Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR

Qurani-kərim səmavi kitabların axırıncısı olaraq,Allah-taala tərəfindən insanların hidayəti üçün İslam Peyğəmbəri Həzrət Məhəmməd bin Əbdullaha (s) nazil olmuşdur.

“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini , onlar (mö’minlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!”[1]Qurani-kərim səmavi kitabların axırıncısı olaraq, Allah-taala tərəfindən insanların hidayəti üçün İslam peyğəmbəri Həzrət Məhəmməd bin Əbdullaha (s) nazil olmuşdur.Qurani-kərim axırıncı və ən kamil səmavi kitab və özündən qabakı səmavi kitabların tamamlayıcısı olaraq, İslam şəriətini son şəriət olaraq bütün dünyaya elan edib, bəşəriyyətə dünya və axirət səadətini həyatın bütün sahələırində vədə vermişdir. Əlbəttə bu səadətə qovuşmağın ən başlıca şərti bu müqəddəs şəriətin bütün hökmlərinə dəqiqliyi ilə əməl etməkdir.Qurani-kərimin qanunlarına əməl etmək üçün isə onun ayələrinin mənasını düşünüb, başa düşmək və sonra isə həyata keçirtmək lazımdır.Baxmayaraq ki, qurani-kərimin insanları öz ayələrində düşünüb və fikirləşməyə dəvət edir və onun nur, aşkar, rəhmət, ülgü və hidayət edici kimi sifətləri vardır ki, bu müqəddəs kitabın asanlıqla düşünülüb, anlanılmasına dəlalət edir.[2] Ancaq bununla belə, qurani-kərimdə bəzi məsələlər ümumi şəkildə deyilmiş və buna görədə təfsir və izaha ehtiyacı vardır ki, Allah-taala bu izah və təfsiri Peyğəmbərin (s) və əhli-beytin (ə) öhdəsinə qoymuş və buyurmuşdur:Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar mö’cüzələr və kitablarla göndərdik. Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr![3]Buna əsasəndə Peyğəmbər (s) bu mühüm vəzifəni öhdəsinə götürmüş və həyatı boyunca bu işi şərəflə və layiqincə yerinə yetirmişdir. O Həzrətdən (s) sonar isə, başda Əli və Əhli-beyt (ə) olmaqla, səhabə və tabein, onlardan sonar isə təfsir alimləri bu işə ciddi cəhdlə yanaşmış və bu günə qədər davam etdirmişlər.Bunun nəticəsində isə bu gün dini kitabxanalarımızda onlarla qədim və yeni təfsirlər mövcuddur. Bu müqəddəs kitabın 114 surə və 6236 ayəsi vardır[4] ki, bu ayələrdən çoxunun xüsusi nazil olma (səbəbi-nuzul və şəni-nuzul) səbəbləri vardır ki, bunları rəvayət və təfsirlərə müraciət etməklə  öyrənmək mümkündür. Bu cür ayələr iki qurupa bölünürlər:1).  Nüzul səbəbi baxımından yalnız öz məkan və zamanına aid olan ayələr ki, bu cür ayələr təkcə nazil olduğu məsələ və ya hadisə üçün səbəb sayılıb, başqa oxşar məsələ və ya zaman və məkanlara aid oluna bilməzlər. Misal olaraq “Təthir”[5] ayəsini göstərmək olar. Əlbəttə bu cür ayələrin sayı çox azdır.2). Nüzul səbəbi baxımından, müəyyən zaman və məkana aid olmayıb, ümumiləşdiriləcəyi və müxtəlif nümulərə və misdaqlara tətbiq oluna biləcək ayələr ki, quran ayələrinin əksəriyyətini təşkil edirlər. Bu cür ayələr zaman və məkam xaricində olub, ümumi qayda kimi,  bütün oxşar hallara tətbiq oluna bilərlər. Qurani-kərimin bu cür təfsirinə “Quran elmləri”ndə “cəry və tətbiq” deyilir ki, bu da Qurani-kərimin bütün zaman və məkanlara şamil olub və cəhan şümul olmasından irəli gələn bir qanundur. Çünki Qurani-kərim təkcə ərəblər və cahiliyyət zamanı üçün deyil, bəlkə bütün millətlər və zamanlar üçün nazil olunmuşdur.Imam Sadiq (ə) buyurur:“Qurani-kərim diridir (onun hökümləri həmişə öz qüvvəsindədir) və günəş və ay və gecə və gündüz kimi hərəkətdədir. O bizim keçən nəsillərə aid olduğu kimi, gələcək nəsillərimizə də şamildir”.[6]Hədisdəki oxşatmadan göründüyü kimi, günəş, ay, gecə və gündüzün bütün zaman və millətlər üçün olduğu kimi, Qurani-kərimdə nazil olduğu zamandan, qiyamət gününə qədər bütün millət və zamanlara şamildir. Qurani-kərimin ayələrindən bəziləri daşıdığı xüsusi məna, barəsində nəql olunmuş rəvayət və ya nüzul səbəbinə görə, xüsusi əhəmiyyətə malik olub və həmişə təfsir alimlərinin maraq dairəsində omuşdur. Belə ayələrdən biri “Nur” surəsinin 55-ci ayəsidir ki, təfsir alimləri arasında “İstixlaf və ya Vəd”[7] ayəsi adı ilə məşhurdur.Bu mübarək ayədə Allah-taala mömin və yaşı iş görənlərə, yaxın gələcəydə yer üzünün varislik, xəlifəlik və hakimiyyətini və həmçinin burada əmin-amanlıqla və təhlükəsiz yaşayacaqlarını vədə vermişdir. Biz bu yazıda çalışacayıq ki, bu mübarək ayənin təfsirini dini rəvayət və təfsirlər əsasında təhlil edək və onun hansı məna daşıdığını oxuculara üçün aydınlaşdıraq.Qurani-kərim, müsəlmanların qəlbən inanıb və qanunlarına əməl etdiyləri bu müqəddəs kitab, yüksək elm və maarif və insanları səadətə çatdıracaq qanunlara malikdir. Qurani-kərimdə insan həyatının (dünya və axirət) bütün sahələrinə aid söhbət açılmışdır. O gah keçmiş ümmətlərin başlarına gəlmiş hadisələri xatırladaraq insanları qəflət yuxusundan oyatmağa çalışır və gah da gələcək hadisələrdən və elmi məsələlərdən (işarə ilə) xəbər verib insanları heyrətə salır və bu yolla onları doğru olan yola yönəltmək istəyir. Bu yolda insanlara cənnət bağları, cəhənnəm əzabı və ya dünya hakimiyyəti kimi vədələr verərək, gah həvəsləndirici və gah da qorxuducu vədələr verərək insanları hidayət yoluna və əbədi səadətə səsləyir.Dediyimiz kimi, Qurani-kərimdə bir sıra ayələr insanlara müxtəlif vədələr verir ki, bu ayələrdən bir qurupu (yüzdən çox)[8] insanlara yaxın gələcəkdə iman və saleh əməl sahiblərinin yer üzünün varisləri olacağına və Allah-taalanın axırıncı höccətinin vasitəsilə zalimlərin məhv olacağı və məzlumların hakimiyyətinin qurulacağına və yer üzünün ədalətlə idarə olunmasına vədə verirlər ki, sonra bu ayələrdən bir neçəsinin haqqında qısa məlumat verəcəyik. Amma bu yazıda, dediyimiz kimi, bu ayələrdən birinin, yəni “İstixlaf” ayəsinin  haqqında ətraflı  danışacağıq. Təfsir alimləri bu ayənin barəsində müxtəlif rəylər irəli sürmülər ki, bu rəylərin hansı birinin daha dəqiq və məqsədə uyğun olduğunu aydınlaşdıracağıq.Bu yazıda aşağıdakı sualları cavablandıracağıq:1-    Ayənin nüzul səbəbi nədir?2-    Ayədə qeyd olunmuş mömin və saleh əməl sahibləri dedikdə kimlər nəzərdə tutlmuşdur?3-    Ayədə qeyd olunmuş “İstixlaf” kəlməsi hansı mənanı danşıyır?(hakimiyyət, canişinlik, varislik, tayfaların bir-birini əvəz etməsi)?4-    Ayə ilə İmam Mehdi (əc) və dünya hakimiyyəti arasında bir rabitə varmı?

Ayə verilən vədə (hakimiyyət - təhlükəsizlik - dünyada vahid din (islam)) bu günə kimi həyata keçib, yoxsa gələcəkdə gözlənilir?

ardı var..................



[1] - Nur/55;
[2] - (Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir!-Yunus/44;
[3] - Nəhl/44;
[4] -Ulume Quran, Ayətullah Məhəmməd Hadi Mərifət/117
[5] - Əhzab/33
[6] - Təfsiri Əyyaşi 1/11; Mustədrəku səfinətul bihar 8/447;
[7] -“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini , onlar (mö’minlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!”
[8] - Əl-muhaccətul-beyza fi ma nəzlə fil-qaimil-höccəh, Seyyid Haşim Bəhrani;

Açar sözlər: var 

Yazar: zahra2007 | Tarix: İyul 12, 2008 1:39 | Quran, Hədis, Məsumlar, Şəxsi yazılarım | Şərhlər(0) | Baxış sayı: 28

Imam Sadiq (ə), Səccad ləqəbi ilə tanınan, Məhəmməd bin Zəkvana buyurdu:“Rəcəb ayında gündəlik namazlarından sonra bu duanı oxu:

“Ya mən ərcuhu likulli xəyr və amənə səxətəhu ində kulli şərrYa mən youtil kəsirə bilqəlilYa mən youti mən səələhu                         Ya məm youti mən ləm yəsəluhu və mən ləm yəərifhu təhənnunən minhu və rəhmətənƏətini biməsələti iyyakə, cəmiə xəyriddunya və cəmiə xəyril axirətiVəsrif ənni biməsələti iyyakə, cəmiə şərriddunya və şərril axirətiFəinnəhu ğəyru mənqusin la əətəytə və zidni min fəzlikə ya kərim”Ravi deyir: İmam (ə) öz mübarək saaqqalını sol əli ilə tutub və sağ əlinin şəhadət barmağını (sağa-sola) hərəkət etdirərək, zəlilanə bir görkəm alıb, duanın davamını bu cür oxudu: “Ya zəl cəlali vəl ikramYa zən nəəmai vəl cudYa zəl mənni vət tulHərrim şəybəti ələnnar”

Tərcüməsi:

"Ey bütün xeyir işlər üçün ümid bəslədiyim!
    Və bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım!
    Ey az müqabilində çox əta edən!
    Ey istəyənlərə əta edən
    Ey o şəxs ki, Onu tanımayanlara və ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edər!
    Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et.
    İstəyimə görə məndən dünya və axirət şərrini bütövlükdə uzaq et!
    Həqiqətən Sənin əta etdiyin nöqsansızdır.
    Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!
   
    Bu duadan sonra sol əl ilə çənəmizi tutub sağ əlin iaşarə barmağını sağa-sola hərəkət etdirərək yalvarış halında belə davam edirik:
   
    Ey cəlal və böyüklük sahibi!
    Ey ne`mətlər və səxavət sahibi!
    Ey əta və kərəm sahibi! Qoru saqqalımı oddan!"

islammektebi.org

Əziz mömin bacı və qardaşlar, inşaəllah bizləri dualarınızda unutmayın.Mirməhəmməd Bəşirzadə.


Açar sözlər: rəcəb dua əziz 

Yazar: zahra2007 | Tarix: İyul 10, 2008 22:00 | Təqvim, Şəxsi yazılarım | Şərhlər(0) | Baxış sayı: 24

“Məhdəviyyət”ə inam, xeyirlərin və insani dəyərlərin
yayılması, ədalətin bütün dünyada öz yerini tutması,
tarixin müsbət sonluğu, cahanşümul din deməkdir.
“Məhdəviyyət” düşüncəsi, ədalət əsasında qurulmuş cahanşümul bir hakimiyyətin qurulması, zülm və dinsizliyin məhvi, bütün insanların həqiqi azadlığa çıxacağı və yeganə, şəriksiz Allaha pərəstişin həyata keçməsi deməkdir.
    
        
    “Məhdəviyyət” ideyası azadlıqsevər insanların ilhamı, əməlisaleh bəndələrin arzusu, məzlumların qələbəsi və məhrumların səadətidir.
   
    Bu ideya əsasında İmam Mehdinin (ə) hökuməti qurulacaq və dünyadakı zalım hökumətlər məhv olacaq. Elə bir hökumət ki, onu ilahi güc, saleh insan biləkləri və məzlumun göz yaşları, ahü-fəğanı vücuda gətirəcək.
   
    Deməliyik ki, İmam Mehdi cənablarının cahanşümul hökumətinin özünəməxsus xüsusiyyət və əsasları vardır ki, onu başqa hökumətlərdən ciddi surətdə fərqləndirir.
   
    1. İmamət və məsum imamın hökumətinin zəruriliyi;
    “Məhdəviyyət” düşüncəsi və dünyada ədalətli, vahid hökumət qurmaq ideologiyasının əsas köklərindən biri Allah tərəfindən təyin olunmuş bir imamın ictimaiyyətdə vücudunun zəruriliyi və onun tərəfindən insanların düz yola yönəlmələri, cəmiyyətin nizamlanması üçün hökumət təsis etməyinin vacibliyidir. Məlum olduğu kimi imamın işlərindən biri ümmətə rəhbərlik etməkdir.
   
    2. Tarixin sonu və saleh insanların hakimiyyəti;
    “Məhdəviyyət” düşüncəsi – ədalət əsasında qurulmuş qlobal hakimiyyətin qurulması, zülm və dinsizliyin məhvi, bütün insanların həqiqi azadlığa çıxması və yeganə, şəriksiz Allaha pərəstişin həyata keçməsi deməkdir.
   
    Bu, Allahın insanla-ra, xüsusilə də məzlumlara qəti vədəsidir. Elə bir vədə ki, bütün peyğəmbərlər öz ümmətlərini onunla müjdələmişlər. Bu elə bir ideal hədəfdir ki, onun icrası heç bir peyğəmbər və imama qismət olmamışdir.
   
    “Biz kitabdan (Tövratdan və yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq" (“Ənbiya”, 105).
   
    Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və varislər edək” (“Qəsəs”, 3).
   
    3. Vahid dünya hökumətinin qurulmasının vacibliyi;
    Dünyanın ümumi vəziyyəti göstərir ki, müharibə, aclıq, ədalətsizlik, özbaşınalıq, zorakılıq, mənfəəttələblik, zülm, fəsad və azğınlıq bəşəriyyət üçün ciddi təhlükədir. Son əsrlərdə beynəlxalq təşkilatların siyasi oyunları dünya üçün çox ciddi təhlkəyə çevrilmişdir. Bu növbənöv iztirab və gərginliyin aradan qaldırılması, insanların sülh və dostluğa, əmniyyətə olan ehtiyacının təmin edilməsi həzrət Mehdinin (ə) cahanşümul hakimiyyətinin bünövrəsini təşkil edir.
   
    4. İnsanlar vahid fitrətə malikdir.
    Nəzərə almalıyıq ki, insanlar vahid fitrət və xilqətə malikdirlər. Bütün insanların sülh və aramlığa ehtiyacları vardır, hamı düşmənçilik və müharibədən bezardır. Bu istək dünyada vahid hökumətin qurulması üçün əsas və bünövrələrdən biri olacaq.
   
    5. İnsanların tərəqqi və inkişafı;
    Bəşər daim tərəqqi və yüksəliş amalındadır. O, bu hədəfə nail olmaq üçün yoruldum demədən çalışır. Lakin bilmək lazımdır ki, həqiqi kamillik və yüksəliş, əsl ilahi hökumətin və kamil insanın-bəşərin hidayətçisinin zühuru ilə mümkün olacaqdır.
   
    6. Ədalətin zəruriliyi;
    Ədalət və onun cəmiyyətdə bərqərar olması bütün insanları, xüsusilə də mütəfəkkirləri daim düşündürmüşdür. Onlar daim bu qiymətli gövhərə yol tapmaq üçün baş sındırmışlar. Amma təəssüf ki, bu, günümüzədək baş tutmamış və insanlar ədalətsizlik, zülm əlindən qan ağlamışlar.
   
    Maddi imkanların 80%-i həmişə bir qrup şəxsin ixtiyarında olmuşdur. Bu ədalətsizliyin aradan qaldırılması üçün dünyada ədalətli və vahid bir hökumətin təşkili vacibdir. Bu məsələ öz həllini həzrət Mehdinin (ə) hökumətinin qurulması ilə tapacaq.
   
    7. Allahpərəstlik;
    Yeganə Pərvərdigara ibadətə dəvət bütün peyğəmbərlərin hədəfi olmuşdur. Onlar bu hədəf uğrunda hər cür əzab-əziyyətə dözmüş, müharibələr etmiş və hökümət qurmuşlar. Lakin onlar müxtəlif səbəblər üzündən bu hədəfi bütün dünyada yaya bilməmişlər.
   
    Yer üzü Allahın istəyi ilə idarə olunmalı və bütün bəşəriyyət xoşbəxt yaşamalıdır. Bu hədəf İmam Mehdinin (ə.f.) zühuru ilə həyata keçəcək.
   
   
   
    Tərcümə etdi: M. Bəşirov.

Açar sözlər:

Yazar: zahra2007 | Tarix: İyul 10, 2008 1:49 | Şəxsi yazılarım | Şərhlər(0) | Baxış sayı: 19

İslamın əziz şagirdləri! Hörmətli tələbələr!Çalışın ki, əgər İmam Zaman (ə) sizi qiymətləndirmək istəsə, yazsın:“Din və dünyasında sədaqətli və etibarlı!” Öz nəfsani istəklərinizə görə İslamın adına ləkə vurmayın, əgər nəfsani istəklərə görə özünüzə zərər vursanızda, çalışın İslama zədə vurmayın. Allahla olun və Allaha tərəf hərəkət edin. Sizi and verirəm Allaha, bəzən tənha oturun (və əməlləriniz haqqında  fikirləşin).Əli (ə) buyurur: “Bəzən təklikdə (camaatın arasından) bayıra çıx və kimsə səninlə olmasın, get onların yanına ki, yatıblar və əbədi olaraq yatıblar,  onların qarşısında dayan və de: “Əssəlamu ələykum ya ahl-əd- diyar!” Ölməyi yada salmaq ibadətdir və bütün insanlara vacibdir ki, ölümü yada salsınlar”.Onların (qəbir əhlinin) qarşısında dayanıb, onlarla söhbət edin, hərdənbir özünüz barədə fikirləşin.Biz bir neçə  şeyi diqqətlə mütaliə edib, nəzərdən keçirməliyik:Birincisi Allah-Taalanın yaratdıqları haqqında (kainat və yaradılış haqqında düşünmək);Ikincisi “nəfs”imiz haqqında(yəni insanın özünün yaradılışı, kimliyi və əməlləri haqqında düşünməsi);Bu barədə düşünmək (nəfs) daha vacibdir və bizim vəzifəmizdir ki, bu barədə (nəfs) diqqətlə düşünək.Hörmətli tələbələr! Nəfsinizlə vuruşun və ona qələbə edin ki, düşmənlərlə də vuruşmağı bacarasınız.Vallah ki, bu (nəfslə mübarizə) böyük və o (din düşmənləri ilə mübarizə) kiçik cihaddır və nə qədər ki, böyük cihat etməyibsiniz, kiçik cihad etməyə qüdrətiniz çatmayacaqdır.Imam Zamanın (ə) bizdən intizarı vardır ki, bir az öz nəfsani istəklərimizin əleyhinə olub, onunla müxalifət edək. Gəlin özümüzü nəfsimizin və şeytanın əsarətindən qurtaraq. İmam Zamanın (ə) şagirdləri! Məbada ki, gün ərzində hətta zarafatla da bir dəfə yalan danışasınız! O zaman istədiyiniz adam olmayacaqsınız və o mənəvi məqama ki, çatmaq istəyirsiniz, çatmayacaqsınız! Özünüzü (nəfsin və şeytanın toruna düşməkdən) qoruyun və ruhunuzu inkişaf etdirin. O yerlərə gedin ki, ancaq kamil insanlar oraya gedirlər.Özünüzə baxın və özünüz haqqında və əməlləriniz barədə diqqətlə düşünün və nəfsinizi paklaşdırmağı bacarın və nəfsin zindanından nicat tapın.[1] Təzə gələn qardaşlar və tələbələr! O kəslərin yanına gedin ki, sizi dirilitməyi (mənəvi həyata qaytarmağı) bacararlar! Fürsəti əldən verməyin, vaxtınızdan səmərəli istifadə edin və Allahla öz aranızda (mənəvi həyat və ruhunuzun  mənəvi qidası üçün) vaxt ayırın və həmən vaxtlarda nəfsiniz haqqında düşünün. Əlaqə və rabitələrinizi əhl-beytlə (ə) gücləndirin ki, nəfsiniz və şeytanla mübarizədə güclü olasınız. İmam Zamanı (ə) heç vaxt unutmayın və onun mübarək adı həmişə dilinizdə olsun və hər məclisdə onun adı çəkilsin ki, hüzuru bütün zaman və məkanlarda anılsın.Bacarsanız sübh namazından sonra İmam Zamana (ə) məxsus dua ki, “ƏHD” dusı deyirlər, oxuyun və İmamla (ə) əhd və peyman bağlayın ki, işlərinizdə müvəffəqiyyətə səbəb olacaqdır. Mütərcim: Mirməhəmməd Bəşirov.


[1] -  (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.قد افلح من زکیها /اعلی:14

Açar sözlər:

Yazar: zahra2007 | Tarix: İyul 9, 2008 16:26 | Şəxsi yazılarım | Şərhlər(0) | Baxış sayı: 19

  Şeyx Səduq (r.ə) “Əmali”, “Üyunu-əxbarur- Rza (ə)” və başqa kitablarında öz sənədi ilə imam Rzadan (ə) və o da atasından və o həzrət də öz ata və babalarından (Onların hamsına Allahın salamı olsun) Əmirəlmöminin Əlinin (ə) belə buyurduğunu nəql edir:

Allahın rəsulu (s) bizə mübarək ramazan ayı haqqında belə xütbə oxudu :
“Ey camaat! Həqiqətən, Allahın ayı (Ramazan) öz rəhmət, bərəkət və bağışlamağı ilə sizə tərəf gəlir. Belə bir ay ki, Allah yanında ayların ən əzəmətlisi, günlərin ən yaxşısı, gecələrin ən üstünü və saatların ən dəyərlisidir. Bu ayda hamınız Allah ğonaqlığına dəvət almısınız və Allahın kəramət və səxavəti sizə şamil olmuşdur. Bu ayda sizin nəfəsləriniz Allahı zikr edir, yuxularınız isə ibadət sayılır. Bu ayda sizin yaxşı əməlləriniz, dualarınız qəbuldur. Belə isə Allahdan saf niyyətlə bu ayda oruc tutub, quran oxumağa müvəffəq olmağınızı arzulayın.
Allah dərgahında bu əzəmətli ayda bağışlanılmayan ən bədbəxt şəxsdir.
Bu ayda ac və susuz qalmaqla, qiyamət gününün aclıq və susuzluğunu yada salın, fəqir və yoxsullara kömək edin, böyüklərə ehtiram göstərin, uşaqlara qayğı göstərib, mehribanlıqla davranın. Qohum-qardaşın halını soruşun, onalrla əlaqənizi qırmayın. Dilinizi günahlardan (yalan, qeybət, böhtan və s.) qoruyun, nəzər salınması haram olan şeylərə baxmayın, eşidilməsi həram olan şeylərə qulaq asmayın. Yetimlərə mehribanlıq göstərib, nəvaziş edin ki, sizdən sonra yetimlərinizləə mehriban davranıb, qayğı göstərsinlər.
Etdiyiniz günahlarınızdan tövbə edib Allaha tərəf qayıdın. Namaz vaxtlarında dua edərkən əllərinizi göyə qaldırın. Bu vaxtlar dua etmək üçün çox yaxşıdır. Allah bu zaman öz bəndələrinə lütf edir, onların istək və çağırışlarını eşidir, onlara cavab verir, dualarını qəbul edir.
Ey camaat! Sizin nəfsiniz əməllərinizin əsiridir. Tövbə edib, bağışlanmaq diləməklə onu azad edin. Çiyinlərinizdə günahlardan ibarət olan agır yükü çox səcdə etməklə götürün.
Bilin və agah olun, Allah-taala öz izzətinə and içərək, namaz qılıb, səcdə edənlərə əzab verməməsini, Qiyamət günü onalrı Cəhənnəm oduna atmamasını vədə verib.
Ey camaat! Sizin hər hanası biriniz bu ayda oruc tutan bir şəxsə iftar verərsə, sanki bir qul azad etmişdir və habelə onun keçmiş günahları bağışlanacaqdır”.
Bəziləri peyğəmbərə dedilər:
“Ey Allahın elçisi! Bizim hamımızın iftar verməyə gücümüz çatmır”.
O Həzrət (s) buyurdu:
“Qorxun Allahdan, əgər bir xurma parası və ya bir içim su ilə olsa belə oruc tutan şəxsə iftar verin.
Ey camaat! Bu ayda əxlaqını gözəlləşdirən şəxsin rəftarı, Qiyamət günü bütün ayaqlar addım atanda titrədiyi halda, onun sirat körpüsündən rahat keçməsi üçün icazə vərəqəsi olacaqdır.
Bu ayda qulam və kənizlərinin işini asanlaşdıran şəxsin hesabını Allah-taala Qiyamət günü asanlaşdıracaqdır.
Bu ayda pis işlərindən əl çəkən şəxsi Allah Qiyamət günü öz qəzəbindən saxlayacaqdır.
Bu ayda yetimlərə qayğı göstərib, əzizləyənləri, Allah Qiyamət günü əzizləyəcəkdir.
Bu ayda qohum-qardaşı ilə sıx əlaqə saxlayanları Allah Qiyamət günü rəhmətilə yada salacaqdır. və Yaxınları ilə ünsiyyətdə olmayanları Qiyamət günü Allah öz rəhmətindən məhrum edəcəkdir.
Allah bu ayda müstəhəb (bəyənilmiş, şəriətdə istənilən) namaz qılan şəxsi Cəhənnəm odundan qoruyacaqdır. Bu ayda bir vacıb əməl yerinə yetirən şəxs, sanki başqa aylarda yetmiş vacib əməl yerinə yetirmişdir.
Allah-taala bu ayda mənə çox salavat göndərən şəxsin əməl tərəzisini Qiyamət günü savabla ağır edəcəkdir.
Bu ayda Qurani-kərimdən bir ayə oxuyan şəxs , sanki başqa aylarda bir quran xətm etmişdir.
Ey camaat! Bu ayda Cənnətin qapıları açıqdır. Allah-taaladan onları sizin üzünüzə bir daha bağlanmamasını istəyin. Bu ayda Cəhənnəmin qapıları bağlıdır. Allah-taaladan onların bir daha sizin üzünüzə açmamasını istəyin. Bu ayda şeytanlar məhbusdurlar. Allahdan onların bir daha sizə hakim olmamasını istəyin”.
Həzrət Əli (ə), ayağa qalxıb İslam peyğəmbərindən (s) belə soruşduğunu deyir:
“Ey Allahın rəsulu(s), hansı əməl bu ayda daha yaxşıdır?”
O Həzrət (s) cavabımda buyurdu:
“Ey Əbəlhəsən, bu ayda ən yaxşı əməl Allah-taalanın həram etdiyi şeylərdən şəkinməkdir”.
Sonra peyğəmbər (s) ağlamağa başladı. Peyğəmbərdən ağlamağının səbəbini soruşduqda buyurdu:
“Ağlamağıma səbəb, bu ayda sənin qanının halal edilməsidir. səni Allahın üçün namaz qıldığın halda dünyanın ən bədbəxt adamı- “Səmud” tayfasına Allahdan tərəfindən gələn dəvənin hər iki ayağını kəsən şəxs kimi- ayağa qalxıb, başına qılınc zərbəsi vurur və saqqalını qana boyadır”.
Bu zaman Həzrət Əli (ə), Peyğəmbərdən (s) belə soruşduğunu deyir:
“Ey Allahın rəsulu(s), bu hadisə baş verən zaman mən dinimə sadiq olacağam?”
O Həzrət (s) buyurdu:
“Bəli, o zaman sən dininə sadiq ( qəlbi imanla dolu) olacaqsan”.
Sonra əlavə edərək buyurdu:
“Ey Əli, səni öldürən şəxs məni öldürmüş, səni qəzəbləndirən məni qəzəbləndirmiş və səni söyüb, təhqir edən məni söyüb və təhqir etmişdir. Çünki, sən mənim canımsan. Ruhun ruhumla, zatın zatımla eynidir (torpağın mənim torpağımdandır).
Həqiqətən, Allah-taala məni səninlə birlikdə yaradıb, birlikdə bəyənib və məni Peyğəmbər səni isə İmam seçmişdir.
Sənin imamlığını inkar edən şəxs mənim petğəmbərliyimi inkar etmişdir.
Ey Əli(ə), sən mənım vəsim, övladlarımın atası, qızımın əri və xəlifə və canişinimsən.
Sağlığımda və ölümümdən sonra ümmətim üçün sənin hökmün mənim hökmümdür və sənin qadağan etdiyin mənim qadağan etdiyimdir.
Məni peyğəmbərliyə seçib, insanların ən yaxşısı edən Allaha and olsun, sən Allahın əmri ilə yaratdıqlarının höccətisən və onun sirlərinin xəzinəsi və bəndələrinin xəlifəsisən.”
Mütərcim: Mirməhəmməd Bəşirov.

Açar sözlər: şəban 

Yazar: zahra2007 | Tarix: İyul 9, 2008 16:22 | Şəxsi yazılarım | Şərhlər(0) | Baxış sayı: 21

Qədir-Xum, “Qədir-Xum” maarif, elm, mərifət və hikmət dəryasıdır. Şəriət, mənəviyyat, mədəniyyət, hikmət, əxlaq, əhkam, kəlam, təfsir və insanı səadətə qovuşduracaq olan hər şeyə malikdir. Ancaq əfsuslar olsun ki, Qədir-Xum günəşinin önünü çox vaxt qara buludlar tutmuş və insanlar bu günəşin həyatverici işığınından lazımınca bəhrələnə bilməmişilər və bu günə kimi bu böyük dəryanın ləl və gövhərləri və mahiyyəti ortaya çıxarılmayıb və layiqincə qiymətləndirilməyibdir. Baxmayaraq ki, bu dəryadan qopan güclü dalğaların səxavətli əlləri, hərdənbir qiymətli daş-qaşlardan sahildə oturanlara bağışlamışdır. Bu məqaləni yazmağda hədəfim budur ki, Qədir-Xum bayramının və bu böyük və müqəddəs günün əməlləri ilə tanış olaq və görək bu gün hansı əməllərin yerinə yetirilməsi müqəddəs şəriətimiz tərəfindən lazım,  məqsədə uyğun və daha çox fəzilətlidir.Bu mövzuda söhbət açmamışdan qabaq bir-neçə məsələni siz əziz oxucuların nəzərinə çatdırmağı  zəruri və lazım bilirəm:1).Qədir-Xum bayramı günü üçün tövsiyə olunan əməllərdən məqsəd Peyğəmbərin (s) sünnətindən və bu gün üçün nəzərdə tutulmuş müstəhəb və bəyənilmiş əməllərdir.Bu müstəhəb əməllər Peyğəmbər (s) və o həzrətin (s) əhli-beytindən məsum imamlar (ə) tərəfindən çox saylı rəvayətlərdə bu günümüzə gəlib çatmışdır ki, biz bu rəvayətləri öz növbəsində sıra ilə bəyan edəcəyik, inşaəlla-təala.2). Biz dini qaynaqlarımıza nəzər saldıqda görürük ki, bu gün üçün çox sayda savab və fəzilətli əmllər mövcuddur. Bu isə onu göstərir ki, “Qədir-Xum”günü əzəmətli, İslam tarixində böyük əhəmiyyətə və həlledici rola malik bir gün kimi özünə yer tutmuşdur.  Islam dinində heç bir gün üçün nə qədər mühüm və müqəddəs bir gün olsada belə, bu sayda əməl, ayin, savab və fəzilət mövcud deyildir. Dini qaynaqlarda “Qurban, Fitir, Ərəfə və Mübahələ” kimi mübarək günlər üçün müxtəlif sayda savab və fəzilətli əməllər mövcuddur, lakin bu əməllərin hamısını bir yerə toplasaq da belə, bu əməllərin sayı “Qədir –Xum bayramı üçün bəyan olunmuş əməllərin sayına çatmayacaqdır. 3). “Qədir-Xum” bayramının ikinci mühüm xüsusiyyəti, bu gün üçün bəyan olunmuş əməllərin daha geniş dairə və əhatəyə malik və demək olar ki, bütün sahələri əhatə etməsidir. Bu günün əməllərində insan həyatının buütün sahə və mərhələləri üçün gərəkli olan əməl və səciyyəvi xüsusiyyətlərdən ən azı bir müstəhəb əməl nəzərdə tutulmuşdur. İbadətdən tutmuş ictimai və siyasi əməllərə kimi, eyibsiz, nöqsansız və kamil şəkildə bəyan olmuşdur. Hansı ki, bu əməllərin icrası insan hüquqlarının bərabərliyi, insanların səadət və xoşbəxtliyi və onların sülh və əmin-amanlıqla dolu bir həyat yaşamasına zamindir.  Başqa sözlə ifadə etsək, bu əməllərin əhatə dairəsi o qədər genişdir ki, İslam dininin kamilliyi Qədir-Xum güzgüsündə tam olaraq öz əksini tapmışdır.4). “Qədir-Xum” günün üçüncü fərdi xüsusiyyəti budur ki, bu gün üçün nəzərdə tutulmuş əməllərin fəzilət, savab və üstünlüyü özünəməxsusdur və başqa günlər və əməllər üçün belə bir fəzilət və savab qeyd olunmamışdır və demək olar ki, bu günün əməllərinin savabı və fəziləti mübarək Ramazan ayının əməllərinin savab və fəzilətindən də çoxdur.Mərhum Mirzə Cavad Ağa Təbrizi (allah rəhmət etsin) buyurmuşdur: “Qədir-Xum günü üçün bəyan olunmuş fəzilətlər, Mübarək Ramazan ayı üçün buyurulmuş fəzilətlərdən daha çoxdur”.[1]Qədir-Xum gününün əməllərini deyərkən bu fəzilətlərdən bəzilərinə işarə edəcəyik. 5). Soruşula bilər ki, nəyə görə Qədir-Xum günü üçün bu qədər çox sayda əməl və fəzilət bəyan olunmuşdur?İmam  Sadiq (ə) bu sualın cavabında buyurur: “Buna görə ki, bu əməlləri yerinə yetirməklə bu günü əzəmətli, böyük və mübarək bir gün kimi qeyd edəsən”.[2]Imam Sadiq (ə) bu kəlamı ilə iki məsələyə işarə edir: 1.                   - Qədir-Xum günü ehtiram və əzəmətlə və Qədir-Xum sahibinə layiq olaraq yad edilməlidir. 2.                   - Qədir-Xum gününün yad edilməsi bu günün özünəməxsus əməlləri ilə həyata keçirilməlidir.İndi isə bu mubarək günün bəzi əmlləri ilə tanış olaq:1.  Oruc tutmaq: Qədir-Xum günü oruc tutmağın coç fəziləti vardır ki, onu başqa savab əməllərdən istisna edir. Imam Əli (ə) buyurur: “Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”.[3]Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz.Yenədə o həzrət (ə) buyurur: “... Allah-taala Qədir-Xum” bayramı üçün ən böyük mükafatı təyin etmişdir”.[4] Imam Sadiq (ə) öz dostları və səhabələrini bu işə təşviq edib buyurardı: “Mən istəyirəm ki, siz bu günü oruc tutasınız”.[5]Yenədə o həzrət buyurur: “Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”.[6]2.  İftar vermək: Qədir-Xum gününün əməlləri arasında oruc tutan möminlərə iftar vermək xüsusi və yüksək məqama malikdir. Rəvayətlərə görə bu bayramda iftar verməyin böyük fəzilət və savabı vardır. Möminlərin ağası İmam Əli (ə) buyurur: “Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”. Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu: “ (Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”. (az fasilədən) sonra sözünə belə davam etdi: “Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”.[7] Bu hədisə oxşar başqa bir hədis də İmam Sadiqdən (ə) rəvayət olunmuşdur.[8] Bəzi rəvayətlərdə gəlmişdir ki, İmam Rza (ə) Qədir-Xum bayramı günü möminlərdən bir dəstəsini iftar üçün öz yanınında saxlayardı.[9]3.  Qardaşlıq: Vilayət günəşinin doğduğu gün yəni Qədir-Xum bayramı, qardaşlıq günüdür və qardaşlıq günü vilayət günüdür. Vilayət və qardaşlıq bir-birinə ayrılmaz tellərlə bağlıdırlar və onları bir-birinə düyünləyən halqa “iman”dır. Çünki bir tərəfdən imanın şərti vilayətdir və iman vilayətlə kamilləşir və başqa bir tərəfdən isə iman əhli bir-birilə qardaşdırlar: "Həqiqətən, mö’minlər (dində) qardaşdırlar”.[10] Bax elə buna əsasəndə  qardaşlıq peymanı bağlamaq Qədir-Xum bayramının gözəl əməllərindən biri sayılır. Bu qardaşlıq əhd-peymanı aşağıdakı şəkildə bağlanır: İki nəfərdən biri özünün sağ əlini ikinci şəxsin ssağ əlinin üzərinə qoyaraq deyir: “Mən səninlə Allah yolunda qardaş oluram və uca yardanın hüzurunda səninlə səmimiyyətli və saf olmağı qarşıma məqsəd qoyuram. Allah yolunda səninlə əl tutub və Allah-taala, mələklər, müqəddəs kitablar, peyğəmbərlər və məsum imamların (ə) hüzurunda səninlə əhd-peyman bağlayıram ki, əgər qiyamət günü Allahın rəhməti mənə şamil olub, cənnət  və şəfaət əhlindən olsam və cənnətə daxil olmaq icazəsi alsam, oraya daxil olmayacam, məgər sən də minimlə birlikdə olasan”. Sonra isə ikinci şəxs deyir: “qəbul etdim və səni şəfaət, dua və ziyarətdən başqa (ki, bu üç şeydə məni unutmamalısan), yerdə qalan bütün qardaşlır hüquqlarından səni azad edirəm”.[11]4.  Təbərra: (yəni Allahın düşmənlərind ən uzaqlaşıb, dostları ilə dostluq etmək).İmam Sadiq (ə) buyurdu: “Qədir-Xum bayramı günü əhli-beytə zülm edənlərdən uzaqlaşın və (onlardan bezar olduğunuzu aşkar edin).[12]5.  Təzə və pak libas geyinmək: İmam Sadiq (ə) buyurdu: “Möminlərə lazımdır ki, Qədir-Xum bayramında özlərinin ən təmiz, yaraşıqlı və qiymətli libaslarını geysinlər”.[13]Mərhum Mirzə Cavad Ağa Təbrizi bu əməli (təzə və yaraşıqlı geyinməyi) Qədir-Xum bayramının mühüm və zəruri əməllərindən hesab edirdi.[14]6.  Təbrik: Təbrik demək və insanlarla üzləşdikdə onlarla xoş duyğularını və sevinci bölüşdürmək, hər bir bayramın ən gözəl xüsusiyyətlərindəndir. Başqa bayramlarda olduğu kimi dini bayramlarda da möminlər sevinc və şadlıqlarını dini qardaşları ilə paylaşırlar. Bu arada bu cür təbrik və sevinc paylaşma ən-ənəsi Qədir-Xum bayramında da özünəməxsus yer tutmuşdur. Peyğəmbər (s) Qədir-Xum bayramında müsəlmanları bir-birinə təbrik deməyə təkidlə tövsiyə etdi və sevinclə möminlərə deyirdi: “Mənə təbrik deyin! Mənə təbrik deyin!”[15]İmam Sadiq (ə) möminlərə Qədir-Xum bayramında bu sözləri deməyi tövsiyə etmişdir: “Bir-birinizlə üz-üzə gəldiyiniz zaman bu duanı deyin: “Həmd və səna o Allah üçündür ki, bizləri bu günün vasitəsilə girami və əziz edib, bizi möminlərdən və imamət və vilayət sahıbləri, ədalət və haqqı yaşadanların haqqında aldığı əhd-peymana sadiq qalıb, vəfa edənlərin sırasında qərar verib və bizi qiyamət gününü inkar və təkzib edənlərdən qərar vermədi”.[16] İmam Rza (ə) buyurdu: “ (Qədir-Xum bayramında) bir- birinizlə üzləşdikdə deyin: Həmd və səna o Allah üçündür ki, bizi Əmirəlmöminin Əli ibni Əbi-Talibin (ə) vilayətinə iman gətirən və vilayət (məktəbinin) davamçılarından qərar verdi”[17].7. Təbəssüm: İmam Rza (ə) buyurdu: “... Qədir-Xum günü möminlərin üzünə təbəssümlə baxmaq (gülərüzlü olmaq) günüdür. Hər kəs Qədir-Xum günü mömin qardaşlarının üzünə təbəssüm etsə, Allah-Taala qiyamət günü o şəxsə rəhmət nəzəri ilə baxacaq, onun min arzusunu həyata keçirəcək və min istəyini qəbul edəcək və onun üçün (cənnətdə) bir qəsr tikəcək və üzünü nurani və gözəl edəcəkdir”.[18]8.  Xoş həyat: Yaxşıdır ki, möminlər Qədir-Xum günü gündəlik həyat tərzini dəyişib ailə və dostlarına daha çox vaxt ayırsınlar və gündəlik problemlərini unudub xoş əhval-ruhiyyədə olsunlar və çalışsınlar ki, problem və qayğılarını sevinc, şadlıq və səxavətlə əvəz etsinlər. Bu gün gərək imkanlı möminlər həyatın başqa problemlərini unudub daha çox pul xərcləsinlər ki, bütüb möminlər bu bayramın ürəyaçan xoş iyini və dadını duyub, dada bilsinlər. Vilayət və İmamət bayramının xoş ətrini və insanlara bağışladığı xoş əhval ruhiyyənin hamı üçün gerçəkləşməsi üçün birinci növbədə səxavətli olmaq lazımdır ki, kasıb möminlər  bu əziz və girami bayramı sıxıntılar içində keçirtməsinlər. Buna görədə imkanlı möminlərə lazımdır ki, həm öz ailələri və həm də digər möminlərə geniş mali imkanlar yaratsınlar ki, bu iş üçün Allah-Taalanın dərgahında ən yüksək mükafata layiq görüləcəklər.Imam Rza (ə) buyurdu: “Qədir-Xum günü bir gündür ki, Allah-Taala bu gün  ona ibadət edib, mömin qardaşlarına və öz ailəsinə maddi imkanlar yaradıb və bu günü qayğısız və şən keçirməyləri üçün kömək edən şəxsin mal-dövlətini çoxaldacaqdır”.[19]9. Bayram etmək: İmam Rza (ə) Qədir-Xum bayramında öz yaxınlarının və ətrafındakıların əhval-ruhiyyəsini dəyişirdi və onlarda təzə, şən və əsl bayram əhvalı yaradırdı.[20]10. Allaha müsəlmanlara bəxş etdiyi vilayət nemətinin müqabilində şükr etmək:Həzrət Peyğəmbər (s) buyurdu: “Sünnətlərimdən biri də budur ki, möminlər Qədir-Xum günü yüz dəfə bu duanı oxusunlar: Həmd və səna o Allah üçündür ki, Əli ibn Əbi Talibin (ə) vılayəti və imaməti ilə dinini kamil və nemətini tamam etdi”.[21] Imam Əli (ə) buyurur: Qədir-xum günü Allah-Taalanın sizə nəsib etdiyi “Vilayət”neməti üçün ona şükürlər edin.[22]11. “Sileyi-rəhm”(qohum-qardaşı ziyarət etmək): Qohum-qardaş və dost-aşnanın görüşünə və ziyarətinə getmək Qədir-Xum gününün gözəl və mənəvi əməllərindən biridir. Bu sünnət camaatı daha şən və təravətli və bu bayramı onların ürəyində və yadında xoş duyğularla həmişəlik olaraq həkk edir. Elə buna görədə İslam dini bu gözəl sünnətə bayram və bayramdan başqa günlərdə də əməl olunmasına təkid edir. İmam Rza (ə) buyurur: “Hər kəs, Qədir-Xum günü bir möminin ziyarət və görüşünə gedərsə Allah-Taala onun qəbrinə yetmiş nur daxil edər və qəbrini onun üçün geniş və böyük edər, hər gün yetmiç min mələk onun qəbrinin ziyarətinə gələr və onu cənnət müjdəsi ilə muştuluqlayacaqlar”[23].Yaxşı olar ki, möminlər bu gözəl sünnəti bayramların ən böyük və ən gözəli olan Qədir-Xum bayramında yaddan çıxartamasınlar ki, Qədir-Xum bayramını yaşatmaqla birlikdə camaat və qohumlar arasındakı, ülfət, səmimiyyət, dostluq və məhəbbət tellərini də möhkəmlətmiş olsunlar.12. Ziyarət: Qədir-Xum günün əməllərindən biri də möminlərin ağası Əli ibn Əbi Talibi (ə) ziyarət etməkdən ibarətdir. O Həzrətin (ə) ziyarəti iki cür mümkündür:1). O Həzrətin (ə) pak və müqəddəs hərəmində: İmam Rza (ə) Əhməd ibn Əbi Bəsr Bəzəntiyə buyurdu: “Ey Əbi Nəsrin oğlu, harada olursan ol, Qədir-Xum günü Möminlərin ağası Əli ibn Əbi Talibin (ə) müqəddəs qəbrinin kənarında hazır ol! Həqiqətən Allah-Taala bu gün mömin kişi və qadınların altımış illik günahlarını bağışlayır və mübarək Ramazan ayının Qədir gecələrində  və Fitr bayramında (cəhənnəm əzabından) azad etdiyinin  iki bərabərini azad edir”[24]. Bu zuyarətin qaydasını mərhum şeyx Əbbas Qumi “Məfatih əl-cinan” kitabında həzrəti İmam Hadidən (ə) izahlı şəkildə rəvayər etmişdir[25].2). Ümumi ziyarətlər: Bu ziyatərlərin müqəddəs hərəmə aidiyyəti yoxdur və vilayət aşiqləri eliyə bilərlər olduqları yerdən o həzrətin ziyarətinə nail olsunlar ki, bu barədə iki ünvanda ziyarətnamə mövcuddur: *- Əminəllah ziyarətnaməsi:[26] السَّلامُ عَلَيْکَ يَا أَمِينَ اللَّهِ فِي أَرْضِهِ وَ حُجَّتَهُ عَلَي عِبَادِهِ السَّلامُ عَلَيْکَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَشْهَدُ أَنَّکَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ عَمِلْتَ بِکِتَابِهِ وَ اتَّبَعْتَ سُنَنَ نَبِيِّهِ صَلَّي اللَّهُ عَلَيْهِ وَ آلِهِ حَتَّي دَعَاکَ اللَّهُ إِلَي جِوَارِهِ فَقَبَضَکَ إِلَيْهِ بِاخْتِيَارِهِ وَ أَلْزَمَ أَعْدَاءَکَ الْحُجَّةَ مَعَ مَا لَکَ مِنَ الْحُجَجِ الْبَالِغَةِ عَلَي جَمِيعِ خَلْقِهِ اللَّهُمَّ فَاجْعَلْ نَفْسِي مُطْمَئِنَّةً بِقَدَرِکَ رَاضِيَةً بِقَضَائِکَ مُولَعَةً بِذِکْرِکَ وَ دُعَائِکَ مُحِبَّةً لِصَفْوَةِ أَوْلِيَائِکَ مَحْبُوبَةً فِي أَرْضِکَ وَ سَمَائِکَ صَابِرَةً عَلَي نُزُولِ بَلائِکَ [شَاکِرَةً لِفَوَاضِلِ نَعْمَائِکَ ذَاکِرَةً لِسَوَابِغِ آلائِکَ‏] مُشْتَاقَةً إِلَي فَرْحَةِ لِقَائِکَ مُتَزَوِّدَةً التَّقْوَي لِيَوْمِ جَزَائِکَ مُسْتَنَّةً بِسُنَنِ أَوْلِيَائِکَ مُفَارِقَةً لِأَخْلاقِ أَعْدَائِکَ مَشْغُولَةً عَنِ الدُّنْيَا بِحَمْدِکَ وَ ثَنَائِکَ پس پهلوي روي مبارک خود را بر قبر گذاشت و گفت:اللَّهُمَّ إِنَّ قُلُوبَ الْمُخْبِتِينَ إِلَيْکَ وَالِهَةٌ وَ سُبُلَ الرَّاغِبِينَ إِلَيْکَ شَارِعَةٌ وَ أَعْلامَ الْقَاصِدِينَ إِلَيْکَ وَاضِحَةٌ وَ أَفْئِدَةَ الْعَارِفِينَ مِنْکَ فَازِعَةٌ وَ أَصْوَاتَ الدَّاعِينَ إِلَيْکَ صَاعِدَةٌ وَ أَبْوَابَ الْإِجَابَةِ لَهُمْ مُفَتَّحَةٌ وَ دَعْوَةَ مَنْ نَاجَاکَ مُسْتَجَابَةٌ وَ تَوْبَةَ مَنْ أَنَابَ إِلَيْکَ مَقْبُولَةٌ وَ عَبْرَةَ مَنْ بَکَي مِنْ خَوْفِکَ مَرْحُومَةٌ وَ الْإِغَاثَةَ لِمَنِ اسْتَغَاثَ بِکَ مَوْجُودَةٌ [مَبْذُولَةٌ] وَ الْإِعَانَةَ لِمَنِ اسْتَعَانَ بِکَ مَبْذُولَةٌ [مَوْجُودَةٌ] وَ عِدَاتِکَ لِعِبَادِکَ مُنْجَزَةٌ وَ زَلَلَ مَنِ اسْتَقَالَکَ مُقَالَةٌ وَ أَعْمَالَ الْعَامِلِينَ لَدَيْکَ مَحْفُوظَةٌ وَ أَرْزَاقَکَ إِلَي الْخَلائِقِ مِنْ لَدُنْکَ نَازِلَةٌ وَ عَوَائِدَ الْمَزِيدِ إِلَيْهِمْ وَاصِلَةٌ وَ ذُنُوبَ الْمُسْتَغْفِرِينَ مَغْفُورَةٌ وَ حَوَائِجَ خَلْقِکَ عِنْدَکَ مَقْضِيَّةٌ وَ جَوَائِزَ السَّائِلِينَ عِنْدَکَ مُوَفَّرَةٌ وَ عَوَائِدَ الْمَزِيدِ مُتَوَاتِرَةٌ وَ مَوَائِدَ الْمُسْتَطْعِمِينَ مُعَدَّةٌ وَ مَنَاهِلَ الظِّمَاءِ [لَدَيْکَ‏] مُتْرَعَةٌ اللَّهُمَّ فَاسْتَجِبْ دُعَائِي وَ اقْبَلْ ثَنَائِي وَ اجْمَعْ بَيْنِي وَ بَيْنَ أَوْلِيَائِي بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍّ وَ فَاطِمَةَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ إِنَّکَ وَلِيُّ نَعْمَائِي وَ مُنْتَهَي مُنَايَ وَ غَايَةُ رَجَائِي فِي مُنْقَلَبِي وَ مَثْوَايَ و در کامل الزيارة بعد از اين زيارت اين فقرات نيز مسطور است:أَنْتَ إِلَهِي وَ سَيِّدِي وَ مَوْلايَ اغْفِرْ لِأَوْلِيَائِنَا وَ کُفَّ عَنَّا أَعْدَاءَنَا وَ اشْغَلْهُمْ عَنْ أَذَانَا وَ أَظْهِرْ کَلِمَةَ الْحَقِّ وَ اجْعَلْهَا الْعُلْيَا وَ أَدْحِضْ کَلِمَةَ الْبَاطِلِ وَ اجْعَلْهَا السُّفْلَي إِنَّکَ عَلَي کُلِّ شَيْ‏ءٍ قَدِيرٌ*- İmam Sadiq (ə) rəvayər olunmuş ziyarətnamə: Bu ziyarətnamə də şeyx Əbbas Quminin “Məfatih əl-cinan” kitabında qeyd olunmuşdur.[27]13. Təmizlik işləri görmək və ev, həyət və küçəni bəzəyib, yaraşığa salmaq və bir sözlə bu müqəddəs bayram üçün hər tərəfli hazırlaşmaq: Iamam Sadiq (ə) buyurur: “Qədir-Xum” günü şadlıq, sevinc və xoşhallıq günüdür”.[28] Qədir-Xum bayramının gözəl adətlərindən biri də budur ki, müsəlmanlar bu gündə ev-eşiklərini bəzəyib və təzə libaslar geyinməklə bu günə əsil bayram əhval-ruhiyyəsi bəxş etsinlər, və başqa bayramlarla müqayisədə daha çox şadyanalıq etsinlər, çünki Qədir-Xum bayramı bayramların şahıdır. Bu əməlin böyük fəzilət və savabı vardır.[29] Imam Rza (ə) buyurur: “Qədir günü zinət və bəzənmək günüdür. Hər kəs Qədir-Xum günü üçün zinətlənsə Allah-taala onun bütün böyük və kiçik günahlarını bağışlayacaq və gələn il Qədir-Xum bayramına qədər onun yaxşılıqlarını yazıb, dərəcələrini yüksəltmək üçün mələklər göndərəcəkdir”.[30] 14. Təşəkkür: İmam Əli (ə) buyurur: “Qədir-Xum günü Allah-Taalanın sizə bağışladığı vilayət nemətinin müqabilində (uca olan Tanrıya) şükür edin”.[31]15. Sədəqə vermək: İmam Əli (ə) buyurur: “Qədir-Xum günü sədəqə verilən bir dirhəmin fəziləti başqa günlərdə sədəqə verilən iki yüz min dirhəmin fəzilətinə bərabərdir”.[32]16. Peyğəmbər (s) və əhli-beytə (ə) salam və salavat  göndərmək: İmam Sadiq (ə) buyurur: “Qədir-Xum günü  Məhəmməd və əhli-beytinə (ə) coç salam və salavat göndərin”.[33] Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədاللهمّ صَلِّ عَلي مُحمّد  و آل محمّد17.                Qonaqlıq:  Qədir-Xum günü möminlərə qonaqlıq vermək və ziyafət süfrəsinə dəvət etməyin böyük əhəmiyyət və savabı vardır. İmam Sadiq (ə) buyurur: “Qədir-Xum bayramında dini qardaşlarınızı ziyafət süfrəsinə dəvət edin”.[34]Imam Rza (ə) bu əməlin fəziləti haqqında buyurur: “Hər kəs Qədir-xum günü bir nəfər möminə yemək versə o kəs kimidir ki, bütün peyğəmbərlər və siddiqlərə yemək vermişdir”.[35]18.                İbadət: İmam Rza (ə) buyurdu: “Allah-Taala Qədir-Xum günü ibadət edənlərin mal-dövlətin çoxaldacaqdır”.[36]19.                Ətir vurmaq: Məsum İmamlar (ə) möminlərə Qədir-Xum bayramında ətir vurmağı sifariş ediblər.[37]  20.                Saleh əməl etmək: Rəvayətlərə əsasən Qədir-Xum günü yaxşı və saleh işlər etmək həştad ilin ibadətinə bərabər və altımış ilin günahının kəffarəsidir.[38] 21.                Qüsl vermək:Qədir gününün yaxşı əməllərindən biri də günün əvvəlində qusl verməkdir. Şiə alimləri bu günün qüslünün savab olmağına şəhadət vermiş və bu işi təkidli müstəhəb əməl hesab etmişlər.[39]22.                Möminlərin xahiş və istəyini həyata keçirmək: İmam Sadiq (ə) buyurur:“Qədir bayramında mömin qardaşlarınızın arzu və istəklərinə əməl edin”.[40]23.                Kömək etmək: Fəqir, zəif və ehtiyacı olanlara kömək etmək, Qədir-Xum sahibinin bu gün üçün xüsusi sifarişlərindəndir. O həzrətin (ə) göstərişinə əsasən gərək varlılar kasıblara, güclülər zəiflərə kömək etsinlər.[41]Qədir günü imkansızlara kömək etmək o qədər əhəmmyyətlidir ki, islam dinində borc istəməyin bəyənilmiş bir iş olmadığı halda, məsum imamlar (ə) qədir-xum günü başqalarına kömək etmək üçün borc almağa belə tövsiyə ediblər.İmam Əli (ə) buyurur: “Hər kəs mömin qardaşına (qədir-xum) günü kəmək etmək üçün borc alarsa, mən Allah-Taala tərəfindən zəmanət verirəm ki, sağlığında o borcu qaytarsın və əgər ömrü vəfa etməsə və dünyasın dəyişsə, o borc Allah-Taala tərəfindən onun öhdəsindən götürüləcəkdir”.[42]Bu hədisdən iki mühüm nöqtəyə toxunulur:1. Qədir gününün əhəmiyyəti və dəyərinə görə borc almaq başqa vaxtlarda bəyənilmiş bir iç olmsada bu gün üçün isə sifariş olunmuşdur.2. “Həqqün-nas” yəni başqalarını haqqını mənimsəyən adam heç vaxt Allah-taala tərəfindən bağışlanılmır, lakin Allah-taala borclun şəxsin borcu Qədir-xum günü başqasına kömək etmək üçün aldığına onu bağışlayır, yəni onun borcunu qiyamət günü borc sahibini razı salmaqla, geri qaytarmış hesab edir.24.                Əfv və güzəşt etmək: Qədir-Xum gününün müstəhəb sayılan əməllərdən biri də dini qardaşlarımızın səhv və günahlarına göz yummaq və onlarla səmimi və dostcasına əlaqə yaratmaqdır.[43] 25.                 Gülərüzlü olmaq:İmam Əli (ə) buyurur: “Bir-birinizlə gülər üzlə rəftar edin”.[44]26.                Müsavat və bərabərlik: Əli (ə) buyurur: “Özünüz və zəiflər arasında bərabərlik yaradın”.[45]27.                Əllə salamlaşmaq: İmam Əli (ə) buyurur: “Qədir-Xum günü bir-birinizlə üz-üzə gəldiyiniz zaman bir-birinizlə əl tutub salam verin”.[46]28.                Mehribançılıq: Imam Əli (ə) buyurur: İnsanların qədir günü bir-birləriylə mehriban, ülfətli və nəvazişlə rəftar etmələri, Allah-Taalanın rəhmət və ülfətinin onlara şamil olmasına səbəb olacaqdır.[47] 29.                Namaz: Qədir bayramının iki namazı vardır. Biri bayram axşamı qılınır və digəri isə bayram günü zöhrdən yarım saat qabaq qılınır.  Bayram axşamı qılınan namaz 12 rəkətdir. Hər iki rəkətdən sonra təşəhüd vardır və on ikinci rəkətin axırında təşəhüd və salam oxumalıdır. Hər rəkətdə həmd surəsindən sonra, ixlas surəsini yeddi dəfə oxunmalı və on ikinci rəkətdə həmd və ixlas surələrinin hər ikisini yeddi dəfə oxumalıdır. Bu namazın qunutunda dua oxudauqdan sonra öz hacətlərini Allah-Taaladan istəyirsən.[48]Qədir gününün namazı: Qədir-Xum günü zöhrdən yarım saat qabaq iki rəkət müstəhəb namaz qılınır. Hər rəkətdə həmd və ixlas surəsindən sonra Qədr surəsi və Ayətul-kursi on dəfə oxunur.[49] Qədir məscidinin namazı: Imam Sadiq (ə) buyurur: “Qədir-Xum məscidində namaz qılmaq savabdır”[50]. 30.                Dua:Qədir-xum bayramında dua oxumaq məsum imamlardan (ə) öz davamçılarına təkidlə sifariş olunmuşdur. Bu günə aid olan duaları oxumaq üçün Şeyx Əbbas Quminin “Məfatihul-cinan” kitabına müraciət edə bilərsiniz. Həmçinin bu dualardan bəziləri “Biharul ənvar” kimi hədis kitablarında qeyd olunmuşdur.(Biharul ənvar-cild:59, səh-318).[51]31.                Yaxşılıq və ehsan: Bir-birinizə yaxşılıq edin ki, yaxşılığınızın sayəsində Allah-Taala sizin aranızda ülfət və mehribançılığı əbədi edəcəkdir. Qədir-Xum günü yaxşılıq etmək ömrün və sərvətin artmasına səbəb olacaqdır. Imam Sadiq (ə) buyurur: “Qədir günü dini qardaşlarınıza yaxşılıq edin”[52].32.                Hədiyyə vermək: Imam Əli (ə) buyurur: “Allah-Taalanın sizlərə bəxş etdiyi nemətlərdən sizdə qohum-qardaşlarınıza hədiyyə edin”.zahra2007 | Tarix: İyul 9, 2008 16:16 | Şəxsi yazılarım | Şərhlər(0) | Baxış sayı: 34

salaf.blogfa.com

  

vehabi

Açar sözlər: cinayət 

Yazar: zahra2007 | Tarix: İyul 7, 2008 10:52 | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 26

SƏHİHEYNİN  HƏDİSLƏRİNİN MƏTN CƏHƏTİNDƏN ZƏİFLİYİ

  HƏDİSİN DEYİLİŞİ İLƏ YAZILIŞI ARASINDA OLAN FASİLƏ    Səhiheyn hədislərinin zəifliyi barədə olan bizim birinci və ikinci dəlilimiz, bu iki kitabın müəlliflərinin təəssübkeşliyi və sənədlərinin zəif olmasıdır. Bu barədə kifayət qədər söhbət olundu. İndi isə əziz oxucularımızın diqqətini üçüncü dəlilə cəlb etmək istəyirik.   Kitabın ilk səhifələrində hədis barədə müxtəsər söhbət olundu. Hədis söyləməyin və yazılışının qadağan olunması və həmçinin Peyğəmbərin (s) vəfat tarixindən Ömər ibn Əbdul-Əzizin xilafət dövrünə kimi saxta və qondarma hədislər barədə araşdırma aparıldı.  İndi isə Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih bilən bir çox şəxslər bu sualla üz-üzə dururlar:   Hədis yazılışının bir əsr boyu qadağan olunması və uzun müddət şifahi olaraq hədis söyləməyin qarşısı alinmışdı. Başqa tərəfdən isə bu dövrlərdə yalan hədis söyləyənlər çox olmuşdur. Əllərində olan bütün imkanlardan istifadə etmələrinə baxmayaraq, qondarma hədislərin tərəfdarları bu yolda kifayət qədər bəhrə əldə edə bilməmişlər. Bəli, bu uzun əsrlər boyu hədis elmi ciddi mənfi təsirlərə məruz qalmışdır.   Hədislərin mətnlərində hansı dəyişikliklər əmələ gəlmişdir?! İslam qanununda ən mühüm sənəd olan Peyğəmbər (s) sünnəsinin hansı həqiqətləri aradan getmiş və onun yerinə hansı səhv məsələlər qoyulmuşdur?!   Uzun müddət öz ata-babalarından hədis ünvanında məsələ nəql edənlər,  hədislərin İslam hökmlərinin budaqları və kökü olduğuna etiqad bəsləyərək nəql edirdilər. Lakin o hədislərin əsas kökündən, düzgün olub-olmamasından heç bir  xəbərləri yox idi.     Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih sayanlar öz qarşılarına çıxan bu suala tutarlı və qaneedici bir cavab verə bilməmişlər.    Əhli-sünnə yazıçılarının bəziləri öz yaddaşlarını kitabların və yazıların yerinə istifadə etmişlər.[1] Lakin, qeyd etmək lazımdır ki, yaddaşlar nə qədər güclü olsa belə, yazıların və sənədin yerini tuta bilməz.   Başqa bir tərəfdən, əgər hədislər az vasitə ilə kitablarda yazılmış olsaydı, qeyd olunan məsələdən qaçmaq üçün yaddaşa etimad etmək olardı. Lakin, səhiheyn kitablarını araşdırdıqda aydın olur ki, bəzən hədislər neçə vasitə ilə Peyğəmbərə (s) çatır. Bu da hədisin deyilişi ilə yazılışı arasında olan böyük məsafənin olması deməkdir. Bu özü də təbii bir məsələdir. Hər bir hədisin mənasını söyləyərkən istər–istəməz o hədisin sözlərində azaltma və artırma ehtimal olunur. Əgər bu məfhumi nəql bir neçə nəfərin vasitəsi ilə nəql olunarsa onda bu nəqlin vəziyyəti aydın olur. Bu da bizim səhiheynin hədislərinin zəifliyinə üçüncü dəlilimiz idi. İndi isə diqqətinizi dördüncü dəlilə cəlb edirik!YARIMÇIQ YAZILMIŞ HƏDİSLƏR (senzura olunmuş hədislər)   Səhihi-Buxarinin hədislərinin zəif olmasına və etibarsızlığına olan dördüncü dəlilimiz onun hədislərinin bir qisminin Buxari tərəfindən senzura[2] olunmasıdır.    Bu qəbahətli iş Buxaridə mənəvi hökmranlıq edən həmin təəssübkeşliyin təsiridir. Buna görə də şerlərdə məzmunu Əlinin (ə) fəzilətinə işarə olan hədislər və ya xəlifələrdən birinin cahilliyinə və səhvlərinə dəlil olan hədisləri kəsib atdığının şahidi oluruq. Bu əməllə hədisin əvvəlinin, ya onun axırının və bəzən də ortasından bir cümlənin ixtisar olması o fəzilətlərin və nöqsanların üzərinə pərdə asmışdır. Hədis elmi nəzərində hədislərdə dəyişiklik etmək və ya onların həqiqətini gizlətmək əmanətin qorunmasında xəyanətə mürtəkib olmaq deməkdir.    Bu əməl buna dəlildir ki, Buxari öz camesinin (səhihinin) yazılmasında bir mühəddis, təfsirçi və tarixçi kimi həqiqəti təmiz çatdırmaqla öz vəzifəsinə layiqincə əməl etməmişdir. Halbuki, öz vəzifəsinə əməl etməməklə yanaşı həm də öz səliqəsi və zövqünə uyğun gəlməyən hədisləri ixtisar etmişdir.   Belə həqiqətləri gizlətmək və ya onları ört-basdır etmək bir mühəddis üçün ən böyük xəyanətə mürtəkib olmaq deməkdir. Çünki, həqiqəti gizlətmək və onu dəyişmək özü ilə bir çox fikirləri azdıracaqdır.    Bundan əlavə, Buxarinin öz zövqi ilə hədislərin başına açdığı oyunlar bizə bunu çatdırır ki, həqiqi səhih hədislərin ən mühüm hissələri o günlərdə Buxarinin əlində olmuşdur. Lakin, onun üslubu və zövqi ilə uyğun olmadığına görə onları öz kitabında yazmamışdır. Bununla da hədislərin mühüm hissələri tədricən aradan getmişdir. Öz kitabında hansısa bir hədisi yazmaq istəyən bir şəxs hədis yazmaqda belə “üslub”u seçərsə, onun zövqi ilə uyğun olmayan hədislərlə rəftarının necə olacağı məlumdur.   İndi isə sizə belə hədislərdən bir neçəsini nümunə olaraq gətiririk:Ardi var.....  


   [1] - Əbu Kəmal Əbdul Ğəni Əbdul Xaliq Səhihi-Buxarinin muqəddiməsi , Məkkə çapı-1376.<