Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
Allahı görmək mümkündür ! Allahın məkana ehtiyacı var !Allah gülür ! Allah yerini dəyişir ! Öz bəndələri ilə çiyin çiyinə dayanır ! Bir sözlə, müxtəlif bədən üzvlərindən təşkil olunmuşdur !!! تعالي الله عما يقول الظالمون علواً كبيراً Səhihi-Buxari və Səhihi-Müslümün tanıtdırdığı Allah müxtəlif bədənüzvlərindən:Üzdən, Gözdən, Əldən, Barmaqdan, Ayaqdan, Baldırdan, və s...təşkil olunmuşdur!!!Bu cür bötanlardan Allaha pənah aparıram! 1.  ALLAHI GÖRMƏK SƏHİHEYN BAXIMINDAN Səhihi-Buxariyə və Səhihi-Müslümə etimad etməməyimizin səbəblərindən və dəlillərindən biri də iki kitabın mətnlərində səviyyənin aşağı olmasıdır. Çünki, bu iki kitabda elə hədislər vardır ki, dini və əqli qaydalarla heç cür əlaqəsi yoxdur, elə mətləblər vardır ki, onların tarixi rədd olunmuşdur.Biz bu mövzunu üç fəsildə bəhs edəcəyik:1. -Tövhid bəhsi ;2.- Nubuvvət bəhsi;3.-Müxtəlif hədislər barədə.[1]Bu fəsildə təkcə “Tövhid, səhiheyn baxımından” mövzusunda bəhs edəcəyik.Tövhid məsələsi bütün ilahi dinlərin əsası və İslam dinində bütün məzhəblərdə çox diqqət olunan və əhəmiyyətli sayılan bir məsələdir. Təəssüflər olsun ki, bu iki kitabda müxtəlif cəhətlərdən təhrif olunmuş və qəbul olunmaz şeylər qəbul olunmuş məsələ kimi tanınmışdır. Başqa sözlə söyləsək, bu iki kitabda tövhid məsələsində çoxlu əsassız və həqiqətlə müxalif olan mətləblər nəzərə çarpır. Biz də onları bir-bir burada araşdırmışıq.Tövhid məsələsində mühüm və diqqəti cəlb edən məsələlərdən birincisi budur ki, bu iki kitabda nəql olunmuş hədislərin məzmununda Allah-təala bu aləmdə bir cism kimi tanıtdırılmışdır. Bu iki kitab Allahın gözlə görünməsinin mümkün olduğunu açıqlamışdır.İndi isə bu hədislərdən bir neçə nümunəyə diqqət edin:1. Cərir deyir:-“Bir gecə (on dördüncü gecə) Peyğəmbərin (s) hüzurunda idim. O həzrət (s) aya baxaraq belə buyurdu:- Bu ayı gördüyünüz kimi, Allahı da görəcəksiniz və Allahla görüşmək sizə heç bir çətinlik və narahatçılıq yaratmayacaqdır. Sübh və əsr namazlarında nə qədər bacarırsınızsa çalışın və maneələri aradan aparın. Sonra Peyğəmbər (s) bu ayəni oxudu:- وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbinə ibadət edib şə’ninə təriflər de!”[2]Bu hədisi Buxari və Müslüm öz səhihində müxtəlif bablarda və müxtəlif sənədlərlə nəql etmişlər.Eyninin şərhi: - Bədruddin Eyni, Səhihi-Buxarini şərh edənlərdən biridir. Bu hədis Kermanidən (o da Səhihi-Buxarini şərh edənlərdəndir) nəql edir ki :فاء-hərfini  فأِنِ ستَطَعتُم cümləsində gətirmək, Allahı görmək mövzusunun ardınca gəlmişdir; Allah-təala ilə görüşməyə nail olmağın dəlili sübh və əsr namazını qoruyub vaxtında qılmaqdır. Hər bir kəsə zəhmət və çətinlik çəkmədən bu görüş mümkün deyildir.[3]2. Əbu Hüreyrə deyir:-“Bir çoxları Peyğəmbərdən (s) sual etdilər ki, görəsən Allahı qiyamət günündə görəcəyikmi?!Peyğəmbər (s) onların cavabında buyurdu:- Siz qarşısında bulud olmayan on dörd gecəlik ayı görməkdə şəkkmi edirsiniz! Ərz etdilər: - Xeyr, ya Rəsuləllah (s). Bu vaxt Həzrət (s) sual etdi:- Əgər qarşısında bulud olmasa günəşi görməkdə də şəkkmi edirsiniz? Ərz etdilər:- Xeyr. Buyurdu:- Bəli, şübhəsiz ki, Allah-təalanı günəş və ay kimi görəcəksiniz!!Sonra Peyğəmbər (s) buyurdu:- Qiyamət günündə camaat həşrə gətirilərlər. Onlara elan olunar ki: - Hər kəs yer üzündə (dünyada) pərəstiş etdiyi hər bir şeyə itaət etsin. Bir çoxları günəşə itaət edərlər, bir çoxları isə aya itaət edərlər.Üçüncü tayfa saxta məbudlarının arxasınca düşər. Xülasəsi budur ki, hər bir kəs batil məbuduna itaət edər. Tənha mənim ümmətim onlar arasında olan münafiqlərlə qalarlar. Sonra Allah onu tanıdıqları qiyafəsindən başqa bir qiyafədə üzə çıxar və deyər: Mən sizin Allahınızam. Deyərlər:- Biz səndən Allaha pənah aparırıq. Bizim Allahımız gəlməyincə burada qalacağıq ve heç bir yerə tərpənməyəcəyik. Biz onu çox gözəl tanıyırıq.Sonra Allah onu tanıdıqları qiyafədə gələcək və deyəcək:- Mən sizin Allahınızam. Onlar:-Bəli, sənsən bizim Allahımız deyəcəklər. Bu vaxt Allahın arxasınca yola düşərlər. Sonra cəhənnəmin ortasından bir körpü çəkiləcəkdir. Peyğəmbərlər arasında ümmətini bu körpüdən keçirən birinci peyğəmbər mən olacağam. O gün ənbiyalardan başqa heç kəs bir söz deyə bilməyəcəkdir. Peyğəmbərlərin sözləri də o gün çətin və qorxulu olacaq. Belə ki: -Xudaya öz bəndələrini bu günün narahatçılığından  və sıxıntısından saxla və cəhənnəmdə olan (muğilan) tikanlarından saxla.Sonra Allahın elçisi (s): - Muğilan tikanı görmüsünüzmü? Ərz etdilər ki:- Bəli. Buyurdu:- Cəhənnəmin tikanları muğilan tikanları kimidir. Lakin o tikanın böyüklüyünü Allahdan başqa heç kəs bilmir. Camaat öz pis əməllərinin nəticəsinə mübtəla olar, bir çoxları həlak olar və bir çoxları isə tikə-tikə olaraq atəş içində qalarlar. Sonra nicat taparlar.Allahın elçisi sonra belə əlavə etdi:- Allah, öz bəndələri arasında qəzavət edərək, hökm verdikdən sonra bir çoxlarını cəhənnəm odundan xilas edər və onun təkliyinə və yeganəliyinə şahidlik verən hər kəsi bağışlayar. Mələklərə əmr edər ki, onları cəhənnəm atəşindən çıxardın. Mələklər alınlarındakı səcdə əlamətindən onları tanıyarlar. Allah oda səcdə yerini yandırmağı haram edər.Mələklər onları bədənləri yanmış və qaralmış halda  oddan çıxararlar. Onların bədənlərinə həyat suyu çiləyərlər. Onların bədənlərinin ətləri sürətlə yerinə gəlib bitməyə başlayar. Məhşər əhlindən üzü oda tərəf olan bir kişi qalar. Ərz edər : Xudaya! Cəhənnəmin üfunəti məni zəhərlədi, şölələri məni yandırdı, üzümü oddan qaytar. Elə dua edər və Allahdan istəyini israr edər ki, Allah deyər:- Əgər sənin istədiyini versəm, başqa bir şey də istəyəcəksən. Ərz edər:- Yox, and olsun sənin izzətinə ki, bundan başqa bir şey istəmirəm; Allah onun üzünü oddan döndərər, ondan sonra deyər:- Xudaya! Məni behiştin qapısına yaxınlaşdır. Allah onun cavabında deyər: -Məgər sən deyildinmi ki, deyirdin bir hacətdən başqa hacətim və istəyim yoxdur? Və başqa bir şey istəməyəcəksən? Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?O kişi öz  istəyində və tələbində israr edər. Allah deyər:- Əgər sənin istədiyini versəm məndən  yenə də bir şey istəyəcəksən? Ərz edər:-Yox! And olsun sənin izzətinə ki, bundan başqa bir hacətim və istəyim yoxdur. Allah onunla birgə möhkəm əhd-peyman bağlayar ki, yenidən başqa bir şey istəməsin. Sonra onu behiştin qapısına yaxınlaşdırar. Elə ki o, behiştin içində olanları görər, bir az sükut edər, sonra isə yenidən ərz edər:-Xudaya! Məni behiştinə daxil et! Allah buyurar: - Sən demirdinmi ki, başqa bir istəyim yoxdur?! Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?! Ərz edər:-Xudaya! Məni ən məhrum olunmuş bəndələrindən etmə! İstəyində o qədər israr edər ki, Allahın gülməyi gələr!! Elə ki onun gülməyi gəldi, onun üçün behiştə girmək icazəsi verilər. Behiştə daxil olduğu zaman ona deyilər:- Ürəyin bizdən nə istəyirsə bizdən istə! Sonra ürəyi istədiyini onlara deyər.Yenə də ona deyilər:-Bizdən hər nə istəyirsənsə istə! Yenə ürəyi istədiyini deyər. Elə ki, istəkləri qurtarar, Allah deyər: - İstədiklərini iki qat sənə yenə verərəm”.[4] 3. Əbu Səid Xidri deyir:- Bir çoxları Peyğəmbərdən (s) soruşdular ki: -Ya rəsuləllah! Biz Allahı qiyamət günündə görəcəyikmi? Cavab verdi: Bəli! Sonra buyurdu:- Başınızın üstündə zöhr vaxtı qarşısında bulud olmayan parlayan günəşi görməkdə sizin aranızda kiçik bir ixtilaf təsəvvür olunmuşdur? Dedilər:- Xeyr. Sonra buyurdu: Parıltısı bütün yerləri bürümüş və qarşısında bulud olmayan on dörd gecəlik ayı görməkdə ixtilaf edirsiniz? Dedilər:- Xeyr, Ya Rəsuləllah!Buyurdu:- Qiyamət günündə də Allahı görməkdə bu cür kiçik bir ixtilaf və çətinlik olmayacaqdır.(Yəni necə ki günəşi və ayı hamı asanlıqla görə bilir, Allahı da belə görmək mümkün olacaqdır.)Sonra Allahın elçisi (s) sözlərinə belə əlavə etdi:- qiyamət günündə Allah tərəfindən elan olunacaq:- Dünyada hər nəyə itaət edən ümmət bu gün də itaət etsin. Bu vaxt bütün bütpərəstlərin hamısı cəhənnəm oduna atılacaqlar. Allaha itaət edənlər günahkar olsalar da və əhli-kitabdan bir çoxları qalacaqlar. Sonra yəhudiləri ilahi məhkəməyə çağıracaqlar. Onlardan soruşacaqlar ki: Dünyada nəyə pərəstiş edirdiniz? Deyəcək: -Allahın əziz oğluna! Onlara deyilər: -Yalan söyləyərək böhtan atırsınız. Çünki, Allah özünə övlad seçməmişdir. İndi nə istəyirsiniz? Deyəcəklər:- İlahi biz susuzuq, bizə su ver!! Cavab verilər : - Bir müddət sizə su verilməyəcək. Bir-birinin ardınca qığılcım dalğaları kimi şölə saçan cəhənnəm oduna atılarlar.Sonra Məsihiləri İlahi ədalət məhkəməsinə gətirərək soruşarlar:- Kimə pərəstiş edirdiniz? Deyərlər:- Allahın oğlu Məsihə. Deyilər:- Bu yalan və iftiradır. Çünki, Allah özü üçün övlad seçməyibdir. Onlara da deyilər:- Nə istəyirsiniz? Bu dəstə də yəhudilər kimi cəhənnəm atəşi içində yerləşərlər. Allaha pərəstiş edən günahkar və yaxşı iş görənlərdən başqa heç kəs qalmaz.Bu yerdə Allah, onu gördükləri surətdə (və ya nəzərlərində tutduqları surətdə) lap yaxına onların arasına gələr.Onlara deyilər:- Nəyi gözləyirsiniz? Dünyada hər nədən pərəstiş edənlər ondan pərəstiş etsin. Cavabında deyərlər :- Biz o dünyada köməyinə çox ehtiyacımız olan camaatdan uzaqlaşdıq və onlarla əlaqələrimizi kəsdik. İndi də pərəstiş etdiyimiz Allahı gözləyirik. Allah deyər: - İndi mən sizin Allahınızam. Deyərlər:- Biz heç bir şeyi Allahımıza şərik qərar vermirik. Bu cümləni üç-dörd dəfə təkrar edərlər. Allah onlara deyər: -Allahı tanımağınız üçün sizinlə Allah arasında heç əlamət varmı? Deyərlər:- Bəli, bu əlamət Allahın baldırıdır! Sonra Allah baldırını göstərər və onun qarşısında duran hər bir mömin səcdəyə  düşər.[5]"حتي ان بعضهم ليكاد ان ينقلب فيقول هل بينكم و بينه آية فتعرفونه بها فيقولون الساق فيكشف عن سا قه فيسجدلله كل مؤمن...."4. Cərir ibn Əbdullah deyir: “Peyğəmbər (s) buyurdu:- Siz öz Allahınızı aşkar şəkildə gözlərinizlə görəcəksiniz.” إنَّكم سَتَرَوْنَ رَبَّكُمْ عَيَنَا[6]Qəstəlani deyir:-“Əyənən”, əyn hərfi kəsrəli olmaqla “Ayinətuş-şeyi iyanən” kəlməsindən götürülmüşdür. Gözlə görünən bir şeyə “əyanən” deyilir[7]5. Suheyb nəql edir ki: -Allahın elçisi (s) buyurdu:-Qiyamət günü elə ki behişt əhli behiştə daxil olar, Allah deyər:- İstəyirsinizmi sizə bundan da çox ehsan edim? Deyərlər:-İlahi bizi üz ağ etdiyin ən böyük nemət bəs deyil? Bizi cəhənnəm odundan nicat verməklə behiştə daxil etmədinmi? (Görəsən bundan da böyük bir nemət varmıdır?).Allahın elçisi buyurdu:- Bu sual və cavabdan sonra  maneələr və pərdələr götürülər və Allahın cəmalı görünər. Behişt əhlinə Allahın cəmalına baxmaqdan başqa ən böyük , üstün və sevimli bir  nemət verilməz.[8]6. Əbu Bəkr ibn Əbdullah ibn Qeys atasından nəql edir: -Peyğəmbər (s) buyurdu:- Binası,  qabları və başqa əşyaları gümüşdən olan iki behişt və binası, qabları və başqa əşyaları qızıldan olan başqa iki behişt  vardır. Onlarla camaatın arasında allahlarına tamaşa etməkdə, “Ədn” adlı behişti tutmuş olan Allahın üzündəki Kibriya pərdəsindən başqa  heç bir maneə yoxdur! [9]Allahı görmək barədə olan bu beş hədis səhiheyn kitablarında nəql olunmuşdur. Eyni halda həmin hədislər bəzən də az fərq olmaqla başqa sihahlarda da nəql olunmuşdur.[10] Burada səhiheyndə olmayan, lakin başqa sunənlərdə nəql olunmuş daha bir hədisi əziz oxucularımıza təqdim edirik:7. Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) nəql edir: -“Behişt əhli oranın nemətlərindən bəhrələnməkdən əlavə, onlar üçün bir nur görünər. Behişt əhli başlarını qaldırdıqda görərlər ki, bu Allahdır və yuxarıdan baxaraq onlara deyər: - Salam olsun sizlərə ey behişt əhli!Allahın elçisi bu vaxt belə buyurdu:قَوْلاً من رب رحيم   سَلَام- ayəsinin mənası budur. Sonra Peyğəmbər (s) buyurdu:-Allah behişt əhlinə, behişt əhli isə Allaha tamaşa edəcəklər! Allaha baxdıqları zaman onlar behişt nemətlərindən heç birinə diqqət etməyəcək və Allah pərdə arxasına keçincə heç bir nemətlərə meyl etməyəcəklər. Elə ki Allah qeyb oldu, onun nuru, xeyr və bərəkəti onların mənzillərində qalacaqdır.” [11]


[1] - Qeyd etmək istəyirik ki, kitabın bu bölümünü fəqət tövhid bəhsi ilə tamamlayacağıq. Nubuvvət və muxtəlif hədislər barədə səhiheyndə olan mövzuları isə ikinci cilddə açıqlayacağıq.
   [2] - Qaf surəsi ayə 39عن جرير قال: كنا جلوساً عندالنبي (ص) فنظر الي القمر ليلة، ليلةالبدر فقال: انكم ترون ربكم كماترون هذاالقمر، لا تضامون في رؤيته، فان استطعتم ان لاتغلوا عتي صلاة قبل طلوع الشمس وقبل غروبها فافعلوا، ثم قرء: وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوب .   - Səhihi-Buxari c-1, Əsr namazının fəziləti; Fəcr namazının fəziləti; Səhihi-Buxari c-6, “Qaf” surəsinin təfsiri; Səhihi-Buxari c-9,”Kitabut-tövhid; Səhihi-Müslüm c-2, bab-“Sübh və Əsr namazının fəziləti və onların...”

   [3] - Umdətul qari c-25, s-123

[4] -...عن ابي هريرة: ان اناساً قالوا يا رسول الله!هل نري ربنا يوم القيامة:قال:هل تمارون في القمر ليلة البدر ليس دونه سحاب؟قالو:لا يا رسول الله!قال فهل تمارون في الشمس ليس دونها سحاب؟قالو:لا.قال:فانكم ترونه كذالك يحشر الناس يوم القيامة. فيقول: من كان يعبد شيئاً فليتبع، فمنهم من يتبع الشمس ومنهم من يتبع القمرومنهم من يتبع الطواغيت وتبقي هذه الامة فيهامنافقوها، فيأتيهم الله في غيرالصورة التي يعرفون فيقول: انا ربكم فيقولون نعوذبالله منك هذامكانناحتي يأتينا ربنا، فاذااتيناربنا عرفناه، فيأتيهم الله في الصورة التي يعرفون فيقول: انا ربكم فيقولون: انت ربنا فيتبعونه، ويضرب جسرجهنم قال رسول الله: فاكون اول من يجيز من الرسل بامته ولايتكلم يومئذ احدالاالرسل و كلام الرسل يومئذ: اللهم سلم اللهم سلم وبه كلاليب مثل شوك السعدان، امارأيتم شوك السعدان؟ قال.ا: بلي قال: فانها مثل شوك السعدان غيرانهالايعلم عظمها الاالله، فتخطف الناس بأعمالهم، منهم الموبق بعمله ومنهم المخردل ثم ينجو، حتي اذا فرغ الله من القضاء بين عباده وارادان يخرج من النار. يخرج ممن كان يشهد ان لااله الاالله، امرالملائكة ان يخرجوهم فيعرفونهم بعلامة السجودوحرم الله علي النار ان تأكل من ابن آدم اثرالجود، فيخرجونهم قدامتحشوافيصب عليهم ماء، يقال له ماءالحيوة، فينبتون نبات الحبة في حميل السيل، ويبقي رجل مقبل وجهه علي النار فيقول: يا رب! قد قشبني ريحهاواحرقني زكاءهافاصرف وجهي عن النار، فلايزال يدعوالله فيقول الله: لعلك ان اعطيتك ان تسألني غيره؟ فيقول: لاوعزتك لااسئلك غيره. فيصرف وجهه عن النارثم يقول: بعدذلك يارب! قربني الي باب الجنة! فيقول: اليس قد زعمت ان لاتسئلني غيره؟ ويلك يا ابن آدم مااغدرك؟ فلا يزال يدعو فيقول: لعلي ان اعطيتك ذلك تسألني غيره؟ فيقول: لاوعزتك لااسئلك غيره. فيعطي الله من عهود و مواثيق ان لايسأله غيره، فيقربه الي باب الجنة، فاذارأي مافيها سكت ماشاءالله ان يسكت، ثم يقول: يا رب! ادخلني الجنة، فيقول الله اوليس قدزعمت ان لاتسألني غيره؟ ويلك يا ابن آدم مااغدرك! فيقول يا رب لاتجعلني اشقي خلقك، فلا يزال يدعو حتي يضحك الله، فاذا ضحك منه، اذن له بالدخول فيها، فاذا دخل فيها قيل: تمن من كذا فيتمني، ثم يقال: تمن من كذا، فيتمني. حتي ينقطع به الاماني فيقول الله: هذالك ومثله منه.   Səhihi-Buxari c-1 bab Fəzlus-sucud; c-9 Kitabut-tövhid; səhih 8 bab Əs-siratu cisri cəhənnəm; Səhihi-Müslüm c-1, bab-Mərifətu təriqur-royə`
   [5] -  عن ابي سعيد الخدري: ان اناساً في زمن النبي (ص) قالوا: يارسول الله هل نري ربنا يوم القيامة؟ قال رسول الله (ص) نعم قال: هل تضارون في رؤيةالشمس بالظهيرة ضوء ليس فيها سحاب؟ قالوا: لا. قال وهل تضارون في رؤية القمر ليلةالبدر ضوءليس فيها سحاب؟ قالوا: لا. قال النبي (ص): ما تضارون في رؤية الله تبارك و تعالي يوم القيامة، الاكماتضارون في رؤية احدهما، اذا كان يوم القيامة اذن مؤذن ليتبع كل امة ماكانت تعبد، فلايبقي احد كان يعبد غير الله، من الاصنام والانصاب، الايتساقطون في النار، حتي اذا لم يبق الا من يعبدالله من بروفاجر و غبرات اهل الكتاب، فيدعي اليهود فيقال لهم: من كنتم تعبدون؟ قالوا: نعبد عزيزابن الله فيقال لهم: كذبتم ما اتخذ الله من صاحبة ولاولد فماذاتبغون؟ فقالوا: عطشنا يا ربنا! فاسقنا! فشار: الاتروون فيحشرون الي النار كانها سراب يحطم بعضها بعضاً، فيتساقطون في النار. ثم يدي النصاري فيقال لهم: من كنتم تعبدون؟ قالوا: كنا نعبد المسيح ابن الله فيقال لهم: كذبتم، ما اتخذ الله من صاحبة ولاولد، فيقال لهم: فماذاتبغون؟ فكذلك مثل الاول، حتي اذا لم يبق الامنكان يعبدالله من بروفاجر، اتاهم رب العالمين في ادني صورة من اللتي رأوه فيها، فيقال: ماذا تنظرون؟ تتبع كل امة ماكانت تعبد قالوا: فارقنا الناس في الدنيا علي افقر ما كنا اليهم، ولم نصاحبهم ونحن ننتظر ربنا الذي كنا نعبد. فيقول انا ربكم. فيقولون: لانشرك بالله شيأً مرتين او ثلاثاً حتي ان بعضهم ليكاد ان ينقلب فيقول هل بينكم و بينه علامة فتعرفونه بها فيقولون: الساق فيكشف عن ساق...   Səhihi-Buxari c-6 , Nisa surəsinin təfsiri.; Səhihi-Müslüm c-1, bab Mərifətu təriqur-royət.; Səhihi-Buxari c-9, Kitabut-tövhid.
   [6] - Səhihi-Buxari c-9, Kitabut-tövhid bab-Vucuhun yəvməizin nazirəh

   [7] - İrşadus - sari ; c-10, s-391.

   [8]-...عن صهيب عن النبي (ص) قال: اذا دخل اهل الجنةالجنة قال: يقول الله تبارك وتعالي : تريدون شيئاًازيدكم! فيقولون: الم تبيض وجوهنا؟ الم تدخلنا الجنة وتجنبنا من النار!! قال: فيكشف الحجاب، فما اعطوا شيئاً احب اليهم من النظر الي ربهم عزوجل.      Səhihi-Müslüm c-1, bab-İsbat və royətul mominin rəbbihim fil axirət
   [9] - عن ابي بكربن عبدالله بن قيس عن ابيه عن رسول الله (ص) قال: جنتان من فضة آنيتهماومافيهما، وجنتان من ذهب آنيتهما ومافيهما، ومابين القوم وبين ان ينظروا الي ربهم، الارداءالكبرياء علي وجهه في جنة عدن.   Səhihi Muslüm c-1, bab- İsbat və royətul mominin rəbbihim fil axirət ; Səhihi-Buxari c-9, kitabut-tövhid bab-Vəkanə ərşuhu ələl ma`.
   [10] - Sunəni İbn Macə c-1 ; Sunəni Termizi c-4 bab Royətur-rabb.
[11] - عن جابر بن عبد الله قال: قال رسول الله (ص) :بينا اهل الجنة في نعيمهم اذسطح لهم نور، فرفعوارؤسهم، فاذاً الرب قداشرف عليهم من فوقهم، فقال: السلام عليكم يا اهل الجنة!! قال: وذلك قول الله سلام قولا من رب لحيم قال: فينظر اليهم و ينظرون اليه فلا يلتفون الي شيء من النعيم، مادامواينظرون اليه حتي يحتجب عنهم ويبقي نوره وبركته عليهم في ديارهم.

    Sunəni-ibn  Macə c-1, الردعلي الجهمية - babı

Ardi var....


Açar sözlər: hədis 

Yazar: zahra2007 | Tarix: İyun 29, 2008 12:46 | Hədis | Şərhlər(0) | Baxış sayı: 26

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha