NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
4. ALLAH MƏKANINI DƏYİŞMƏYƏ MÖHTACDIRMI ? Allah asimandan yerə enirmi?Səhihi-Buxari və Səhihi-Müslümün hədislərinin dördüncü zəif nöqtəsi bu iki kitabın tövhid bəhsində Allahın aşağı asimana enməsi barədə olan hədisləridir. Bu hədislər müxtəlif sənədlərdə və mətnlərdə nəql olunmuşdur. Bu hədislərin bir ravi (Əbu Hüreyrə) tərəfindən nəql olunmasına baxmayaraq, biz bu hədislərdən bir neçəsini burada nəql edirik:1.- Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir:- Hər gecənin axır üçdə birində Allah aşağı asimana enərək deyir: Məni çağıran kimdir? İstədiyini qəbul edim! Məndən hacət istəyən kimdir? İstədiyini verim! Bağışlanmağını istəyən kimdir? Onu bağışlayım![1]Bu hədisi Buxari iki yerdə nəql etmişdir. Bu iki yerdən birində يَنزِلُ رَبُّنَا ( yənzilu ) ibarəti, digərində isə يَتَنَزَّلُ رَبُّنَا (yətənəzzəlu) sözləri yazılmışdır. Amma Müslüm bu hədisi ” يَنزِلُ رَبُّنَا “ ifadəsi ilə nəql etmişdir.2.- “Allahın enməsi” barədə Müslümün öz kitabında nəql etdiyi altı hədisdən birini nümunə üçün sizə nəql edirik:Əbu Hüreyrə deyir:- Peyğəmbər (s) buyurdu:- Gecənin bir hissəsində ya axır üçdə birində Allah aşağı asimana enərək deyir: Məni çağıran kimdir? Onun duasını qəbul edim! Məndən istəyən kimdir? İstədiyini verim! Sonra deyir:- Zülm etməyən, sərvətli və varlı olana borc verən kimdir?![2] Müslüm deyir:- Bu hədis Harun ibn Səidin vasitəsi ilə nəql olunmuşdur. Hədisin axırında bu cümlə də vardır: Allah öz əllərini açır! Sonra deyir:- Adil və ehtiyacsız Allaha borc verən kimdir?.3. Ayişə deyir:- Peyğəmbər (s) buyurdu:- Allah-təala Ərəfə gününə qədər heç bir gündə öz bəndələrini bağışlamır. O gündə Allah öz bəndələrinin yanında olur. Öz bəndələrinə və mələklərə görə iftixar edər və deyər: Bunlar nə istəyirlər? Yaşayışdan əllərini üzməklə bu biyabana toplaşmaqda məqsədləri nədir?[3]Bu hədislərdən istifadə olunan mətləblər: 1.- Allahın cism olması;2.- Allahın məkana möhtac olması;3.- Allahın tərəf və cəhətə möhtac olması; əhli-sünnənin İbn Quteybə və İbn Əbdul-Berr kimi kəlam alimləri Allahın tərəf və cəhətə möhtac olmasına inanırlar. Bu hədisləri də öz əqidələri üçün sübut və dəlil bilirlər.[4]4.- Allahın məhdud olması və məkanını dəyişməsinə, bir yerdən başqa bir yerə köçməyə möhtac olması;Kiçik bir araşdırma: Allahın nazil olması hədisi Əbu Hüreyrə tərəfindən nəql olunmuşdur. Mətnlərdə Allahın bəzən gecənin axır üçdə birində, bəzisində gecənin üçdə birində, bəzisində gecənin üçdə ikisindən sonra, xülasə gecənin bir hissəsi keçdikdən sonra və s. nazil olması ixtilaflı müəyyən olunmuşdur. Bundan əlavə, hədisin əsnasında müxtəlif ibarətlər gözə dəyir. Belə ki, bu altı hədisi bir saymaq olmur, hətta bu hədislərin arasında ikisini belə cəm etmək mümkün deyildir.[5]Lakin, əvvəldə işarə etdiyimiz kimi, bu hədislərin hamısı Əbu Hüreyrədən nəql olunmuşdur. Hədislərə diqqət olunsa onların bir-biri ilə ziddiyyəti aydın olar. Yaxşı deyilib: - Yalan danışanın yaddaşı olmaz.Hər halda bu hədislər də ağıl və Qurani-Kərimin xilafına olan tövhid barədə nəql olunmuş hədislərdir.
[1] عن ابي هريرة: ان رسول الله (ص) قال: ينزل ربنا تبارك وتعالي من كل ليلة الي السماءالدنيا، حين يبقي ثلث الليل الاخر، فيقول: من يدعوني فأستجيب له؟ ومن يسألني فأعطيه؟ ومن يستغفرني فأغفر له؟! Səhihi-Buxari c-2, kitabut-təhəccud, bab- Ədduai vəs-səlati td axiril-ləyl.; Səhihi-Buxari c-9, Kitabut-tövhid , bab-Qovlullahi təala: Yuridunə ən yubdilu kəlamullah!; və c-8, kitabud-dəəvat, bab-Ədduau nisfulləyl; Sunən ibn Macə c-1, bab-182, Səlat bablarında.
[2] - ابا هريرة يقول : قال رسول الله (ص): ينزل الله في السماء الدنيا لشطر الليل، اولثلث الليل الاخر، فيقول: من يدعوني فأستجيب له اويسألني فاعطيه ثم يقول: من يقرض غير عديم ولا ظلوم: حدثنا هارون بن سعيد، بهذا الاسناد... وزادثم يبسط يديه تبارك وتعالي يقول، من يقرض غير عدوم ولا ظلوم.
Səhihi-Müslüm c-2, bab-Əttərğibu fid duai vəz zikru fi axiril ləyl.
[3] - قالت عايشة: ان رسول الله (ص) قال: ما من يوم، اكثر من ان يعتق الله فيه عبداً من النار، من يوم عرفة، وانه ليدنو، ثم بباهي بهم الملائكة، فيقول: ما اراد هؤلاء؟
Səhihi-Müslüm c-7, Kitabul həc, ba- fi fəzlul həcci vəl omrəti və yəvmin ərəfə.
Açar sözlər: mavi

salam aleykum.
İyun 30, 2008 1:39aciqlamalariniz cox gozeldir. cox beyendim. men sizinle tam raziyam. lakin bezi ehli sunneden olanlar buxari ve muslimde bu hedislerin kecmediyini iddia edir... neise En Gozelini Allah Biler. deyilmi? ister iddia etsinler ister ne etsinler etsinler men ehli sunne olsam bele bu cur hedislerin zeif ve yersiz oldugunu qebul edirem. Allahin erse enmeye ehtiyaci yoxdur. ne de Allaha el ayaq beden uzvleri kimi seyleri yapisdirmaq cox yanlis ve mentiqden uzaqdir. bu insanlarin da Allah tesevvuru bu qederdir. nece ki xristianlar kimi...
size ugurlar. islerinizde basarilar.
selam ve dua..