Reklam verin!

Nostradamus kimdir?

Müharibə olur, deyirlər ki, Nostradamus bunu yazmışdı. Zəlzələ baş verir, yenə də Nostradamusun proqnozlarının doğru çıxdığını iddia edirlər. Bəs əslində, Nostradamus kimdir?


Nostradamus 16-cı əsrdə yaşayan astroloq, kahin, münəccim və ya bir falçıdır... Mudafiəçilərindən biri olan Çarles Vardın sözlərilə “gələcəkdə baş verəcək anormal hadisələrdən” xəbər verən bir insan...Tarixdə bir çox insanın gələcəklə bağlı xəbərlər verdiyi məlumdur. Belələrini peyğəmbərlər və kahinlər kimi iki qurupa ayırmaq olar.Peyğəmbərlər bir möcüzə olaraq gələcək haqqında məlumatlar verib və onların dedikləri eynilə düz çıxıb. Onların xəbərlərinin əsası vəhy və ilahi elmdir. Zamanı yaradan Allah göndərdiyi peyğəmbərləri insanlara təsdiq etdirmək üçün onlara möcüzəli birşəkildə gələcək haqqında xəbərləri bildirib.Kahinlər isə bunu özlərinə bir məslək, sənət olaraq seçiblər. Vəhyə əsaslanmayan insanların gələcəklə bağlı xəbərləri bilmələri qeyri-mümkündür. Bu, açıq bir həqiqət olduğu halda, bəziləri insanların zəif cəhətlərindən faydalanıb, şöhrətə yiyələnib və maddi mənfəətlər əldə edi(r)blər. Kahinlikdən bu cür qazanc məqsədilə istifadə edilib. Belələrinin sözünə nə dərəcədə inanmaq olar?Əsrimizin insanı maddəçiliyin boğucu qaranlığından xilas olmağın yollarını axtarır, buna görə də bəzi fırıldaqçılar tərəfindən aldadılır. İnsanın astrologiyaya olan marağını da bu səbəbdə axtarmaq lazımdır. Amerikada hər dörd insandan birinin astrologiya ilə maraqlanması da bu həqiqətin göstəricisidir. Nostradamus kimilərin hələ də aktual olmalarının səbəbi budur.Bu mövzuda ciddi tədqiqatları ilə tanınan Erik Russel bir kahinlikdən (gələcək haqqında xəbərvermə) bəhs edir: “Avropalı astroloqlar gələcəkdə baş verəcək bir daşqından xəbər verərək: “Planetlər balıq bürcündə bir yerə gəldikləri zaman bütün dünya su altında qalacaq”, - deyirlər. hər kəs bundan qorxmağa başlayır. Bəzi insanlar guya bu daşqından qorunmaq üçün qayıq belə alırlar. Onların dedikləri zaman gəlib çıxır, lakin heç bir daşqın olmur. Lakin zamanın axarı bu açıq yalanı da silir və untdurur.Bundan sonra astronomiya alimləri yenidən bu mövzuya qayıdır, onu tədqiq etməyə başlayır və “Planetlərin balıq bürcündə bir yerə gələcəyi” sözünün heç bir elmi əsası olmadığı qənaətinə gəlirlər.”Nostradamus kimi insanların ən yaxşı dostu yalanları unutduran zamandır. Məsələn onlar, “filan tarixdə filan insan öldürüləcək”, - deyirlər. Əgər həmin insan həqiqətən də öldürülsə, bu müsbət bir göstərici olur və uzun müddət unudulmur. hadisə baş vermədiyi zaman isə bu yalan qısa bir müddətdə unudulub gedir.Nostradamusun gələcəklə bağlı verdiyi 946 xəbərdən yalnız 70- i müəyyən mənada doğru çıxıb. Onun doğru söyləmək nisbəti yeddi faizdir. Bunların da əksəriyyəti demək olar ki, hər bir insanda ola biləcək normal hadisələrdir.Nostradamus özünün gələcəklə bağlı xəbərlərində “müqəddəs yazıları əsas götürərək, astronomik hesablarla nəticə əldə etdiyini” etiraf edir. Onun gələcəklə bağlı müxtəlif işarələrini, öz ağlına görə izah etmək tam Nostradamusa uyğun olan bir saxtakarlıqdır.Çarles Vard onun haqqında belə deyir:   “Tapmacalarla danışan bir insandır. Səthi bir xristian, səmimi bir bütpərəstdir. Yanacağını əvvəlcədən xəbər verdiyi Rouzin şəhərini də o özü yandırıb!”Nostaradamus qeyri-müəyyən, ikimənalı, hər bir şərhə açıq sözlər deməkdə usta idi. Bernard Cap isə onun haqqında: “O öz sözlərinə drammatik don geyindirməkdə mahirdir. Buna görə də gələcək haqqında verdiyi xəbərlər bu günə qədər diqqət mərkəzində oldu” ifadəsini işlədib.Məşhur tədqiqatçılardan Cames Laverin ifadələri isə daha maraqlıdır: “Onun yazıları şer və ədəbiyyat qaydalarına uyğun gəlməz; nizamsız, uydurmalarla dolu olan mənasız sözlər yığnağıdır. Şerlərindən doğru məna çıxarmaq mümkün deyil. Dediklərinin əksəriyyəti mənasız sözlərdən ibarətdir”.Qısası, Nostradamus bəzi mənfi niyyətli insanlar tərəfindən şişirdilmiş fırıldaqçıdır. Lakin məsələnin çətin tərəfi odur ki, Allah, axirət və alın yazısı kimi açıq həqiqətlərə inanmaqda çətinlik çəkənlər belə fırıldaqçıların boş sözlərinə aldanır, hətta bəziləri buna inanırlar.Mövzunu həzrət peyğəmbərin (s) bir hədisi ilə bitirək: “Bütün münəccimlər yalançıdır”.

Baxış sayı: 2
Açar sözlər: nostradamus 
Bookmark and Share

Ey Bəqi!

Ey Bəqi, ey fəryadlar dəryası!
    Ey Bəqi, ey şiələrin ümid yeri!bəqi
    Bəqinin hekayəsi, qürbət və qəriblik hekayəsidir: İslam qəribliyinin hekayəsi.
    Bu sirri kimə deyim ki, İslam, Peyğəmbərin (s) şəhərində qəribdir?
    Bu hekayəni dərdimi bilənlər və Bəqi aşiqlərindən başqa kimə deyim ki, heç kəsdə bu dərdi eşitmək taqəti yoxdur.


Ey göz yaşım, mənə rüxsət ver, rüxsət ver əsrlərdir sinəmdə gizlədiyim bir sirri danışım, o sirri ki, bu vaxta qədər deməyə bir kəs tapmamışam.
    Bura Bəqi qəbristanlığıdır.
    Bu torpaq, bir fəryad xəzinəsidir. Əsrlərdir onu, zalımların qorxusu sinəmizdə gizlədib.
    Hərçənd ki, göz yaşımız bunu gizlədə bilməmiş və hayqırmışdır. Amma bu elə bir dərd və qəhər deyil ki, yalnız ağlamaqla sağalsın.
    Bu elə bir yara deyil ki, göz yaşı ona məlhəm olsun.
    Bəqinin hekayəsi, İslamın qürbət hekayəsidir.
    Bu sirri kimə deyim ki, Peyğəmbər (s) öz şəhərində qəribdir.
    Ey ğözüm qan ağla səndəki hicab götürülsün və görəsən ki, bu torpaq, cənnət saraylarından biridir. Bu torpaqda eşq dəfn olunub. Bu torpaqda cənnəti paylayanlar yatıb.
    Bu torpağa Allah-taalanın böyük mələkləri rəhmət qanadlarını sərmişlər.
    Ey Bəqi! Ey Siddiqeyi-Tahirənin (s) sirrini özündə gizlədən!
    Ey Bəqi! Ey nur dəryası! Ey Mehdinin (əc.) həmnəvası!
    Ey Bəqi! De ki, o buraya gələndə burada nə baş verir?
    Ey Bəqi! Ey pak torpaq! Səndə həbibimin ayaq izlərini görürəm.
    Səndə paklar və yatdığı torpağı pak edənlər yatıb!
    Ey Bəqi! Qulaq as... Onun səsidir: “Əmmən yucibul-muztərrə iza dəahu və yəkşifussu”. “(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə?”
    Bu səs dərdli ürəyin naləsidir...
    Ey pak Bəqi! Gözlə! Gözlə, əgər zalımlar günəşi qürubun qürbətində həmişəlik saxlamağı bacarsalar, sən də qərib qalacaqsan!

Hazırladı: Seyid Məhəmməd Bəşirov

Baxış sayı: 3
Açar sözlər: qürbət 
Bookmark and Share

Nostradamus: Həkim, astroloq, sufi, yaxud peyğəmbər?

Dünya tarixini maraqlandıran şəxsiyyətlərdən biri də daha çox Nastradamus adı ilə tanınan Mişel de Notrdamdır. Əslində o, kim idi? Əfsanəvi həkim, yoxsa məşhur astroloq? Bəlkə ən gözlənilməz şərhlər üçün geniş imkan yaradan peyğəmbər idi? Və ən nəhayət, dahi sufi, nostradamusyoxsa sehrli kələkbaz? 500 il keçməsinə baxmayaraq, bu suallar hələ də bu gün insanları maraqlandırır. Tarixdə elə astroloq yoxdu ki, bu şəxsiyyətə pərəstiş etməsin.


Milliyyətcə yəhudi olan Mişel de Notrdam 14 dekabr 1503-cü ildə Sen Remidə (Provans, Fransa) dünyaya gəlib. Ailə kasıb olduğundan ilk təhsilini elə evdə alıb. İbtidai təhsili klassik ədəbiyyatı, tarixi, astrologiyanı və xalq təbabətini əhatə edirdi. Daha sonra o, təhsilini davam etdirmək üçün Avinyon universitetinə daxil olur. Burda filosofiya, qrammatika və bəlağət elminə yiyələnir.
    Dəhşətli taun ailəsini məhv edir
    X1 əsrdə bütün Avropanı bürüyən dəhşət - bir çox insanın həyatına son qoyan «qara ölüm» kimi tanınan taun xəstəliyi Nostradamusun da ailəsindən yan keçmədi. Xəstəliyin dərmanını tapmaq çox çətin idi. Sanki Allah insanları cəzalandırmışdı. İlk dəfə olaraq bu xəstəliyin dərmanını Nostradamus kəşf edir. Bu dərman saf sudan, təmiz havadan və C vitaminindən ibarət idi. Dərman onlarla insanın həyatını xilas etsə də, təəssüflər olsun ki, onun həyat yoldaşını və uşaqlarını ölümün caynağından ala bilmir. Ailəsini itirəndən sonra şəhərdə qalmaq artıq mənasız idi. Çox fikirləşdikdən sonra qərara gəlir ki, uzun səyahətə çıxsın.1537-ci ildə əvvəllər yaşadığı Axeni tərk edir. 6 il sürən səyahətdən sonra nəhayət, 1547 - ci ildə Salon şəhərinə köçür. Salonda 2-ci dəfə ailə həyatı qurur. Bu evlilikdən 6 övladı olur: 3 qız, 3 oğlan.
    Şəhərdə 2 mərtəbəli evi var idi. Evin 2-ci mərtəbəsində laboratoriya yaratmışdı. Laboratoriyada sehrli güzgülər, üstürlab (bucaq ölçən), manqal yerləşirdi. Bundan başqa, laboratoriya üçün Delfaxin Apollon xramındakı müqəddəs sacayağın bənzərini də düzəltdirmişdi.
    1550-ci ildə çox fikirləşdikdən sonra müxtəlif yazıçıların əsərlərindən ibarət məcmuə nəşr etdirir. 24 rübaidən təşkil olunan məcmuənin məşhurluğu müəllifin gözlədiyindən də artıq olur. Məhz xalqın tələbi ilə ömrünün sonuna kimi hər il məcmuə çıxarmaq məcburiyyətində qalır.
    1554-cü ildən «Senturiya»ya qoşulan Nostradamus 1 ildən sonra kitabın 4 hissəsini dərc etdirir. Bu hissələrin hər biri 100 rübaidən ibarət idi. 10-cu «Senturiya» 1558-ci ildə işıq üzü görür.
    Nostradamus öz ölümü haqda qabaqcadan yazıb
    Sonuncu olan bu hissə daha çox diqqəti cəlb edir. Çünki belə hesab edilir ki, bu hissənin rübailərinin birində o, öz ölümü haqqında qabaqcadan yazıb. Belə bir rəvayət də gəzir ki, 1566-ci il iyulun 1-də Nostradamus öz köməkçisi ilə gecə sağollaşanda ona deyib: «Mən sabah artıq həyatda olmayacam». Səhərisi gün onu öz kabinetində yerdə ölü vəziyyətdə tapıblar.Vəsiyyətinə görə onu fransız monastrında torpağa tapşırıblar.Qəbrinin üstündə yazılıb: «Burda Mişel de Notrdam uyuyur. Dünyasını dəyişən yeganə insandır ki, bir neçə əsr sonra baş verəcək hadisələri göylərin xeyirxah hökmü və öz ilahi qələmi ilə yazıya alıb».
    «Nostradamus şifrəsi»ni açmaq onun yaradıcılığına bir çox intellektualları cəlb edib. Onlar bir neçə qrupa ayrılırlar. Bir neçəsi astroloji metodları aşkarlamağa, digərləri «ilk mənbələrə əsaslanan» saxtalaşmalara can atırdılar. 3-cü qrupa daxil olanlar isə bu şifrələrdən istifadə edərək bəşəriyyətin gələcəyi haqqında uydurmalar yayırdılar.
    Əlbəttə, şifrələri açmaq olar. Amma onları ciddi tədqiqatçıların apardıqları kimi ehtiyatlı və düşünülmüş şəkildə tədqiq etmək lazımdı.
    Məşhur astroloq özü haqqında yazırdı ki, bu şifrələrin yazılmasında o, insanların üzərində nüfuzu olan qanunlardan başqa öz intuisiyasından da istifadə edib. Nostradamus verdiyi məlumatların taleyini əvvəlcədən bilirdi. Bu məlumatlar elə məharətlə və ustalıqla şifrələnib ki, heç kim ondan öz maraqları üçün saxtalaşdıra bilməz: «Mən baş verəcək hadisələrin qarşısını almaq üçün gələcək nəsilə yazıb çatdırmıram.Əsas səbəb insanlara astrologiyanın baş verəcək hadisələr haqqında real məlumat vermək potensialının olduğunu sübut etməkdir. Bu elmi rədd etmək ağılsızlıqdır».
   

Baxış sayı: 9
Açar sözlər: nostradamus 
Bookmark and Share

Dövrümüzün imamını tanıyaq

Şəhidlər ağası İmam Hüseyn (ə) buyurub: “Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: “Mehdi Fatimənin övladlarındandır”.
    Yenə o həzrət buyurur: “Peyğəmbər (s) anam Fatiməyə buyurdu: “Ey Fatimə! Sənə müjdə olsun, Mehdi sənin övladlarındandır”.”
    Həzrəti Fatimə (əleyha-salam)-ın mövlud günlərində onun 11-ci övladı, müsəlmanların 12-ci imamı və bəşəriyyətin həqiqi xilaskarı Həzrət Mehdini (əc) xatırlamaq gözəl olardı. Bu işə görə xanım Fatimə (əleyha-salam) çox sevinər və həm də bizdən razı qalar.imam


Yadımıza salaq ki, xanım Fatimə (əleyha-salam) imam yolunda canını fəda edən ilk şəxsdir. Doğrudur, bu sözləri deməklə onun mövlud günündə qəlblərimiz qəmlənər. Amma çarə yoxdur, deməliyik: Zəhra (əleyha-salam) Əli (əleyhis-salam)-ın qəriblik, məzlumluq və tənha qaldığına görə dözə bilmirdi. Axır nəfəsinə qədər öz imam və rəhbəri yolunda mübarizə apardı və canını qurban etdi. Həzrət Əli (əleyhis-salam) və sonrakı 11 imam hamısı Allah tərəfindən imamdırlar. Və imamlıqda bərabərdirlər. Elə bilirəm ki, Həzrət Zəhra (əleyha-salam)-ın həyatını yaxşıca öyrənib tanış olsaq, bizlərə çox şey aydın olar. Zəhra (əleyha-salam) hər bir sahədə bütün insanlar: istər qadın, istərsə də kişilər üçün gözəl örnək və nümunədir. O xanım Allaha imanlı olmaq, ona necə ibadət və itaət etmək və onun bütün qayda-qanunlarına necə riayət etmək dərsini verməkdə böyük müəllimdir. Biz Həzrət Zəhra (əleyha-salam)-dan dərs almayıb kimdən dərs alarıq? Zəhra (əleyha-salam) imam deyil. Onun da imamı var idi. O da imama itaət edirdi. Ən nəhayət, Allah yolunda apardığı ən axırıncı rolu dövrünün imamı yolunda mübarizə aparmaq və əgər imam yolunda can qurban vermək idisə, bunu da etdi.
    Əzizlərim, ən əvvəl budur ki, bir müsəlman olaraq öz İslami tariximizdən, dinimizin qayda-qanunlarından və 14 məsumun həyat yolundan xəbərdar olmağımız lazımdır və bunlarla dərindən və yaxından tanış olmalıyıq.
   
    Allaha olduğu kimi inanmışıqmı?
   
    Allahı necə tanıyırıq? Ona nə qədər inanırıq? Onun əmrlərini yerinə yetirməyə nə qədər hazırıq? Onun nəyə qadir olduğunu bilirikmi? Özümüzü inandıra bilmişikmi ki, Allah başımızın üstündədir və heç bir yaxşı və pis əməl ondan gizli deyildir? Ona məhəbbətimiz nə dərəcədədir? Ona olan iman və məhəbbətimiz bizi dünyapərəstlik, nəfs və şeytanpərəstlikdən nə qədər uzaqlaşdıra bilir? Günah etmək istəyəndə ondan çəkinir və qorxuruqmu? Günahlarımıza görə ondan nə qədər həya edir və xəcalət çəkirik? Onu böyük bir varlıq, rəhbər və başçı kimi qəbul etmişikmi? Həyatımızı onun qanunları əsasında qurmaq istəyirikmi? Ümumiyyətlə, biz kimə bəndəlik və xidmət edirik? Nəfsimizə xidmət edirik, yoxsa bizi yoxdan yaradan və yaşadan Allaha? Əlbəttə, sual çoxdur. Sadəcə insafla suallara cavab vermək azdır.
   
   
Hər şey Allaha məxsusdur.
    Peyğəmbərləri kitabları ilə göndərən və imamları müsəlmanlar üçün rəhbər təyin edən odur. Onların hamısı Allahdan danışır, ona ibadət və itaətə dəvət edir, ondan qorxur və qorxudur, onun hökmlərini insanlar arasında bərpa etmək istəyiblər. Allah bu işlə öz hakimiyyətini yer üzündə bərpa etmək istəyib. Hər işimiz Allah əlindədir. Əvvəl də, axır da odur. Yaradan, yaşadan və öldürən odur, sabah qiyamət gününü - vədə verdiyi - kimi bərpa edəcək hər şeyə qadir odur. Deməli, biz Allahı olduğu kimi tanımalı, ona inanmalı, arxayın olmalı və ona bəndəlik edib onu razı salmalıyıq. Və nəticədə bizi əbədi səadət və feyzə çatdırsın.
    Ey əziz insan! Bu deyilənlər səncə yalandırmı? Əgər kimsə bu deyilənləri yalan hesab edirsə, onda özü düşündüyü və istədiyi kimi yaşayar və nəticədə azğınlığa uğrayar. Yox əgər doğrudursa, onda nə durubsan özünə gəl və özün üçün çarə qıl. Ölüm yaxınlaşır, ömür qısalır. Allaha sarı gedirik. Yaddan çıxartmayaq bu dünya bu gün var, sabah yoxdur. Fürsətdən istifadə edək. Onsuz da biz Allahın məxluqlarıyıq. Ondan qaça bilmərik.
    Əllamə Məclisi (rə) nəql edir: “Bir nəfər kişi İmam Hüseyn (əleyhis-salam)-ın hüzuruna gəlir və deyir: “Mən günahkar bir kişiyəm və günahın qarşısında səbr edə bilmirəm, onda məni nəsihət et”. Bu vaxt İmam Hüseyn (əleyhis-salam) buyurdu: “5 işi yerinə yetir, ondan sonra nə qədər günah edirsən et. 1-Allahın ruzisindən yemə, 2-Allahın hakimiyyəti altından çıx, 3-Elə bir yer tap ki, Allah orda səni görməsin, 4-Əzrayıl canını almaq istəyəndə ona təslim olma, 5-Cəhənnəmin sahibi səni cəhənnəmə daxil etdikdə sən daxil olma. Əgər bunları edə bilərsənsə, hər nə qədər günah istəyirsən et”.”
    Bəli, doğrudan da, böyük dərsdir. Bu beş cümlədən öz dərsini alan adamın xoş halına.
    Bütün bu deyilənlər bilək bizi haradan bura kim gətirib? Bura haradır? Nə etməliyik və bu işlərin axırı necə olacaq?
   
   
Azca dərindən düşünək.
    Gəlin hamımız oturaq və düşünək. Elə bir formada düşünək ki, o düşüncə bizi nəsihət edib kimliyimizi, gücümüzü və qiymətimizi bizə bəlli etsin.
    Əlbəttə, söhbətin mövzusu İmam Zamandır (əc). Amma İmam Zamanın (əc) Allahını olduğu kimi tanımayıb güclü imanı olmadan İmam Zamanı (əc) haradan tanıyıb inanmaq olar? İmam Zamanı (əc) imam kimi bizə təyin edən Allaha olduğu kimi ibadət və itaət etmədən İmam Zamana (əc) necə itaət olunar? İmam Zamanın (əc) sevdiyi Allahı sevməyən şəxs İmam Zamanı (əc) necə sevə bilər? Allahın əmrlərini yerinə yetirmək istəməyən şəxs İmam Zamanı (əc) nə edir? Allah hökmlərinin cəmiyyətdə hakim olmasını istəməyən şəxsin İmam Mehdinin (əc) ədalətli hakimiyyəti nəyinə lazımdır.
   
   
İmam Mehdi (əc) ilə tanışlıq
    İmam Mehdinin (əc) qeybəti dövründə oxunulması lazım olan duaların birində deyilir:
    “İlahi! Özünü mənə tanıtdır. Çünki əgər özünü mənə tanıtdırmasan, səni və sənin Peyğəmbərini tanımaram. İlahi! Peyğəmbərini mənə tanıtdır, çünki əgər Peyğəmbərini mənə tanıtdırmasan, sənin İmamını tanımaram. İlahi! İmamını mənə tanıtdır, çünki əgər İmamını mənə tanıtdırmasan, dinimdə azğınlıq və zəlalətə düşərəm ...”
    Ey əziz insan! Bax gör əvvəl Allahı, sonra Peyğəmbəri, daha sonra isə İmamı tanımalıyıq. Bu gücü də Allahdan almalıyıq. Bax gör İmam Zamanla (əc) nə qədər tanışıq? Ona nə qədər inanır və sevirik? Zehn və qəlbimizdə onun üçün nə qədər yer ayırmışıq? İmam Zamanı (əc) olduğu kimi tanımadan, inanmadan, sevmədən, onu öz həyatının davamı üçün bir vasitə və İmam kimi saymayan şəxsin heç qulağına olmaz ki, İmamın zühuru üçün dua etsin və onun tez gəlməsi üçün çalışsın. Belə çəxsin vecinə deyil İmam Zamanın (əc) dərdinə qalıb qəriblik və tənhalığı üçün kədərlənib ağlasın. Unutmayaq ki İmam Zamanın (əc) süfrəsindən çörək yeyir və yaşayırıq. Onun hesabına Allah bizə həyat verir və bizim qayğımızı çəkir. Hesabına görə yaşadığımız şəxsə bu qədər ögey və laqeyd münasibət bəsləmək ən azından insafsızlıqdır.
   
   
Qeybət dövründə müsəlmanların vəzifəsi
    İmam Zamanın (əc) qeybəti dövründə müsəlmanların müəyyən vəzifələri vardır. Onlar ibarətdir:
    1) O Həzrətin qeybdə olduğu dövrdə onun üçün qəmgin olmaq.
    2) Yer üzünün ədalətlə dolması və İslam dininin bütün dinlərə qalib gəlməsi üçün, hər bir zaman və məkanda o Həzrətin zühurunu gözləmək.
    3) O Həzrətin mübarək vücudunu bütün insanlardan və cinlərdən ibarət olan şeytanların şərindən qorunması üçün dua etmək, o Həzrətin zühurunun tezliklə olmasını Allahdan istəmək, kafirlərə və münafiqlərə qələbə çalmasını istəmək. Bu özü də bir növ o Həzrətin qarşısında təvazökarlıq etmək və ona qarşı məhəbbətin artması deməkdir.
    4) O Həzrətin mübarək vücudunun qorunması üçün hər vaxt mümkün olan miqdarda sədəqə vermək.
    5) O Həzrətin əvəzində həcc etmək, necə ki, bu şiələr arasında adət idi.
    6) O Həzrətin mübarək adını eşidən zaman onun hörmətinə xatir ayağa qalxmaq, xüsusilə mübarək Qaim adını eşidəndə.
    7) İmanın və dinin şeytanların şübhələrindən qorunması üçün yazılmış duaları oxumaqla Allahdan yardım diləmək.
    8) Xəstəliklər, çətinliklər və bəlalar insana üz verən zaman o Həzrətdən kömək istəmək və hər hansı bir şübhənin dəlili üçün, həmçinin bəlanın yox olması üçün Həzrətə üz gətirmək.
   
    Əzizlərim! Gəlin insafla hökm edək: Bu vəzifələrin hansı birinə yaxından yanaşır və ona əhəmiyyət veririk? Çoxları bilmir qeybət dövründə vəzifəsi nədir!? Bilməyənlərə kim çatdırmalıdır? Niyə qəflət yuxusuna dalmışıq? İmam Zamanla (əc) sıx əlaqə bağlamaq və İmam Zaman (əc) qidası almaq üçün ən gözəl üsul cümə günlərində “Nudbə” duasını oxumaqdır. Hansı birimiz bu duanın cəm şəkildə məscid, hüseyniyyə və evlərdə oxunmasına cəhd edirik? Boş “İmam Zaman (əc) sevirəm”lə iş düzəlməz.
    Aman! Şiənin öz dininə etinasızlıq və laqeydliyindən. Yaxşı bilirik ki, Əhli-Beyt məktəbi haqdır. Bu haqq məktəbi ilə həmişə mübarizə aparılıb və aparılır. Allahdan tutmuş İmam Zamana (əc) qədər saysız-hesabsız sərvətimiz vardır. Bəs nəyimiz yoxdur? Niyə bu sərvətdən istifadə etmir və edə bilmirik. Bir baxın görün İslam düşmənlərinin hədəf və məqsədləri puçdur. Amma öz məqsədləri yolunda gecə-gündüz çalışırlar. İnsanları haqqdan yayındırmaq üçün nə oyunlardan çıxırlar. İmam Zaman (əc) və onun tez zühur etməməsi üçün hansı zidd, əks təbliğatlardan istifadə etmirlər? Amma müsəlman başını aşağı salıb bu dünyasını abad etmək fikrindədir. Qərb mədəniyyətini yamsılamaq istəyir. Daha düşünmür ki, dini və insani dəyərlərə sahib olmalıdır. Və bu dini və insani dəyərləri qorumaqla, həm dünya həm də axirət xeyirlərini əldə etməlidir. Əgər belə etsə düşmən meydanımızda at oynatmaz. Bizə vacibdir ki, öz dinimizin və İmam Zamanımızın (əc) qədrini bilək və bu yolda çalışaq.
    Ey əziz insan! Bu yazılanları həmişəki kimi oxuyub üstündən yüngül və tez keçmə. Əvvəla, başqasına da ver oxusun, sonra isə özün dərindən fikirləş. Gör bunlar nə sözlərdir? Gör Allah, din səndən nə istəyir? Gör sən kimə və nə üçün lazımsan? Və gör qərib, məzlum və qeybətdə zühurun intizarını çəkən İmam Zamanın (əc) səndən nə tələb edir? Hamımız canımız, dilimiz, qələmimiz və malımızla İmam Zaman (əc) ağanın gələcəkdə quracaq ədalət hakimiyyəti uğrunda çalışmalıyıq. Onsuz da gec-tez Allah bu hakimiyyəti yer üzündə quracaq. Amma çalışmaq lazımdır ki, bu quruculuqda sənin də iştirakın olsun.
   
   
İmam Mehdi (əc) kömək istəyir.
    İmam Hüseyn (əleyhis-salam) Aşura günü fəryad edirdi: “Mənə kömək edən bir şəxs varmı ki kömək etsin?”. Həzrət Mehdi (əc) hər gün fəryad edərək müsəlmanlardan kömək istəyir: “Bir nəfər varmı ki, mənə kömək etsin? Bir nəfər varmı ki, mənim məhəbbətimi qəlblərdə diriltsin? Bir nəfər varmı məndən üz döndərən və əlaqəsini kəsənləri mənə tərəf çağırsın?”
   
   
Həm tanımaq həm də intizar çəkmək
    4-cü İmam Həzrət Zeynul-Abidin (əleyhis-salam) buyurur: “Qeybət dövründə yaşayan şiələr bütün dövrdə yaşayan insanlardan ən üstünüdürlər”. - Hətta Peyğəmbər (s) və Əli (əleyhis-salam)-ın dövründəki insanlardan da üstündürlər (İmam Hüseyn (əleyhis-salam)-ın köməkçilərindən başqa). Bütün insanlardan üstün olan bu şiələr kimlərdir? - “Onlar Həzrət Mehdiyə (əc) və onun imamlığına inananlar, o Həzrətin zühur və qiyamının intizarını çəkənlərdir (intizar çəkmək yəni Allah razı qalan formada yaşayıb İmam Zamanın (əc) zühuruna hazır olmaqdır)”.
    Bəli, ey əziz insan! Əvvəl İmam Zamanı (əc) gözəl formada tanımalı, inanmalıyıq sonra gecə-gündüz intizarını çəkməliyik.
   
    İlahi! Bizi İmamımızla tanış edib, imanımızı ona kamil et.
    İlahi! Bizi gözəl əməllərimizlə hər an onun intizarını çəkənlərdən qərar ver.
    İlahi! Bizə onun hakimiyyəti dövründə yaşamağı nəsib et.
    Amin!!!

Baxış sayı: 6
Açar sözlər: imam mehdi 
Bookmark and Share

Günahkar qadınların cəhənnəm əzabları haqda

Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə) nəql edir:
    "Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük . Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan?hicab


 Allahın rəsulu (s) buyrudu:
    - Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir:
    1. Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı.
    2. Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər.
    3. Bir qadını sinəsindən asmışdılar.
    4. Bir qadın bədəninin ətini yeyir və odda yanırdı.
    5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə dolaşmışdılar.
    6. Bir qadın ayaqlarından yanar təndirə asılmışdı.
    7. Bir qadın odda qızarmış qayçı ilə bədənini qabaqdan və arxadan kəsirdi.
    8. Bir qadının əl- üzünü yandırırdılar və o, öz bağırsaqlarını yeyirdi.
    9. Bir qadının başı it başı, bədəni eşşək bədəni idi və o, min cür əzaba düçar olmuşdu.
    10. Bir qadın it şəkilində idi. Cəhənnəm odu onun arxa tərəfindən girib ağzından çıxırdı. Mələklər onun başına, bədəninə od kösəklər vururdular.
    Həzrət Fatimə (s) atasından soruşdu :
    - Ey Allahın rəsulu (s), onları bu cür ağır və dözülməz cəzalalara düçar etmiş pis əməllərindən məni xəbərdar et.
    Allahın rəsulu (s) buyurdu :
    - Ey qızım, saçından asılmış qadın saçlarını naməhrəmdən örtmürdü.
    Dilindən asılmış qadın həmişə ərini (pis sözlərlə) acılayırdı.
    Sinəsindən asılmış qadın sinə və bədənini naməhrəm kişilərə göstərirdi.
    Qıçlarından asılmış və odda yanan qadın ərindən icazəsiz evdən çıxırdı.
    Bədəninin ətini yeyən qadın özünü naməhrəm kişilər üçün bəzəyirdi.
    Əlləri ayaqlarına bağlanmış, ilan və əqrəblər bədəninə dolanmış qadın təmizliyinə diqqət etmirdi (qüsüllü halda qalırdı).
    Kar , kor və lal olan qadın zinadan uşaq dünyaya gətirmiş və uşağı ərinin boynuna atmışdi.
    Bədənini odlu qayçı ilə qayçılayan qadın, kişilər ona baxıb ləzzət alsınlar deyə, özünü bilərəkdən naməhrəm kişilərə göstərirdi.
    Əl-üzü yanaraq bağırsaqlarını yeyən qadın naməhrəm qadın və kişiləri haram iş görmək üçün bir-birinə calayırdı.
    Başı it başı, bədəni eşşək bədəni olan qadın söz gəzdirir və çox yalan danışırdı.
    İt şəkilində olan, od onun arxasından girib ağzından çıxan qadın günah məclislərində haram mahnılar oxuyub, başqalarına həsəd aparırdı .
    Sonra Peyğəmbər (s) buyurdu:
    - Vay olsun o qadına ki, ərini qəzəbləndirər! Xoş o qadının halına ki, həmişə əri ondan razı olar".
    Əziz müsəlman ana və bacılar, sizdən xahiş edirik ki, həzrət peyğəmbərin (s) Merac hədislərini oxuyub, əməl edəsiniz və onları başqalarına da çatdırasınız .

Baxış sayı: 6
Açar sözlər: hicab 
Bookmark and Share

İmam Zaman (ə.c.) haqqında bəzi suallara cavab

İmam Zamanı doğru şəkildə, Əhli-beytin (ə) təbliğ etdiyi kimi, həqiqət axtarışında olanlara tanıtdırmağı özümüzə vəzifə bilərək, böyük şiə alimlərinin kitablarında tədqiqat aparmaqla ən mötəbər, lazımlı və eyni zamanda Əhli-beyt (ə)-dən gəlib catan hədislər ilə üst-üstə düşən sual-cavabları toplayıb, o həzrətin sevimli şiələrinə təqdim edirik. mehdiÜmidvarıq ki, etdiyimiz bu kiçik xidmət bizə imam Mehdinin (ə.c.) razılığını qazandırsın və müəyyən qədər siz əzizlərimizin suallarına cavab vermiş olsun, inşallah.


1.İmam Mehdi (ə.c.) hansı şəraitdə zühur edəcəkdir?
    Cavab: Rəvayətlərdən əldə etdiyimiz kimi, imamın zühuru iki əsas şərtə bağlıdır:
    1.Dünya xalqlarının fikri hazırlığı. Belə ki, bütün insanlar yalnız həzrət Mehdinin hakimiyyəti ilə həqiqi səadət və xoşbəxtliyə çata biləcəklərini dərk etməlidirlər. Onlar yalnız o həzrətin hakimiyyətini istəməli və böyük eşq və canfəşanlıqla onu qarşılamalıdırlar.
    2.İnsanlar onlara qarşı edilən zülm və haqsızlığı dərk etməlidirlər. Beləki, onlara üz gətirən haqsızlıqlardan qəzəblənərək zalıma qarşı çıxmalı, zülmə boyun əyməyərək yaşayıb, öz imamını qarşılamağa can atmalıdırlar. Lakin zülmü hiss edib, amma fikri hazırlıqları olmadığına görə onu devirməyə can atmasalar, Abbasi xəlifələrinin zamanında yaşamış insanların gününə düşəcəklər. Necəki, onlara Yunan fəlsəfəsi öyrətməklə “cəbr” təlqin edilmiş,nəticədə onlar zülm və haqsızlığı ilahi bir iş sayaraq Allahın bə`zi insanları zəif və biçarə yaratmasına inam bəsləmişlər. Yaxud əgər insanların fikri hazırlıqları olsa, lakin zülm və haqsızlıqların qarşısında susub, zülmü dərk etmək istəməsələr, yenədə imam zühur etməyəcəkdir. Çünki, İmami lazım olduğu şəkildə qarşılamaq vacibdir. Belə olduqda ya İmam bütün insanların boynunu vurmalı (İmam kütləvi qırğın törətmək üçün gəlməmişdir) ya da düşdüyü bu şəraitdə yaşamağla razılaşmalıdır ki, bu da onun zühurunun hədəfi ilə əsaslı ziddiyyət təşkil edir.
    2-Biz İmamın zühuruna necə hazır ola bilərik?
    Cavab: Biz əxlaqi keyfiyyətlərə yiyələnməklə mə`nəviyyatımızı formalaşdırıb imamı özümüzdən razı salmalıyıq. İmam bizdən razı olduğu təqdirdə, sözsüz ki, onun sevdiyi insanlardan və həqiqi şiələrindən olacağıq. Həmçinin, Allahdan o həzrətin (ə.c.) zühurunu tezləşdirməsini istəməliyik. Biz duanın, imamın zühurunun tezləşməsinə olan tə`sirinə inanmalıyıq. Çünki, sağlam niyyətlə edilən dua, zülm və haqsızlığın dərk edilməsinin və imamın cahanşümul hakimiyyətinə olan bağlılığın təzahürüdür.
    3- Zühurdan sonrakı dünyanın zühurdan qabaqkı dünya ilə fərqi nədir?
    Cavab: İmam Baqirdən (ə) nəql edilən hədisdə oxuyuruq: “Elm 27 hərfdən ibarətdir. Bütün ilahi peyğəmbərlər (ə) iki hərfdən çox insanlar üçün heç nə gətirməyib və insanlar da o iki hərfdən çox heç nə bilmirlər. Lakin, bizim Qaimimiz zühur etdiyi zaman bütün 27 hərfin hamısını insanlar arasında yayacaqdır... Belə olduqda zühurdan qabaqkı zamanı zühurdan sonrakı dünya ilə müqayisə etmək mümkün deyil. Hazırda elm və sənayenin inkişaf etməsinə baxmayaraq, zühurdan sonrakı zamanda inkişafın səviyyəsi təxminən 14 dəfə indikindən çox olacaqdır. Habelə yer üzərində hakim olan zülm və haqsızlıq tez bir zamanda sona çatacaq, bütün insanlar islama üz gətirəcək, Allaha məhəbbət qəlblərdə çoxalacaq və həqiqət, bütün insanlara aydınlaşacaqdır. Əlbəttə, qeyd etdiymiz rifah və əminəmanlıq qeyri-təbii yollarla baş verməyəcəkdir. Bütün bunlar təbii axını ilə həyata keçəcəkdir. Məsələn, o zamanda olan günəş də, gecə-gündüz də həminki kimi olacaq, nə bir qədər qısa, nədə uzun. Lakin, onlardan istifadə etmə keyfiyyəti yuxarı qalxacaq və hamı, ilahi ne`mətlərdən düzgün istifadə etmə mədəniyyətinə riayət edəcək, Allah da onların ne`mətlərini artıracaqdır.
    4- Biz hamının diqqətini imam Zamana (ə.c.) necə cəlb edə bilərik?
    Cavab: O həzrəti dünya xalqlarına tanıtdırmaq üçün müxtəlif təbliğat vasitələrindən, qazet, televizor, internet və s. istifadə etmək lazımdır. Çünki cahanşümul islahatçının varlığına dörd böyük din (İslam, məsihiyyət, yahudiyyət və zərdüştlük) ardıcılları inam bəsləyirlər ki, bu da təxminən 3 milyard əhalini özündə birləşdirir. Əgər belə bir surətdə əlimizdə olan imkanlardan düzgün istifadə etməsək, Allahın qarşısında cavab verməli olacağıq. Əks təqdirdə bu inamın düşmənləri bizim səhlənkarlığımızdan istifadə edərək o həzrətin əleyhinə təbliğat aparır, filmlər çəkdirir və o həzrəti yer üzünün islahatçısı deyil, əksinə viran edən bir şəxs kimi tanıtdırırlar. Beləliklə, hər birimizin vəzifəsidir ki, imkan daxilində o həzrəti digərlərinə tanıtdıraq və inamımızın zühurunun tezləşməyi üçün müəyyən addımlar ataq.
    5- İmamın zühuru yaxın gələcəkdə, ya heç olmasa yaşadığımız əsrdə baş verə bilərmi?
    Cavab: imam Sadiq (ə) -dan olan bir hədisdə deyilir: “Allah zühur əmrini bir gecədə islah edəcəkdir.” Əksər rəvayətlətdə də o həzrətin zühur vaxtı üçün müxtəlif nişanələr qeyd olunmuşdur. Ayrı bir tərəfdən də zühur üçün heç bir vaxtın tə`yin olunmamasına işarə etmişlər. Qeyd edilən mətləblərə əsasən, belə nəticə cıxarmaq olar ki, o həzrətin zühur vaxtı üçün deyilən nişanələrin əksəriyyəti həyata keçmişdir. Bu baxımdan zühur vaxtı olduqca yaxınlaşmışdır. lakin bunun üçün müəyyən vaxt təyin etmək düzgün deyil. Çünki bu vaxtı Allahdan başqa heç kəs bilmir. Amma, hər anda o həzrətin intizarı çəkilməlidir. Hədisdə deyilir ki, Allah, bir gecənin içində belə zühuru həyata keçirməyə qadirdir. Bu baxımdan mə`sumların (ə) buyurduğu kimi, gecə-gündüz səbirsizliklə əziz imamımızın gəlişini gözləməliyik. Böyük alimlərimizdən birinin dediyi kimi: "Kiçik zühur bir necə il öncə başlamışdır." Onu günəşin doğmasına bənzətmişlər ki, tam görsənməmişdən əvvəl həyatbəxş şəfəqlərini saçmaqla dünyanı işıqlandıracaqdır. İndi isə yalnız günəşin özünün tam doğması və xalqın ondan bilavasitə faydalanması qalmışdır.
    Hər halda, imamın zühuru üçün hər hansı bir vaxtın təyin edilməsindən qəti şəkildə çəkinmək lazımdır. Əgər bir şəxs vaxt təyin edərsə ona qarşı çıxmaq lazimdir. Çünki bu işin çox böyük zərəri ola bilər.
    6-Ümumbəşər islahatçının səciyyələri nədən ibarətdir?
    Cavab: 3 qismdən ibarətdir: 1.Dərin elmi biliyə malik olmalı və insanları yaxşı tanımalıdır. 2. Güclü iqtidarı və fövqəlbəşər bacarığı olmalıdır. 3. Özündən razı və rəyasətpərəst olmamalıdır.
    Həzrət Mehdinin hər elmə malik olub insanların halından xəbərdar olması bununla bağlıdır ki, bütün elmlərə sahib olmaqla dünyanın hər hansı bir güşəsində yaşayan insanların zülm və haqqsızlığa mə`ruz qaldıqlarının qarşısını alacaq və zühurdan sonra nəzərdə tutulan ideal və ədalətli bir dövlət yaradacaqdır. Əks təqdirdə bunların heç biri həyata keçməyəcəkdir. Həzrət Mehdinin iqtidarlı olmasının zəruriliyi isə bundan ibarətdir ki, o sahib olduğu qüdrət və güc sayəsində insanları öz nəzarətində saxlayacaq, ara-sıra ehtimal olunan iğtişaşların qarşısını alacaq və mə`nəvi-siyasi hazırlığı ilə bütün dünyanı idarə etməyə qadir olacaqdır. Habelə ümumdünya islahatçı hətta kiçik səhv və nöqsanlardan uzaq olmalıdır. Əks təqdirdə, kiçik səhvlər, böyük faciələr ortaya çıxaracaqdır. Qeyd olunanlardan mə`lum olur ki, dunyanı islah edən şəxs adi bir insan deyildir.O, Allahın qüdrəti ilə təchiz edilmiş bir rəhbərdir ki, bütün bəşəriyyətin xilası üçün zühur edəcəkdir. İslam bu şəxsi “Mehdi” adı ilə, digər dinlər isə ayrı ünvanla xatırlatmışdır...
    7- Zühur vaxtında insanların 3/1-nin öldürüləcəyi anlayışı doğrudurmu?
    Cavab: Bu anlayış zühurun qəti olmasını xatırladır. Yə`ni zühur vaxtı insanlar hidayət olunmaqdan çəkinib imamla mübarizəyə qalxsalar, onların öldürülməsi şübhəsizdir. Amma bu o demək deyil ki, zühur vaxtı insanların mütləq 3/1 -i öldürüləcəkdir. Necə ki, ayrı bir hədisdə: “Hətta dünyanın sonuna bir gün qalsa belə, Allah o günü imam zühur edənə qədər uzadacaqdır”- deyə buyrulur. Bu, imamın hakimiyyətinin təkcə bir gündə olacağı demək deyil. Belə ifadələrlə - qeyd etdiyimiz kimi - zühurun qəti olması xatırlanmışdır. Biz sevimli imamımız haqqında müsbət düşünməli, onun mehribanlığına və səmimiliyinə inanmalıyıq. O həzrət adi insanlarla deyil, yalnız onun ədalətli hakimiyyətinın qarşısında sədd çəkənlərə qarşı vuruşacaq və onları qətlə yetirəcəkdir.
    8- İmamın inqılabında yalnız təcavüzə mə`ruz qalmış, hüquqları pozulmuş şəxslər iştirak edəcəklər, yoxsa bütün insanlar?
    Cavab: Həmişə inqilab təhqir edilmiş, hüquqları tapdalanmış şəxslər tərəfindən həyata keçirilir. Lakin imam Mehdinin qlobal hakimiyyəti zamanında bütün xalqlar səfərbər olub o həzrətlə yanaşı mübarizə aparacaqlar. Çünki, dünyanın bir qütblü olması əksər dövlətləri sıxışdırmış, onların hüquqularını pozmuş və onların istismar olunmasına qulluq etmişdir.
    Biz həzrət Musanın zamanında bütün Bəni-İsrailin səfərbər olub qiyam etməsinin şahidi oluruq. Beləki, Fironun yaxın olan tərəfdarları öz haqqlarının tapdalandığını dərk edib firona qarşı yürüş etdilər.
    9- Əhli-sünnə ardıcılları da, şiə məzhəbinin e`tiqad bəslədiyi kimi imam Mehdiyə inanırlarmı?
    Cavab: Bu suala cavab vermək üçün bir neçə Əhli-sünnə aliminin sözlərini nəzərinizə çatdırırıq:
    Suveydi:
    “Bütün alimlərin fikrincə, imam Mehdi dünyanın sonunda qiyam edəcək və yer üzünü ədalətlə dolduracaqdır. Mehdinin zühuru haqqında çoxlu hədislər vardır.” ( ? zəhəb, səh. 78)
    İbn Əbil-Hədid:
    “Bütün müsəlmanlar buna etiqad bəsləyir ki, zamanənın sonunda Əhli-beytdən (ə) olan bir kişi ayağa qalxacaq, dini təsdiq, ədaləti bərpa edəcəkdir. Bütün müsəlmanlar ona itaət edəcəklər. Onun adı Mehdidir.” (İbn Xəldunun müqədimməsi , səh.362)
   
    Əbu Abdullah Fəqih Məhəmməd ibn Yusif Gənci Şafei:
    “Şübhəsiz, Mehdi həzrət Əsgərinin övladıdır. O qeybət dövründən indiyə kimi yaşayır. Onun indiyə kimi yaşaması həzrət İsa, Xızr və İlyasın yaşamaları kimidir.” (Əl-bəyan fi əxbari sahibəz-zaman, 20-ci babın axırı)
    10- İmamın anası kimdir və imam Həsən Əsgəri ilə necə evlənmişdir?
    Cavab: İmamın anası Rum qeysərinin nəvəsi Nərcis xanımdır. O xanımın anası, İsanın(ə) canişini Şəm`unun nəslindəndir. İmam Hadi (ə) Nərcis xanımı əsirlikdən azad etmiş və oğlu Həsən Əsgəri ilə evləndirmişdir. O xanım ismət və təqva baxımından dövrünün ən üstün qadınlarından olmuşdur.
    11- İmam Mehdi (ə.c.) nə vaxt və necə dünyaya göz açmışdır?
    Cavab: Həzrət Mehdi (ə.c.) hicri-qəməri təqvimi ilə 255-ci ildə (miladi 869-cu il) şə`ban ayının 15-i, cümə günü, sübh çağında Samirra şəhərində dünyaya gəlmişdir.
    O həzrətin doğum tarixi haqqında imam Həsən Əsgəri (ə)-ın bibisi Həkimə xatunun nəql etdiyi rəvayət çox mö`təbərdir. Şeyx Səduq(r.ə) Həkimə xanımın dilindən nəql edir:
    “Əbu Muhəmməd Həsən ibn Əli (ə) (11-ci imam) ardımca xəbər göndərdi, məni öz evinə çağırıb buyurdu:
    -Ey bibi, bu gecə bizimlə iftar et. Çünki şə`banın 15-ci gecəsidir. Bu gecədə Allah-taala öz höccətini yer üzünə göndərəcəkdir.
    Ondan soruşdum:
    -Anası kimidr?
    Buyurdu:
    -Nərcis.
    Dedim:
    -Sənə qurban olum, axı onda hamiləlik əlamətləri yoxdur?
    İmam buyurdu:
    -Dediyim kimi olacaq.
    Buna görə, evə daxil olub, salam verdim. Nərcis xatun irəli gəldi, ayaqqabılarımı cütləyib məndən soruşdu:
    -Mənim xanımım, əhvalınız necədir?
    Ona dedim:
    -Sən mənim və ailəmin xanımısan.
    Lakin o, bu sözümdən gileylənib buyurdu:
    -Ey bibi siz nə danışırsınız?
    Ona dedim:
    -Qızım, bu gecə Allah-taala sənə bir oğul verəcəkdir ki, dünya və axirət aləmlərinin ağası olacaq.
    O, xəcalət çəkib qızardı. Söhbəti bitirdikdən sonra namazımızı qılıb, iftar etdik və az sonra mən yatdım. Gecə yarısı gecə namazı qılmaq üçün yerimdən qalxdım. Namazımı qıldım. Nərcis xatun yatırıdı. Onda doğrudan da heç bir əsər-əlamət görmürdüm. Oturub nafilə namazını da qıldım. Sonra yenə yatağa getdim. Yenidən oyananda o hələdə yatırdı. Mən imamın bu gecə övlad yolunu gözləməsindən şübhəyə düşdüm. Elə bu zaman imam Həsən Əsgəri öz otağından səsləndi:
    -Ey bibi tələsmə! Təvəllüd yaxındadır!
    Mən oturub Səcdə və Yasin sürələrini oxumağa başladım. Həmin anda o, (Nərcis xatun) nigaran halda yuxudan oyandı. Mən ona yaxınlaşıb dedim:
    -Allahın sənə salamı olsun, bir şey hiss edirsənmi?
    O, cavabında buyurdu:
    -Ey bibi, bəli.
    Bu vaxt mən ona dedim:
    -Özünü topla, bu mövlud sənə verdiyim müjdədir.
    Bu zaman yuxuladığımı hiss etdim. Yuxudan oyananda gördüm ki, üşaq artıq doğulub, Allaha səcdə edir. O, bütün uşaqlardan fərqli olaraq natəmiz deyildi. Bu zaman Əbu Muhəmməd (İmam Həsən Əsgəri) məni səsləyib buyurdu:
    -Ey bibi, oğlumu yanıma gətir.
    Mən uşağı yanına apardım. İmam Həsən Əsgəri (ə) dilini onun ağzına qoyub, əlini yavaşca onun gözlərinə, qulaqlarına, dirsəklərinə çəkib buyurdu:
    -Oğlum, daniş!
    Körpə dilə gəlib cavab verdi:
    -Şəhadət verirəm ki, yeganə Allahdan başqa heç bir mə`bud yoxdur, o, vahiddir, şəriki və oxşarı yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın peyğəmbəridir...
    Sonra Əmirəl-mö`minin Əlini (ə) və ardıyca digər imamları salamladı.
    12- Əgər imam Mehdi sağdırsa bəs biz niyə onu görmürük?
    Cavab: Bizim imamı görməməyimiz mə`lum deyil. Ola bilər biz o həzrəti görək, lakin onu tanımayaq. Qeybətin mə`nası onun gözlərdən gizli olmasında deyil, onu görüb tanımamaqdadır. İmam zaman öz yüksək elmi sayəsində insanlarla bir yerdə yaşamasına baxmayaraq özünü onlara tanıtdırmır.
    13- Biz imamı görmədiyimiz və ya tanımadığımız halda onun vücudunun faydasl nədir?
    Cavab: Bu sual Peyğəmbərdən (s) və ya mə`sum imamlardan (ə) soruşulduqda, onlar buyurardılar ki, imamın insanlar üçün xeyri bulud arxasında olan günəş kimidir. Günəş bulud arxasında olsa belə öz şəfəqləri ilə bütün kainatı nurlandırır. İmam Zamanı görəndə tanımasaq da onun yer üzündə olması Allahın insanlara lütf etməsinə səbəb olur. Necə ki, günəşin göy üzünün bir nöqtəsində olmasına baxmayaraq bütün insanlar ondan faydalana bilir, İmam Zaman da dunyanın hər güşəsində olursa olsun, böyük mənəvi ruhu bütün dünyanı əhatə edir və hamı ondan istifadə edə bilir. Habelə, bə`zi övliyalar o həzrətin elmi və mənəviyyatından faydalana bilirlər. Hazırda dağların yerindən oynamaması, dənizlərin aşıb-daşmaması bu imamın varlığının nəticəsidir.
    14- Həzrət Mehdinin (ə.c.) kiçik qeybətinin səbəbi nədir?
    Cavab: İmam Həsən Əsgəriyə qədər, şiələr fiqhi, e`tiqadi suallarını imamın özündən soruşur və onların naiblərinə az müraciət edərdilər. O zamanlarda şiələrin müctəhid olmalarına da ehtiyac duyulmurdu. Amma imamın kiçik qeybəti dövründə alimlər “fiqh”, “üsul” elmlərini araşdırmağa başladılar və tədqiqatları zamanı hansısa bir problemlə rastlaşdıqda naiblərə müraciət edir və naiblər də imamdan bu məsələnin həllini soruşur, onlara çatdırırdılar. Habelə, o həzrətin tədriclə kiçik qeybəti ilə böyük qeybətə hazırlaşırdı.
    15- İmam Mehdini (ə.c.) qeybəti-kübra zamanında görmək mümkün deyildirmi? Əgər mümkündürsə bəs niyə “hər kəs o həzrəti gördüyünü iddia edərsə yalançıdır” deyə qeyd etmişlər?
    Cavab: Yəqinliklə demək olar ki, imamı görmək mümkündür. Çünki, yüzlərlə insanın o həzrətin hüzuruna nail olması buna açıq subutdur. Onların arasında elə şəxslər var ki, yalan danışmaları iddia edilə bilməz. Beləki, Seyyid ibn Tavus, Şeyx Müfid, Əllamə Bəhrul Ulum, Müqəddəs Ərdəbili və həmçinin müasirlərimizdən olan Ayətullah Mərəşi Nəcəfi, Ayətullah Bafiqi kimi alimlər imamın görüşünə nail olmuşlar. Amma yuxarıda yalançı adlandırılan şəxslər, imamın xass naibi adı ilə onunla görüşdüklərini iddia edənlərdir.
    16- İmam zaman (ə.c.) naiblərinin məqamı hansı həddədir?
    Cavab: Təbiidir ki, hər hansı bir şəxsi, bir neçə imam yaxudda İmam Zaman tə`rifləsə və onun sadiq olduğunu söyləsə, demək olar ki, belə bir şəxs adil olmaqla yanaşı, mə`sumlara bənzər birisidir. Həmçinin imamla şiələri arasında vasitəçi olmaq böyük bir şərəfdir ki, yalnız onlara nəsib olmuşdur.
    17- Bir şəxsin 1200 il yaşaması necə mümkündür?
    Cavab:İnsanın uzun ömrə malik olması qeyri-mümkün deyildir, sadəcə qeyri-adidir. Qeyri-adi işlər, baş verməsi zahirdə mümkün olmayan, lakin az baş verən nadir hadisələrə deyilir! Mə`sumlara dua və təvəssül etməklə Əlacsız xəstələrin şəfa tapmasını, həmçinin hündür binadan yerə düşən şəxsə heç bir şey olmamasinı qeyri-mümkün iş hesab etmək olmaz. Belə hadisələr peyğəmbərlərin (ə) mö`cüzəsi və mə`sumların kəraməti kimidir.
    Tibb elmi indiyə kimi ölümün sirrini kəşf və uzun ömürlülüyü inkar edə bilməmişdir. Bəşər elmi insan ömrü üçün zaman təyin etmək iqtidarında deyil. Artıq əsrimizin alimləri qəbul etmişlər ki, insan bir neçə yüz il yaşaya bilər.
    Amerikalı alim yazır: “Bu gün tibb elmi düzgün qidalanma vasitəsi ilə insan ömrü önündəki maneələri aradan götürmüşdür. Bİz babalarımızın əksinə olaraq uzun ömür sürə biləcəyimizə ümidvar ola bilərik.” (Bizim cavabımız, c.1, səh.17)
    18- İmam zamanın qeybəti dövründə onunla necə görüşmək olar?
    Cavab: İmam zamanla (ə.c.) görüş, riyazət çəkməklə, yaxud uzun illər ibadətlə məşğul olub, dua və təvəssül etməklə ələ gələn bir iş deyil. Çünki iman bizim bir müddət riyazət çəkməklə ona qovuşmağımızı istəmir. Amma biz onun tərzi-təfəkküründən, əməllərindən, maarifindən örnək alıb ruhumuzu tərbiyələndirsək, onu tanıyıb məhəbbətinə ürəyimizdə yer versək, mümkündür ki, imam bizim görüşümüzə gəlsin. Əgər insan öz ruhunu o həzrətin ruhuna yaxınlaşdırsa, təbiidir ki, onun cisminə də yaxınlaşa biləcəkdir. Qeyd etdiyimiz kimi imamla görüşə bilmək səadəti, yalnız ruhumuzu tərbiyə edib ona yaxınlaşmaqla əldə edilə bilər. Belə olan halda həm imam o şəxsin ən doğma şəxsinə çevriləcək, həm də o şəxs imamın ən doğma və ən sevimli şəxsinə çevriləcəkdir. Çünki, o həmişə ən çox sevdiyi birisinin ardıncadır. İmam Mehdi (ə.c.) də bu görüşün baş tutmasını məsləhət bilərsə sözsüz ki, bu görüş baş tutacaqdır. Demək olar ki, İmam Zamanla görüşə bilən bütün şəxslər bu yolla hədəflərinə sahib olublar.
    19- Deyilənlərə görə, İmam və onun övladları “Xəzra” adasında yaşayırlar. Bu, doğrudurmu?
    Cavab: Yəqinliklə deyə bilərik, əgər “Xəzra” adasının varlığı həqiqət olsa belə, İmam orada yaşamır. Çünki, Nüdbə duasında oxuyuruq: “Canım sənə qurban, qaibsən, amma bizdən uzaqda deyilsən.” Əgər o həzrət “Xəzra” adasında yaşasaydı sözsüz ki, bizim aramızda olmazdı. Habelə imam Mehdi (ə.c.) Əli ibni Məhziyarla görüşəndə ona buyurub: “Atam mənimlə əhd-peyman bağlayıb ki, Allahın təyin etdiyi vaxta qədər şəhərdə deyil, dağlarda və səhralarda yaşayım.” Lakin Xəzra adasina gəldikdə isə deməliyik ki, bəlkədə imam öz övladlarını düşmənlərinin əlindən və fitnə-fəsaddan qorumaq üçün bir yer seçmiş və onları orada yerləşdirmişdir.
    Böyüklər deyiblər ki, sizə qəribə gələn bə`zi hədisləri qəbul edə bilməsəniz, rədd də etməyin. Ola bilsin müəyyən zaman və şəraitdə bə`zi sözlər həyata keçsin.
    20- İmamın zühurunun əlamətləri hansılardır? İmamın zühur etməsi üçün o əlamətlərin hamısının həyata keçməsi vacibdirmi?
    Cavab: Müxtəlif kitablarda imamın zühuruna aid peyğəmbərlərdən (s) çoxlu rəvayətlər qeyd edilib. Bu rəvayətləri 3 qismə ayırmaq olar:
    1.Allah, imamın zühuruna yaxın zamanda pis əməllərə qurşananlar üçün əzab və`d etmişdir. Mümkündür, mərhəmətli Allah, bəndələrini əhv etsin və onları cəzalandırmasın.
    2.Allah, İmamın zühuru astanasında bə`zi insanlara, xeyir işlər gördüklərinə və onlara qarşı edilən haqsızlıqlara görə, savab verəcəkdir ki, bu şübhəsiz həyata keçməlidir. Çünki Allah və`dəsinə dönük çıxmaz.
    3.Bə`zi hadisələr isə zamanın tələbatıdır. Əgər zaman və məkan o hadisə üçün münasib olsa həyata keçəcək, əks təqdirdə bu olmayacaqdır. Bunun üçün də zühur vaxtı üçün qeyd edilən əlamətlərin həyata keçməsi nisbidir. Yalnız məzlumların zülmkarların əlindən xilası, yer üzünə saleh şəxslərin hakim olması və bir neçə digər əlamət həqiqi nişanələrdəndir. Bu baxımdan, əgər rəvayətlərdə deyilən bə`zi hadisələr indiyə kimi həyata keçməyibsə, və bundan sonra da baş verməsə bu, zühurun reallaşmasına heç bir xələl gətirmir.
   

 
   21- Qeybət zamanında dünyanın zülm və fitnə ilə dolu olacaqını necə izah etmək olar?
    Cavab: Mə`sumların buyurduqlarına əsasən zühur vaxtında dunya zülmlə dolu olacaq. Bunun mə`nası, yer üzünün təmamilə zalımların əlində olması deyil. Əgər bütün insanlar zalım olsalar onda yer üzərində məzlum qalmayacaqdır. Onların sözlərində məqsəd bir neçə hegemon dövlətin digər dövlətlərə zülm edib, hüquqlarını tapdalamalarıdır. Buna görədə, bə`zilərinin dediyi “biz dünyanı zülmlə, fəsadla doldururuq ki, imam tez zühur etsin” söz əsaslı şəkildə yanlışdır.
    22- Həzrət Əlinin (ə) buyurduğu-“mənim on birinci övladım dunyasını dəyişəndə yer, sakinlərini udacaqdır”- kəlamında məqsəd nədir?
    Cavab: Bu hədis qiyamət günü haqqındadır. Yer üzündə həmişə Allahın höccəti (imamı) olmalıdır. Əgər yer üzündə iki nəfər olsa belə onlardan biri Allahın höccəti olmalıdır. O kəs dünyadan gedəndə qiyamət baş verəcəkdir. Həqiqətdə dunyada olan sonuncu şəxs, Allahın höccəti, həzrət imam Mehdi (ə.c.) olacaq və onun həyatı sona yetdikdən sonra qiyamət başlayacaqdır.
    23- Qeybət zamanında imamın hüzuruna necə yetişmək mümkündür?
    Cavab: Qeybət zamanında imamın hüzuruna dörd şəkildə yetişmək olar:
    1.O həzrəti yuxuda ziyarət etmək. Demək olar ki, şiələrin əksəriyyəti bu vasitə ilə on ikinci imamı ziyarət etmişlər.
    2.O həzrəti mükaşifə aləmind’ ziyarət etmək. Bu vasitə ilə çox insanlar imamı ziyarət etmişlər. Mükaşifə halı ruhun gücləndirilməsi, insanın heyvani xüsusiyyətlərinə qalib gəlib ruhuna sahib çıxması ilə baş verir. Bu mə`nəvi hal baş verəndə insan özüdə bilmir ki, ayıqdır yoxsa yuxulu, gözləri bağlıdır yoxsa açıq. Bu zaman o ruhlarla, mələklərlə danışır, məsum imamları dörür və bir çox məsələlərin həllini onlardan öyrənir.
    3.İmam zamanı (ə.c.) ayıq halda və zahiri bədənlə ziyarət etmək. Bu isə üç şəkildə baş verə bilər:
    1) Mümkündür, ağanı gördüyü anda deyil, sonradan tanısın.
    2) Yaxud onu sonradan da tanımasın.
    3) Onu görüşdüyü zaman tanısın və hətta ondan elmi baxımından faydalansın.
    4. İmamla ruhi yaxınlıq tapmaq. Bunun üçün elə bir mə`nəvi mərhələyə çatmaq lazımdır ki, insanın gözü, qulağı açılsın və özünü həmişə o həzrətin huzurunda hiss etsin.
    24- İmam zaman (ə.c.) “qədr gecəsi”nin nə vaxt olduğunu bilirmi? Niyə şiələr “qədr gecəsi”nin vaxtını bilmirlər?
    Cavab: Allah-taala Qur`ani Kərimdə “qədr gecəsi”ni min aydan üstün gecə deyə vəsf edir. Qur`an və hədislərdən aydın olur ki, həmin gecə də bütün insanların bir ildə etdikləri bütün əməlləri nəzərdən keçirılır. Yəni, əməllər üçün vəkil seçilmiş mələklər hesab kitabımızı hər zamanın imamının qarşısına qoyur, imam da yeni ildə onların müqəddəratının necə olacağını yenidən möhürləyir. Hazırki, zamanın imamı həzrət Mehdidir(ə) və bizim əməl kitabımızı ona təqdim edilir. O, yeni il üçün bizim müqəddəratımızı təsdiqlətir. Məhz bu gecələrdə daha diqqətli olmalı və o həzrətdən mərhəmət diləməliyik ki, bizim üçün ayrılmış yeni ildə Allahın yaxşı bəndələrindən və imamın layiqli şiələrindən olaq. Qeyd olunanlardan aydın olur ki, imam zaman qədr gecəsinin nə vaxt olduğunu bilir. Amma adi insanlar bunun nə vaxt olduğunu bilmir. Bu gecənin insanlar üçün gizli qalmasının səbəblərindən biri də budur ki, bu gecələrə diqqət yetirək və heç olmasa iki-üç gecəni oyaq qalıb, ibadət edək. Bə`ziləri imamdan qədr gecəsinin dəqiq vaxtını soruşanda, imam cavabında buyurardı ki, bu qədər savab və dəyərin qarşısında iki gecə oyaq qalıb ibadət etməyə dəyər.
    25- Günümüzdə modern döyüş silahları rol oynadığı bir zamanda imam zaman qılıncla necə vuruşacaq və hansı vasitə ilə böyük qüvvələri məğlub edəcək?
    Cavab: Rəvayətlərdə o həzrətin qılıncla vuruşacağı söylənilir. Bunun izahı üçün bir neçə tarixi hadisəyə işarə etsək, məsələ bizim üçün aydınlaşacaqdır. Həzrət Musanın əsası ilə möcüzəsi sehrin ən çox yayılmış dövründə baş verdi. O, Allahın qüdrəti ilə elə bir möcüzə göstərdiki, bütün sehrkarların sehrləri dəyərini itirdi və məğlub oldular. Həzrət İsa, tibbin ən çox inkişaf etdiyi bir zamanda zühur etdi və əlacsız xəstələri sağaltmaqla, ölüləri diriltməklə öz böyük möcüzəsini adamlara göstərdi və haqq düşmənlərini susmağa vadar etdi. Həzrət Muhəmməd (s) şe`rin, fəsahət və bəlağətin inkişaf etdiyi bir zamanda peyğəmbərliyə məb`us oldu və Qur`ani Kərimlə bütün söz ustalarını öz möcüzəsi önündə diz çökdürdü. Həzrət Mehdi (ə.c.) də texnikanın hakim olduğu bir zamanda öz mö`cüzəsi ilə modern və böyük silahlara qalib gələcək və hamını məğlub edəcəkdir. Sözsüz ki, o zamanda yaşayan muasir alimlər bunu asanlıqla duyacaq və qəbul edəcəklər. İmam bə`zi inadkar şəxsləri isə hətta qılıncdan da sadə bir silahla öldürəcəkdir.O,təbii ki, bir neçə kiçik dəstəni məhv etmək üçün kütləvi qırğın sılahlarından istifadə etməyəcəkdir. Çünki bu minlərlə dinc əhalinin qətlinə səbəb ola bilər.
    26-Zühur üçün dua etmək və tələsməmək kimi iki zidd məsələni necə cəmləşdirmək olar?
    Cavab: Zühurun tez olması üçün dua etmək imam zamana (ə.c.) olan məhəbbətin təzahürü və yer üzündə ədalətli bir dövlət arzulamağın bariz nişanəsidir. Hər bir müsəlman həmişə belə olmalıdır, özünün və soydaşlarının zülm və əsarətdən qurtarmasını, onların rifah və asayişdə yaşamasını uca Allahdan arzu etməlidir.
    İmamın zühuru üçün tələsməmək isə mə`sum imamların yaşadığı dövrə aid məsələdir. Bu mövzuların üzərində tədqiqat apardıqda məlum olur ki, müsəlmanlar Bəni Üməyyə və Bəni Abbas xilafətləri zamanında çox sıxıntı altında yaşayırmışlar və onların tənha ümid yerləri imamın zühuru olmuşdur. Habelə “Bəni Haşim” tayfasından bəziləri isə xalqın avamlığından istifadə edərək Mehdilik iddiası edirdilər. Bunu görən mə`sum imamlar, bir tərəfdən hələ zühur vaxtının çatmadığını deyir və şiələrin bu yalançı “mehdilərə” aldanmağının qarşısını alır və digər tərəfdən onların “Mehdi daha gəlmir” deyə ümüdsiz olmamaları üçün- zühürun tezz olması üçün tələsənlər həlak olanlardır- deyə buyururdular. Lakin, imam dunyaya gələndən sonra və hətta qeybət dövründə tələsmək mənfi sayılmır. Çünki imam zühura hazırdır. Yalnız Allahın zühur üçün izni və bütün insanların bunu istəməsi lazımdır.
    27- İmamın salamatlığı üçün sədəqə vermək düzgündürmü? İmam Zaman xəstələnirmi?
    Cavab: Şübhəsiz, İmam Zamanla bağlı məhəbbətlə görülən hər bir iş bəyənilir. O həzrət üçün sədəqə vermək də yalnız məhəbbət üzündən baş verir. Böyük alimlərimiz də bu işi görmüş və hətta yazdıqları kitablarda buna tə`kid etmişlər. Bununla əlaqədar, mərhum Seyyid ibn Tavusun “Muhaccə” kitabında oğluna tövsiyələrində, Ayətullah Mirzə Məhəmməd Təqi İsfəhaninin “Mikyalul-məkarim” kitabının ikinci cildində, bu işin müsəlmanların vəzifələrindən biri saydıqlarını misal gətirmək olar.
    Amma imamın xəstələnməsi haqqında verilən suala gəldikdə isə bunu qeyd etmək lazımdır ki, onun mübarək bədəni də bizim bədənimiz kimidir. Lakin, o həzrət onun sağlamlığına xələl gətirə bilən qidalardan çəkinir. Ayrı səbəblərdən ona bir xəstəlik üz verərsə imam bildiyi bütün elmlərin köməyi ilə onu aradan qaldırır və davamlı olmasına zəmin yaradır.
    28- Dünyanın ilahi övliyalar üçün zindan olmasını nəzərə alaraq, İmam Zamanın ömrünün uzanması üçün dua etməyimiz nə dərəcədə düzgündür?
    Cavab: Dünya mömin üçün zindandır. Xüsusilə də mömin dünyasının birinci dərəcəli şəxsi imam Mehdi (ə.c.) üçün. O həzrətin salamatlığı üçün edilən dua onun zindanlanmasına bərabərdir. Lakin, hər bir şəxsin məhəbbət bəsləmə qabiliyyəti onun əməl və dərki çərçivəsindədir. Buna görə də biz iman üçün bizə əziz olan can sağlığını arzu edirik. Çünki aşiq həmişə istəyir ki, mə`şuqu onun yanında olsun, onu yalqız qoymasın, ona işlərində yardımçı olsun, digər tərəfdəndə bizə göstəriş vermişlər ki, o həzrətin zühuru üçün dua edək. O, zühur edib dünyada ədaləti bərpa etməklə vəzifəsini yerinə yetirəcək və nəhayət bu dünya adlı zindandan xilas olacaqdır.
    29- Niyə qeybət zamanında böyük bayram günlərin də mə`nası ağlamaq olan “Nüdbə” duasının oxunması tə`kid edilir?
    Cavab: Bu iş namaz və oruc kimi hökümlərdən deyildir ki, hikmət və fəlsəfəsi bizə gizli qalsın. Bu, müsəlmanlara necə iş görməsini öyrədən bir göstərişdir. Bayram günündə, intizarda olan şəxs hamını sevincək bir vəziyyətdə görəndə, lakin özünü xoşbəxt edən, zülm və əsarətdən xilas edən imamını görməyəndə ürəyində olan qüssəsini “Nüdbə” duası qalibində izhar edir və qəlbinə təskinlik bağışlayır.
    Digər bir tərəfdən adətən bayram günlərində mö`minlər bir-birlərinin ətrafında toplaşaraq danışıb-gülürlər. Onların bayram günündə İmam zamanı (ə.c.) unutmamaq üçün “Nüdbə”duasını oxumaları tə`kid edilmişdir.
    30-İmam zamanın (ə.c.) əsl adını dilə gətirməmək düzgündürmü?
    Cavab: Şeyx Səduq, Şeyx Müfid, Şeyx Təbərsi, Mirdamad və Əllamə Məclisi kimi alimlər o həzrətin əsl adını cəmiyyət arasında dilə gətirməyi haram bilmişlər. Beləki, bu işi yasaq edən müxtəlif hədislər vardır.
    31- İmamın müqəddəs adını eşitdikdə ayağa qalxmaq lazımdır?
    Cavab: İmam Zamana ehtiram olaraq edilən hər bir iş bəyənilir. Əgər hansısa məclisdə bir dəstə, imama ehtiram etmək üçün ayağa qalxırsa digərləri də ehtiram edib ayağa qalxmalıdırlar. Əks təqdirdə, əgər hörmətsizlik sayılarsa haram iş görmüşlər. Rəvayətlərdə deyilir ki, mə`sumların yanında İmam Mehdinin adı çəkildikdə ayağa qalxar və o həzrətə salam göndərərdilər, digərlərinə də İmama salam göndərməyi göstəriş verərdilər. İmamların əməlləri bizim üçün höccətdir. Buna görə də bu iş müstəhəb sayılır. Amma, şübhəsiz vacib deyil və hətta bə`zi məclislərdə bu əməli etmək digərlərini zəhmətə salacaqsa bu işi etməmək məsləhət görülmüşdür.
    32- Bəzən deyilən kiçik zühur ifadəsində məqsəd nədir?
    Cavab:Bu mövzu bizə mərhum Hacı molla Ağacan Zəncani tərəfindən ortaya qoyulmuş və şagirdləri tərəfindən izah edilmişdir. Biz bu haqda qısa olaraq məlumat veririk: Rəvayətlərdə imam Mehdinin günəşə bənzədilmişdir. Beləki, günəş batanda dünyanı birdən birə qaranlıq etmir, tədricən zülmət yaradır. Doğmaq istədikdə də şəfəqini qəfil saçmır, əksinə bu proses bir-iki saat uzanır və tədricən hər tərəf onun şəfəqləri altında işıqlanmağa başlayır. İmam zamanın da böyük qeybəti başladığı kimi, böyük zuhuru yetişmədikdən öncə kiçik zühuru olması lazımdır. Ötən illərə baxdıqda hazırki zamanda o həzrətin adının ümumi məclislərdə daha tez-tez səslənməsi, diqqətlərin ona yönəlməsi, əvvəllər Nüdbə duasının nə olduğunu bilməyən camaatın indi cümə günləri hər məsciddə o duanı oxumaları kiçik zühurun olmasına əyani sübut sayıla bilər.
    33- İnsanların əsrlər boyu imamın zühurunu gözləmələrinə baxmayaraq, nə üçün imam zühur etdikdən sonra az yaşayacaq?
    Cavab: İmam Mehdi (ə.c.) qiyamını yer üzündə ədalət və islamın bərpası üçün edir. O vəzifəsini yetirdikdən sonra Allahına qovuşacaqdır. Əvvəlki cavablarda qeyd olunduğu kimi ilahi övliyalar üçün dinya zindandır. Zühurdan sonrakı dünya zühurdan öncəki dünya ilə əsaslı fərqlənsə də axirətlə müqayisədə yenədə qanunlu zindana oxşayacaqdır.
    34- İmam Mehdinin(ə.c) imam Hüseynin(ə) qanının qisasını almağının səbəbi nədir?
    Cavab: İmam Hüseynin(ə) Yəzid və tərəfdarları ilə mübarizəsi şəxsi mənafeyinə görə olmamışdır. Əksinə bu mübarizə yalnız haqq üçün olmuşdur. İmam Mehdi (ə.c.)-da yer üzündə bütün batillərin aradan götürülməsi və haqqın tam şəkildə bərpası üçün zühur edəcək. (Aşura ziyarətnaməsində və Nüdbə duasında buna işarə olunmuşdur.) Beləliklə aydın olur ki, imam Mehdi (ə.c.) imam Hüseynin(ə) ardıcılıdır və onun kimi batillə vuruşacaq və haqqın düşmənlərini məğlub edəcəkdir. İmam Mehdinin(ə.c.) səhabələri də imam Hüseynin səhabələri məqamında olacaqdır. Onun üçün də Aşura ziyarətində və Nüdbə duasında imam Mehdi (ə.c.), həzrət Hüseynin(ə) qanının qisasçısı adlandırılır.
    35- Dəccal kimidr?
    Cavab: “Dəccal” sözü lüğətdə “Haqqı gizlədib, batili cilvələndirən” mənasındadır. Hər kəs ictimai mövqeyindən istifadə edərək haqqı gizlədib, batili üzə çıxarsa dəccaldır. Rəvayətlərdə zühura yaxın zamanlarda belə şəxslərin 40-dan çox olacağı qeyd edilmişdir. Beləki, bütün bid`ətçi məzhəb başçıları dəccallardır. Habelə, imam Mehdiyə (ə.c.) qarşı vuruşan, ona haqq və ədaləti bərpa etməkdə mane olan şəxs ən kamil dəccal sayılır. Bu baxımdan, rəvayətlərdə belə şəxsin tərcümeyi-halı, xarici görünüşü nəql edilmişdir. Bə`zi hədislərə əsasən onun adı Said ibn Seyddir ki, Şam şəhərində cümə günü imam Mehdinin Əli ilə qətlə yetiriləcəkdir.
    36- “Süfyani” həmin dəccaldırmı?
    Cavab: Bu haqda nəql edilən rəvayətlərdən mə`lum olur ki, Süfyani və Dəccal ayrı-ayrı şəxslərdir. Süfyani imam Mehdinin zühurundan qabaq olacaq və Əli (ə) şiələri ilə mübarizə aparacaqdır. O, Bəni Üməyyə qəbiləsindəndir və zühurun qəti nişanələrindən sayılır. Süfyani Kufə şəhərində hakimiyyətdə olacaq və “Rəmləh” vadisində imam Mehdi tərəfindən öldürüləcəkdir.
    37- Niyə imam Mehdinin zühurunun vaxtı tə`yin edilməmişdir? Ən azından bu, xas insanlara deyilməli deyildimi?
    Cavab: İmam Mehdinin (ə.c.) zühuru dünya xalqlarının buna zəmin yaratmasına bağlıdır. Bu hazırlıq insanların təfəkkür tərzi və rəftarı ilə əlaqəli olduğuna görə zühurun nə vaxt baş verməsi üçün dəqiq vaxt tə`yin etmək mümkün deyil. Digər tərəfdən, əgər zühur üçün vaxt tə`yin edilsəydi xalq intizar halında olmaz, o həzrətə qarşı olan məhəbbət hisslərini əldən verər və o həzrətin zühurunun tez olması üçün dua etməzdilər. Beləliklə zühurun yaxınlaşması üçün görülməsi lazım olan işlər icra edilməyəcək və get-gedə əsil məsələ yaddan çıxacaqdır.
    Xüsusi məqam sahibləri də intizar çəkməlidirlər. Hətta Allahın özü də intizar çəkir. Bu fərqlə ki, Allah zühurun nə vaxt olacağını bilir, lakin insanların haçan bu müqəddəs işə hazır olacaqlarını gözləyir.
    38- İmam zamanın (ə.c.) insanları yeni dinə də`vət eləməsi doğrudurmu?
    Cavab: Rəvayətlərdə “yeni din” kəlməsi işlənməmişdir. Bu o həzrətin (ə.c.) düşmənləri tərəfindən yayılan bir şayiədir. Amma rəvayətlərdə “yeni əmr”, “yeni sunnə”, “yeni hökm”, “yeni dövlət”, “yeni də`vət” və s. sözləri bunu göstərir ki, imam Mehdi (ə.c.) öz yüksək elmi ilə Qur`an həqiqətlərinin üzündən pərdələri götürəcək və islam dinini olduğu kimi xalqa çatdıracaqdır. Məsələn, ola bilər ki, alimlərin və fəqihlərin əsrlər boyu (onların savad və biliyi ilə münasib) islami biliklər adı ilə çıxardığı hökmlərlə imam Mehdinin sözləri arasında köklü fərqlər üzə çıxsın.
    Amma “yeni əmr”, “yeni sünnə” dən məqsəd Qur`anda olmayan, peyğəmbər deməyən bir məsələ deyil. Əksinə bu, Qur`ani Kərimin və peyğəmbərimizin buyurduğu sünnənin izahı və şərhi olacaqdır.
   
Rasif Axundzadə

Baxış sayı: 4
Açar sözlər: sual 
Bookmark and Share

AİLƏNİN MƏXARİCİ KİMİN ÖHDƏSİNƏDİR?

Nə yaxşı olardı ki, ər və arvad bir-biri ilə dost olsunlar. Bir-birinin abır, hörmət və kəramətini qorusunlar. Müştərək həyatın şadlıq, qəm, qüssə, çətinlik, zəhmət və narahatçılığı zamanı bir-birinə dayaq və kömək olsunlar. Zahir və batində (ürəkdə və dildə) bir-birinə sədaqətli olsunlar. Problemlərin həllində bir-birinə kömək kömək etsinlər. Çətinliklərdə bir-birni tək  və köməksiz qoymasınlar.ailə Öz sərvət və qüdrətlərindən yaşayışlarının normallaşması və övladlarının layiqli təlim-tərbiyəsi və başqa xeyir işlərdə istifadə etsinlər.


Bir-birinin hüquqlarına qarşı sayğılı, əmanətdar və diqqətli olsunlar. Bir-birnin valideynləri onlara ehtiyaclı olduğu zaman, onlara fiziki, maddi və mənəvi kömək etsinlər.Kişinin vəzifələrindən biri də ailənin yaşayış xərclərini təmin etməsidir.Kişinin vəzifəsidir ki, yaşayış üçün lazım və zəruri olan hər bir şeyi və hər bir şərait və avadanlığı hazırlayaraq, minnətsiz olaraq ailsənin ixtiyarınada qoysun. Amma qadın ailənin yaşayış xərclərini ödəmək baxımından heç bir məsuliyyət daşımır. Baxmayaraq ki, ərinin və özünün razılığı ilə işləyib pul qazana bilər və öz qazandığına tam malikdir və kişinin onun qazancında heç bir haqqı yoxdur və kişi bu pulu və malı, arvadının icazəsi olmadan xərcləyə və həmçinin arvadını ailənin xərclərini ödəməyə məcbur edə bilməz. Islam dinində kişinin qadının üzərində heç bir iqtisadi hökmranlığı yoxdur və qadını işçi qüvvə kimi istismar edə bilməz, həmçinin qadının iş və əməyindən onun icazəsi olmadan istifadə və bəhrələnmək haqqı yoxdur. Islam dini qadına iqtisadi müstəqillik vermiş və kişiyə qadının iş və ticarətində qəyyumluq haqqı verməmişdir. Əlbəttə, kişi və qadın, ailə və övladlarının yaxşı yaşayışını təmin etmələri üçün bir-birinə köməkçi olmalı və daha yaxşı olardı ki, qadın mənzildən kənarda ağır, yorucu və qeyri-zəruri işlərlə məşğul olmasın və öz qadın zərifliyi ilə azad və şad yaşasın... Bəli qadın öz razılığı və ərinin icazəsi ilə münasib bir işlə məşğul olarsa, o eliyə bilər öz qazancını istədiyi xeyir işlərdə xərcləsin və ya ailəsinin məxaricinin təmin olmasında ərinə kömək etsin. Amma kişinin onu bu işə məcbur etməyə haqqı yoxdur. Həmçinin onun xeyir əməllər üçün xərclərinin qarşısını almağa və ya onun malından istifadə etməyə və ya evin xərclərini ona ödətdirməyə haqqı çatmır. Əgər belə edərsə günahkar və zalimdir və onun malından işlətdiyi və öz üzərində olan ödəmədiyi vacib xərcləri (nəfəqə-aliment) ona borcludur. Bu dediklərimiz İsalm dininin vacib qanunları idi və bunlara riayət etmək ədalətin icrasıdır. Amma möminlər ədalətlə yanaşı, ondan daha üstün bir sifətə malik olmalıdırlar: - RƏHMƏT (fədakarlıq və bağışlamaq və öz hüquqlarına sevgi və məbbət uğrunda göz yummaq). Islam dinində qanunlardan başqa, əxlaqi vəzifələrdə vardır ki, insanı kamala çatdırır və insanları bir-birinə kömək, sevgi, məhəbbət və mehribanşılıqla yaşamağa dəvət edir. Ailə ocağı ər-arvadın özləri və övladları üçün qurduğu isti və şirin bir yuvadır. Bu yuvanı isti, soyuq, qar-yağış, tufan və müxtəlif cür fəlakətlərdədn qorumaq üçün, ər və arvad eşq və məhəbbəti özlərinə qanun edib, əl-ələ verib, bir-birinə kömək və arxa duraraq yaşamalıdırlar. Onlar həm ailədə və həmdə qohumluqda bir-birinin ailəsinə qarşı mehriban və sevimli olmalı və yeri gələrkən bir-birinin ailəsinə maddi və fiziki köməklər göstərməlidirlər. Onlar unutmamalıdırlar ki, onlar da bir zaman, həyatın isti-soyuq və müxtəlif hadisələrindən, ata-ana deyilən müqəddəs varlıqların isti və mehriban qanadları altına sığınaraq xilas olmuşdurlar. Indi isə özləri yuva sahibi olmuş və ata-analar isə qocalıb, zəifləmişlər və belə vaxtda onları unutmaq ən böyük və bağışlanılmaz günahdır. Buna görədə ər və arvad simiclik və xəsislik etməməli və ata-analarına imkan daxilində kömək etməlidirlər. Bəlkə də “kömək etməlidirlər” ifadəsi onlaraın ülvü məqamlarına cəsarət və hörmətsizlikdir. Onların xərcini vermək övladlara vacibdir. Əgər onlar bir zaman özləri yuxusuz qalmışlar ki, övlad rahat yatsın, yamaqlı paltar geymişlər ki, övlad təzəsini geysin, ac yatmışlar ki, övlad tox olsun... Niyə övlad da onlar üçün bubu etməməlidir. Onlar bu işləri övlada borclu olmayıb, məhz sevgi və məhəbbət naminə bunu etmişlər, amma artıq övlad bunu onlar üçün etməyə borcludur, onları sevməsədə belə... Əli (ə) buyurur: “Paxıllıq bütün çirkinlik, pislik və eybləri özündə bir yerə yığmışdır. Paxıllıq bir ipdir ki, ğz sahibini hər pisliyə tərəf çəkir.”[1]Paxıllıq alicənablığı və səxavətli olmağı məhv, gözəlliyi çirkin və eybləri çox edir və düşmənlik odunu şölələndirir. Paxıllığ ailə sağlamlığının düşmənidir.



[1] - Bəharul-ənvar, 73/307; Nəhcül-bəlağə;

Baxış sayı: 13
Açar sözlər: ana-ailə 
Bookmark and Share

QAYNANANIN GÖZƏL TÖVSİYƏSİ

Yenicə ailə həyatı qurub, təkliyin qorxulu qaranlığından xilas olmuş cavanlar, həyatlarını dostluq, sədaqət və kömək üstə qurmalı və bilməlidirlər ki, ailə məhəbət, səfa, səmimiyyət, sədaqət və birgə çalışmaq və həmkarlıq ocağıdır. Onlar müştərək həyatın iş və məsuliyyətlərini razılıq və ikitərəfli anlaşma ilə öz aralarında bölməlidirlər. Işləri böldükləri zaman çalışmalıdırlar ki, hər biri daha çox vəzifə və xidmət öhdələrinə götürsünlər ki, sədaqət, dostluq və fədakarlıq peymanına əməl etmiş olsunlar.qaynana


Həzrət Əli (ə) və Fatimə (s) müştərək həyatlarının işlərinin bölüdürülməsi barədə peyğəmbərdən (s) kömək istədilər. O həzrət (s) ev işlərini Fatimənin (s) və çöl işlərini Əlinin (ə) öhdəsinə qoydu. Bu bölüşdürmədən sonra həzrət Fatimə (s) şadlıq və sevinc içində buyurdu: Mənim şadlıq və xoşhallığımı Allah-taaladan başqa heç kəs bilmir. Atam çətin işləri və naməhrəmlərlə üz-üzə gəlməyi mənim öhdəmdən götürdü.[1]   Bu bölüşdürməyə əsasən həzrət Zəhra (s) evin işlərini görürdü: un əyirirdi, xəmir edirdi, çörək bişirirdi və evin təmizliyinə baxırdı. Əlidə (ə) çöl işlərini edirdi: odun, su, un və evə lazım olan əşyaları bazard