NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
ŞİƏ HƏDİSLƏRİNƏ BİR BAXIŞBir suala cavab : Mümkündür ki, oxucularımız arasında kimlərsə kitabın "səhiheyn nəzərində tövhid" bölməsini mütaliə etdikdən sonra, bizə etiraz edərək belə bir sual versinlər:Baxmayaraq ki, əhli-sünnənin tövhid barədə hədis və rəvayətlərini nəql etdiniz, bu kitabların qiyafəsi və əhli-sünnə alimlərinin belə hədislərin məzmununa olan əqidələri bunu bildirir ki, əgər bir şəxs tövhid və Allahı tanımaq məsələlərində bu kimi kitablara müraciət etmək istəsə, həmçinin bu kitabların və belə əqidədə olan kəlam və qeyri-kəlam alimlərinin göstərişlərinə nəzər salsa, Allahı tanıma yolunu araşdırsa bir çox əsası olmayan etiqadi məsələlərlə üz-üzə gələcəkdir.Lakin, burada belə bir şübhə qarşıya çıxır və o da budur ki, şiə məzhəbinin də kitabları arasında onların tövhid bəhslərinə aid olan bir miqdar hədisləri də gözə dəyir. Bu hədislər də Allahın cism və görünməsini bildirir. O cümlədən, səhiheyndə və başqa kitablarda tövhid barədə gətirdiyiniz hədislərin başqa nümunələrinə şiə kitablarının bəzilərində də rast gəlmək olur. Buna görə də sizin etirazınız təkcə əhli-sünnə məzhəbinə deyil, şiə məzhəbinin özünə də aid edilir.Cavab: Bu sualın cavabında bir neçə mətləbə diqqət olunması lazım görülür:1.- Hədis kitabları barədə nəzərlərin müxtəlif olması;Şiə və sünni alimlərinin arasında hədis kitablarına və onların məzmunlarına yanaşmaqda çox mühüm fərqlər və ixtilaflar vardır. Çünki, əhli-sünnə iddia edirlər ki; Buxarinin səhihinin bütün hədisləri səhihdir. (Əgər bir kəs and içsə ki, səhiheynin bütün hədisləri həqiqətə uyğun və bu iki kitabın bütün möhtəvaları Peyğəmbərin (s) buyurduqlarıdır, onun andı düzdür və kəffarə də ona lazım deyildir.[1])Bəli, bu nəzəriyyənin əksinə, şiə alimlərinin heç biri öz hədis kitabları barədə belə bir nəzəriyyə və əqidəyə malik deyillər. Hətta “dörd kitab”-ın tək-tək hədislərinin də istər mətn, istərsə də sənəd baxımından araşdırılmasını və bəhs olunmasını zəruri hesab edirlər. Şiə alimlərinin nəzərində bu kitablardan yalnız müəyyən bir miqdarı səhih sayılmış və qəbul edilmişdir. Yerdə qalan hissələrini isə “Muvəssəq”, “Həsən”, “Zəif” [2] hədislər təşkil etdiyini bildirirlər.Bu, şiə məzhəbinin və onun alimlərinin öz hədisləri, kitablarının məzmunu barədə olan nəzəriyyələridir. [3]Buna görə də şiə alimlərinin nəzərində şiə kitablarında bir hədisin olması nə qədər ki, səhih deyildir, onun səhihliyinə və qəbul olunmasına dəlalət etmir. Qeyd etməliyik ki, şiə məzhəbinin alimləri və mühəddisləri öz hədis kitablarında bəzi hədislər barədə iradları və şübhələri vardır.2. – Şiə kitablarında tövhid barədə olan hədislər;Birinci mətləbi nəzərə alaraq bir məsələyə diqqət olunmalıdır. Əhli-sünnə kitablarında tövhid barədə nəql olunmuş hədislərin hamısında Allahın təcəssümünün (cism olmasına) sübutuna birbaşa dəlillər vardır. Bunların hamısının qarşısında hətta bir dənə də nümunə olsun, bu hədislərin məzmun və məhfumuna zidd olan və Allahın cism olmasını inkar edən hədislər gözə dəymir. Qeyd olunduğu kimi, bu kitablarda və hədislərdə Allahı tanımaq onun cism olmasına etiqad bəsləməkdən başqa bir şey deyildir. Lakin, şiə kitablarında və hədislərində əgər belə bir hədis küncdə - bucaqda tapılarsa, onunla üz-üzə yüzlərlə mötəbər və etimad olunmuş hədislər, onların əsas və mötəbər kitablarında mövcuddur. Bu hədislər də Allahın cism olmasını bildirən hədisləri kəskin şəkildə tənqid edərək onları rədd edir.“İbtalur-royət”; “Ənnəhyu ənil cismi vəs-surət”; “Nəfyul hərəkəti vəl intiqal;” “Nəfyut-təşbih” və s. başqaları da, fəsillərdə və mövzularda gətirilərək bu kitablarda qeyd olunmuş və açıq şəkildə həqiqəti çatdırmışdır.[4]Bu da şiə və əhli-sünnənin hədis kitabları və hədisləri arasında olan ən böyük və həssas dəyərlərdən biridir ki, bu mövzuda nəzərdə olan başqa şübhə və iradlara da cavab verə bilər.3. – Tövhid barədə olan hədislərə şiə alimlərinin nəzəri ;Şiə kitablarında nəql olunan Allahın görünməsini, təşbih və hər növ cism olmasını inkar və batil edən hədis və rəvayətlər o qədər aydın, sənəd baxımından o qədər möhkəmdir ki, onların məzmununu şiə məzhəbinin kəlam alimləri bütünlüklə qəbul etmişlər. Bu hədislər şiə məzhəbinin kəlam elmində ən mühüm bəhslərin bir qisminin sütunlarını təşkil edir. Hər bir hədis və rəvayətin məzmunu birbaşa və səhih olan hədislərlə zidd olarsa, alimlərin nəzərində müxalif hədislərin heç bir elmi dəyəri yoxdur. Bu kimi hədislərə də irad və şübhə etmək yersiz və mənasız sayılır.4. – Qondarma və saxta rəvayətlər;Dördüncü diqqət olunası nöqtə budur:Mümkündür etiraz edənlərin gətirəcəkləri dəlil bu kimi rəvayətlərin çoxunun sənəd silsiləsi barədə təhqiq olunması olsun. Aydındır ki, bu rəvayətlər sənəd cəhətindən zəif və onu nəql edənlər isə şiə rical tanıyanları tərəfindən etimad olunmayan, yalançı və saxta hədis uyduran şəxslər kimi tanınmışlar.Bəli, bu növ rəvayətləri Məqatil ibn Süleyman kimi Allahın cism olmasına qail olan şəxslər öz yanlış əqidəsini genişləndirmək üçün uydurmuşlar. Bu rəvayətlər üçün özlərindən sənəd silsiləsi də düzəltmiş və şiə rəhbərlərindən birinə nisbət vermişlər.Yuxarıda söylənilən mətləblərə diqqət edərək, allahşünaslıq barədə şiə əqidələri aşağıdakı sənədlərdən əldə edilməlidir:1.- Əhli-sünnənin etimad etdikləri kitablara müraciət olunduğu kimi, bu mövzuda onların etimad etdikləri səhih hədislər və altı sihah kitablarına da müraciət etməklə onlar ətrafında da bəhs olunsun.2.- Onların kəlam alimlərinin sözlərinə diqqət yetirildiyi kimi, şiə alimlərinin də sözlərinə diqqət olunmalıdır. TÖVHİD BARƏDƏ ŞİƏ HƏDİSLƏRİNDƏN BİR NEÇƏ NÜMUNƏBiz Allahın görünməsini inkar edən bəhslərdə şiə sənədlərindən bir neçə hədis qeyd etmişdik. İndi isə şiə məzhəbinin allahşünaslıq əqidələrinin əsasını təşkil edən və onların etimad etdikləri rəvayətlərdən bir neçəsini yenə bu bəhsdə gətiririk ki, qeyd olunmuş şübhəyə cavab verilsin və həm də bu rəvayətlərin məzmunu əhli-sünnə məzhəbinin kitablarında gələn hədislərlə müqayisə olunaraq bu iki yolun elmi təfəkkürünün qiyməti və üstünlüyü məlum olsun. Əziz oxucularımızın özləri də bu iki allahşünaslıq məktəbi arasında insafla mühakimə yürütsünlər.1. Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, o həzrət (ə) Allahın sifətlərini tərif etdikdə belə buyurdu: - Mütəal Allah zaman və məkanla tərif olunmaz. “Allah nə vaxt və harda idi” deyib soruşmaq düzgün deyildir. Hərəkət, dəyişmək, sakit qalmaqla da gərək tərif olunmasın. Həmçinin “Allah hardadır və məkanını haraya dəyişir“ deyilməsin. Çünki, bunların hamısına varlıq verən odur.Zaman, məkan, hərəkət və sabitliyi yaradan da odur. O, zalımların onun barəsində ilahilik məqamına münasib olmayan sifətləri ona nisbət verməklərindən üstün və ucadır. [5]2.- Davud Reqqi deyir:- İmam Sadiqdən (ə)وكان عرشه علي الماء ”Allahın ərşi suyun üzərindədir” ayəsinin təfsiri barədə sual etdim ki, su və ərş dedikdə məqsəd nədir? Həzrət (ə) buyurdu: Camaat bu ayənin təfsiri barədə nə deyirlər. Dedim: Deyirlər ki, ərş suyun üzərində, Allah da ərşin üstündə oturub. İmam Sadiq (ə) buyurdu: Yalan deyirlər! Allahın barəsində belə şeylər fikirləşənlər iki şeydən uzaqdırlar. Çünki, birincisi – Allahı daşınılan bir mövcud kimi güman etmişlər və onu öz məxluqlarının sifəti ilə tərif etmişlər. İkincisi - xəyal və güman etdikdə belə lazım gəlir ki, Allahı daşıyan ərş Allahın özündən çox güclü imiş.....[6]3.- Yəqub Sərrac deyir: - İmam Sadiq (ə)-a ərz etdim ki, bizim səhabələr və dostlarımız arasında elə şəxslər var ki, Allahın insan kimi üzünün olmasını xəyal edirlər. Elə kəslər var ki, xəyal edirlər Allah cavan surətindədir ki, üzünə hələ tük çıxmayıb və başının tükləri az, bir-birinə qarışıq və düyünlüdür. Yəqub deyir:- İmam mənim sözlərimi eşitdikdə, səcdəyə düşdü və sonra başını qaldırdı və dedi:- Allah münəzzəh və pakdır. Heç bir şey onun kimi, ya ona oxşar deyildir. Gözlər onu görməkdə acizdir. Bəşərin elmi və biliyi onun həqiqətinə və zatının necəliyinə yetişə bilməz. Allah özü kimisin yaratmamışdır ki, kimsə ona oxşasın. Çünki, hər bir kəs öz atasına oxşarlığı var. O ata-anadan dünyaya gəlməyibdir ki, ondan qabaq olan şəxslərə oxşasın. Məxluqlar və yaranmışlar içində onunla müqayisə oluna bilən bir mövcud yoxdur. O, bu kimi məxluq sifətlərindən uzaq, uca və üstündür.[7]4. – Yunis ibn Zebyan deyir:- Həzrət İmam Sadiqin (ə) yanına getdim və ərz etdim:-Yəbnə Rəsulillah! Mən Malikin[8] yanında səhabələri ilə birgə oturmuşdum. Məclisdə olanların bəziləri deyirdilər ki, Allahın da mövcudlar kimi üzü və surəti vardır.Bəziləri də deyirlər ki, Allahın iki əli vardır. Sübut üçün Allahın buyurduqlarını dəlil gətirirdilər ki, şeytana xitab edərək belə buyurmuşdur: قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ أَسْتَكْبَرْتَ أَمْكُنتَ مِنَ الْعَالِينَ"(Allah) buyurdu: "Ey İblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"[9]Bəziləri isə deyirlər ki, Allah otuz yaşlı kişi surətindədir.Sizin bu məsələlər barədə əqidəniz nədir? Yunis deyir:- İmam bir yerə söykənmişdir. Elə ki, mənim sözlərimi eşitdi, oturdu və dedi:- أللهمٌ عفوك عفوك “İlahi bu iftira və töhmətlərin qarşısında səndən rəhmət və bağışlanmağımı istəyirəm”. Sonra dedi:- Yunis! Allah barədə, “O, başqa mövcudlar kimi surətə malikdir” və s. belə xəyalda olan hər bir kəs Allaha şərik qoşmuşdur. Hər kəs Allah barədə xəyal edə ki, Allah da başqa mövcudlar kimidir və əzalara malikdir, Allaha küfr etmişdir. Belə şəxsin şahidliyini qəbul etməyin. Əgər bir heyvan kəsərsə, onun kəsdiyi heyvanın ətindən yeməyin. Allah onu məxluqlarının sifətlərinə oxşatmaqdan və bu kimi şeylərdən uca və üstündür.İmam sonra buyurdu:- Amma Allahı tanıtdıran, onun üzünün olmasına gəldikdə, məqsəd Peyğəmbər (s) və ənbiyalardır. خَلَقْتُ بِيَدَيَّ أَسْتَكْبَرْتَ ayəsinə gəldikdə isə, "əl" burada qüdrət və güc mənasınadır. Necə ki, başqa ayədə də وأيٌدكم الله بنصره " Öz köməyi ilə sizə qüdrət və güc bəxş etdi." Məqsəd "güc, qüvvə və qüdrət"-dir.Yunis! Hər kəs Allah barədə xəyal edə ki, O, nəyinsə üzərində və ya arasındadır, ya da bir yerdən başqa bir yerə hərəkət edir, yaxud xəyal edə ki, Allahdan uzaq və Allahsız və ya Allahla qarışıb, Allah və xaliqliyi, xəlq olunmuşların sifəti ilə tərif etmişdir. Bir halda ki, Allah tamam məxluqları xəlq edən və heç bir mövcudla müqayisə olunası deyil və cammaata oxşarlığı yoxdur. Heç bir məkan onsuz boş deyil, heç bir məkanı da doldurmur. Bu bizim Allahımızdır və ondan başqası bizim Allahımız deyildir.Yunis! Hər kəs Allahi belə sifətlərlə tanımağı sevirsə, müvəhhid və Allaha itaət edəndir. Lakin, Allahı bundan başqa sifətlərlə tanımağı sevən şəxsdən Allah uzaqdır və biz Əhli-beyt (ə) də belə şəxslərdən uzaq gəzirik.[10]4. Yəqub ibn Cəfər deyir:- Yeddinci İmam Musa ibn Cəfərin (ə) hüzurunda, Allahın göydən yerə endiyini düşünən camaat barədə söhbət düşdü. İmam (ə) buyurdu:- Alah yerə enmir və enməyə də ehtiyacı yoxdur. Çünki, mövcudlar yaxın və uzaq olmaqda ona nisbət bərabərdirlər. Nə yaxın ona uzaqdır və nə də uzaq ona yaxındır. Allah nəinki yerə enməyə möhtac deyil, bəlkə heç bir işə ehtiyacı yoxdur. Vücuda gəlmiş hər bir şeyin ona ehtiyacı var. Qüdrətə malik olan, zatən ehtiyacsız olan da odur. Ondan başqa məbud və Allah yoxdur. O, güclü və həkimdir. İmam (ə) sözlərinə belə əlavə etdi:- Amma söz, Allahı yerə enən və nazil olan kimi sifətlərlə tərif edən şəxslərə gəldikdə, onlar Allah barədə naqislik və çoxluğa qail olmuşlar. Çünki, hərəkət edən hər bir mövcudun, onu hərəkətə gətirə bilən bir vücuda ehtiyacı vardır və yaxud onun vasitəsi ilə hərəkətə gəlsin. Yəqub! Hər kəs Allah barədə belə batil şeyləri ağlına salsa, həlakətə düşər. Allahın vəsfində, onun üçün bir hədd olduğuna etiqad etmək, ona naqislik və çoxluğu nisbət verməkdən qorxun. Ona hərəkət və hərəkətə gəlmə və ya dəyişmək, oturmaq və durmaq kimi şeyləri nisbət verməkdən qorxun və çəkinin. Çünki, Allah belə vəsf edənlərin vəsfindən, xəyal pərəstlərin xəyalından üstündür. Əziz və mehriban olan Allaha təvəkkül et! O Allaha ki, hər halda səni görür. Sənin tənhalıqda Pərvərdigarına üz tutaraq namaz qılmağa qalxdığını və Allahı tanıyanlar və sitayiş edənlər arasında olmağını da görür.[11]
[1] - Kitabın əvvəl hissələrinə müraciət edə bilərsiniz.
[2] - “Muvəssəq” – başqa məzhəbdən olan lakin imami olmayan, şiə ricalı tərəfindən təriflənən, yalan danışmayan ravilərin nəql etdikləri hədisə deyilir. “Həsən”- Raviləri bütün təbəqələrdə təriflənmiş olan və rəvayətinin sənədi məsumlara yetişən hədisə deyilir. “Zəif” – Həsən, muvəssəq və səhih hədislərin şəraitini özündə cəm etməyən hədisə deyilir. (mütərcim)
[3] - Miratul uqul vəz-zəriə; Kafinin sözləri və Ayətullah Xoinin rical kitabının müqəddəməsinə müraciət olunsun.
[4] - "Usuli-Kafi", "Tövhidus-Səduq" və "Biharul-ənvar"-a müraciət olunsun
[5] - عن ابي بصير: عن أبي عبدالله (ع) قال: إن الله تبارك وتعالي لايوصف بزمان ولامكان،ولاحركةولاإنتقال،ولاسكون. بل هوخالق الزمان والمكان والحركةوالسكون، تعالي عمايقول الظالمون علواًكبيراً..Tövhide Səduq... Biharul ənvar bab-Nəfyuz-zəmanu vəl hərəkət..
[6] - عن داودالرقي قال سئلت أباعبدالله (ع) عن قول الله عزوجل،" وكان عرشه علي الماء " فقال: مايقولون؟ قلت: يقولون: إن العرش كان علي الماء والرب فوقه فقال: كذبواعن زعم هذا، فقدصيرالله محمولاووصفه بصفةالمخلوق، ولزمه أن الشيءالذي يحمله القوي منه. Həmin mənbə - və Kafi babul ərşı vəl kursi
[7] - عن يعقوب السراج، قال: >لت لأبي عبدالله(ع) إن بعض أصحابنايزعم،إن الله صورةمثل انسان،وقال آخرإنه في صورةإمرءجعد قطط،فخرابوعبدالله(ع)ساجداًثمٌ رفع رأسه،فقال: سبحان الله الذي ليس كمثله شيءولاتدركه الأبصار،ولايحيطبه علم،لم يلدلأنٌ الوالديشبه أباه،ولم يولد فيشه من كان قبله،ولم يكن له من خلقه كفواًأحد،تعالي عن صفة من سواه، علواًكبيراًTövhid Səduq və Biharul Ənvar- "Nəfyul cismi vəs-surət"
[8] - Malik, əhli təsənnün məzhəbinin dörd imamlarından biridir. 178-ci ildə vəfat etniş və Bəqiə qəbirsanlığında dəfn olunmuşdur.
[9] - Sad surəsi ayə 75.
[10] - ....عن يونس بن ظبيان قال: دخلت علي الصادق،جعفربن محمد(ع) فقلت ياابن رسول الله! إني دخلت علي مالك وأصحابه، فسمعت بعضهم يقول: إن الله وجهاً كالوجوه،وبعضهم يقول له يدان،واحتجواالذلك بقول تعالي:"بيدي إستكبرت".وبعضهم يقول: هوكالشاب من ابناءثلثين سنةفما عندك في هذا يابن رسول الله؟ قال: وكان متكئاًفاستوي جالساً، وقال: اللهمٌ عفوك عفوك، ثمٌ قال: يايونس من زعم: انٌ الله وجهاًكالوجوه؛ فقد اشرك ومن زعم انٌ الله جوارح كجوارح المخلوقين فهوكافربالله، فلا تقبلواشهادته، ولاتأكلواذبيحته، تعالي الله عمايصفه المشبهون بصفةمخلوقين، فوجه الله انبيائه واوليائه وقال: "خلقت بيدي استكبرت" أليد: ألقدرة، كقوله وأيدكم بنصره. فمن زعم ان الله في شيء، اوعلي شيء- اويحول من شيء الي شيء، اويخلومنه شيء،اويشغل به شيء، فقدوصفه بصفة المخلوقين، والله خالق كل شيء، لايقاس بالقياس، ولايشبه بالناس، لايخلومنه مكان، ولايشتغل به مكان، قريب في بعده، بعيد في قربه، ذلك الله ربنا، لااله غيره، فمن ارادالله واحبه بهذه الصفة، فهو من الموحدين ومن احبه بغيرهذه الصفة، فالله منه بريءونحن منه براء
. Biharul-ənvar "kitabut-tövhid" bab-"Nəfyul-cismi vəs-surət".
[11] - ....عن يعقوب بن جعفرالجعفري: عن أبي إبراهيم (ع) قال: ذكرعنده قوم يزعمون: إن الله تبارك وتعالي ينزل إلي السماءالدنياء. فقال:إنٌ الله لا ينزل ولايحتاج إلي ان ينزل، انمامنظره في القرب والبعد سواء لم يعبد منه قريب، ولم يقرب منه بعيد، ولم يحتج الي شيء، بل يحتاج اليه، وهوذوالطول لااله الاهوالعزيزالحكيم. اماقول الواصفين: انه ينزل تبارك وتعالي. فانمايقول ذلك، من ينسبه الي نقص، اوزيادة، وكل متحرك محتاج الي من يحركه اويتحرك به، فمن ظن بالله الظنون هلك، فاحذروافي صفاته من ان تقفواله علي حدتحدونه بنقص اوزيادة، اوتحريك اوتحرك، اوزوال اواستنزال، اونهوض اوقعود، فان الله جل وعزعن صفةالواصفين، ونعت الناعتين، وتوهم المتوهمين وتوكل علي العزيزالرحيم، الذي يراك حين تقوم، تقلبك في الساجدين.Usule Kafi; Tövhide Səduq; ehtecace Təbəri; Biharul ənvar;
Açar sözlər:
