Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
SƏHİHEYNİN RAVİLƏRİ VƏ SƏNƏDLƏRİ ƏBU HÜREYRƏƏBU MUSA ƏŞƏRİƏMR İBN ASƏBDULLAH İBN ZUBEYRİMRAN İBN HƏTTANMUHƏMMƏD İBN İSMAİL BUXARİ

MÜSLÜM İBN HƏCCAC NİŞAPURİ

SƏHİHEYN KİTABLARININ SƏNƏDLƏRİNİN ZƏİFLİYİ   Səhiheynin hədislərinin zəifliyinə birinci dəlilimiz, bu iki kitabın etibarsızlığının səbəbi bəzi hədislərin sənəd və ravilərinin zəif olmasıdır.    Hədislərin sənədi kitabın mövzusu ilə kamil şəkildə əlaqəli olduğu üçün, hədis və rical elminin mühüm bəhslərindən sayılır. Bu da kitabın doğru və yanlış olmasını müəyyənləşdirmək üçün əsas meyar və ölçüdür.   Bunu da qeyd etmək lazımdır ki, bu mövzu geniş şəkildə araşdırılmalıdır. Lakin, mətləblərin həcmini nəzərə almaqla, bu kitabın bir neçə səhifəsini xülasə şəkildə bu mövzu üçün ayırırıq. Bir neçə mövzunu araşdırdıqdan sonra bu nəticəyə gəlmişik ki, bu kitabların sənədlərinin zəifliyini göstərən ikinci dəlili oxuculara təqdim edək. RİCAL ELMİ [1] VƏ DİRAYƏTUL-HƏDİS [2]    Hər bir rəvayətin səhih və etibarlı olmasını bilməkdən ötrü o hədisin ravisinin dini, imanı və əqidəsi araşdırılmalıdır. Çünki ravinin nəql etdiyi rəvayətlər hər cür yalan və təhriflərdən uzaq olmalıdır. Bu, elə bir mühüm məsələdir ki, bütün dövrlərdə bəşəriyyətin nəzər-diqqətini özünə cəlb etmişdir. Dünyanın heç bir nöqtəsində bir şəxsin doğruluğu sübuta çatmayınca onun sözlərini və  ya yazılarını qəbul etmirlər. Xüsusilə də o zamanın mürəkkəb siyasi vəziyyətində vilayətin hakimiyyti ilə mübarizə apardıqda və bu kimi hallarda adətən həqiqətin təhrif olunma ehtimalı daha çox gözə dəyir.   Əgər bir şəxs bu barədə sadəlövhcəsinə davranaraq hər hədisi və ravini dəlilsiz və sənədsiz qəbul edərsə, faydasız fikirlərə və  quru kəlmələrə etimad göstərərək səhvə düçar olmuşdur.    Quraini-Kərim müsəlmanlara imanı olmayan hər hansı bir ravinin sözlərinə inanmağı qadağan etmiş və bu mövzuda sadəlövhlüyün pis və Zər`ərli aqibətindən çəkindirmişdir. Bu kimi nəql olunmuş məsələlərin araşdırılmasını və onların üzərində tədqiqat aparılmasını lazım bilmişdir.[3]   Fitri anlayış və İslami olan bu əmr hədis elminin yaranmasi ilə iki başqa elmin (rical və dirayətul-hədis) də vücuda gəlməsinə səbəb oldu. Onlardan birincisi (rical elmi) ravilərin həyatını, ikincisi (dirayətul-hədis) isə ravilərin və hədislərin mətnlərində olan vəziyyəti araşdırmağı öz öhdəsinə götürmüşdür.    Bu iki elm sahəsində şiə və sünni məzhəblərindən  böyük və şəxsiyyətli alimlər meydana çıxdı; rical və dirayətul-hədis üzrə qiymətli kitablar yazıldı.   Dirayətul-hədis alimlərinin ravilər barədə bir sıra ciddi şərtləri vardır. Bu da onu göstərir ki, ravinin imanlı və etibarlı olması nə qədər də mühümdür. Buna görə də ravi ədalətli, imanlı, doğruluğundan əlavə həm də güclü yaddaşa malik olmalıdır.  


[1] - Rical elmi- Hədisçilərin və ravilərin doğrusunu yalandan, etibarlısını etibarsızdan ayıran elmə deyilir.

[2] - Dirayə- Hədislər haqqında təhqiqat aparıb doğru hədisləri səhv hədislərdən ayıran elmə deyilir. (Mütərcim)

[3]  -بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ نَادِمِينَ تُصِيبُوا قَوْمًا  يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن جَاءَكُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَيَّنُوا أَن" Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!"   Hucurat surəsi ayə-6 

Açar sözlər: sevgi 

Yazar: zahra2007 | Tarix: İyun 25, 2008 15:06 | Hədis | Şərhlər(0) | Baxış sayı: 26

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha