Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
Həzrət Adəmin (ə) eni neçə metr olmuşdur?! Eyni Səhihi-Buxarinin şərhində yazır: Bu hədisdə Adəmin (ə) uzunluğu (altmış metr) təyin olunmuşdur. Lakin Adəmin (ə) eninin nə qədər olmasına işarə edilməmişdir. Başqa hədislərdə Adəmin (ə) eninin yeddi metr olması bildirilir.[1]Biz deyirik: Eyninin sözünə əsasən, bu hədislərin nəticəsi və məzmunun (Adəmin qiyafəsi Allaha oxşayır. Onun uzunluğu altmış zira və eni yeddi ziradır) özü də düzəlmə və saxta olmasına bir dəlildir. Çünki:1.- İnsanın altmış metr olması onun baş sümüyünün iki ziradan çox olması deməkdir. Lakin qazıntılar nəticəsində tapılan keçmiş insanların baş sümükləri və daşlaşmış qalıqları bu günki insanların baş sümükləri ilə o qədər də fərqlənmir. İki metr olan baş sümüklərindən heç bir əsər- əlamət də gözə dəymir. Həmçinin altmış metr olan insanlardan kiçik bir əlamət olsa belə əldə edilməmişdir.2.- İnsanın altmış metr olması onun bədəninə uyğun olaraq, bədən üzvlərinin eninin  yeddi metr yox, 18,7 metr malik olması deməkdir. Çünki, adətən insanın eni onun uzunluğunun yeddidə iki hissəsi qədərdir. Əbu Hüreyrənin hədisinə əsasən, (Adəmin (ə) eni yeddi metrdir) gərək Adəmin (ə) uzunluğu altmış metr yox, iyirmi dörd metr yarım olsun.Buna görə də ya bu iki hədisdən birində Adəmin (ə) uzunluğu və eni barədə səhvə yol verilmiş, ya da Həzrət Adəm (ə) belə qiyafədə (altmış metr uzunu və yeddi metr eni) pis simalı insan olmuşdur. Lakin Qurani-məcid ikinci ehtimalı rədd edir və belə buyurur: لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍBiz insanı ən gözəl biçimdə yaratdıq![2] ALLAHIN GÖZÜ VARDIR(Allah kor deyil.)1.- Abdullah deyir: Bir gün Peyğəmbər (s) camaat arasında Məsih Dəccal barədə söhbət edirdi. Söhbət əsnasında buyurdu:- Allah kor deyil! Lakin Məsih Dəccalın sağ gözü kordur və öz çuxurundan üzüm dənəsi kimi çölə çıxmışdır. [3]2.- Abdullah yenə deyir:- Peyğəmbərin (s) huzurunda Dəccal barədə söhbət olundu. Peyğəmbər (s) buyurdu:-  Sizə bir şey aydın olsun ki, Allahın gözləri kor deyildir! Sonra Peyğəmbər (s) sağ əli ilə işarə edərək buyurdu:- Lakin Dəccalın sağ gözü kordur və öz çuxurundan üzüm dənəsi kimi çölə çıxmışdır.[4]Bu hədislərdən istifadə olunan mətləblər:Bu iki hədis, Səhiheynin nəzərində Allahın gözünün olmasını bəyan edir. Çünki bu hədislər bizə Dəccalı kor, Allahı isə görən kimi tanıtdırır. Korluqla görmək arasında olan müqayisə, o sifəti bir mövcud üçün isbat və başqası üçün  onu isbat etdikdən sonra inkar edir (diqqət edin.)Başqa sözlə desək, bu hədislərdə Allah və Dəccal arasında olan müqayisə, Dəccalın kor və Allahın isə görməsini çatdırır.  3 . ALLAHIN ƏLİ VARDIR 1. – Əbu Hüreyrə deyir:- Peyğəmbər (s) buyurdu:- Allahın sağ əli doludur. Onun ehsan və nəfəqə verməsindən azalmır və gecə-gündüz ehsanı bəndələrinə tərəf axır. Görmürsünüz ki, yeri və göyü yaratdığı gündən bəndələrinə ehsan edir? Bu daimi ehsan, onun əlində olandan az deyildir. Onun nemətlərində heç bir nöqsan və naqislik olmamışdır. Allahın ərşi suyun üzərində qərar tutmuşdur.Onun o biri əlində feyz və ehsan, ya da qəbz etmək və almaqdır. Bir çoxlarına məqam və sərvət verir. Başqalarının məqam və sərvətini onların əlindən alır.[5]2. – Əbu Hüreyrə deyir:- Peyğəmbər (s) buyurdu:- Alahın sağ əli doludur. Gecə və gündüz ondan heç bir şey azalmır. Nemətləri başdan ayağa kimidir. Başqa əlində tərəzi tutmuşdur. Bir kəsin payını çox və digərinin payını isə az edir. Sonra buyurdu:- Görmürsənmi yeri və göyü yaratdığı gündən infaq və ehsan edir?  Və əlində olan şey azalmır?[6]3. – Peyğəmbərdən (s) eşitdim ki, mənbərdə belə buyurdu: - Cabbar olan Allah yerləri və göyləri əli ilə tutub. “Bu vaxt Peyğəmbər (s) əlini yumdu, açdı və yenə də yumdu”. Sonra Allah deyir:- Mənəm Cabbar olan Allah, hardadır zor deyən və cabbar şəxslər? Hardadır təkəbbür edənlər? Dedi:- Bu vaxt Peyğəmbər (s) mənbər başında sağa və sola tərəf meyl etdi. Bir vaxt gördüm ki, mənbərin aşağısı tərpənir. Öz-özümə dedim ki, Peyğəmbər (s) mənbərin başından yıxılmaz?[7]4. ALLAHIN BARMAĞI VARAllahın barmağı !1.- Əbdullah deyir:- Yəhudi alimlərindən biri Peyğəmbərin (s) hüzuruna gəldii. Ərz etdi:- Ya Muhəmməd! Biz tövratda oxuyuruq ki, - Qüdrətli və qadir olan Allah qiyamət günündə, göylərdən, yerlərdən, ağaclardan, sulardan və torpaqlardan, xülasə bütün başqa mövcudlardan hər birini öz barmağı ilə götürər, sonra isə deyər:- Bütün mövcudların həqiqi maliki və sultanı mənəm. Əbdullah deyir:- Elə ki, yəhudinin kəlamı bura çatdı, Peyğəmbər (s) da onun sözlərini təsdiq etmək üçün təbəssüm etdi! Gülərkən o həzrətin mübarək dişləri görsəndi. Sonra bu ayəni  Allahın qüdrətinə işarə edərək yəhudinin sözlərinə şahid gətirdi: وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّماوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَي عَمَّا يُشْرِكُونَ“(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır![8]Allah üçün barmağın isbatı səhiheyn və digər sunən hədislərində çoxlu nəql olunmuşdur. İndi isə Sunəni ibn Macədən və Termizidən bir hədisi də nəql edirik.2. – Kəlabi deyir:- Peyğəmbərdən (s) eşitdim, belə buyurdu:- Heç bir qəlb Allahın barmaqlarından olan iki barmaq arasından başqa bir yerdə deyildir. Əgər istəsə onu sabit saxlayar və ya istəsə onu tərpədər.[9]Allah-təala barədə istifadə olunan, barmağa aid başqa hədislərdən belə başa düşülür:1.- Allah-təala da başqa mövcudlar kimi, ələ və barmağa malikdir.2.- Allah-təala da başqa mövcudlar və məxluqlar kimi məhduddur. Buna görə də ətraflara sağ və sol ələ malikdir. 5.  ALLAHIN BELİƏbu Hüreyrə deyir:- Peyğəmbər (s) buyurdu:- Allah mövcudatı yaratdıqdan sonra rəhm və qohumluq əlaqəsi qalxaraq Allahın belini tutdu! Allah buyurdu:- Sakit ol! Ərz etdi:- Bura qohumluqdan əlaqəsini kəsən və sənin dərgahına pənah gətirənlərin yeridir. Allah cavabında buyurdu:- Razı deyilsənmi sənin ehsan edənlərinə ehsan və səndən qohumluq əlaqəsini kəsənləri isə öz rəhmətimdən ümüdsüz edim? Ərz etdi:- Bəli Pərvərdigara! Razıyam.Allah buyurdu:- Sənə ehsan edənlərlə və qohumluq əlaqəsini kəsənlərlə bu cür rəftar edəcəyəm....[10] 


[1] - Umdətul qari c-22, s-229.

[2] - Tin surəsi ayə 4.

[3] - عن نافع قال عبد الله: ذكر النبي (ص) يوماً، بين ظهري الناس، المسح الدجال فقال: ان الل ليس باعور، الا ان المسيح الدجال، اعور العين اليمني، كان عينه عنبة طافية.

 Səhihi-Buxari c-4, bab-Vəzkur fi kitabil Məryəm.; Səhihi-Buxari c-5, bab-Hiccətul vida; Səhihi-Buxari c-6, Zikrud-dəccal; Səhihi-Müslüm c-8, bab Zikrud-Dəccali və sefətih.;

[4] -  عن عبد الله قال: ذكر الدجال عنه النبي (ص) . فقال: لايخفي عليكم ان الله ليس باعور، واشار بيده الي يمينه ، و قال: ان المسيح الدجال اعورالعين اليمني، كان عينه عنبة طافية.     Səhihi-Buxari c-9, bab- Ma yəzkuru tiz-zati vən-nuut.
   [5]- ابو هريرة عن النبي (ص) قال:- إن يمين الله ملاي لايغيضهانفقته سحاء الليل والنهار، أرأيتم ماأنفق، منذخلق السماوات والارض فإنهلم ينص مافييمينه، وعرشه علي الماء، وبيدهالأخري،الفيض اوالقبض.يرفع ويقبض   Səhihi-Buxari c-9, "Kitabut-tövhid" bab- "Və kanə ərşuhu ələl ma`";    Səhihi-Buxari c-6, Hud surəsinin təfsiri.
[6] - عن أبي هريرة قال:- يمين الله ملاي لايغيضهاشئ‌؛ ساءالليل والنهار، وبيده الأخري الميزان، يرفع القسط ويخفض. قال:- أرأيت ماأنفق، منذخلق السماوات والأرض، فإنه لم ينقص مما في يديه شيئا.   Sunən ibn Macə c-1, bab:-“Cəhmiyyənin inkar etdiyi şeylər”
[7] - سمعت رسول الله (ص) وهوعلي المنبر، يقول: يأخذالجبارسماواته،وأرضه، بيده "وقبض بيده فجعل يقبضهاويبسطها" ثم يقول: يمينه وعن يساره، حتي نظرت إلي المنبريتحرك من اسفل شئ منه، حتي أني أقول:- أساقط هورسول الله (ص)؟!

   Sunən ibn Macə c-1, bab:  فيماأنكرت الجهيميه

   [8] - Zumər surəsi ayə - 67عن عبدالله قال جاء حبرمن الأحبارإلي رسول الله(ص) فقال:- يامحمد!إنانجد:أن الله يجعل السماوات علي أصبع والأرضين علي أصبع والشجر علي أصبع، فيقول، إناالملك فضحك النبي (ص)حتي بدت نواجذه، تصديقالقوله الحبر. ثم قرءرسول الله (ص) : وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّماوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ   Səhihi-Buxari c-6, "Zumər surəsinin təfsiri"; c-9, bab:-"Ma cəa fi qovlillah innə rəhmətullah..."; bab:-"Kəlamur-rəbb"; Səhihi-Müslüm c-8, "Kitabu sifətul qiyaməti vəl cənnəti vənnar".
[9] - الكلابي قال:- سمعت رسول الله (ص) يقول:- ما من قلب، إلابين أصبعين من اصابع الحمان. ان شاء إقامه، وان شاءاذاغه   Sunəni Termizi c-4, bab:-"Ma caə fi ənnə qəlbəl mumini bəynə cəhmiyə"
[10] - عن ابي هريرة: عن النبي (ص) قال: خلق الله، فلما فرغ منه، قامت الرحم، فاخذت بحقوالرحمن فقال: مه! قالت: هذا مقام العائذبك من القطيعة. قال: الا ترضين ان اصل من وصلك ، واقطع من قطعك؟ قالت: بلي يا رب قال فذالك.   Buxari c-6, Əlləzinə kəfəru surəsinin təfsiri.

Açar sözlər:

Yazar: zahra2007 | Tarix: İyun 29, 2008 13:01 | Hədis | Şərhlər(0) | Baxış sayı: 23

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha