NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
HƏDİS MÜAVİYƏNİN ZAMANINDA Müaviyənin təqribən 40 ilə yaxın sürən xilafəti və hökuməti dövründə, xüsusilə xilafətinin axırırncı 25 ilində[1], uydurma və qondarma hədislər, əvvəlki xəlifələrin dövründən daha çox inkişaf etməyə başladı. Əmirəl-möminin Əlinin (ə) məqam və vəziyyətini nəzərə almaqla, o həzrətdən nəql olunan səhih və düzgün hədislərin təsəvvürolunmaz dərəcədə çoxluğu, Müaviyənin o zamankı siyasi vəziyyətinin təamamilə Zər`ərinə idi. Belə düzgün hədislərin qarşısında uydurulmuş hədisləri müxtəlif yollarla camaatın nəzərinə çatdırmaq lazım gəlirdi. Beləliklə, yalan və uydurma hədislərin müxtəlif yollarla yayılması Müaviyənin və onun siyasətinin xeyrinə qurtardı. Müaviyənin nəzərdə tutduğu məxsus hiylələr hər iki tərəfdən təmin edilərək, həyata keçirildi. Çünki, bir tərəfdən mənbərlərdə Əbu Bəkr və Ömərin xilafətindən başqa dövrlərdən nəql olunan hədislərə qadağan qoyulur[2], başqa tərəfdən isə camaata Osman və səhabə barəsində hədislər nəql olunurdu. Belə hədislərə diqqət edən, əzbərləyən şəxslərə hədiyyələr və böyük ənamlar verilirdi. Bu yolla bir çox şəxsləri yalan və uydurma hədislərin yazılmasına və çoxalmasına rəğbətləndirirdi. Biz Müaviyənin əmri ilə uydurma hədislərin yazılmasına, səhih hədislərin isə nəql olunmasına qoyulan qadağanı, Əbul Həsən Mədainin [3] sözlərindən bir qismini tərcümə etməklə bəzi tarixi sübut və dəlilləri müxtəsər şəkildə təəccüblü nöqtələri ilə birgə əziz oxucuların ixtiyarına qoyuruq. Mədaini öz qiymətli “Əl-Əhdas” adlı kitabında belə deyir : - Müaviyə bütün əlaltıları və təyin etdiyi əyalət hakimlərinə fərman yazdı. Məktubda belə deyilir: - “Mən, Əbu Turab (Əli (ə)) və onun övladlarının fəziləti barədə hədis nəql edənlərdən öz himayəmi götürdüm və onların qanını halal etdim. Bu fərmanın nəticəsində xütbə oxuyanlar və xəbər deyənlər geniş İslam məmləkətlərinin bütün nöqtələrində, mənbərlərdə belə İmam Əliyə (ə) lənət oxumağa başlayaraq ondan uzaqlaşmağı təbliğ etdilər. İmam Əli (ə) və onun övladlarına nisbət bir çox böhtanlar yayıldı və onun ünvanına yersiz sözlər deyilirdi. Kufə əhli başqa şəhərlərdən fərqli olaraq biçarəlik, bədbəxtlik və müsibət girdabında batıb qalmışdı. Çünki, Kufədə Əlinin (ə) şiələri başqa yerlərə nisbətən çox idi. Şübhəsiz ki, Əbu Süfyan oğlu Müaviyənin bu şəhərə zülmü başqa şəhərlərdən daha çox idi. Buna görə də Kufənin hökumət və idarə sistemini Ziyad ibn Suməyyəyə təhvil verdi və Bəsrəni də ona artırdı. Ziyad ibn Suməyyə Müaviyənin bu məhəbbəti, lütfü qarşısında, “duz-çörəyi” itirmədi və Əbu Süfyan oğlu Müaviyənin “haqqını” taptalamadı. Əli (ə) şiələrini daşın və torpağın altından, harada gizlin və aşkar yaşayırdılarsa taparaq öldürürdü. Onların ürəklərində qorxu və vəhşət yaradır, əl-ayaqlarını kəsir, gözlərini çıxardaraq kor edirdi. Bu cinayətlərin nəticəsində Əli (ə) şiələri İraqdan qaçaraq, ucqar yerlərə pənah aparır və öz əqidələrini hamıdan məxfi saxlayırdılar. Xülasə, Kufədə tanınmış və iş bilən bir şiə qalmadı.” Mədaini sonra əlavə edərək deyir:- “Əbu Süfyan oğlu Müaviyə öz sərkərdələrinə əmr etdi ki, Əli (ə) övladlarının və onun şiələrinin məhkəmədə verdikləri şahidliyi qəbul etməsinlər. Həmçinin əmr etdi ki, öz yerlərində Osmanın və onun ailəsinin tərəfdarları və Osmanın fəzilətləri barədə uydurma hədis söyləyən şəxslər barədə çox diqqətli olsunlar. Onlara məclislərdə hörmət etmək və əzizləməkdə səhlənkarlıq etməsinlər. O cümlədən, Osmanın barəsində hədis söyləyən hər bir kəsin şəxsiyyətini və tərcümeyi-halını kamil surətdə yazaraq Müaviyənin sarayına, Şam şəhərinə göndərsinlər. Sərkərdələr bu əmrə əsasən, Osmanın fəziləti barədə bir cümlə belə söyləyən hər bir kəsə xüsusi sənəd verərək ona maaş və ənamlar müəyyən edirdilər. Bu da, Osmanın fəzilətləri barədə çoxlu mətləblərin nəql olunmasına səbəb oldu. Çünki, belə hədisləri nəql edənlər Müaviyənin məxsus hədiyyə və mükafatlarına layiq görülürdülər”. Mədaini deyir: - “Müaviyənin belə bəxşişləri, hakimlərin uydurma hədis yazmağa həvəsləndirmələri nəticəsində bütün İslam şəhərlərində saxta hədis yazmaq adi bir hala çevrildi. Müaviyənin şəhərlərə qoyduğu hakimlərin yanında hər kəs istər yaxşı və ya pis Osmanın barəsində bir fəzilət və ya hədis nəql edərdisə hədis sual cavabsız qəbul olunur, hədis söyləyənin adı isə hədiyyələr dəftərində qeyd olunurdu. O cümlədən, Müaviyə yanında hörmətə minir, belə şəxsin istəyi və sözü heç vaxt rədd olunmurdu”.
[1] - Osmanın ölümündən öz ölümünə kimi hic.-35-ci ilindən 60-cı ilinə kimi.
[2] - Səhihi-Müslüm c-3, Ən-nəhyu ənil-məsələ babı və c-5, Babus-sərf və biuz-zəhəb
[3] - Əbul Həsən Mədaini tarix üzrə böyük alimdir. Müxtəlif kitablar yazmışdır. Məs: - Xətəbun-Nəbiy və əhdas; Xutəbu Əmirəl-möminin; Mən qətələ minət-talibin; Fatimiyyat və s. İbn Əbil Hədid Mötəzili Nəhcül-bəlağənin şərhində ondan bir çox mətləblər nəql etmişdir. Mədaini 90 yaşında 225-ci h\q-i tarixində Bağdadda vəfat etmişdir.
