NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
6. SƏHİHEYNİN ALLAHI, BALDIRINI GÖSTƏRİR Əvvəlki bəhslərdə işarə olunduğu kimi, səhiheyndə nəql olunmuş hədislərdə Allahın əli, qolu, barmaqları, ayaqları hətta baldırının da olduğu nəql olunmuşdur. İndi isə diqqətinizi bu barədə olan bir hədisə yönəldirik :Əbu Səid deyir:- Peyğəmbərdən (s) eşitdim ki, belə buyurdu:- Qiyamət günündə Allah-təala baldırını göstərər! Bütün imanlı kişi və qadınlar Allahın qarşısında səcdəyə düşərlər. Yer üzündə riya və sumə[1] üzündən səcdə edənlər qalarlar....[2]BU HƏDİSİN ARAŞDIRILMASIBu hədisdən belə istifadə olunur ki, Allahı tanımağın əlamətlərindən biri də qiyamət günündə onun baldırının görünməsidir. Nə qədər ki Allahın baldırı görsənməyibdir, möminlər Allahın vücudunda və onu tanımaqda şəkk-şübhəyə düşəcəklər.يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ"İş çətinləşəcəyi (baldırlar açılacağı, lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar."[3]Bu ayənin baldırla əlaqəsi olduğu üçün Buxari zikr olunan ayəni təfsir olunmasına görə yuxarıdakı hədisi gətirmişdir. Çox gözəl olardı ki, təfsirçilərin bu ayənin mənası barədə olan sözlərinə diqqət edək:Təbərsi يَوْمَ يُكْشَفُ عَن سَاقٍ ayəsinin mənasında deyir:- Yəni, o günki iş şiddətli və qorxulu bir mərhələyə çatar. Baldırın görünməsi məsələnin ciddi olduğuna, kinayə və qiyamət gününün qorxulu olmasına işarədir.Bu məsələ müharibə hadisələrində, qorxu və təhlükə zamanı “paltarları yuxarı qaldırın ki, döyüş vaxtı fəaliyyətdə və təhlükə zamanı qaçdıqda mane olmasın" kimi məsəllərdən biridir.يُكْشَفُ عَن سَاقٍ – bu kəlmə hər möhkəm işdə, qorxulu bir şeylə üz-üzə gəldikdə kinayə şəklində işlədilir. Təbərsi deyir:- Həmin üstü örtülü məna ibn Abbasdan, Həsəndən, Mucahiddən, Qətadədən və Səid ibn Cubeyrdən nəql olunmuşdur. Təbərsi əlavə edərək bildirir: Əkrəmədən nəql olunmuşdur ki, bu ayənin mənasını İbn Abbasdan soruşdular. İbn Abbas belə cavab verdi:- Əgər Qurandan bir məsələ sizin üçün aydın olmasa və bir lüğətin mənasını, onun hədəf və məqsədini bilmədinizsə, onu ərəb şerlərində tapın. Sonra İbn Abbas dedi:- Məgər şairlərin sözlərini eşitməmisiniz ki deyirlər :وَقَامَتِ الحرَبُنَا عَلَي سَاقٍ – bizim müharibəmiz “saqə”-yə çəkildi. Bu cümlə də o yerdə deyilir ki, qəm-qüssə, müharibənin sıxıntısı axıra çatmışdır. Həmin üstü örtülü məna İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunmuşdur.[4] AYƏNİN MƏNASI BARƏDƏ, ƏL-MƏNAR SAHİBİNİN NƏZƏRİŞeyx Muhəmməd Əbduh ayənin təfsirində yuxarıda, məcməul bəyan və qədim təfsirçilər tərəfindən söylənilən həmin kinayəli mənanı şərh edir və onu geniş şəkildə məşhur təfsirçi Beyzavidən nəql edir. Sonra deyir:- Bəziləri deyirlər:- “Saq” burada Allah-təalanın zatıdır! Bu mətləb üçün Həzrət Əlidən (ə) bir cümlə nəql edir ki, buyurmuşdur : لَابُدَّ مِن قِتَالِهِم وَلَوتَلِفَت سَاقِي - “ Özüm aradan getsəm də, gərək onlarla vuruşaq “Əbduh sonra deyir: Bu mənaya görə desək ki, “saqın (baldırın) görünməsi” və Allah-təalanı görmək, pərdəni aradan götürmək mənasınadır, heç bir irad və şübhə olmayacaqdır. Onda hədisin mənası يَومَ يَكشِفُ رَبَّنَاعَن سَاقِهِ belə olacaqdır:-“Allah qiyamət günündə pərdəni götürəcək və özünü camaata göstərəcəkdir”.[5]Əziz oxucular! Təəssübün həqiqəti və Buxarinin “səhih” hədislərinin yersiz müdafiəsinin mənası, xurafi mətləblərin islahı məhz budur.ALLAHIN AYAĞI VARDIR1.- Ənəs Peyğəmbərdən (s) nəql edir:- Qiyamət günündə cəhənnəm əhlini oda atarlar. Cəhənnəm yenə də artırılmasını istəyər və deyər:- هَل مِن مَزِيد ؟ -Yenə qaldımı? Allah-təala, ayağını cəhənnəmə qoyar! Bu vaxt cəhənnəm deyər:- Bəsdir, bəsdir![6]2.- Əbu Hüreyrə deyir: Cəhənnəmə deyilər:- Doldunmu və doydunmu? Cəhənnəm cavabında deyər: Yenə də varmıdır? ”هَل مِن مَزِيد؟ ” Allah öz ayağını cəhənnəmə qoyar. Cəhənnəm deyər:- Bəsdir, bəsdir![7]Bu mətləblər Səhihi-Buxaridə, bir neçə hədis sıra ilə müxtəlif sənəd və mətnlərlə nəql olunmuşdur. Müslüm isə bu hədislərin ibarətlərinin bəzisində ”ricl”, bəzisində isə “qədəm” yəni ayaq ifadələri ilə tə`bir olunmuş beş hədisi nəql etmişdir. ŞÜBHƏ VƏ ONUN CAVABI Tövhid barəsində hədislərin bir qismi ilə tanış oldunuz. Bu hədislər əhli-sünnənin ən mühüm kitablarından nəql olunmuşdur. Hədislərin mətni onun qondarma olmasına şəhadət verir. Çünki, məkana malik olan Allah bəzən ərşin üzərində, bəzən buludlar arasında və bəzən də namaz qılanın qarşısında qərar tutur. Məxsus gecələrdə göydən yerə enən Allah cism, görünə bilən, gülməyi bacaran və s. kimi şeylərə malik olan bir varlıq və ən nəhayət insanın əzaları kimi əzalara malik olan Allah heç vaxt qəbulolunmaz bir həqiqətdir.[8]Nəqli dəlillərdən əlavə, əql və fəlsəfə də başdan ayağa kimi özünə möhtac, məhdud, yaradılmış bir mövcudun nişanələrinə malik olan Allahı inkar edərək belə bir varlığı dünyanın xaliqi və yaradanı kimi qəbul etmir.Lakin, hələ əhli-sünnənin əqidələrindən, onların alimlərinin və mühəddislərinin üsulundan hələ dəqiq məlumatı olmayan bir çoxları mümkündür belə bir şübhəyə düşsünlər ki: - Hər bir kəlam və cümlə, hər ayə və hədis təvil və təfsir oluna bilər. Söylənilən hədislərin də bu kimi ümumi qanuna daxil olmasının nə Zərəri vardır? Mümkündür bu hədislər də həmin qanun çərçivəsində təfsir olunsun. Nəyə görə burada adət və üsuldan istifadə etmirsiniz? Nəyə görə bu hədisləri qəbul olunası mənalarda təfsir etmirsiniz?Bu şübhələrin cavabında deyirik ki: Təəssüflər olsun ki, hədislər barədə müxtəlif səbəblər və cəhətlər bizi hər növ təfsir və mənanı yozmaqdan saxlamış və qarşısını almışdır. Çünki :1. Təfsir və mənanı yozmağın lazım olan yerləri o yerdə mümkündür ki, səhiheyndə və əhli-sünnənin etimad etdikləri başqa kitablarda Allahın görünməsi, cism olması və s. barədə nəql olunmuş çoxlu hədislərdən əlavə, gərək başqa bu hədislərin mənaları ilə müxalif olan hədislər də olsun ki, Allahın görünməsini, cism olmasını inkar etsin. Lakin, təəssüflər olsun ki, bu kitablarda və hədislər içində belə hədislər hətta misal ünvanında belə gözə dəymir. Axtarış zamanı biz bu kitablardan belə hədisləri tapa bilmədik.2. Bu hədislərin bir hissəsi bir növ yazanların hədəfində elə bir şəkildə aşkar və aydın, onların deyilişi o qədər ciddidir ki, öz – özünə hər növ təvil və məna yozumunu aradan qaldırır. Belə ki, onun zahiri mənasını tutmaqdan başqa bir yol qalmır. Biz Allahın görünməsi barədə söylənilən “Siz Allahı ay parçası kimi görəcəksiniz” hədisinin mətninin mənasını başqa cür yaza bilərikmi?