NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
3. ALLAH GÜLÜRMÜ ?! Səhihi-Müslüm və Səhihi-Buxaridə tövhid bəhsində olan üçüncü zəif məsələ bu iki kitabda nəql olunmuş “Allahın gülməsi” barədə yazılan hədislərdir. Əziz oxucunu bu hədislərdən bir neçə nümunəyə diqqət etməyə dəvət edirik.1.- Buxari və Müslümün Allahın görünməsi barədə öz kitablarında nəql etdikləri hədisdə Allahın gülməsi diqqəti özünə cəlb edir. Qeyd edirik ki, biz bu hədisi bir dəfə Allahın görünməsi mövzusunda geniş şəkildə gətirmişdik. İndi isə hədisin axır hissəsində olan cümlələri bir daha nəzərinizə çatdırırıq:... Allah buyurar: Məgər sən demirdinmi ki, başqa bir istəyim yoxdur. Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?! Ərz edər:-Xudaya! Məni ən məhrum olunmuş bəndələrindən qərar vermə! İstəyində ayağını o qədər möhkəm basarki Allahın gülməyi gələr. Elə ki onun gülməyi gəldi, onun üçün behiştə girmək icazəsi verilər!! [1]2.- Əbu Hüreyrədən səhabələrin birinin qonaqpərvərliyi barədə nəql olunmuş hədisin axırında olan cümlə diqqəti özünə cəlb edir.... Sonrakı gün qonaqpərvər kişi Peyğəmbərin (s) xidmətinə gəldi. Peyğəmbər (s) buyurdu:- Bu gecə sizin qonaqpərvərliyinizə və rəftarınıza Allah-təala gülüb. Sizin işinizə təəccüb edib.....[2]3.- Əbu Hüreyrədən üç sənədlə iki müxtəlif mətnlərdə nəql olunmuş hədisdə deyilir:- Allah-təala iki nəfərə gülür! Biri başqasını öldürdükdən sonra hər ikisi behiştə daxil olduqda. Ərz etdilər: Ey Allahın elçisi! Qatillə öldürülmüş adamın hər ikisinin behiştə daxil olması mümkündürmü?! Buyurdu:- Onlardan biri Allah yolunda vuruşaraq şəhadətə yetişir, sonra onun qatili də tövbə edərək İslamı qəbul edir. O da Allah yolunda cihada gedir və şəhadətə nail olur.[3]4.- İbn Məsud Peyğəmbərdən (s) nəql edir:- Behiştə axırıncı daxil olan şəxs bəzən yol gedən , bəzən isə yerə üzü üstə yıxılan və bəzən üzünü od yandıran bir kişi olacaqdır. Elə ki oddan keçdi ona baxar və Allaha şükürlər edər: -Məni sənin içindən nicat verən Allah böyükdür. Mənə elə bir nemət vermişdir ki, əvvəldən axıra heç bir kəsə bu neməti verməmişdir.Sonra onun üçün bir ağac görünər. Ərz edər: Xudaya! Məni bu ağaca yaxınlaşdır ki, onun kölgəsindən bəhrələnim və suyundan içim. Allah onun cavabında deyər: Ey Adəm övladı! Bu ağacı sənə versəm mümkündür məndən başqa bir şey də istəyəsən! Ərz edər:- Xeyr, İlahi! Allahla ondan başqa bir şey istəməməsinə söz verər və əhd bağlayar.Allah onun üzrünü qəbul edər. Çünki o şəxs elə bir vəziyyətdə olar ki, nemətləri görər amma səbr etməyə taqəti olmaz. Onu ağacın kölgəsində rahatlanmasına və suyundan bəhrələnmsinə görə ağaca yaxınlaşdırar.Sonra onun gözlərinə əvvəlkindən gözəl olan başqa bir ağac görünər. Ərz edər: - İlahi! Məni bu ağaca yaxın et ki onun suyundan içim və kölgəsində də rahatlıq tapım. Səndən daha başqa bir şey istəməyəcəm.Allah deyər:- Ey Adəm övladı! Mənimlə əhd-peyman bağlamaqla o ağacdan başqa bir şey istəmədiyinə söz verən sən deyildinmi? Sonra Allah deyər: -Əgər o ağaca səni yaxınlaşdırsam məndən başqa bir şey də istəyərsənmi?! O kişi ikinci ağacdan başqa bir şey istəməyəcəyinə söz verər və Allahla əhd bağlayar. Allah onun üzrünü qəbul edər. Çünki gördüyü nemətin qarşısında səbrini əldən verər. Beləcə kölgə və suyundan bəhrələnməsindən ötrü ikinci ağaca yaxınlaşar. Sonra behişt qapısının ağzında birinci və ikinci ağacdan daha gözəl və göyçək bir ağac görər. Ərz edər :- İlahi! Məni bu ağaca yaxınlaşdır ki, onun kölgəsindən bəhrələnim və suyundan içim. Səndən başqa bir şey istəməyəcəm. Allah onun cavabında deyər:- Ey Adəm övladı! O ağacdan başqa bir şey istəməyəcəyinə söz vermədinmi? Ərz edər: Bəli ey mənim Allahım! Səninlə belə bir əhd bağlamışdım. Amma üçüncü ağacı da mənə ver, səndən daha heç nə istəməyəcəm. Allah yenə də onun üzrünü qəbul edər. Çünki o kişi gördüyü nemətin qarşısında səbrini əldən verər. Allah onu ağaca və behişt qapısına yaxınlaşdırar. Elə ki, behişt əhlinin səsini eşidər, ərz edər:- İlahi! Məni behiştə daxil et! Allah deyər: Ey Adəm övladı! Səni razı edəcək bir şey nədir? Əgər dünyanı iki qat sənə versəm, razı qalarsanmı? Deyər:- İlahi, aləmlərin rəbbi sənsən, məni məsxərəyə qoyursan?!Bu yerdə İbn Məsud güldü və dedi: Mənim gülməyimin səbəbini soruşmursunuzmu? Dedilər :-Sənin gülməyinin səbəbi nədir? Peyğəmbər (s) belə gülmüşdür. Ərz etdilər: Ey Allahın elçisi gülməyinizin səbəbi nədir? Buyurdu:- Mənim gülməyim Allahın gülməsinə görədir! Elə ki bəndəsi deyər:- İlahi, aləmlərin rəbbi sənsən, mənə məsxərəyə qoyursan?! Allah deyər: Mən səni məsxərəyə qoymuram, istədiyim hər bir şeyə qadirəm.[4]Yaşasın gülən Allah! Əbu Rəzin deyir:- Peyğəmbər (s) buyurdu:- Allah bəndələrinin itaətinə və ondan başqasına yaxınlaşanlara gülür. Əbu Rəzin deyir:- Ərz etdim: -Ya Rəsuləllah! Allah da gülür?! Buyurdu:- Bəli.Mən o vaxt bu cümləni dedim:- Yaşasın xeyr və yaxşılığa həmişə gülən Allah!Hədisdən istifadə olan mətləblər: Hər biri saxta olan bu hədislərin hamısından belə anlaşılır:1.- Allah da bəndəsi kimi gülür və təəccüb edir;2.- Qiyamət günündə Allah öz bəndələrindən birinin istəyinə müsbət cavab verirsə, əvvəlcə onunla Allah qarşısında daha başqa bir şey istəməyəcəyinə əhd bağlayır. Amma bəndəsi aldadaraq ona yalan vədə verir. Elə ki, bəndənin birinci istəyi qəbul olundu, fasiləsiz öz əhdini və vədəsini sındıraraq ikinci dəfə yenə istəyir. Bu dəfə də Allahı aldadaraq öz əhdində səhlənkarlıq edir. Üçüncü dəfə yenə bu işi görür.Biz deyirik: Bu hədisləri səhih sayan şəxslərdən bir nəfər soruşmurmu ki, özünü rəhman və rəhim sifəti ilə tanıtdıran Allah, nəyə görə bir neməti bəndəsinə verməkdə onun əl-ayağını bağlayır. Onu istəməkdən çəkindirir. Bu əhd bağlamaq nə məsələsidir? Bəndənin öz əhdini sındırmasının mənası nədir?!3.- Bağışlanmağa ləyaqəti olan və cəhənnəm odundan nicat tapan mömin, Allahı tanıyan bir bəndə özünü o qədər məğrur hiss edir ki, Allah qarşısında cürət taparaq cahil insanların sifətlərindən biri sayılan məsxərə və istehza kimi sifətləri Allaha nisbət verir və deyir:“استهزء مني وانت رب العالمين “Bu kimi saxta və uydurma hədislərdən Allahın dərgahına pənah aparır, bu kimi söz deyənlər tərəfindən Allaha istiğfar edərək bağışlanmasını istəyirik.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَن يُطِعْ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا" Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar."[5]
[1] - فيقول الله اوليس قدزعمت ان لاتسألني غيره؟ ويلك يا ابن آدم مااغدرك! فيقول يا رب لاتجعلني اشقي خلقك، فلا يزال يدعو حتي يضحك الله، فاذا ضحك منه، اذن له بالدخول فيها!!
Səhfə -89-90
[2] - فلما اصبح غداً الي رسول الله (ص) فقال (ص): ضحك الله الليلة او عجب من فعالكما!! Səhihi-Buxari c-5, Kitabu mənaqebul ənsar, bab- Vəyu`sirunə əla ənfusihum.
[3] - عن ابي هريرة: ان رسول الله (ص) قال: يضحك الله الي رجلين، يقتل احدهما الاخخر، فكلاهما يدخل الجنة فقالوا: كيف يا رسول الله؟! قال: يقاتل هذا في سبيل الله عزوجل فيستشهد، ثم يتوب الله علي القاتل،فيسلم فيقاتل في سبيل الله.
Səhihi-Müslüm c-6, bab- Bəyanur-rəculəyn yəqtulu əhəduhuma əlaxəru yədxulanil cənnəh.
[4] عن ابن مسعود: ان رسول الله (ص) قال: آخر من يدخل الجنة رجل،فهو يمشي مرة، ويكبو مرة و تسفعه النار مرة، فاذا ماجاوزها، التفت اليها فقال: تبارك الذي نجاني منك، لقد اعطاني الله شيئاً، ما اعطاه احداً من الاولين، فترفع له شجرة، فيقول: اي رب ادنني من هذه الشجرة فلاستظل بظلها واشرب من مائها! فيقول الله عزوجل: يا ابن آدم! لعلي ان عطيتكها سألتني غيرها؟ فيقول: لا. يا رب! ويعاهده ان لا يسئله غيرها، وربه يعذره، لانه يري، مالا صبرله عليه، فيدنيه منها، فيستظل بظلها، ويشرب من مائها، ثم ترفع له شجرة، هي أحسن من الاولي، فيقول: اي رب! ادنني من هذه! لاشرب من مائها ويستظل بظلها، لااسئلك غيرها. فيقول: يابن آدم! الم تعاهدني ان لاتسئلني غيرها؟! فيقول: لعلي ان ادنيتك منها تسئلني غيرها؟ فيعاهده، ان لايسئله غيرها، و ربه يعذره، لانه يري مالا صبر له عليه، فيدنيه منها، فيظل بظلها، ويشرب من مائها، ثم ترفع له شجرة عند باب الجنة، هي أحسن من الاوليين، فيقول، اي رب ادنني من هذه لاستظل بظلها، واشرب من مائها! لااسئلك غيرها. فيقول: يابن آدم! الم تعاهدني ان لاتسئلني غيرها؟! قال: بلي يا رب، هذه لا أسئلك غيرها، وربه يعذره، لانه يري، مالا صبرله عليها، فيدنيه منها، فيسمع اصوات اهل الجنة فيقول: اي رب ادخلنيها! فيقول: ياابن آدم ما يصريني منك؟ ايرضيك ان اعطيتك الدنياومثلها معها؟ قال: يا رب استهزء مني وانت رب العالمين؟ فضحك ابن مسعود فقال: الاتسئلوني مم أضحك؟ فقالوا: مم تضحك؟ قال: هكذا ضحك رسول الله (ص) فقالوا: مم تضحك يا رسول الله؟ قال من ضحك رب العالمين!! حين قال: اتستهزءني وانت رب العالمين فيقول: اني لا استهزء منك؛ ولكني علي ماأشاء قدير. * عن ابي رزين، قال، قال رسول الله (ص) ضحك ربنا من قنوت عباده، وقرب غيره قال: قلت: يا رسول الله! أيضحكالرب؟! قال (ص): نعم. قلت: لن نعدم من رب يضحك خيراً
Sunən İbn Macə c-1, bab- Fima inkərətil cəhmiyə;
[5] - Əhzab surəsi 70-71-ci ayə
Açar sözlər:
