar. - Məhərrəm ayının 7-ci günü, Allah-taalanın həzrət Musa peyğəmbərlə Kuh dağında danışdığı gündür.- Bu gün Ömər ibn Sə`d, İbn Ziyadın yazdığı məktuba əsasən Əmr ibn Həccacı beş yüz nəfərlik qoşunla fəratın kənarına göndərib, suyun yoluna İmam Hüseyn (ə) və əshabının üzünə bağladılar. Məhərrəm ayının 8-ci günü, hicrinin 686-cı ilində, məşhur ərəb dilçi və ədəbiyyatçısı İbni Nazim adı ilə tanınmış, Bədrüddin Məhəmməd ibn Məhəmməd ibn Malik Əndəlusi vəfat etmişdir. O atasının Ərəb dili qramatikasına dair yazdığı məşhur "Əlfiyyə" əsərinə şərh yazmışdır.
Baxış sayı: 10
Açar sözlər:
Peyğəmbərimizin (s) ümmətini vida etdiyi il ki, o həzrətin (s) bu dünyadakı həyatının qürubu idi, Həzrət Haqqın iradəsi bu oldu ki, bəndələrinə dinini kamil və nemətini təmam etsin. Ilahi vəhy vilayət ayəsinin çatdırılması və o, həzrətin bila-fəsl canişininin təyin olunmasına fərman verdi və bu işi onun bütün ömrü boyu yerinə yetirdiyi peyğəmbərlik misyası ilə bir hesab etdi.
Bu zaman fürsəttələblər və hakimiyyət acları, bu vilayət və rəhbərlik məqamını Əli ibn Əbi-talibə mübarək deyən ilk şəxslər oldular. Bunu isə bütün müsəlmanların gözü qabağında etdilər......amma onlar, elə bunları da müsəlmanların gözü önündəcə etdilər...... səqifə... fədək... yanan qapı... paslı mismar... oxlanan cənazə... sürgün olunan səhabələr... yazılması qadağan olunan hədislər... itkin qəbr... Bəqi... Nəcəf... Kərbəla... Kazimeyn və daha nələr....!?... amma bilmirəm nədənsə müsəlmanlar həmişə susdular...... susdular ki, Kərbəla yaransın!?...... yenədə susurlar... ... onlar susurlar... bu susmaqlardan isə, yadlar karikatura çəkir; vəhabiyyət yaradır; Əfqanıstanda xaş-xaş kollarını qanla suvarır... Qarabağı bağsız və Qüdsü müsəlmansız edir; ... təbi sərvətlərimizi özünə işıq edib, bizi kor qoyur; Müsəlman qızlarını soyundurub gözəllik müsabiqəsinə çıxardır... Hüseynə (ə) əza saxlamaq və ya sübhlər azan vermək, əhalinin asayiş və dincliyini pozur, amma müğənni və rəqqasələrin yolka bayramındakı hay-küyləri və qulaqbatırıcı səsləri və məst insanların küçələrdəki kobud rəftarları heç kimin asayiş və dincliyinə zərər vurmur!?... ... amma Kərbəlanın ayrı hekayəsi var...Bidətçilər səqifə şurasında – onlar ki, Qədir-xum çölündə hamıdan əvvəl önə keçmiş və Əli ibn Əbi-talibə vilayət məqamını təbrik demişdilər – İlahi xilafəti öz axarından çıxardıb, yolun davamında onu şahlığa çevirdilər. Peyğəmbərin (s) məqamını işğal edənlər və O, həzrətin həqiqi canişininin qılıncından yaralanmışlar ki, ürəkləri xeybər, bədr və hüneyn müharbələrində tökülən qanlara görə kinə və düşmənçiliklərlə dolu idi, indi meydanı boş görüb, dinin qarşısında meydan sulayırdılar. ...Müaviyə deyilən şeytani siyasət və hiylə dağarcığı, münasib şərait yaradıb, səltənəti öz ləyaqətsiz varisi Yezidə ötürmüşdü... İndi bu Yeziddir ki, zamanın çarxını öz xeyrinə fırlanan görmüşdür. Buna görədə atasının siyasi oyunlarını pərdə arxasında qoyub, onun pərdə arxasında gizlətdiyini aşkara çıxartdı və həyasızcasına "Haşim qüdrətlə oyun oynadı, nə xəbər var və nə vəhy" deyərək, dini sərhədləri pozub, İslami və insani dəyərləri ayaq altına ataraq camaata zülm etməyə başladı. O atasının əksinə olaraq hamının ona beyət etməyini tələb etdi və bu istəyinə qarşı gələnləri isə qılıncdan keçirirdi. Vəziyyəti belə görən, İmam Hüseyn (ə) ki, şərəf, izzət, qeyrət, mərdlik və azadlıq günəşi və zülm və zülmə baş əymək onun düşüncəsinə yad idi, İslamın dəyərlərini qorumaq üçün azadlıq bayraqı qaldıb, öz həccini yarıda qoyub, qurbanlarını götürüb Kərbəla minasına ayaq qoydu. Axırda isə özünün və əshabının mübarək qanından keçərək, həmişəlik olaraq şərafət, insaniyyət və azadlıq bayrağını məhərrəm ayının onuncu günü Kərbəla səhrasında göylərə ucaltdı. Bununlada İmam Hüseyn (ə) əbədi olaraq bütün azadlıq sevər insanlara hidayət çırağı və tufanlı dənizdə fırtınaya düşənlər üçün hidayət gəmisi və dənizdəkiləri sahilə hidayət edən işıqlı mayak oldu.... Ah... intizar nə uzun çəkdi... Ürək köksümə sığmır... Hayqırıb çığırmaq istəyirəm... Qəhər boğazımı tutur... Mövla can, artıq zülmə dözə bilmirəm... Zalimlər qüdrəti ələ almış, onlara qarşı döyüşmək çətin olmuş... Ağa!... Aşiqlərin və yolunu müntəzirlərin, gözləri intizarda yolunu gözləyirlər. Gözləyirlər ki, gələsən və şiələrin "Ya lə-sarətəl Hüseyn (ə)" bayrağı qaldırıb, İslam ələminin altında birləşib, məzlumların intiqamını zalimlərdən alsınlar...Vədə olunmuş cümə günü görüşmək ümüdilə...
Baxış sayı: 14
Açar sözlər:
Bu ayda şəhidlər ağası cənab İmam Hüseyn (ə) şəhid olmuşdur. Bu ayda o həzrətin (ə) əhli-beyti və yaxınları qəmli və müsibətli olmuş və daim qorxu içində yaşamışlar. Buna görədə o həzrəti (ə) sevənlərə də lazımdır ki, bu ayın ilk günündən özlərini qəmli və müsibətli hesab edib, matəm libası geyinsinlər və o həzrətə yaxın olmaq üçün lazım olan əməlləri yerinə yetirsinlər.
1. Yaxşıdır ki, bu ayı qəm və qüssə ilə keçirdəsən və üzündə şadlıq ifadələri olmaya. Imam Rza (ə) buyururlar ki, atam Musayi Kazim (ə) məhərrəm ayı daxil olan gündən qəmli olardı, bu ay kimsə onun üzünün güldüyünü görməzdi və bu ayın 10-cu günü müsibət tutar, ağlayardı və buyurardıki, bu gün, o gündür ki, Hüseyn (ə) şəhid olmuşdur".2. Bu ayın birinci gecəsində bir-neçə namaz qılmaq savabdır:a) Yüz rəkət namaz ki, hər rəkətdə həmd və tohid surələri oxunur.b) İki rəkət namaz ki, 1-ci rəkətdə həmd və ənam surələri və 2-ci rəkətdə həmd və yasin surələri oxunur.c) Peyğəmbər (s) buyurur: "Hər kəs bu gecə iki rəkət namaz qıla (hər rəkətdə bir dəfə həmd və 11 dəfə tohid surələrini oxuya) və sübh ki, ilin ilk günüdür oruc tuta, o adam kimidir ki, bütün ili xeyr əməllər etmişdir. Həmin adam bu ildə (bəlalardan və şeytanın fitnəsindən) amanda qalacaq və əgər ölərsə cənnətə gedəcəkdir".3. Bu ayın 1-ci günü oruc tutmaq savabdır. İmam Rza (ə) buyurur: Bu gün o gündür ki, Allah-taala həzrət Zəkəriyyanın duasını qəbul etmişdir. Bəs hər kəs bu gün oruc tuta və Allahdan hacətini istəyə, Allah-taala onun hacətini verəcəkdir, necə ki, Zəkiryyanın hacətini verdi"...4. Birinci on günü oruc tutmaq və onuncu gün isə oruc tutmayıb, əsr (günortadan sonra) vaxtına qədər özünü yeyib-içməkdən saxlamaq, əsr vaxtı isə az miqdarda o həzrətin (ə) türbətindən (Kərbəla torpağı) yemək savabdır.5. Bu gün İdris peyğəmbərin (ə) meraca getdiyi gündür. (Adəmdən (ə) iki yüz il sonra). O iynə ilə paltar tikən və qələmlə yazı yazan ilk şəxsdir. 6. Qəməri tarixi ilə 632-cil bu gün məşhur və görkəmli alim, arif və filosof Şəhabüddin Ömər ibn Məhəmməd Söhrəvərdi (Şafei-Sufi) vəfat etmişdir.7. Qəməri tarixi ilə 1101-cil bu gün məşhur və görkəmli alim, mühəddis və fəqih, Şəhid Sani ləqəbi ilə tanınan, Şeyx Həsən ibn Zeynüddin vəfat etmişdir.Mənbə: Vəqayiul-əyyam, Şeyx Abbas Qumi (rə).Hazırladı: Mirməhəmməd Bəşirov
Baxış sayı: 14
Açar sözlər: kərbəla
Tarixə nəzər saldıqda görürük ki, İmam Hüseyn (ə) və o, həzərətin vəfalı əshablarının Kərbəladakı inqilab və şəhadətləri, İslama o qədər böyük fayda veribdir ki, hətta İmam və əshabları şəhadətlərindən qabaq, İslam dini üçün bu qədər iş görə bilməyiblər.
Biz bu məqalədə Kərbəla inqilabının hədəf və faydalarından qısa olaraq söz açacayıq. Əlbəttə bu müqəddəs inqilabın fayda və hədəfləri bizim bu kiçik məqaləmizdə yazılacağından daha çoxdur və bu hədəf və faydalar böyük İslam ailmlərinin dəyərli kitablarında daha ətraflı surətdə qələmə alınmışlar.
Bu məqalədə isə bu fayda və hədəflərin ən əsaslarına işarə edəcəyik. 1. İamam Hüseynin (ə) böyük hədəflərindən biri Allah bəndələrinin azğınlıq və zəlalətdən nicat vermək olmuşdur. Imam Sadiq (ə) "Ərbəin" ziyarətnaməsində belə buyurur: "İlahi Hüseyn (ə) ki, sənin vəliyyin və vəliyyinin oğlu idi. Öz qanını və canını sənin yolunda verdi ki, sənin bəndələrini cəhalət, nadanlıq, azğınlıq və sərgərdanlıqdan nicat versin".Imam Hüseynin (ə) zamanında ümmətin hansı azğınlıqlara düçar olduğunu isə azdan-çoxdan hamınız bilirsiniz.2. O həzrətin (ə) ikinci bir hədəfi bu idi ki, Həzrəti Əli (ə) və Əhli-beytin fəzilət və üstünlüklərini və onların İslam dininə etdikləri dəyərli xidmətləri İslam ümmətinə çatdırsın. Çünki, o zaman Müaviyənin (lənət olsun) və bəni-üməyyə sülaləsinin Əhli-beyt (ə) əleyhinə geniş surətdə və pisməqsədli apardığı təbliğat nəticəsində, camaatda, xüsusilədə Şam (Suriya) əhlində, Əhli-beytə (ə) və İmam Əliyə (ə) qarşı nifrət oyanmışdı. Həmin günlərdə demək olar ki, bütün İslami şəhərlərdə namazın qunutunda və mənbərin xütbəsində Həzrət Əliyə (ə) lənət oxunurdu (onların bu işindən nifrət edir və uca yaradana pənah aparıram). Bu gün şiə və əhli-sünnətin dini ədəbiyyatlarında, Əhli-beytin (ə) fəzilətləri barəsində deyilmiş və özünə xüsusi yer tutmuş hədislər, o günlərdə müsəlmanlar arasında deyilmir və çox az adamların bu rəvayətlərdən xəbəri var idi ki, onlarda bu hədisləri deməyə və ya yazmağa çox vaxt özlərində cürət tapmırdılar. Amma Aşura qiyamından sonra əsirlərin müxtəlif şəhərlərdə gəzdirilməsi və bu hədislərin deyilməsi nəticəsində camaat Əhli-beyti (ə) və onların kim olduqlarını yaxından tanıdılar. 3. Aşura qiyamının başqa bir faydası budur ki, bu qiyamdan sonra çoxları özlərində zülm və zalim əleyhinə çıxmağa cürət və qüdrət tapdılar və bu isə İslam tarxinədə zülm əleyhinə olan müxtəlif qiyamlarla yadda qalmış və zalimlərin əsl üzünü İslam ümmətinə olduğu kimi göstərmiş və onların əzəmət və böyüklüklərini sındırmışdır.4. Aşura qiyamının əsas faydalarından biri də bu oldu ki, Ömər ibn Əbdüləziz (Bəni üməyyə sülaləsinin xəlifəsi) Əliyə (ə) namaz qunutlarında və xütbələrdə lənət oxumağı qadağan etdi. Bura qədər məlum oldu ki, Aşura qiyamı Əhli-beyt (ə) əleyhinə aparılmış əks-təbliğatın pis nəticələrini aradan götürdü və bəni-üməyyə sülaləsinin iç üzü aşkar olundu. Bu qiyamdan qabaq Əhli-beytlə (ə) düşmən olanlar, idni onlarla dost və onları sevənlərdən idilər. Aşura şəhidlərinin qanlarının bərəkətinə Müaviyə və Yəzid rüsvay olandan sonra, ümmətin əksəriyyəti Əhli-beytin və Əlinin (ə) fəzilət və üstünlüklərini başa düşüb, onların dostlarından oldular. Aşura məktəbinin nəticəsidir ki, əhli-sünnət məzhəbinin böyük müfəssirlərindən olan Fəzri Razi və Ziməxşəri öz təfsirlərində "Şura" surəsinin 22-ci ayəsinin təfsirində Həzrət Peyğəmbərdən (s) belə bir rəvayət gətirmişlər: "Allahın Rəsulu (s) buyurdu:"Hər kəs Ali-Məhəmmədlə (ə) dost olduğu halda ölərsə, şəhid ölmüşdür. Hər kəs Ali-Məhəmmədi (ə) dost olduğu halda ölərsə, bağışlanmış halda ölmüşdür.Hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölərsə tövbə etmiş halda ölmüşdür.Hər kəs Ali-Məhəmmədlə (ə) sevdiyi halda dünyasını dəyişərsə, kamil bir imanla dünyadan getmişdir...Hər kəs Əhli-beytə düşmən olduğu halda dünyadan gedərsə qiyamət günü məhşərə alınına "Bu şəxs Allahın rəhmətindən məyusdur" kəlməsi yazılmış halda gələcəkdir. Hər kəs Əhli-beytə (ə) düşmən olduğu halda ölərsə, kafir ölmüşdür..."(Təfsiri Kəbir, 27/165).Fəxri Razi bu hədisi rəvayət etdikdən sonra deyir: "Şəkk yoxdur ki, ayənin məqsədi Əli, Fatimə, Həsən və Hüseyndirlər (ə)". O, Ziməxşərinin sözünü nəql etdikdən sonra, belə yazır: "Mütəvatir (yəni çoxsaylı ravilər tərəfindən rəvayət edilmiş və doğruluğunda şübhə olmayan hədis) surətdə rəvayət olunmuşdur ki, həzrət Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) çox istəyərdi. Bəs ümmətədə vacibdir ki, onları sevsinlər, çünki Allah-taala qurani-kərimdə Peyğəmbərdən (s) itaət etməyə və o gedən yolu getməyə əmr etmiş və bu işi hidayət səbəbi bilmişdir. Allah-taala buyurur: "(Ya peyğəmbər) De: Əgər Allahl sevirsiniz məndən itaət edin ki, Allah da sizi sevsin" və şəkk yoxdur ki, Peyğəmbər (s) qızı Həzrət Zəhranı (ə) sevirdi və buyurub: "Fatimə mənim bədənimin bir parçasıdır, hər kəs ona əziyyət etsə, mənə əziyyət etmişdir... Bəs bunların hamısı dəlalət edir ki, Ali-Məhəmmədi sevmək vacibdir". (Fəxri Razinin kəlamı burada tamam oldu).Bəli bu cür həqiqətlər Aşura qiyamından qabaq sinələrdə həbs olunmuşdu və məhz bu qiyam idi ki, belə həqiqətləri üzə çıxartdı. Bu həqiqətləri dərk etmək üçün isə, əhli-sünnət qardaşlarımızın böyük alimlərinin qərəzsiz yadığı kitablara müraciət eləmək kifayətdir.5. İmam Hüseyn (ə) qiyamının başqa bir fayda, fəlsəfə və hədəfini on iki imamçı şiə məzhəbinin həqqaniyyət və doğruluğunu isbat etmək kimi, qiymətləndirmək olar. Çünki, Peyğəmbərdən (ə) hədis rəvayət etmək qadağan olunduğu zamandan və bu qadağanın nəticəsində Əhli-beytin və Əlinin (ə) fəzilətləri və əslində peyğəmbərdən sonra, fasiləsiz olaraq Əlinin (ə) və ondan sonra isə onun nəslindən olan on bir imamın yer üzündə höccət olacağı və dini hökuməti idarə edəcəklərini açıqlayan hədislər camaatdan gizlədilmişdi. Bundan isə Bəni-üməyyə sülaləsi lazımınca faydalanmağı bacarmış və özlərinin olmayan fəzilətlərini yaymaq üçün hədis bazarları açmışdılar. Bu işi (uydurma hədislərin peyğəmbərə nisbət verilməsi) özlərinin gələcək hədəflərini həyata keçirtmək üçün ön planda proqramlaşdırmışdılar. Beləki Əhli – beyt və Əlinin (ə) müxalifləri öz kitablarında həzrət Peyğəmbərdən (s) nəql olunan "Məndən sonrakı xəlifələr on iki nəfərdirlər" rəvayətinə uyğun olaraq özlərinə aşağıdakı siyahıya uyğun on iki xəlifə düzəltmişdilər: 1) Ömər, 2) Əbu Bəkr, 3) Osman, 4) Müaviyə, 5) Yezid və yerdə qalan yeddi nəfəri isə bəni-üməyyə xəlifələrindən sayır və deyirdilər ki, Peyğəmbərin (s) məqsədi bu adamlar olublar. Sonra isə öz saydıqları yalançı xəlifələrin fəzilətləri barəsində hədsilər uydurmağa başladılar. Bunun qarşısında isə Əlini (ə) və övladını camaata İslam əleyhinə çıxmış xainlər kimi tanıtdırırdılar. Lakin, Aşura inqilabı müxaliflərin min xəyal ilə qurduqları və min hiylə ilə işlədikləri planlarını alt-üst etdi. Kərbəlada tökülən qanlar bais oldu ki, Müaviyə və oğlu Yəzidin etdiyi cinayətlər üzə çıxsın və camaat onların əslində kim olduqlarını yaxşı başa düşsünlər. Həmçinin bu böyük inqilab səbəb oldu ki, Bəni-üməyyənin tikdiyi "Hədis uydurma zavodu" yerlə yeksan olub, xarabalığa çevrilsin. Amma təəssüflər olsun ki, o "zavod"un istehsal etdiyi "hədis materialları" indi də əhli-sünnət qardaşalrımızın səhih saydığı kitabların əksəriyyətini təşkil edir və bir çox insanlar da gözlərini yumub, sanki heçnəyi görmürmüş və dərk etmirmiş və ya görmək və dərk etmək istəmirmiş kimi, bu uydurma materiallardan istifadə edirlər. Hər şeydən dərdlisi budur ki, İslam dininin amansız düşmənləri, müsəlmanları min yerə parçalamaq və bir-birinin canına düçar etmək üçün, bu cür hədsilərdən iti bir qılınc kimi yararlanırlar... Əhli-beytdən ayrı düşdüyümüz üçün bizə dəyən zərər və ziyanları saymaqla qurtaran deyildir... Bəli, Aşura qiyamından sonra müxaliflər gördülər ki, artıq Müaviyə, Yəzid, Mərvan və bunlar kimilərini Peyğəmbərin xəlifələri adlandırmaq olmayacaq və buna görə də əlacsız qalıb Müaviyəni xəlifələrin sırasından silib, Osmandan sonra Əlini (ə) xəlifə saydılar və bu dörd xəlifəyə "Xüləfayi-raşidin" adı qoydular. Yəni bu dörd nəfər Peyğəmbərin (s) yolundan kənara çıxmamış və o həzrətin (s) layiqli davamçısı olmuşlar. Amma müxaliflər heç vaxt Peyğəmbərdən (s) sonrakı on iki xəlifə problemini həll edə bilmədilər. Çünki Peyğəmbərin xəlifəsi o kəsdir ki, iman, elm, ədalət, əmanət, təqva və başqa ilahi sifətlərdə peyğəmbərə (s) oxşasın. Mən üzümü peyğəmbərdən sonra on iki xəlifə axtarışında olan şəxslərə tutub deyirəm ki, göstərin o on iki nəfəri ki, yuxarıda sadaladığımız sifətlər onlarda olsun!? Bəlkə artıq buna etiraf etmək vaxtı çatmışdır ki, Əli (ə) və onun nəslindən olan on bir məsum imamdan (ə) başqa heç bir kəs bu sifətlərə malik olmamışdır. Necə ki, əhli-sünnət qardaşlarımızın bəzi insaflı və böyük alimləri bu həqiqətə etiraf etmişdirlər. Misal olaraq göstəririk ki, belə alimlərdən biri "Yənabiul-məvəddət" – dostluq çeşmələri – kitabının sahibi cənab "Hafiz Süleyman Qənduzi Hənəfi"dir (vəfat:1294-hq) ki, məlum kitabın 446-cı səhifəsində belə yazır:"Bu rəvayətlər (Məndən sonra on iki xəlifə olacaqdır) yalnız on iki imamçı şiə məzhəbinin əqidəsi ilə üst-üstə düşür. Vəssəlam".Həmin kitabın 444-cü səhifəsində yazır:"Peyğəmbərin "Məndən sonra on iki xəlifə olacaqdır ki, hamısı qüreyş tayfasındandır" hədisi "Buxari və Müslümün səhihlərində birlikdə on bir sənədlə, Əbi davudda üç, Sünəni Termizidə bir və digər kitablarda müxtəlif sənədlərlə nəql olunmuşdur". 6. Aşura qiyamının mühüm fayda və fəlsəfələrindən biridə budur ki, bu qiyam səbəb oldu ki, İsalm dininin dünyaya yayılmasında, İslam dininin insanın təkamül, inkişaf və tərəqqi yolunda lazım olan bütün elmlərdə dünyaya meydan oxumasında əsas və inkar edilməz rolu olan böyük bir məktəbin əsas və bünövrəsi qoyulsun. Bu məktəb sonralar "Cəfəri məzhəbi" adı ilə dünyaya səs saldı. Bu məktəbin məzunları təkcə sünni ya şiə məzhəbindən olan müsəlmanlar deyil, bəlkə qeyri-müsəlmanlarda bu məktəbin məzunları sıralarında gözə çarpacaq dərəcədə çox idilər. Bəli, Kərbəlada tökülən qanların cücərtdiyi Cəfəri məktəbi, əsil İslam fiqhi və etiqadları idi. Yandırıb məhv etdiyi isə Bəni-üməyyə sülaləsinin onsuzda naziklənən kökləri idi. Əgər Bəni-üməyyə zəifləyib, məhv olmasaydı, heç vaxt imam Baqir və imam Sadiq (ə) hədis və rəvayət demək və təcrübəli şagirdlər yetişdirib İslam vilayətinin dörd bir tərəfinə göndərmək fürsətini tapmayacaqdılar. On iki imamçı Şiə əqidəsinin dünyaya yayılmasının səbəbi İmam Sadiqin (ə) məktəbidir, lakin o məktəbin özül və bünövrəsindən tutmuş, banına qədər hamısı İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin qanı ilə möhkəmlənmişdir. Yəni bu məktəb Cəfərilikdən öncə Hüseynçilik məktəbidir. Bəs, iamam Hüseynin (ə) qanı və qiyamı səbəb oldu ki, Əlinin (ə) və Əhli-beytin (ə) məhəbbəti qəlblərə dolsun, bəni-üməyyə və onlar kimiləri rüsvay olsun, müsəlmanlar doğru yola hidayət olsunlar, zülm və zalimin qarşısında dayanmağı öyrənsinlər və İslam dini həmişəlik olaraq öz əsil siması ilə -Bəni-üməyyənin göstərdiyi kimi yox- yer üzündə yayılsın və yaşasın.Həqiqətəndə Allah-taalanın işləri hikmət və dəlilsiz deyildir. İmam Hüseyn (ə) və dostları İslam ağacını öz müqəddəs qanları ilə suvardılar, əsir düşmüş qadın və qızlar isə bu ağacın böyüyüb, İslam ümmətinə gölgə salıb onları dünyanın keşməkeşlərindən qorumasına səbəb oldular və ümməti bəni-üməyyə bataqlığından xilas etdilər. Kərbəla qiyamının islam dünyası üçün nə qədər əhəmiyyətli olduğunu və müsəlmanlara nə kimi faydalar verdiyini belə kiçik məqalələrdə deməklə qurtamaq olmayacaqdır. Buna görədə biz bu qədərlə kifayətlənir və bu məqamda sözümüzü sevimli peyğəmbərimiz Həzrət Xatəmil-ənbiya, Məhəmməd-Müstəfanın (s) gözəl kəlamı ilə sona yetiririk:«حسین منّی و أنا من حسینی»"Hüseyn məndəndir və məndə Hüseyndənəm"Seyid Məhəmməd Bəşirov22.12.2008
Baxış sayı: 20
Açar sözlər: kərbəla
“Qədir-Xum” maarif, elm, mərifət və hikmət dəryasıdır. Şəriət, mənəviyyat, mədəniyyət, hikmət, əxlaq, əhkam, kəlam, təfsir və insanı səadətə qovuşduracaq olan hər şeyə malikdir. Ancaq əfsuslar olsun ki, Qədir-Xum günəşinin önünü çox vaxt qara buludlar tutmuş və insanlar bu günəşin həyatverici işığından lazımınca bəhrələnə bilməmişilər və bu günə kimi bu böyük dəryanın ləl və gövhərləri və mahiyyəti ortaya çıxarılmayıb və layiqincə qiymətləndirilməyibdir. Baxmayaraq ki, bu dəryadan qopan güclü dalğaların səxavətli əlləri, hərdənbir qiymətli daş-qaşlardan sahildə oturanlara bağışlamışdır.
Bu məqaləni yazmağda hədəfim budur ki, Qədir-Xum bayramının və bu böyük və müqəddəs günün əməlləri ilə tanış olaq və görək bu gün hansı əməllərin yerinə yetirilməsi müqəddəs şəriətimiz tərəfindən lazım, məqsədə uyğun və daha çox fəzilətlidir.
Bu mövzuda söhbət açmamışdan qabaq bir-neçə məsələni siz əziz oxucuların nəzərinə çatdırmağı zəruri və lazım bilirəm:
1).Qədir-Xum bayramı günü üçün tövsiyə olunan əməllərdən məqsəd Peyğəmbərin (s) sünnətindən və bu gün üçün nəzərdə tutulmuş müstəhəb və bəyənilmiş əməllərdir.
Bu müstəhəb əməllər Peyğəmbər (s) və o həzrətin (s) əhli-beytindən olan məsum imamlar (ə) tərəfindən çox saylı rəvayətlərdə bu günümüzə gəlib çatmışdır ki, biz bu rəvayətləri öz növbəsində sıra ilə bəyan edəcəyik.
2). Biz dini qaynaqlarımıza nəzər saldıqda görürük ki, bu gün üçün çox sayda savab və fəzilətli əmllər mövcuddur. Bu isə onu göstərir ki, “Qədir-Xum”günü əzəmətli, İslam tarixində böyük əhəmiyyətə və həlledici rola malik bir gün kimi özünə yer tutmuşdur.
Islam dinində heç bir gün üçün nə qədər mühüm və müqəddəs bir gün olsada belə, bu sayda əməl, ayin, savab və fəzilət mövcud deyildir. Dini qaynaqlarda “Qurban, Fitir, Ərəfə və Mübahələ” kimi mübarək günlər üçün müxtəlif sayda savab və fəzilətli əməllər mövcuddur, lakin bu əməllərin hamısını bir yerə toplasaq da belə, bu əməllərin sayı “Qədir –Xum bayramı üçün bəyan olunmuş əməllərin sayına çatmayacaqdır.
3). “Qədir-Xum” bayramının ikinci mühüm xüsusiyyəti, bu gün üçün bəyan olunmuş əməllərin daha geniş dairə və əhatəyə malik olması və demək olar ki, bütün sahələri əhatə etməsidir.
Bu günün əməllərində insan həyatının bütün sahə və mərhələləri üçün gərəkli olan əməl və səciyyəvi xüsusiyyətlərdən ən azı bir müstəhəb əməl nəzərdə tutulmuşdur. İbadətdən tutmuş ictimai və siyasi əməllərə kimi, eyibsiz, nöqsansız və kamil şəkildə bəyan olmuşdur. Hansı ki, bu əməllərin icrası insan hüquqlarının bərabərliyi, insanların səadət və xoşbəxtliyi və onların sülh və əmin-amanlıqla dolu bir həyat yaşamasına zamindir.
Başqa sözlə ifadə etsək, bu əməllərin əhatə dairəsi o qədər genişdir ki, İslam dininin kamilliyi Qədir-Xum güzgüsündə tam olaraq öz əksini tapmışdır.
4). “Qədir-Xum” günün üçüncü fərdi xüsusiyyəti budur ki, bu gün üçün nəzərdə tutulmuş əməllərin fəzilət, savab və üstünlüyü özünəməxsusdur və başqa günlər və əməllər üçün belə bir fəzilət və savab qeyd olunmamışdır və demək olar ki, bu günün əməllərinin savabı və fəziləti mübarək Ramazan ayının əməllərinin savab və fəzilətindən də çoxdur.
Mərhum Mirzə Cavad Ağa Məliki Təbrizi (allah rəhmət etsin) buyurmuşdur: “Qədir-Xum günü üçün bəyan olunmuş fəzilətlər, Mübarək Ramazan ayı üçün buyurulmuş fəzilətlərdən daha çoxdur”.
Qədir-Xum gününün əməllərini deyərkən bu fəzilətlərdən bəzilərinə işarə edəcəyik.
5). Soruşula bilər ki, nəyə görə Qədir-Xum günü üçün bu qədər çox sayda əməl və fəzilət bəyan olunmuşdur?
İmam Sadiq (ə) bu sualın cavabında buyurur:“Buna görə ki, bu əməlləri yerinə yetirməklə bu günü əzəmətli, böyük və mübarək bir gün kimi qeyd edəsən”.
Imam Sadiq (ə) bu kəlamı ilə iki məsələyə işarə edir:
1. - Qədir-Xum gününü ehtiram və əzəmətlə və bu günün sahibinə layiq olaraq yad edilməlidir.
2. - Qədir-Xum gününün yad edilməsi bu günün özünəməxsus əməlləri ilə həyata keçirilməlidir.
- Əl-Müraqibət/217
- Biharul ənvar 95/302
İndi isə bu mubarək günün bəzi əmlləri ilə tanış olaq:
1. Oruc tutmaq:
Qədir-Xum günü oruc tutmağın coç fəziləti vardır ki, onu başqa savab əməllərdən istisna edir.
Imam Əli (ə) buyurur:“Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”.
Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz.
Yenədə o həzrət (ə) buyurur: “... Allah-taala Qədir-Xum” bayramı üçün ən böyük mükafatı təyin etmişdir”.
Imam Sadiq (ə) öz dostları və səhabələrini bu işə təşviq edib buyurardı:
“Mən istəyirəm ki, siz bu günü oruc tutasınız”.
Yenədə o həzrət buyurur: “Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”.
2. İftar vermək:
Qədir-Xum gününün əməlləri arasında oruc tutan möminlərə iftar vermək xüsusi və yüksək məqama malikdir. Rəvayətlərə görə bu bayramda iftar verməyin böyük fəzilət və savabı vardır.
Möminlərin ağası İmam Əli (ə) buyurur: “Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”.
Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu:
“ (Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”.
(az fasilədən) sonra sözünə belə davam etdi: “Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”.
Bu hədisə oxşar başqa bir hədis də İmam Sadiqdən (ə) rəvayət olunmuşdur.
Bəzi rəvayətlərdə gəlmişdir ki, İmam Rza (ə) Qədir-Xum bayramı günü möminlərdən bir dəstəsini iftar üçün öz yanınında saxlayardı.
3. Qardaşlıq:
Vilayət günəşinin doğduğu gün yəni Qədir-Xum bayramı, qardaşlıq günüdür və qardaşlıq günü vilayət günüdür. Vilayət və qardaşlıq bir-birinə ayrılmaz tellərlə bağlıdırlar və onları bir-birinə düyünləyən halqa “iman”dır. Çünki bir tərəfdən imanın şərti vilayətdir və iman vilayətlə kamilləşir və başqa bir tərəfdən isə iman əhli bir-birilə qardaşdırlar:
"Həqiqətən, mö’minlər (dində) qardaşdırlar”.
Bax elə buna əsasəndə qardaşlıq peymanı bağlamaq Qədir-Xum bayramının gözəl əməllərindən biri sayılır.
Bu qardaşlıq əhd-peymanı aşağıdakı şəkildə bağlanır:
İki nəfərdən biri özünün sağ əlini ikinci şəxsin ssağ əlinin üzərinə qoyaraq deyir: “Mən səninlə Allah yolunda qardaş oluram və uca yardanın hüzurunda səninlə səmimiyyətli və saf olmağı qarşıma məqsəd qoyuram. Allah yolunda səninlə əl tutub və Allah-taala, mələklər, müqəddəs kitablar, peyğəmbərlər və məsum imamların (ə) hüzurunda səninlə əhd-peyman bağlayıram ki, əgər qiyamət günü Allahın rəhməti mənə şamil olub, cənnət və şəfaət əhlindən olsam və cənnətə daxil olmaq icazəsi alsam, oraya daxil olmayacam, məgər sən də minimlə birlikdə olasan”.
Sonra isə ikinci şəxs deyir: “qəbul etdim və səni şəfaət, dua və ziyarətdən başqa (ki, bu üç şeydə məni unutmamalısan), yerdə qalan bütün qardaşlır hüquqlarından səni azad edirəm”.
4. Təbərra: (yəni Allahın düşmənlərind ən uzaqlaşıb, dostları ilə dostluq etmək).
İmam Sadiq (ə) buyurdu:“Qədir-Xum bayramı günü əhli-beytə zülm edənlərdən uzaqlaşın və (onlardan bezar olduğunuzu aşkar edin). ”
5. Təzə və pak libas geyinmək:
İmam Sadiq (ə) buyurdu: “Möminlərə lazımdır ki, Qədir-Xum bayramında özlərinin ən təmiz, yaraşıqlı və qiymətli libaslarını geysinlər”.
Mərhum Mirzə Cavad Ağa Təbrizi bu əməli (təzə və yaraşıqlı geyinməyi) Qədir-Xum bayramının mühüm və zəruri əməllərindən hesab edirdi.
6. Təbrik:
Təbrik demək və insanlarla üzləşdikdə onlarla xoş duyğularını və sevinci bölüşdürmək, hər bir bayramın ən gözəl xüsusiyyətlərindəndir.
Başqa bayramlarda olduğu kimi dini bayramlarda da möminlər sevinc və şadlıqlarını dini qardaşları ilə paylaşırlar. Bu arada bu cür təbrik və sevinc paylaşma ən-ənəsi Qədir-Xum bayramında da özünəməxsus yer tutmuşdur. Peyğəmbər (s) Qədir-Xum bayramında müsəlmanları bir-birinə təbrik deməyə təkidlə tövsiyə etdi və sevinclə möminlərə deyirdi: “Mənə təbrik deyin! Mənə təbrik deyin!”
İmam Sadiq (ə) möminlərə Qədir-Xum bayramında bu sözləri deməyi tövsiyə etmişdir: “Bir-birinizlə üz-üzə gəldiyiniz zaman bu duanı deyin: “Həmd və səna o Allah üçündür ki, bizləri bu günün vasitəsilə girami və əziz edib, bizi möminlərdən və imamət və vilayət sahıbləri, ədalət və haqqı yaşadanların haqqında aldığı əhd-peymana sadiq qalıb, vəfa edənlərin sırasında qərar verib və bizi qiyamət gününü inkar və təkzib edənlərdən qərar vermədi”.
İmam Rza (ə) buyurdu: “ (Qədir-Xum bayramında) bir- birinizlə üzləşdikdə deyin: Həmd və səna o Allah üçündür ki, bizi Əmirəlmöminin Əli ibni Əbi-Talibin (ə) vilayətinə iman gətirən və vilayət (məktəbinin) davamçılarından qərar verdi” .
7. Təbəssüm:
İmam Rza (ə) buyurdu: “... Qədir-Xum günü möminlərin üzünə təbəssümlə baxmaq (gülərüzlü olmaq) günüdür. Hər kəs Qədir-Xum günü mömin qardaşlarının üzünə təbəssüm etsə, Allah-Taala qiyamət günü o şəxsə rəhmət nəzəri ilə baxacaq, onun min arzusunu həyata keçirəcək və min istəyini qəbul edəcək və onun üçün (cənnətdə) bir qəsr tikəcək və üzünü nurani və gözəl edəcəkdir”.
8. Xoş həyat:
Yaxşıdır ki, möminlər Qədir-Xum günü gündəlik həyat tərzini dəyişib ailə və dostlarına daha çox vaxt ayırsınlar və gündəlik problemlərini unudub xoş əhval-ruhiyyədə olsunlar və çalışsınlar ki, problem və qayğılarını sevinc, şadlıq və səxavətlə əvəz etsinlər. Bu gün gərək imkanlı möminlər həyatın başqa problemlərini unudub daha çox pul xərcləsinlər ki, bütüb möminlər bu bayramın ürəyaçan xoş iyini və dadını duyub, dada bilsinlər. Vilayət və İmamət bayramının xoş ətrini və insanlara bağışladığı xoş əhval ruhiyyənin hamı üçün gerçəkləşməsi üçün birinci növbədə səxavətli olmaq lazımdır ki, kasıb möminlər bu əziz və girami bayramı sıxıntılar içində keçirtməsinlər. Buna görədə imkanlı möminlərə lazımdır ki, həm öz ailələri və həm də digər möminlərə geniş mali imkanlar yaratsınlar ki, bu iş üçün Allah-Taalanın dərgahında ən yüksək mükafata layiq görüləcəklər.
Imam Rza (ə) buyurdu: “Qədir-Xum günü bir gündür ki, Allah-Taala bu gün ona ibadət edib, mömin qardaşlarına və öz ailəsinə maddi imkanlar yaradıb və bu günü qayğısız və şən keçirməyləri üçün kömək edən şəxsin mal-dövlətini çoxaldacaqdır”.
9. Bayram etmək:
İmam Rza (ə) Qədir-Xum bayramında öz yaxınlarının və ətrafındakıların əhval-ruhiyyəsini dəyişirdi və onlarda təzə, şən və əsl bayram əhvalı yaradırdı.
10. Allaha müsəlmanlara bəxş etdiyi vilayət nemətinin müqabilində şükr etmək:
Həzrət Peyğəmbər (s) buyurdu: “Sünnətlərimdən biri də budur ki, möminlər Qədir-Xum günü yüz dəfə bu duanı oxusunlar: Həmd və səna o Allah üçündür ki, Əli ibn Əbi Talibin (ə) vılayəti və imaməti ilə dinini kamil və nemətini tamam etdi”.
Imam Əli (ə) buyurur: Qədir-xum günü Allah-Taalanın sizə nəsib etdiyi “Vilayət”neməti üçün ona şükürlər edin.
11. “Sileyi-rəhm”(qohum-qardaşı ziyarət etmək):
Qohum-qardaş və dost-aşnanın görüşünə və ziyarətinə getmək Qədir-Xum gününün gözəl və mənəvi əməllərindən biridir. Bu sünnət camaatı daha şən və təravətli və bu bayramı onların ürəyində və yadında xoş duyğularla həmişəlik olaraq həkk edir. Elə buna görədə İslam dini bu gözəl sünnətə bayram və bayramdan başqa günlərdə də əməl olunmasına təkid edir.
İmam Rza (ə) buyurur: “Hər kəs, Qədir-Xum günü bir möminin ziyarət və görüşünə gedərsə Allah-Taala onun qəbrinə yetmiş nur daxil edər və qəbrini onun üçün geniş və böyük edər, hər gün yetmiç min mələk onun qəbrinin ziyarətinə gələr və onu cənnət müjdəsi ilə muştuluqlayacaqlar” .
Yaxşı olar ki, möminlər bu gözəl sünnəti bayramların ən böyük və ən gözəli olan Qədir-Xum bayramında yaddan çıxartamasınlar ki, Qədir-Xum bayramını yaşatmaqla birlikdə camaat və qohumlar arasındakı, ülfət, səmimiyyət, dostluq və məhəbbət tellərini də möhkəmlətmiş olsunlar.
12. Ziyarət:
Qədir-Xum günün əməllərindən biri də möminlərin ağası Əli ibn Əbi Talibi (ə) ziyarət etməkdən ibarətdir. O Həzrətin (ə) ziyarəti iki cür mümkündür:
1). O Həzrətin (ə) pak və müqəddəs hərəmində: İmam Rza (ə) Əhməd ibn Əbi Bəsr Bəzəntiyə buyurdu: “Ey Əbi Nəsrin oğlu, harada olursan ol, Qədir-Xum günü Möminlərin ağası Əli ibn Əbi Talibin (ə) müqəddəs qəbrinin kənarında hazır ol! Həqiqətən Allah-Taala bu gün mömin kişi və qadınların altımış illik günahlarını bağışlayır və mübarək Ramazan ayının Qədir gecələrində və Fitr bayramında (cəhənnəm əzabından) azad etdiyinin iki bərabərini azad edir” .
Bu zuyarətin qaydasını mərhum şeyx Əbbas Qumi “Məfatih əl-cinan” kitabında həzrəti İmam Hadidən (ə) izahlı şəkildə rəvayər etmişdir .
2). Ümumi ziyarətlər:
Bu ziyatərlərin müqəddəs hərəmə aidiyyəti yoxdur və vilayət aşiqləri eliyə bilərlər olduqları yerdən o həzrətin ziyarətinə nail olsunlar ki, bu barədə iki ünvanda ziyarətnamə mövcuddur:
*- Əminəllah ziyarətnaməsi:
السَّلامُ عَلَيْکَ يَا أَمِينَ اللَّهِ فِي أَرْضِهِ وَ حُجَّتَهُ عَلَي عِبَادِهِ السَّلامُ عَلَيْکَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَشْهَدُ أَنَّکَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ عَمِل