“Mübahisə vaxtı bir-birinizə sillə vurmayın. Çünki, Allah insanı özünün surətində yaratmışdır” hədisinin mənasını başqa cür yoza bilərikmi?Həmçinin, “Ərş bütün mövcudların üstündə və Allah da ərşin üstündə yerləşmişdir” və “Allah mövcudları yaratmazdan əvvəl buludlar arasında yerləşmişdir” kimi söylənilən hədislərdən Allahın cism, məhdud olmasından başqa bir məna düşünə bilərikmi? Görəsən bu kitabda tövhid barədə nəql olunmuş hədisləri qəbul olunmuş bir mənada yaza bilərikmi?3. Üçüncü cəhəti budur ki, bu hədislər və onların məzmunu bu günlərdə bizim əlimizə çatmış təzə məsələlər deyildirki, onları düzgün başa düşək, ya onları başqa mənalara yozaq və ya təvil edək. Bu məsələlər Peyğəmbərin (s) vəfatından və İlahi elm qapılarının bağlanmasından sonra tədricən vücuda gəlmiş çətinliklərdir. Buxarinin dövründən Nəsainin dövrünə kimi bu məsələlər altı sihaha köçürülmüşdür. Araşdırdığımız məsələlər də həmin məsələlərdəndir. Biz bu mövzuların məsum imamların və əziz rəhbərlərimizin huzurunda onlardan sual olunduğunu görürük. Bu hədislərin mətni ya məzmunu İmam Baqir (ə), İmam Sadiq (ə) və Həzrət Rzadan (ə) sual olunmuşdur. Məsum imamlar bu sualların cavabında heç vaxt belə hədisləri nə təvil etmiş və nə də mənalarını başqa yerə yozmuşlar. Onlar bir başa bu hədisləri rədd etmişlər. Sual edənlər də belə hədislərdə təvil və məna yozumuna ehtimal verirdilərsə sual üçün gəlməz və onların barəsində izah istəməzdilər. Bu hədislərin bir hissəsini bəhsin axırında diqqətinizə çatdıracağıq. BU HƏDİSLƏR BARƏDƏ ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN NƏZƏRLƏRİ1. MüslümMüslüm öz səhihində Allahın görünməsinin sübutu üçün bir fəsl açmış və başqa bir fəsli də onu görməyin yolları barədə ayırmışdır. Allahın cism olmasını bildirən, görmək barədə olan hədislərin bir qismini bu fəsillərin hər ikisində gətirmişdir.Aydındır ki, Müslümün nəzəri bu iki fəsildə gətirdiyi hədislərin hamısının səhih olduğunu və hər bir müsəlmanın da onun zahirinə etiqad bəsləməyinin vacib olmasıdır. Həmçinin onun nəzəri budur ki, bu kimi hədislər barədə kiçik bir təvilə[9] əl atmasına və ya onun cümlələrindən birinin mənasını dəyişərək başqa bir mənaya yozmasına heç bir müsəlmanın haqqı yoxdur.2-3. İbn Macə və Əbi Davudİbn Macə Qəzvini və Əbi Davud Səcestani əhli-sünnənin etimad olunan alimlərindən və altı sihah müəlliflərindəndirlər. Öz səhihində “Cəhmiyyənin inkar etdiyi məsələlər” adı ilə başlayan məxsus bir fəsldə Cəhmiyyə firqəsinin barəsində bir sıra məsələlər yazmışdır. O cümlədən, bu fəsillərdə Allahı görmək barədə olan hədisləri, məkan və Allahın cism olması – Allahın gülməsi, öz arxasına söykənməsi, Allahın zühuru və pərdə arxasında qalması və s. kimi hədisləri nəql etmişdir.Cəhmiyyə o kəslərdəndir ki, imamiyyə məzhəbi kimi Allah-təala barədə onun görünməsinə və məkan sahibi olmasına etiqadı yoxudur və Allah-təalanı başqa cisimlər kimi bədən üzvlərinə malik olmasına etiqad bəsləmirlər. Həmçinin belə hədislərin zahirinə də etiqadlı deyillər. Bu fəslin “Cəhmiyyənin əqidəsinin rəddi və inkar olunması” adı ilə adlanması bunu göstərir ki, əhli-sünnənin nəzər sahibləri kimi tanınmış və etimad olunan bu iki şəxsin tövhid barəsində olan əqidələri, həmin hədislərin məzmunu və həmin kəlmələrin zahiri ilə uyğundur. Cəhmiyyə kimi bu hədislərə müxalif olanlar və onu təfsir edənlər onların nəzərində rədd olunmuş və hədisləri təfsir etmək isə İbn Macə və Əbi Davudun nəzərincə küfrə və kafirliyə səbəb olur və belə bir şəxs İslam dinindən xaric olmuşdur.4. İbn Teymiyyəİbn Teymiyyə deyir: - Allahın göydən hər gecə aşağı enməsi və nazil olmasına gəldikdə, bu əhvalat hədis alimlərinin yanında sübuta çatmış məsələlərdən biridir! Həmçinin nüzul dastanı, Allahın şəban ayının 15-ci günündə də nazil olması barədə bir hədis nəql olunmuşdur ki, onun sənədi ixtilaflıdır.Sonra İbn Teymiyyə əlavə edərək bildirir ki:- Əhli-sünnənin hamısı bu məsələyə etiqad bəsləyirlər ki, Allah-təala aşağı enir və onun ərşi onsuz boş deyildir! Bu mətləb İshaq ibn Rahoviyədən, Həmmad ibn Zeyddən və Əhməd ibn Hənbəl tərəfindən də nəql olunmuşdur.[10]5. Muhəmməd ƏşrəfƏbu Davudun sunənini şərh edən, وإنه ليئط به؛ أطيط الرحل بالراكب cümləsinin altında: “Dəvə minənin ağırlığının nəticəsində dəvənin yükünün səsi kimi Allahın ərşi də onun ağırlığına görə səs edəcək” İmam Xitabinin sözlərini nəql etdikdən sonra onu tənqid edərək deyir:- İmam Xitabinin sözlərində bir növ təfsir və təvil vardır. Lakin təvil və təfsir zahirin xilafınadır və heç cür ona ehtiyacımız yoxdur. Allahın sifətlərinə aid olan hədislərdə etimad olunan səhih yol budur ki, onları öz zahiri mənalarına buraxaq və hər cür təfsir və təvildən, həmçinin məna yozumundan uzaqlaşdıraq. [11]6. BəğəviBəğəvi “Şərhis-sünnə” kitabında deyir:- Allahın sifətləri barədə kitab və sünnədə gələnlər, məsələn surət, göz, barmaq, ayaq, gəlmək və getmək, asimandan aşağı nazil olmaq, ərşin üzərində yerləşmək, gülmək və şadlanmaq və bu kimi şeylər hamısı Allah-təalanın sifətlərindən sayılır. Onların barəsində hədislər yazılmışdır. Gərək bu sifətlərin hamısına imanımız olsun. Hədislərin zahiri mənası gərək hifz olunub saxlansın. O cümlədən, hər növ təvil və təfsir və məna yozumundan da qorunsun.[12]Biz, ötən bəhslərimizdə Allahın cism olması barədə Nəvəvinin, Eyninin, Qəstəlaninin, Əhməd Muhəmməd Şakirin, Əbduh İsfəhaninin, Əhməd ibn Həmbəlin, İbn Teymiyyənin, Əbu Ömərin, Zəhəbinin və Şeyx Əbdur-Rəhmanın nəzərlərini və sözlərini nəql etmişdik. Onların əqidələrini və başqa əhli-sünnə alimlərin belə hədislərin zahirinə etiqad bəsləmələri barədə olan əqidələrini və bu hədislərin təfsir olunması və başqa mənaya yozulmasının caiz olmadığını əziz oxucularımıza bildirmişdik.[13] Bu məsələ bir sıra ümumi məsələlərdən biridir ki, müxtəsər şəkildə burada gətirilmişdir. Əgər əhli-sünnənin bütün alimlərinin bu barədə nəzər və sözlərini gətirəsi olsaq, özü ayrıca bir kitab şəkklinə düşər.
[1] - Özünü başqası üçün eşıtdirmək
[2] - عن ابي سعيد قال:- سمعت النبي (ص) يقول:- يكشف ربناعن ساقه، فيسجدله كل مؤمن ومؤمنة، ويبقي من كان يسجدفي الدنيارياءوسمعة....Səhihi-Buxari c-6, "Qələm surəsinin təfsiri"
[3] - Nun surəsi ayə-42
[5] - Əlmənar c-9, s-140
[6] - عن أنس رضي الله عنه: عن النبي (ص) قال:- يلقي في النار، وتقول هل من مزيد؟ حتي يضع الله قدمه، فتقول: قط، قط !
[7] - Səhihi-Buxari c-6, "Qaf surəsinin təfsiri"; c-8, bab:-Əlhulfu bi izzətillah və sifatih"; c-9, kitabut-tövhid ; c-9, kitabuttövhid bab–rəhmətullah qaribun minəl muhsinin"; Səhihi-Müslüm c-8, bab- Ənnaru yədxuləha cəbbarun!
[8] - Mümkündür belə bir şeylər fərzən zehndə təsəvvür olunsun. Lakin, bunların heç birinin zehndən xaricdə həqiqəti yoxdur. Yəni, zehndən xaricdə onun bu kimi sifətlərə malik olması qeyri mümkündür.
[10] - Minhacus-sünnə c-1, s-262.
[11] - Ovnul məbud c-4, s-369
[12] - Sunəni İbn Macə c-1, s-71. (vərəq altında zikr olunmuşdur).
[13] - Allahı görmə, baldırının görünməsi barədə olan bəhsə müraciət olunsun.
Açar sözlər:
