NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
Bu kitabın sənədləri haqqında izah:Səhihi-Buxari 1.-Kamil bir nüsxədir ki, səhvləri düzəldilib tənzimlənmişdir. Misirdə çap olunmuşdur. Bu nüsxə ikinci Sultan Əbdul Həmidin göstərişi ilə hicrətin 1312-ci ilində Misirin 16 nəfər tanınmış alimlərindən ibarət olan bir heyətin nəzarəti altında yazılmışdır. O alimlərdən Əl-Əzhər institutunun rəisi Şeyx Səlim Beşri və o institutun başqa alimlərinin adını çəkmək olar. Bu işdə əhli-sünnənin dörd məzhəbinin alimlərinin rolu da az olmamışdır. Yuxarıda adı gedən alimlərin zəhməti sayəsində səhvləri düzəldilib çap edilərək camaatın istifadəsinə verilmişdir. Bu kitabın çapında əsil və qədimi bir əlyazma kitabdan istifadə edilmişdir ki, o kitab İstambulun Astana kitabxanasında mövcuddur. Adı gedən əl yazma başqa əl yazma nüsxələrlə müqayisə edilmişdir. Bu kitab çap olunduqdan sonra alim və qazilərdən olan yeddi nəfər tərəfindən diqqətlə mütaliə olunmuş, tənzimlənmiş və həmin alimlər tərəfindən təsdiqlənmişdir. Biz də “Buxari və Müslümün səhihlərinə bir baxış” kitabımızda adı yuxarıda gedən kitaba istinad etmişik.2.- Mötəbər bir nüsxədir ki, hicrətin 1272-ci ilində “Hindistanda” çap olunmuşdur. O zamanlarda kitabın arxasında o kitabın səhvlərini göstərən səhifə olmurdu. Bu iş axır zamanlarda kitablarda qeyd olunmağa başlamışdır.3.- Üçüncü nüsxə elə bir nüsxədir ki, Misirin Şəəb çapxanasında Yuniyyə nüsxəsində çap olunmuşdur. Təəssüflər olsun ki, bu nüsxədə çapın tarixi qeyd olunmamışdır. Səhihi-Müslüm1.- Gözəl bir nüsxədir ki, əlyazma və çap olunmuş nüsxələrlə tutuşdurulduqdan sonra Məhəmməd Şükrinin haşiyə və vərəq altı yazıları ilə hicrətin 1334-cü ilində səkkiz cüzdə və iki qalın cilddə Misirdə çap olunmuşdur. Biz də bu kitabımızda o nüsxəyə əsaslanmışıq.2.- İkinci nüsxə yenə də maraqlı bir nüsxədir. Məhəmməd Fuad Əbdul Baqinin təhqiqi və Şəri Nəvəvinin haşiyə və vərəq altı yazısı ilə 1374-cü ildə beş cilddə çap olunmuşdur. Adı çəkilən bütün nüsxələr bizim yanımızda mövcuddur. Bu kitabın təlifi zamanı o nüsxələrin hamısından geniş istifadə etmişik. وألحمدلله رب العالمين وصلي الله علي محمدوآله الطاهرين Cümə axşamı Rəbius-sani ayının 25-i 1392-ci hicri qəməri;Xordad ayının 18-i 1351-ci şəmsi ili Gecənin yarısı
Açar sözlər: sənəd
