NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
SƏHİHEYN KİTABLARI NƏVƏVİNİN NƏZƏRİNDƏ Fazil Nəvəvi Buxari və Müslümün səhihlərinə özü şərh yazmışdır. Onun rical elmində mütəxəssis olmasına və bu elm barədə saysız kitablar yazmasına baxmayaraq, bu iki kitabın hədislərinin bir miqdarının düzgün və səhihliyində şübhə etmiş, bəzən açıq şəkildə onun batil olduğunu bildirmişdir. Səhihi-Müslümə yazdığı öz şərhinin müqəddiməsində belə deyir :- “Müslüm belə iddia edirdi ki: ”Mən bu kitabda təkcə öz nəzərimdə səhih olan hədisləri toplamışam. Bəlkə də topladığım hədislərin səhihliyində fikir birliyi vardır.” Nəvəvi bu cümlələrin nəqlindən sonra belə deyir :- “Bu iddianı sübut etmək çətindir. Çünki, elə bir şəxslər tərəfindən nəql olunmuşdur ki, onların düz danışmağı və hədislərinin səhihliyi mübahisəlidir. Biz onların bəzilərinin adlarını zikr etmişik.”[1] Nəvəvi “Səhihi-Müslüm” kitabının şərhində yazılmış hədis barədə belə deyir:-“Əba Sələmə “Bədul vəhy mövzusunda” belə nəql edir ki, Peyğəmbərə (s) nazil olan ilk surə “ Muddəssir “ surəsidir. Lakin, “Bu hədis zəif, bəlkə də batildir. Çünki, Peyğəmbərə (s) nazil olan ilk surə “Ələq” surəsi olmuşdur.”[2]SƏHİHEYN KİTABLARI İBN HƏCƏRİN NƏZƏRİNDƏ İbn Həcər deyir:-“Huffaz” (yəni hədis əzbərləyənlər) Səhihi-Buxarinin 110 hədisində və bu hədislərdən Müslümün 32-dənə nəql etdiyi hədislərə irad etmişlər. Həmçinin, onların düzgün və səhihliyini qəbul etməmişlər.”[3] Yenə də İbn Həcər “Fəthul-bari” kitabının müqəddiməsində Buxarinin ricalından 300 nəfərin adlarını çəkmişdir. Belə ki, keçmiş rical elminin alimləri və hədis yazarları onları zəif və etimadsız saymışlar. [4]SƏHİHEYN KİTABLARI QAZI ƏBU BƏKR BAQİLANİNİN VƏ BAŞQALARININ NƏZƏRİNDƏ Qazi Əbu Bəkr Baqilani “səhiheyn” kitabında nəql olunmuş Peyğəmbərin (s) Əbdullah ibn Ubəyyə namaz qılması və Ömərin etirazını inkar etmişdir. İmamul Hərəmeyn demişdir:- “Hədis elminin alimləri bu hədisi yanlış saymış və rədd etmişlər.” İmam Qəzali “Mustəfa” kitabında demişdir:- “Zahirən bu hədis səhih deyildir.” Davudi demişdir:- “Bu hədis düzgün hədis deyildir.”[5] SƏHİHEYN KİTABI İBN HƏMMAMIN NƏZƏRİNDƏ İbn Həmmam, “Hidayə” kitabının şərhində demişdir:- “Ən səhih hədislərin “səhiheyn”-də olduğunu söyləyən hər kəsin sözü düz deyildir. Bu səhv və qəbulolunmaz bir məsələdir.”[6] Bu ümumi surətdə söylənilənlər keçmiş alimlərin və “səhiheyn” kitablarını şərh edənlərin, bu iki kitab və onların müəllifləri barədə olan nəzərləri idi. Əgər bu iki kitabdan meydana gələn bütün şübhəli, doğru və düzgün olmayan məsələləri xırdalığına kimi toplayası olsaq, özü ayrıca böyük bir kitab olar. İndi isə əziz oxucuları əsrimizin böyük əhli-sünnə alimlərinin bu iki kitab barədə olan nəzərlərini diqqətinizə çatdırırıq. SƏHİHEYN KİTABLARI ŞEYX MUHƏMMƏD ƏBDUHUN NƏZƏRİNDƏ Seyyid Muhəmməd Rəşid Rza Misir alimi və Şeyx Muhəmməd Əbduhun seçilmiş şagirdlərindən biridir. O, öz ustadının nəzərlərini “Əl-mənar” adlı təfsir kitabında toplamışdır. Əvvəlcə İbn Həcərin sözlərini nəql etmişdir ki o, belə deyir:-“Hafizlər səhiheynin 110 hədisinə irad tutmuşdur ki, Müslüm bu hədislərin 32-ni öz kitabında nəql etmişdir. Başqa 78 hədisi Buxari özü xüsusi surətdə nəql etmişdir. Bundan əlavə, hafizlər Buxarinin kitabında gəlmiş hədisçilərdən 80 nəfərdən çoxunu və Müslümün kitabında olan hədisçilərdən 160 nəfəri zəif və qeyri-mötəbər saymışlar.” İbn Həcər yenə əlavə edərək bildirir ki:- “Səhiheyn kitablarında, hədislər içində mənim səhv tutduğum və qeyri-mötəbər saydığım hədislərin sayı 210 -dur. Bu sayın 70-dən çoxunu Buxari, yerdə qalanını isə Müslüm nəql etmişdır “.[7] Seyyid Muhəmməd Rəşid Rza sonra əlavə edir ki:-“Əgər İbn Həcərin söylədiklərini oxusanız və onun hədislər barədə tutduğu iradlara nəzər etsəniz görəcəksiniz ki, o hədis elmini güclü bildiyi üçün belə iradlar etmişdir. Amma, onun Fəthul-Bari adlı şərhini oxusanız görərsiniz ki: O, çox hədislərə irad tutmuşdur. Onun iradları əvvəlcə nəql olunmuş bəzi hədislərə aid olmamışdır. Kitabında olan iradlar bəzən məna cəhətindən, bəzən hədislərin bir-biri ilə ziddiyyətli olmasından və bəzən də başqa cəhətlərdən qeyd olunmuşdur. İbn Həcərin adını çəkdiyi irad tutulmuş hədislərin xülasəsi həddindən artıq çoxdur. Hədislərdə olan iradlra baxmayaraq, onlara bəraət qazandırmaq və ya başqa yerə yozmaq üçün çox çalışmışdır. Onları doğru hədislər kimi qələmə verərək səy göstərmişdir ki, bəlkə bu yozumların bir qismi qaneedici olsun. Lakin, o hədislərdə elə hissələr var ki, heç vaxt oxucunu qane etmir.” [8] Şeyx Muhəmməd Əbduh, Peyğəmbərin (s) “Əbdullah ibn Ubəyyə namaz qılması əhvalatı”-nda bu hədisin rədd olunması barədə bir neçə alimin sözlərini nəql etdikdən Sonra belə deyir :- “Həqiqətən bu hədis əvvəl söylənilən rəvayətlə ziddiyyət təşkil edir. O kəslər ki, məzhəbin üsulu və qəti dəlillərinə (Qurani-Kərim) şübhəli hədislərdən daha çox diqqət edirlər, bu hədisin cavabında heç bir cavabları yoxdur. Yeganə cavabları bu ola bilər ki, desinlər:-“Bu hədis doğru deyildir.”[9] SƏHİHEYN KİTABLARI ƏHMƏD ƏMİNİN NƏZƏRİNDƏ Misirin tanınmış alimi professor Əhməd Əmin səhiheyn kitabları barədə deyir:-“Hafizlər Buxarinin təqribən 80 nəfər hədisçilərinin zəif olduğunu bildirmişlər. Bu, böyük bir çətinliyin meydana gəlməsinə səbəb olmuşdur. Çünki, zəif sayılmış bu şəxslərin bir çoxu etibarı olmayan və yalançı şəxslərdir. Belə olduqda isə məsələ aydındır. Lakin, onlardan bəzilərinin tərcümeyi-halı qeyri-müəyyən və şəxsiyyətlərinin isə məlum olmadığı bildirilir. Belə olmağı işi çətinləşdirir. Səhihi-Buxarinin sənədlərdə istinad etdiyi, tərcümeyi-halı məlum olmayan belə şəxslərdən biri Əkrəmə Mövla ibn Əbbasdır. Bu şəxs öz hədisləri ilə aləmi doldurmuşdur. Lakin, rical alimlərindən bəziləri onun yalançı, xəvaricin yolunu gedən, əmirlərdən hədiyyə alan və çoxlu yalanlar nəql edən bir şəxs olduğunu bildirirlər.” Professor Əhməd Əmin onun yalançılığını isbat etmək üçün bir neçə tarixi şahidləri zikr etdikdən Sonra belə əlavə edir :- “Buxarinin nəzərində Əkrəmə Mövla ibn Əbbas doğru şəxs kimi tanınmış və öz səhihində ondan çoxlu hədislər nəql etmişdir. Lakin, Müslümün nəzərində isə o doğru adam deyil və onun hədislərinə etimad etmək olmaz. Müslüm ondan “həcc” mövzusunda başqa bir hədisi təsdiq etmək üçün yalnız bir hədis nəql etmişdir.”[10]
[1] - Səhihi-Müslümün şərhinin müqəddiməsi -s-16.
[2] - Həmin mənbə c-2, s-207.
[3] - Fəthul-bari müqəddiməsi c-2, s-18.
[4] - Həmin mənbə c-2, s-111-183.
[5] - Həmin mənbə c-9, Bəraət surəsinin təfsiri.
[6]اضواءعلي السنّةالمحمّديه - s- 312
* Qeyd etmək lazımdır ki hafiz o kəsə deyilir ki 1000-dən çox hədisi sənəd və mənbə cəhətindən düzgün əzbər və hifz etmiş olsun.
[7] - Bu hissəni İbn Həcər “Hədyus-sari”-da c-2, s-81-də zikr etmişdir.
[8] - Əzvaun ələs-sunnəti Muhəmmədiyyə s-274.
[9] - Əlmənar c-10, s-671
Açar sözlər: islam
