Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
5.  ALLAH ÖZ BƏNDƏLƏRİ İLƏ ÇİYİN-ÇİYİNƏ DAYANIB Səhihi-Buxari, Səhihi-Müslüm və Sunəni İbn Macə Allahın öz bəndələri ilə çiyin-çiyinə və yanaşı dayandığını bildirirlər. Səfvandan belə nəql edirlər ki: Bir gün Əbdullah ibn Ömər Kəbə evini tavaf edirdi. Bir kişi ona yaxınlaşıb soruşdu:- Ey Ömərin oğlu! Allahın öz bəndəsi ilə bir kənarda söhbət etməsi barədə Peyğəmbərdən (s) bir şey eşitmisənmi? Ömər cavabında dedi:- Bəli eşitmişəm ki, Peyğəmbər (s) buyurdu: -Qiyamət günü bəndə Allaha o qədər yaxın olacaqdır ki, onun yanında duraraq bir-biri ilə söhbət edəcəklər. Allah bəndəsindən soruşacaq:- Yadındadırmı filan günahı etmişdin? Bəndə deyər:- Bəli, bəli. Bu yolla bəndə öz günahlarının hamısına etiraf edəcəkdir. Allah-təala deyər:- Arxayın ol! Dünyada sənin günahlarını ifşa etmədiyim kimi, bu gün də onların hamısını bağışlayacağam.[1] 6. ALLAHIN MÜXTƏLİF ƏZALARI VARDIR?! Səhihi-Buxari və Səhihi-Müslümün hədislərinin bir qisminin əsassız olması və beşinci zəif nöqtəsi bu iki kitabın tövhid bəhsində Allah barədə müxtəlif hədislərin olmasıdır. Təəssüflər olsun ki, bu kitablarda Allah və tövhid barədə olan hədislərdən doğru və düzgün tövhidi dərk etmək və Allahı tanıma mümkün olmur. Çünki, bu iki kitabın və hədislərin nəzərincə Allah-təala təbii bir mövcud, maddi bir cism kimi müxtəlif bədən üzvlərindən təşkil olunmuşdur. O cümlədən, kamil bir insan kimi üz, əl,  barmaq və müxtəlif əzalara malikdir.Keçmiş bəhslərdə, xüsusən də Allahı görmək bəhsində bu hədislərin bir qismi ilə tanış oldunuz. İndi də belə hədislərdən bir qisminin mətn və tərcümələrinə diqqət edin. Bu hədislər Allahın məxsus üzvlərinin olmasını sübut edir.ALLAHIN ÜZÜ VARDIR Səhihi-Buxari və Səhihi-Müslümdə olan müxtəlif rəvayət və hədislər əsasında insanın surəti kimi Allah üçün də surət təsəvvür olunmuşdur.İndi isə onlardan  bir neçə nümunəyə diqqət edin:1. - Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: Allah-təala Adəm (ə)-ı altmış metr uzunluğunda və öz surətində xəlq etdi.  Sonra ona əmr etdi: - Get! Oturmuş bir dəstə mələklərə salam ver və salamının cavabında sənə deyilənə qulaq as! Onların cavabı sənin və övladlarının salamı olacaqdır. Adəm (ə) mələklərin yanına gəldi və dedi:- Əssəlamu ələykum. Mələklər dedilər: - Əssəlamu ələykum və rəhmətullah.Onlar axırıncı cümləni (və rəhmətullah) əlavə etdilər. Bəs hər kəs cənnətə daxil olsa Adəmin (ə) surətində olacaqdır. İnsanlar Adəmdən (ə) sonra bu günümüzə kimi günbə-gün kiçilərək indiki vəziyyətə düşdülər.[2]2. – Əbu Hüreyrə nəql edir:- Peyğəmbər (s) buyurdu:- Sizlərdən hər biri qardaşı ilə dalaşdığı zaman dava edənin üzünə sillə vurmaq və Zər`ər yetirməkdən çəkinsin. Çünki Allah-təala insanı öz surətində yaratmışdır.[3]3. – Müslüm öz səhihində Əbu Hüreyrədən nəql edir:- Peyğəmbər (s) buyurdu:-  İnsan, Rəhman Allahın surətində xəlq olunmuşdur.[4]4. – Buxari “Ədəbul-mufrəd” kitabında Əbu Hüreyrədən nəql edir:- Heç vaxt bir kəsə “Allah sənin və sənə oxşayan şəxsin üzünü pis etsin” deməyin. Çünki Allah insanı öz surətində yaratmışdır. [5]Hədislərdən istifadə olunan mətləblər: 1.- Allahın cism olması və onun üçün surətin sübut olunması;2.- Allahın surəti ilə insanın surətinin oxşarlığı və bu oxşarlığa xatir insanın üzünə sillənin vurulmaması;Araşdırma:Mərhum Əllamə Şərafuddinin söylədiyi kimi, bu hədis “israiliyyat[6]”-dan olub, Tövratın mətnlərindən götürülmüşdür. Sifr təkvininin birinci ishahının[7] iyirmi yeddinci hissəsində belə yazılmışdır:-“Allah insanı öz surətində xəlq etmişdir. İnsanı kişi və qadın yaratdı.”[8]Müəllif: Tövratı diqqətlə mütaliə etdikdə görürük ki, bu məzmun və insanın surətinin Allah surətinə oxşaması Tövratda dəfələrlə qeyd olunmuşdur. Buna görə də Sifr təkvininin beşinci fəslinin birinci hissəsində belə yazılmışdır: - “Allah Adəm (ə)-ı yaradan gün onu Allah surətində yaratdı.”Pulos Tövratda gəlmiş bu cümlələri və ibarətləri belə təfsir edir:- İnsanın Allahla oxşarlığı onun  müqəddəsliyində, ədalətində və mənəviyyatındadır. Surətdən məqsəd insanın qiyafəsi yox, onun həqiqi simasıdır. [9]Biz deyirik ki:- Əgər Tövratda olan oxşarlıqdan məqsəd Pulosun söylədiyi məna olsa, bu cümlə cism və oxşarlıq iradını bir miqdar islah edə bilər. Lakin təəssüflər olsun ki, bu mətləbi başqa dildən götürən və onu Tövratdan səhiheynə nəql edənlər, bu azmış kimi, bütün təfsir və şərh yollarını bağlamışlar. Bu kimi yanlış əhvalatları elə ibarətlərlə don geyindirərək nəql etmişlər ki, onları başqa mənaya yozmaq mümkün deyildir. Buna görə də ikinci hədisin mətnində belə deyilir: “Dalaşan zaman qarşı tərəfə sillə vurmaqdan çəkinin! Çünki Allah insanı öz surətində yaratmışdır.” Bu cümlə surətin qiyafə və məxsus üzv yox, onun mənəvi sima mənasına təfsir etmə ehtimalını aradan aparır.


[1] - عن صفوان بن محرز قال: بينا ابن عمر يطوف، اذعرض رجل فقال: يا ابا عبدالرحمان! او قال يا ابن عمر! أسمعت النبي (ص) في النجوي؟ فقال: سمعت النبي (ص) يقول: يدني المؤمن من ربه، وقال هشام:  يدنوالمؤمن ، حتي يضع الله عليه كتفه، فيقرره بذنوبه تعرف ذنب كذا؟! يقول اعرف يقول رب اعرف مرتين، فيقول: سترتها في الدنيا واعفرها لكاليوم.

   Səhihi-Buxari c-6, hud surəsinin təfsiri; Səhihi-Buxari c-8 Kitabul ədəb; Səhihi-Buxari c-3 Kitabul məzalim vəl qəzəb; Səhihi-Müslüm c-8, bab- Qəbulu tovbətil qatil; Sunəni İbn Macə c-ع bab- Fima inkərətil cəhmiyə.

   [2] - عن ابي هريرة: عن النبي (ص) قال: خلق الله آدم علي صورته؟ طوله ستون ذراعاً، فلما خلقه قال: اذهب فسلم علي اولئك النفر من الملائكة، جلوس، فاستمع ما يحيونك، فانها تحيتك و تحية ذريتك. فقال: السلام عليكم: فقالوا: السلام عليك ورحمت الله، فزادوه و رحمة الله، فكل من يدخل الجنة علي صورة آدم، فلم يزل الخلق ينقص بعد حتي الان.   Səhihi-Buxari c-8, kitabul istezan, bab- Bədəus-səlam.; Səhihi-Müslüm c-8, kitabul cənnəti və sefətu nəimuha, bab- yədxulul cənnətə əqvamun əfedəthum mislu əfedətutayr.
  [3] - عن ابي هريرة عن النبي (ص): اذا قاتل احدكم اخاه، فليتجنب الوجه، فان الله خلق آدم علي صورته.!!   Səhihi Müslim c-8, bab Ənnəhyu ən zərbil vəch.

   [4] -  خلق آدم علي صورة الرحمن.  İrşadus-sari c-10, s-491.

 [5] - عن ابي هريرة قال: لا تقولن قبح الله وجهك ووجه من أشبه وجهك فان الله عزوجل خلق آدم علي صورته.   Ədəbul mufrəd, bab- La təqul qəbbəhəllahu vəchək.
[6] - İsrailiyyat yəhudi mənbələrindən götürülmüş hədislərə deyilir.

[7] - Tövratın beş kitabından birinin adıdır.

[8] - Əbu Hüreyrənin kitabına müraciət edin.

[9] - Müqəddəs kitab Qamusa Adəm maddəsinə müraciət olunsun.


Açar sözlər:

Yazar: zahra2007 | Tarix: İyun 29, 2008 13:00 | Hədis | Şərhlər(0) | Baxış sayı: 22

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha