“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini , onlar (mö’minlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!”[1]Qurani-kərim səmavi kitabların axırıncısı olaraq, Allah-taala tərəfindən insanların hidayəti üçün İslam peyğəmbəri Həzrət Məhəmməd bin Əbdullaha (s) nazil olmuşdur.Qurani-kərim axırıncı və ən kamil səmavi kitab və özündən qabakı səmavi kitabların tamamlayıcısı olaraq, İslam şəriətini son şəriət olaraq bütün dünyaya elan edib, bəşəriyyətə dünya və axirət səadətini həyatın bütün sahələırində vədə vermişdir. Əlbəttə bu səadətə qovuşmağın ən başlıca şərti bu müqəddəs şəriətin bütün hökmlərinə dəqiqliyi ilə əməl etməkdir.Qurani-kərimin qanunlarına əməl etmək üçün isə onun ayələrinin mənasını düşünüb, başa düşmək və sonra isə həyata keçirtmək lazımdır.Baxmayaraq ki, qurani-kərimin insanları öz ayələrində düşünüb və fikirləşməyə dəvət edir və onun nur, aşkar, rəhmət, ülgü və hidayət edici kimi sifətləri vardır ki, bu müqəddəs kitabın asanlıqla düşünülüb, anlanılmasına dəlalət edir.[2] Ancaq bununla belə, qurani-kərimdə bəzi məsələlər ümumi şəkildə deyilmiş və buna görədə təfsir və izaha ehtiyacı vardır ki, Allah-taala bu izah və təfsiri Peyğəmbərin (s) və əhli-beytin (ə) öhdəsinə qoymuş və buyurmuşdur:“Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar mö’cüzələr və kitablarla göndərdik. Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr![3]Buna əsasəndə Peyğəmbər (s) bu mühüm vəzifəni öhdəsinə götürmüş və həyatı boyunca bu işi şərəflə və layiqincə yerinə yetirmişdir. O Həzrətdən (s) sonar isə, başda Əli və Əhli-beyt (ə) olmaqla, səhabə və tabein, onlardan sonar isə təfsir alimləri bu işə ciddi cəhdlə yanaşmış və bu günə qədər davam etdirmişlər.Bunun nəticəsində isə bu gün dini kitabxanalarımızda onlarla qədim və yeni təfsirlər mövcuddur. Bu müqəddəs kitabın 114 surə və 6236 ayəsi vardır[4] ki, bu ayələrdən çoxunun xüsusi nazil olma (səbəbi-nuzul və şəni-nuzul) səbəbləri vardır ki, bunları rəvayət və təfsirlərə müraciət etməklə öyrənmək mümkündür. Bu cür ayələr iki qurupa bölünürlər:1). Nüzul səbəbi baxımından yalnız öz məkan və zamanına aid olan ayələr ki, bu cür ayələr təkcə nazil olduğu məsələ və ya hadisə üçün səbəb sayılıb, başqa oxşar məsələ və ya zaman və məkanlara aid oluna bilməzlər. Misal olaraq “Təthir”[5] ayəsini göstərmək olar. Əlbəttə bu cür ayələrin sayı çox azdır.2). Nüzul səbəbi baxımından, müəyyən zaman və məkana aid olmayıb, ümumiləşdiriləcəyi və müxtəlif nümulərə və misdaqlara tətbiq oluna biləcək ayələr ki, quran ayələrinin əksəriyyətini təşkil edirlər. Bu cür ayələr zaman və məkam xaricində olub, ümumi qayda kimi, bütün oxşar hallara tətbiq oluna bilərlər. Qurani-kərimin bu cür təfsirinə “Quran elmləri”ndə “cəry və tətbiq” deyilir ki, bu da Qurani-kərimin bütün zaman və məkanlara şamil olub və cəhan şümul olmasından irəli gələn bir qanundur. Çünki Qurani-kərim təkcə ərəblər və cahiliyyət zamanı üçün deyil, bəlkə bütün millətlər və zamanlar üçün nazil olunmuşdur.Imam Sadiq (ə) buyurur:“Qurani-kərim diridir (onun hökümləri həmişə öz qüvvəsindədir) və günəş və ay və gecə və gündüz kimi hərəkətdədir. O bizim keçən nəsillərə aid olduğu kimi, gələcək nəsillərimizə də şamildir”.[6]Hədisdəki oxşatmadan göründüyü kimi, günəş, ay, gecə və gündüzün bütün zaman və millətlər üçün olduğu kimi, Qurani-kərimdə nazil olduğu zamandan, qiyamət gününə qədər bütün millət və zamanlara şamildir. Qurani-kərimin ayələrindən bəziləri daşıdığı xüsusi məna, barəsində nəql olunmuş rəvayət və ya nüzul səbəbinə görə, xüsusi əhəmiyyətə malik olub və həmişə təfsir alimlərinin maraq dairəsində omuşdur. Belə ayələrdən biri “Nur” surəsinin 55-ci ayəsidir ki, təfsir alimləri arasında “İstixlaf və ya Vəd”[7] ayəsi adı ilə məşhurdur.Bu mübarək ayədə Allah-taala mömin və yaşı iş görənlərə, yaxın gələcəydə yer üzünün varislik, xəlifəlik və hakimiyyətini və həmçinin burada əmin-amanlıqla və təhlükəsiz yaşayacaqlarını vədə vermişdir. Biz bu yazıda çalışacayıq ki, bu mübarək ayənin təfsirini dini rəvayət və təfsirlər əsasında təhlil edək və onun hansı məna daşıdığını oxuculara üçün aydınlaşdıraq.Qurani-kərim, müsəlmanların qəlbən inanıb və qanunlarına əməl etdiyləri bu müqəddəs kitab, yüksək elm və maarif və insanları səadətə çatdıracaq qanunlara malikdir. Qurani-kərimdə insan həyatının (dünya və axirət) bütün sahələrinə aid söhbət açılmışdır. O gah keçmiş ümmətlərin başlarına gəlmiş hadisələri xatırladaraq insanları qəflət yuxusundan oyatmağa çalışır və gah da gələcək hadisələrdən və elmi məsələlərdən (işarə ilə) xəbər verib insanları heyrətə salır və bu yolla onları doğru olan yola yönəltmək istəyir. Bu yolda insanlara cənnət bağları, cəhənnəm əzabı və ya dünya hakimiyyəti kimi vədələr verərək, gah həvəsləndirici və gah da qorxuducu vədələr verərək insanları hidayət yoluna və əbədi səadətə səsləyir.Dediyimiz kimi, Qurani-kərimdə bir sıra ayələr insanlara müxtəlif vədələr verir ki, bu ayələrdən bir qurupu (yüzdən çox)[8] insanlara yaxın gələcəkdə iman və saleh əməl sahiblərinin yer üzünün varisləri olacağına və Allah-taalanın axırıncı höccətinin vasitəsilə zalimlərin məhv olacağı və məzlumların hakimiyyətinin qurulacağına və yer üzünün ədalətlə idarə olunmasına vədə verirlər ki, sonra bu ayələrdən bir neçəsinin haqqında qısa məlumat verəcəyik. Amma bu yazıda, dediyimiz kimi, bu ayələrdən birinin, yəni “İstixlaf” ayəsinin haqqında ətraflı danışacağıq. Təfsir alimləri bu ayənin barəsində müxtəlif rəylər irəli sürmülər ki, bu rəylərin hansı birinin daha dəqiq və məqsədə uyğun olduğunu aydınlaşdıracağıq.Bu yazıda aşağıdakı sualları cavablandıracağıq:1- Ayənin nüzul səbəbi nədir?2- Ayədə qeyd olunmuş mömin və saleh əməl sahibləri dedikdə kimlər nəzərdə tutlmuşdur?3- Ayədə qeyd olunmuş “İstixlaf” kəlməsi hansı mənanı danşıyır?(hakimiyyət, canişinlik, varislik, tayfaların bir-birini əvəz etməsi)?4- Ayə ilə İmam Mehdi (əc) və dünya hakimiyyəti arasında bir rabitə varmı?Qurani-kərim səmavi kitabların axırıncısı olaraq,Allah-taala tərəfindən insanların hidayəti üçün İslam Peyğəmbəri Həzrət Məhəmməd bin Əbdullaha (s) nazil olmuşdur.
Ayə verilən vədə (hakimiyyət - təhlükəsizlik - dünyada vahid din (islam)) bu günə kimi həyata keçib, yoxsa gələcəkdə gözlənilir?
ardı var..................
Açar sözlər: var
“Ya mən ərcuhu likulli xəyr və amənə səxətəhu ində kulli şərrYa mən youtil kəsirə bilqəlilYa mən youti mən səələhu Ya məm youti mən ləm yəsəluhu və mən ləm yəərifhu təhənnunən minhu və rəhmətənƏətini biməsələti iyyakə, cəmiə xəyriddunya və cəmiə xəyril axirətiVəsrif ənni biməsələti iyyakə, cəmiə şərriddunya və şərril axirətiFəinnəhu ğəyru mənqusin la əətəytə və zidni min fəzlikə ya kərim”Ravi deyir: İmam (ə) öz mübarək saaqqalını sol əli ilə tutub və sağ əlinin şəhadət barmağını (sağa-sola) hərəkət etdirərək, zəlilanə bir görkəm alıb, duanın davamını bu cür oxudu: “Ya zəl cəlali vəl ikramYa zən nəəmai vəl cudYa zəl mənni vət tulHərrim şəybəti ələnnar”
Tərcüməsi:
"Ey bütün xeyir işlər üçün ümid bəslədiyim!
Və bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım!
Ey az müqabilində çox əta edən!
Ey istəyənlərə əta edən
Ey o şəxs ki, Onu tanımayanlara və ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edər!
Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et.
İstəyimə görə məndən dünya və axirət şərrini bütövlükdə uzaq et!
Həqiqətən Sənin əta etdiyin nöqsansızdır.
Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!
Bu duadan sonra sol əl ilə çənəmizi tutub sağ əlin iaşarə barmağını sağa-sola hərəkət etdirərək yalvarış halında belə davam edirik:
Ey cəlal və böyüklük sahibi!
Ey ne`mətlər və səxavət sahibi!
Ey əta və kərəm sahibi! Qoru saqqalımı oddan!"
islammektebi.org
Əziz mömin bacı və qardaşlar, inşaəllah bizləri dualarınızda unutmayın.Mirməhəmməd Bəşirzadə.
“Məhdəviyyət” ideyası azadlıqsevər insanların ilhamı, əməlisaleh bəndələrin arzusu, məzlumların qələbəsi və məhrumların səadətidir.
Bu ideya əsasında İmam Mehdinin (ə) hökuməti qurulacaq və dünyadakı zalım hökumətlər məhv olacaq. Elə bir hökumət ki, onu ilahi güc, saleh insan biləkləri və məzlumun göz yaşları, ahü-fəğanı vücuda gətirəcək.
Deməliyik ki, İmam Mehdi cənablarının cahanşümul hökumətinin özünəməxsus xüsusiyyət və əsasları vardır ki, onu başqa hökumətlərdən ciddi surətdə fərqləndirir.
1. İmamət və məsum imamın hökumətinin zəruriliyi;
“Məhdəviyyət” düşüncəsi və dünyada ədalətli, vahid hökumət qurmaq ideologiyasının əsas köklərindən biri Allah tərəfindən təyin olunmuş bir imamın ictimaiyyətdə vücudunun zəruriliyi və onun tərəfindən insanların düz yola yönəlmələri, cəmiyyətin nizamlanması üçün hökumət təsis etməyinin vacibliyidir. Məlum olduğu kimi imamın işlərindən biri ümmətə rəhbərlik etməkdir.
2. Tarixin sonu və saleh insanların hakimiyyəti;
“Məhdəviyyət” düşüncəsi – ədalət əsasında qurulmuş qlobal hakimiyyətin qurulması, zülm və dinsizliyin məhvi, bütün insanların həqiqi azadlığa çıxması və yeganə, şəriksiz Allaha pərəstişin həyata keçməsi deməkdir.
Bu, Allahın insanla-ra, xüsusilə də məzlumlara qəti vədəsidir. Elə bir vədə ki, bütün peyğəmbərlər öz ümmətlərini onunla müjdələmişlər. Bu elə bir ideal hədəfdir ki, onun icrası heç bir peyğəmbər və imama qismət olmamışdir.
“Biz kitabdan (Tövratdan və yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq" (“Ənbiya”, 105).
Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və varislər edək” (“Qəsəs”, 3).
3. Vahid dünya hökumətinin qurulmasının vacibliyi;
Dünyanın ümumi vəziyyəti göstərir ki, müharibə, aclıq, ədalətsizlik, özbaşınalıq, zorakılıq, mənfəəttələblik, zülm, fəsad və azğınlıq bəşəriyyət üçün ciddi təhlükədir. Son əsrlərdə beynəlxalq təşkilatların siyasi oyunları dünya üçün çox ciddi təhlkəyə çevrilmişdir. Bu növbənöv iztirab və gərginliyin aradan qaldırılması, insanların sülh və dostluğa, əmniyyətə olan ehtiyacının təmin edilməsi həzrət Mehdinin (ə) cahanşümul hakimiyyətinin bünövrəsini təşkil edir.
4. İnsanlar vahid fitrətə malikdir.
Nəzərə almalıyıq ki, insanlar vahid fitrət və xilqətə malikdirlər. Bütün insanların sülh və aramlığa ehtiyacları vardır, hamı düşmənçilik və müharibədən bezardır. Bu istək dünyada vahid hökumətin qurulması üçün əsas və bünövrələrdən biri olacaq.
5. İnsanların tərəqqi və inkişafı;
Bəşər daim tərəqqi və yüksəliş amalındadır. O, bu hədəfə nail olmaq üçün yoruldum demədən çalışır. Lakin bilmək lazımdır ki, həqiqi kamillik və yüksəliş, əsl ilahi hökumətin və kamil insanın-bəşərin hidayətçisinin zühuru ilə mümkün olacaqdır.
6. Ədalətin zəruriliyi;
Ədalət və onun cəmiyyətdə bərqərar olması bütün insanları, xüsusilə də mütəfəkkirləri daim düşündürmüşdür. Onlar daim bu qiymətli gövhərə yol tapmaq üçün baş sındırmışlar. Amma təəssüf ki, bu, günümüzədək baş tutmamış və insanlar ədalətsizlik, zülm əlindən qan ağlamışlar.
Maddi imkanların 80%-i həmişə bir qrup şəxsin ixtiyarında olmuşdur. Bu ədalətsizliyin aradan qaldırılması üçün dünyada ədalətli və vahid bir hökumətin təşkili vacibdir. Bu məsələ öz həllini həzrət Mehdinin (ə) hökumətinin qurulması ilə tapacaq.
7. Allahpərəstlik;
Yeganə Pərvərdigara ibadətə dəvət bütün peyğəmbərlərin hədəfi olmuşdur. Onlar bu hədəf uğrunda hər cür əzab-əziyyətə dözmüş, müharibələr etmiş və hökümət qurmuşlar. Lakin onlar müxtəlif səbəblər üzündən bu hədəfi bütün dünyada yaya bilməmişlər.
Yer üzü Allahın istəyi ilə idarə olunmalı və bütün bəşəriyyət xoşbəxt yaşamalıdır. Bu hədəf İmam Mehdinin (ə.f.) zühuru ilə həyata keçəcək.
Tərcümə etdi: M. Bəşirov.
Açar sözlər:
Açar sözlər:
Şeyx Səduq (r.ə) “Əmali”, “Üyunu-əxbarur- Rza (ə)” və başqa kitablarında öz sənədi ilə imam Rzadan (ə) və o da atasından və o həzrət də öz ata və babalarından (Onların hamsına Allahın salamı olsun) Əmirəlmöminin Əlinin (ə) belə buyurduğunu nəql edir:
Allahın rəsulu (s) bizə mübarək ramazan ayı haqqında belə xütbə oxudu :“Ey camaat! Həqiqətən, Allahın ayı (Ramazan) öz rəhmət, bərəkət və bağışlamağı ilə sizə tərəf gəlir. Belə bir ay ki, Allah yanında ayların ən əzəmətlisi, günlərin ən yaxşısı, gecələrin ən üstünü və saatların ən dəyərlisidir. Bu ayda hamınız Allah ğonaqlığına dəvət almısınız və Allahın kəramət və səxavəti sizə şamil olmuşdur. Bu ayda sizin nəfəsləriniz Allahı zikr edir, yuxularınız isə ibadət sayılır. Bu ayda sizin yaxşı əməlləriniz, dualarınız qəbuldur. Belə isə Allahdan saf niyyətlə bu ayda oruc tutub, quran oxumağa müvəffəq olmağınızı arzulayın.
Allah dərgahında bu əzəmətli ayda bağışlanılmayan ən bədbəxt şəxsdir.Bu ayda ac və susuz qalmaqla, qiyamət gününün aclıq və susuzluğunu yada salın, fəqir və yoxsullara kömək edin, böyüklərə ehtiram göstərin, uşaqlara qayğı göstərib, mehribanlıqla davranın. Qohum-qardaşın halını soruşun, onalrla əlaqənizi qırmayın. Dilinizi günahlardan (yalan, qeybət, böhtan və s.) qoruyun, nəzər salınması haram olan şeylərə baxmayın, eşidilməsi həram olan şeylərə qulaq asmayın. Yetimlərə mehribanlıq göstərib, nəvaziş edin ki, sizdən sonra yetimlərinizləə mehriban davranıb, qayğı göstərsinlər.
Etdiyiniz günahlarınızdan tövbə edib Allaha tərəf qayıdın. Namaz vaxtlarında dua edərkən əllərinizi göyə qaldırın. Bu vaxtlar dua etmək üçün çox yaxşıdır. Allah bu zaman öz bəndələrinə lütf edir, onların istək və çağırışlarını eşidir, onlara cavab verir, dualarını qəbul edir.
Ey camaat! Sizin nəfsiniz əməllərinizin əsiridir. Tövbə edib, bağışlanmaq diləməklə onu azad edin. Çiyinlərinizdə günahlardan ibarət olan agır yükü çox səcdə etməklə götürün.
Bilin və agah olun, Allah-taala öz izzətinə and içərək, namaz qılıb, səcdə edənlərə əzab verməməsini, Qiyamət günü onalrı Cəhənnəm oduna atmamasını vədə verib.
Ey camaat! Sizin hər hanası biriniz bu ayda oruc tutan bir şəxsə iftar verərsə, sanki bir qul azad etmişdir və habelə onun keçmiş günahları bağışlanacaqdır”.
Bəziləri peyğəmbərə dedilər:
“Ey Allahın elçisi! Bizim hamımızın iftar verməyə gücümüz çatmır”.
O Həzrət (s) buyurdu:
“Qorxun Allahdan, əgər bir xurma parası və ya bir içim su ilə olsa belə oruc tutan şəxsə iftar verin.
Ey camaat! Bu ayda əxlaqını gözəlləşdirən şəxsin rəftarı, Qiyamət günü bütün ayaqlar addım atanda titrədiyi halda, onun sirat körpüsündən rahat keçməsi üçün icazə vərəqəsi olacaqdır.
Bu ayda qulam və kənizlərinin işini asanlaşdıran şəxsin hesabını Allah-taala Qiyamət günü asanlaşdıracaqdır.
Bu ayda pis işlərindən əl çəkən şəxsi Allah Qiyamət günü öz qəzəbindən saxlayacaqdır.
Bu ayda yetimlərə qayğı göstərib, əzizləyənləri, Allah Qiyamət günü əzizləyəcəkdir.
Bu ayda qohum-qardaşı ilə sıx əlaqə saxlayanları Allah Qiyamət günü rəhmətilə yada salacaqdır. və Yaxınları ilə ünsiyyətdə olmayanları Qiyamət günü Allah öz rəhmətindən məhrum edəcəkdir.
Allah bu ayda müstəhəb (bəyənilmiş, şəriətdə istənilən) namaz qılan şəxsi Cəhənnəm odundan qoruyacaqdır. Bu ayda bir vacıb əməl yerinə yetirən şəxs, sanki başqa aylarda yetmiş vacib əməl yerinə yetirmişdir.
Allah-taala bu ayda mənə çox salavat göndərən şəxsin əməl tərəzisini Qiyamət günü savabla ağır edəcəkdir.
Bu ayda Qurani-kərimdən bir ayə oxuyan şəxs , sanki başqa aylarda bir quran xətm etmişdir.
Ey camaat! Bu ayda Cənnətin qapıları açıqdır. Allah-taaladan onları sizin üzünüzə bir daha bağlanmamasını istəyin. Bu ayda Cəhənnəmin qapıları bağlıdır. Allah-taaladan onların bir daha sizin üzünüzə açmamasını istəyin. Bu ayda şeytanlar məhbusdurlar. Allahdan onların bir daha sizə hakim olmamasını istəyin”.
Həzrət Əli (ə), ayağa qalxıb İslam peyğəmbərindən (s) belə soruşduğunu deyir:
“Ey Allahın rəsulu(s), hansı əməl bu ayda daha yaxşıdır?”
O Həzrət (s) cavabımda buyurdu:
“Ey Əbəlhəsən, bu ayda ən yaxşı əməl Allah-taalanın həram etdiyi şeylərdən şəkinməkdir”.
Sonra peyğəmbər (s) ağlamağa başladı. Peyğəmbərdən ağlamağının səbəbini soruşduqda buyurdu:
“Ağlamağıma səbəb, bu ayda sənin qanının halal edilməsidir. səni Allahın üçün namaz qıldığın halda dünyanın ən bədbəxt adamı- “Səmud” tayfasına Allahdan tərəfindən gələn dəvənin hər iki ayağını kəsən şəxs kimi- ayağa qalxıb, başına qılınc zərbəsi vurur və saqqalını qana boyadır”.
Bu zaman Həzrət Əli (ə), Peyğəmbərdən (s) belə soruşduğunu deyir:
“Ey Allahın rəsulu(s), bu hadisə baş verən zaman mən dinimə sadiq olacağam?”
O Həzrət (s) buyurdu:
“Bəli, o zaman sən dininə sadiq ( qəlbi imanla dolu) olacaqsan”.
Sonra əlavə edərək buyurdu:
“Ey Əli, səni öldürən şəxs məni öldürmüş, səni qəzəbləndirən məni qəzəbləndirmiş və səni söyüb, təhqir edən məni söyüb və təhqir etmişdir. Çünki, sən mənim canımsan. Ruhun ruhumla, zatın zatımla eynidir (torpağın mənim torpağımdandır).
Həqiqətən, Allah-taala məni səninlə birlikdə yaradıb, birlikdə bəyənib və məni Peyğəmbər səni isə İmam seçmişdir.
Sənin imamlığını inkar edən şəxs mənim petğəmbərliyimi inkar etmişdir.
Ey Əli(ə), sən mənım vəsim, övladlarımın atası, qızımın əri və xəlifə və canişinimsən.
Sağlığımda və ölümümdən sonra ümmətim üçün sənin hökmün mənim hökmümdür və sənin qadağan etdiyin mənim qadağan etdiyimdir.
Məni peyğəmbərliyə seçib, insanların ən yaxşısı edən Allaha and olsun, sən Allahın əmri ilə yaratdıqlarının höccətisən və onun sirlərinin xəzinəsi və bəndələrinin xəlifəsisən.”Mütərcim: Mirməhəmməd Bəşirov.
Açar sözlər: şəban
SƏHİHEYNİN HƏDİSLƏRİNİN MƏTN CƏHƏTİNDƏN ZƏİFLİYİ
HƏDİSİN DEYİLİŞİ İLƏ YAZILIŞI ARASINDA OLAN FASİLƏ Səhiheyn hədislərinin zəifliyi barədə olan bizim birinci və ikinci dəlilimiz, bu iki kitabın müəlliflərinin təəssübkeşliyi və sənədlərinin zəif olmasıdır. Bu barədə kifayət qədər söhbət olundu. İndi isə əziz oxucularımızın diqqətini üçüncü dəlilə cəlb etmək istəyirik. Kitabın ilk səhifələrində hədis barədə müxtəsər söhbət olundu. Hədis söyləməyin və yazılışının qadağan olunması və həmçinin Peyğəmbərin (s) vəfat tarixindən Ömər ibn Əbdul-Əzizin xilafət dövrünə kimi saxta və qondarma hədislər barədə araşdırma aparıldı. İndi isə Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih bilən bir çox şəxslər bu sualla üz-üzə dururlar: Hədis yazılışının bir əsr boyu qadağan olunması və uzun müddət şifahi olaraq hədis söyləməyin qarşısı alinmışdı. Başqa tərəfdən isə bu dövrlərdə yalan hədis söyləyənlər çox olmuşdur. Əllərində olan bütün imkanlardan istifadə etmələrinə baxmayaraq, qondarma hədislərin tərəfdarları bu yolda kifayət qədər bəhrə əldə edə bilməmişlər. Bəli, bu uzun əsrlər boyu hədis elmi ciddi mənfi təsirlərə məruz qalmışdır. Hədislərin mətnlərində hansı dəyişikliklər əmələ gəlmişdir?! İslam qanununda ən mühüm sənəd olan Peyğəmbər (s) sünnəsinin hansı həqiqətləri aradan getmiş və onun yerinə hansı səhv məsələlər qoyulmuşdur?! Uzun müddət öz ata-babalarından hədis ünvanında məsələ nəql edənlər, hədislərin İslam hökmlərinin budaqları və kökü olduğuna etiqad bəsləyərək nəql edirdilər. Lakin o hədislərin əsas kökündən, düzgün olub-olmamasından heç bir xəbərləri yox idi. Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih sayanlar öz qarşılarına çıxan bu suala tutarlı və qaneedici bir cavab verə bilməmişlər. Əhli-sünnə yazıçılarının bəziləri öz yaddaşlarını kitabların və yazıların yerinə istifadə etmişlər.[1] Lakin, qeyd etmək lazımdır ki, yaddaşlar nə qədər güclü olsa belə, yazıların və sənədin yerini tuta bilməz. Başqa bir tərəfdən, əgər hədislər az vasitə ilə kitablarda yazılmış olsaydı, qeyd olunan məsələdən qaçmaq üçün yaddaşa etimad etmək olardı. Lakin, səhiheyn kitablarını araşdırdıqda aydın olur ki, bəzən hədislər neçə vasitə ilə Peyğəmbərə (s) çatır. Bu da hədisin deyilişi ilə yazılışı arasında olan böyük məsafənin olması deməkdir. Bu özü də təbii bir məsələdir. Hər bir hədisin mənasını söyləyərkən istər–istəməz o hədisin sözlərində azaltma və artırma ehtimal olunur. Əgər bu məfhumi nəql bir neçə nəfərin vasitəsi ilə nəql olunarsa onda bu nəqlin vəziyyəti aydın olur. Bu da bizim səhiheynin hədislərinin zəifliyinə üçüncü dəlilimiz idi. İndi isə diqqətinizi dördüncü dəlilə cəlb edirik!YARIMÇIQ YAZILMIŞ HƏDİSLƏR (senzura olunmuş hədislər) Səhihi-Buxarinin hədislərinin zəif olmasına və etibarsızlığına olan dördüncü dəlilimiz onun hədislərinin bir qisminin Buxari tərəfindən senzura[2] olunmasıdır. Bu qəbahətli iş Buxaridə mənəvi hökmranlıq edən həmin təəssübkeşliyin təsiridir. Buna görə də şerlərdə məzmunu Əlinin (ə) fəzilətinə işarə olan hədislər və ya xəlifələrdən birinin cahilliyinə və səhvlərinə dəlil olan hədisləri kəsib atdığının şahidi oluruq. Bu əməllə hədisin əvvəlinin, ya onun axırının və bəzən də ortasından bir cümlənin ixtisar olması o fəzilətlərin və nöqsanların üzərinə pərdə asmışdır. Hədis elmi nəzərində hədislərdə dəyişiklik etmək və ya onların həqiqətini gizlətmək əmanətin qorunmasında xəyanətə mürtəkib olmaq deməkdir. Bu əməl buna dəlildir ki, Buxari öz camesinin (səhihinin) yazılmasında bir mühəddis, təfsirçi və tarixçi kimi həqiqəti təmiz çatdırmaqla öz vəzifəsinə layiqincə əməl etməmişdir. Halbuki, öz vəzifəsinə əməl etməməklə yanaşı həm də öz səliqəsi və zövqünə uyğun gəlməyən hədisləri ixtisar etmişdir. Belə həqiqətləri gizlətmək və ya onları ört-basdır etmək bir mühəddis üçün ən böyük xəyanətə mürtəkib olmaq deməkdir. Çünki, həqiqəti gizlətmək və onu dəyişmək özü ilə bir çox fikirləri azdıracaqdır. Bundan əlavə, Buxarinin öz zövqi ilə hədislərin başına açdığı oyunlar bizə bunu çatdırır ki, həqiqi səhih hədislərin ən mühüm hissələri o günlərdə Buxarinin əlində olmuşdur. Lakin, onun üslubu və zövqi ilə uyğun olmadığına görə onları öz kitabında yazmamışdır. Bununla da hədislərin mühüm hissələri tədricən aradan getmişdir. Öz kitabında hansısa bir hədisi yazmaq istəyən bir şəxs hədis yazmaqda belə “üslub”u seçərsə, onun zövqi ilə uyğun olmayan hədislərlə rəftarının necə olacağı məlumdur. İndi isə sizə belə hədislərdən bir neçəsini nümunə olaraq gətiririk:Ardi var.....
