Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
DİQQƏTİ CƏLB EDƏN BİR MƏSƏLƏ Bura qədər tövhid barəsində altı səhih kitabdan nəql olunmuş hədislərdən bu məsələlər aydın olur ki, bu hədislərin məzmunu Allahı, onu görməyin mümkün olması, məkana və müxtəlif bədən üzvlərinə malik olması, xülasə şəkildə desək, Allahı təbii və maddi mövcud kimi tanıtdırır. Şübhəsiz ki, əhli-sünnə alimləri Allahı həmin hədislərin tanıtdırdığı sifətlərlə tanıyırlar. O cümlədən, öz tərəfdarlarına da Allahı bu cür tanımağı tövsiyə edirlər.Burada bir məsələyə diqqət etmək lazımdır ki, əqidədə belə yolunu azmağı və düz yoldan uzaqlaşmağı, ən mühüm və həssas olan “Allahı tanımaq” kimi dinin əsaslı bir mövzusunda əyintiləri həmin hədislər əmələ gətirmişdir. Doğru olmayan bu əqidələrin kökü, əhli-sünnə alimlərinin nəzərincə düzgün və səhih saydıqları hədislərə gedib çıxır.Əhli-sünnə alimlərinin özləri də bu məsələni etiraf etmişlər. Onlar öz əqidələrini açıqlayarkən sənədlərinin həmin hədislər olduğunu bildirirlər.Biz əvvəlki səhifələrdə və bəhslərimizdə əhli-sünnə alimlərinin sözlərini və onların əqidələrini  nəql edərkən həmin hədislərə istinad etdiklərinə işarə etdik. Onları yenidən sadalamağı, dəlil və şahid gətirməyi bu dəfə zəruri saymırıq. Bununla da əziz oxuculara tövsiyə edirik ki, bu məsələdə əhli-sünnənin əqidələrinin hədislərlə uyğun olub-olmamasına diqqət yetirsinlər.Ötən bəhslərə nəzər saldıqda görürük ki, bu kimi hədislər müsəlmanları öz əqidələrindən azdırmış və əsrlər boyu onların əməllərində öz təsirini qoymuşdur. Buradan aydın olur ki, belə hədislərin olması və belə kitabların səhihliyinə etiqad bəsləmək və onların mənalarına inanmaq beləcə məzhəkəli, xurafi əqidəni müsəlmanlar arasında yaratmış və həqiqətdən uzaqlaşdırmışdı.Məsələ burdadır ki, Məqatil ibn Süleyman, Davud Cəvaribi və onların tərəfdarları Allah-təala üçün təkcə cinsiyyət üzvünü istisna etməklə əl, ayaq, dil və iki gözün olmasına etiqad bəsləmişlər. Lakin, Məaz Ənbəri Allah-təala üçün kişilik cinsiyyət orqanının olmasına da etiqad bəsləmiş, öz əqidəsini və Allahın kişi olmasını sübut etmək üçün Qurani-Kərimin  وَلَيسَ الذَّكَرُكَالأُنثَي  ayəsini dəlil gətirmişdir.Əhli-sünnənin bir çox kəlam və qeyri-kəlam alimləri Allahın insan kimi ətə, dəriyə və sümüyə malik olduğunu fərz etmişlər.Bəzən Allahı kəcavədə oturmuş və qırmızı tüklü dəvənin üstündə əyləşmiş halda ərəfə gecələrində yer kürəsinə gətirirlər.Bəzən deyirlər:- “Allah elə gülür ki, gülərkən onun dişləri görünür.” Deyirlər:- “Allah qiyamət günündə insan surətində mücəssəm olacaq və bəndələrinin hesabını çəkəcək.” Başqa yerdə nəql edirlər:-“Şəban ayının 15-ci gecəsində göydən yerə enir və onun oturduğu yer ərşdədir. Həmişə də ərşin üstündə əyləşmişdir”. “Qiyamət günündə də bəndələrinin yanına gələr və özünü tanıtdırar. Öz bəndələrinə xitab edərək deyər:- Mən sizin Allahınızam! Deyərlər:- Biz səndən Allahımıza pənah aparırıq”. Yenə də deyilər:- “Əgər Allahı görsəniz onu həqiqətən tanıyarsınız”.Başqa yerdə əlavə edərək deyirlər:- “Bizim və Allahın arasında bir əlamət var ki, o əlamət vasitəsi ilə onu tanıyarıq”. “Sonra Allah öz baldırını aşkar edər və o, tanına bilən başqa bir qiyafədə gələr, özünü tanıtdırar və onu tanıyarlar, qarşısında səcdəyə düşərlər.”Nəql etmişlər ki, “cəhənnəmin od-alovu şölə saçar və nə qədər ki, Allah ayağını cəhənnəmə qoymayıb sakit olmaz. Elə ki, ayağını cəhənnəmə qoyar, cəhənnəmin od-alovu deyər:- Bəsdir, bəsdir!”Bu, sünni məzhəbinin kəlam alimlərinin bir çoxlarının tövhid və Allahı tanıma barədə olan nəzər və əqidələridir. Bu əqidənin bir qismi Allahla görüşmək, qiyamət günündə camaat arasına onun gəlməsi və s. kimi məsələlərdir ki, sünnilərin hamısının buna etiqadları vardır. Bu əqidələrin hamısını əziz oxucularımıza açıqladıq.İbn Əbil-Hədid Mötəzili nəql edir ki:- Bu əqidənin kökü, sihahda nəql olunmuş çox təəccüblü hədislərdən ibarətdir.[1] O, bu sözləri ilə (necə ki əvvəlcə də işarə olunmuşdur) batil və xurafi əqidənin nəqlindən sonra bildirir ki, bu əqidəni belə hədislər arasında olan bağlılıq əmələ gətirmişdir. Həmçinin bu əqidənin əmələ gəlməsinin səbəblərini və onun kökünü  də bəyan etmişdir.İbn Əbil-Hədid, Əmirəl-möminin Əlinin (ə)يأتي علي الناس زمان لايبقي فيهم من القرآن إلاإسمه – xütbəsinin altında yenə bildirir: “Bu gün məscidlərdə oturan və tövhid bəhsində Allah-təalanın təşbihə, təcəssümə, onun surətə, nazil olmasına, bədən üzvlərinə malik olmasına qail olan şəxslər Allah-təalaya küframiz və cahilanə mətləbləri nisbət verirlər. Bunların hamısı fitnədir. Bu məsələlərdən uzaq olanları da onlara tərəf çəkirlər”.[2] Müəllif: İbn Əbil Hədidin açıq və aydın olan bu sözlərindən məlum olur ki, bu əqidə onun zamanında da mövcud imiş və məscid sakinlərinin çoxları da belə xurafi əqidələrdə olmuşlar. واستغفرواربكم ثم توبواإليه إن ربي رحيم ودود


[1] - Nəhcül-bəlağənin şərhi c-3, s-224-226.

[2] - Həmin mənbə c-19, s-299.


Açar sözlər:

Yazar: zahra2007 | Tarix: İyun 29, 2008 13:03 | Hədis | Şərhlər(0) | Baxış sayı: 21

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha