NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN MƏKAN BARƏSİNDƏ ƏQİDƏLƏRİ Kəlam və qeyri-kəlam kitablarının bir qismindən əldə olunan məlumatlara görə əhli-sünnə alimləri və həmçinin dörd məzhəb rəhbərləri ( Əhməd ibn Hənbəl, İmam Malik, Əbu Hənifə və Şafei )[1] başda olmaqla nəql olunmuş hədislərin məzmununa əsasən, Allahın ərşdə olmasına etiqad bəsləmişlər. İndiki əhli-sünnə alimləri də, keçmiş böyük alimlərinin yolunu gedərək bu əqidədə qalmışlar.Əhməd ibn Hənbəl Allah barədə onun məkana malik olmasına və ərşin üstündə olduğuna etiqad edən şəxslərdən biridir. Allahın məkan sahibi olmamasını sübut edən, onun bütün məkanlara əhatəsinin olduğunu çatdıran və Quranın əqli və nəqli dəlillərindən biri sayılanاينما كنتم" "وهو معكم – "Harda olsanız Allah sizinlədir " ayəsi və bu kimi başqa ayələri isə başqa cür təfsir etmişdir. Əhməd ibn Hənbəlin nəzəri ilə uyğun gəlməyən bu ayənin təfsirində Allahın bu ayədən məqsədinin nə olduğunu belə izah edir:- Bu ayədən məqsəd budur ki, siz harda olsanız Allah sizin əməllərinizdən xəbərdardır və sizin əməlləriniz onun üçün gizli deyildir.[2]Əbu Hənifə də Allahın məkana sahib olmasına və onun ərşin üstündə dayanmasına etiqad etmişdir.Zəhəbi "Əl-uluv" adlı kitabında Nuh Camedən nəql edir:- Əbu Hənifənin ilk tanınan və məşhur olan dövrlərində Termizdən bir qadın Kufəyə varid oldu. O, Cəhmilərlə həməqidə idi. Əqidə məsələləri barədə camaatla bəhs edirdi. Ona bu şəhərdə əqli elmlərdə hamıdan üstün olan Əbu Hənifə adlı bir nəfərin olduğunu və onunla söhbət etməsini söylədilər. Nuh deyir:- Mən Əbu Hənifənin məclisində idim. Həmin qadın məclisə gəldi və Əbu Hənifəyə dedi:- Öz əqidəndən uzaqlaşdığın halda camaata əhkam məsələlərini öyrədən sənsən? De görüm pərəstiş etdiyin Allah hardadır?Əbu Hənifə o qadının cavabında sakit durdu və yeddi gün heç nə demədi. Yeddi gündən sonra camaat arasında göründü. "Allah yerdə deyil, göydədir " adlı bir kitab da yazmışdı. Bir kişi ona dedi:-Əbu Hənifə! Məgər bu cümləni Quranda oxumamısan: "وَهُوَ مَعَكُم اَينَمَا كُنتُم" – "Harda olsanız Allah sizinlədir " Əbu Hənifə cavabında dedi:- Bu cümlə səndən uzaqda olan bir kəsin yazıdığı "mən səninləyəm" cümləsi kimidir. Bir halda ki, sən ona görünmürsən.Zəhəbi bu hadisənin nəqlindən sonra əlavə edərək bildirir ki, Beyhəqi demişdir :- Əbu Hənifə Allahın yer üzündə olmamamsı barədə həqiqətə yetişmiş və düz söz demişdir. Ayənin təfsirində sözünün həqiqətini çatdırmaqla Allahın göydə olmasını söyləyən ayə və rəvayətlərin aid olmasından (yəni bəyanda qeydin olmaması) itaət etmişdir.[3]Malik əhli-sünnə məzhəbinin üçüncü rəhbəridir. O da öz növbəsində Allahın ərşdə olmasına etiqad bəsləmişdir. Bu barədə Abdullah öz atası Əhməd ibn Hənbəldən nəql edir:- Malik ibn Ənəsin əqidəsi budur ki, Allah göydədir və onun elmi bütün yerləri əhatə etmişdir. Heç bir şey ondan gizli deyildir.[4]İmam Şafei də bu əqidədə idi. Bu barədə Şeyxul-İslam Əbul Həsən Həkari və Hafiz Əbu Muhəmməd Müqəddəsi Əbi Surdan və Əbi Şueybdən nəql etmişlər ki:- İmam Şafei deyirdi:- Mənim əqidəm və görüşdüyüm bütün alimlərin Süfyan, İmam Malik və s. hamısının əqidəsi budur ki, Allahdan başqa haqq olan məbud yoxdur. Muhəmməd (s) onun göndərdiyi peyğəmbəridir. Allah göydə ərşin üstündədir və bəndələrinə istədiyi kimi yaxınlaşır, istədiyi kimi də göydən yerə enir.İmam Şafeinin vəsiyyətində geniş dərc olunmuş cümlələrdən biri də budur ki, tövhid və Allahın yeganəliyinə şəhadətindən sonra deyir:- Mənim əqidəm budur ki, Quran məxluq deyildir və Allah qiyamət günündə aşkar görünəcəkdir. Camaat onun yanında sözlərini eşidəcəkdir. Allahın yeri ərşin üstündədir.[5]İbn Həcər Fəthul-bari kitabında İbn Teymiyyədən nəql edir:- Allah bütün mövcudların və ərşin üstündədir.Əvzaidən nəql edir ki:- Biz əhli-sünnənin Allahın ərşin üstündə olması barədə nəzərlərimiz eynidir. Çünki sünnədə və hədislərdə yazılmışlara imanımız vardır.İbn Həcər Əbu Ömər Təlmənkidən yenə nəql edir:- Əhli-sünnə müsəlmanları bu məsələdə həməqidədirlər ki: - Allah öz zatı və vücudu ilə ərşin üzərindədir.Başqa bir yerdə bu məsələni belə bir ifadə ilə açıqlamışdır:- Əhli-sünnənin əqidəsi budur ki, Allah məcazən yox, həqiqətən ərşin üzərindədir! Həmçinin Quranda buyurulan "وَهُوَ مَعَكُم اَينَمَا كُنتُم " və bu kimi digər ayələr Allahın elminin özü ilə yox, camaatla olması və onları əhatə etməsi mənasındadır.Hafiz Zəhəbi də Allahın məkana malik olmasına etiqad etmiş və öz əqidəsini sübut etmək üçün kitab da yazmışdır. O deyir:- Əhli-sünnə və hədis itaətçiləri, bu məsələdə həmfikir və həməqidədədirlər ki, həqiqətən Allah zatən ərşin üzərindədir. Allahın ərşdə olmasını inkar etmək barədə eşitdiyim ilk söz Cəd ibn Derhəmin sözü idi. [6]Muhəmməd Əşrəfin Sunəni Əbi Davuda yazdığı öz şərhində İbn Abbasdan nəql olunmuş hədisin axırında, ثُمَّ الله ُفَوقَ ذَلِك cümləsinin aşağısında deyir: - Bu hədis bunu bildirir ki, Allah ərşin üstündədir. Bu məsələnin həqiqətlə uyğun olmasına Quran və hədislər özü şəhadət verir. Keçmiş məzhəb – səhabələrdən və tabeindən- və biz elm əhlinin də əqidəsi budur ki, Allah ərşin üstündədir. Heç bir izah və təfsir etmədən sonra belə deyir:- Allahın ərşin üstündə olması məlum məsələdir. Lakin onun necəliyi bizə məlum deyildir. Amma Cəhmiyyə firqəsi ərşi və Allahın onun üstündə olmasını inkar etmiş, Allahın vücudunun bütün məkanlarda olmasını bildirmişdir. Öz əqidəsinin sübutu üçün batil dəlillər, yersiz və xoşagəlməz sözlər gətirmişdir. Muhəmməd Əşrəf sonra belə deyir:- Əgər bizim alimlərimizin dəlillərini bilmək və Cəhmiyyənin sözlərinə rədd cavabları ilə tanış olmaq istəsəniz “Əl-Əsmau vəs-sifat”, “Əf`alul-ibad”, “Kitabul-uluv” və İbn Qəyyumun “Cyuşul-İslam” kitablarına müraciət edə bilərsiniz. [7] BU ƏQİDƏNİN MƏNŞƏYİ NƏDİR? Allahın görünməsi bəhsində işarə olunduğu kimi, belə əqidənin mənşəyi əhli-sünnə kitablarında Əbu Hüreyrə və onun kimi ravilərin nəql etdikləri bir çox hədislərin yazılması idi. Allahın məkana malik olması əqidəsinin mənşəyi də səhiheyn və sunən kitablarında olan belə hədislərin yazılmasından irəli gəlmişdir.Bu əqidədə olan əhli-sünnə alimlərindən bəziləri öz sözlərində bu həqiqətə etiraf etmişlər:İbn Həcər “Fəthul-bari” kitabında məkan barədə əqidəni Əvzaidən nəql etdikdən sonra onun “Bütün əhli-sünnə məzhəbinin nümayəndələri Allahın müəyyən bir məkanda olmasına əqidələri vardır” sözlərini izah edir. Bu cümləni də Əvzaidən nəql edir ki, bu məsələ, nəql olunmuş hədislərin məzmunudur. Biz sünnədə nəql olmuş bütün hədislərə iman gətirmişik və bizim əqidəmiz kamildir.Əhli-sünnənin kəlam alimlərindən biri olan Əllamə Şeyx Əbdur-rəhman 1347-ci hicri tarixində çap olunmuş “Tövhid” adlı kitabında alimlərin sözlərini və onların əqidələrinin nəqlindən və izahından sonra Allahın müəyyən bir məkana malik olması mövzusunda hədis nəql edir. Sonra belə deyir :- Səhiheyn və səhiheyndən başqa kitablarda bu məsələnin və hədisin məzmunu təsdiq edən çoxlu hədislər vardır.[8]
[1] - Ad aparılan bu şəxslərın hər biri, dörd məzhəblərdən birinin binasını təşkil vermiş və bu günlərdə də dünya əhli-sünnə məzhəbi onlardan itaət edirlər.
[2] - Əlmənar c-9, s-131.
[3] - "Əluluvvu lil əliyyil ğəffar" kitabından s-101, 103 və 120-də nəql olunmuşdur. Bu kitab Allahın ərşın üstündə olmasını isbat etmişdir və İmam Şəmsuddin Zəhəbi (vəfatı-748 h.q) tərəfindən yazılmış və 1388-ci ildə ikinci dəfə Qahirədə və Mədinə şəhərində Sələfiyyə kitab nəşrinin vasitəsilə çap olunmuşdur.
Açar sözlər:
