Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
4. ƏBDULLAH İBN ZUBEYR

5. İMRAN İBN HƏTTAN

4. ƏBDULLAH İBN ZUBEYRƏhli-sünnə məzhəbi arasında hədis ravisi kimi tanınmış və səhiheyn kitablarının hədisçilərindən biri də Zubeyr oğlu Əbdullahdır. Buxari öz səhih kitabında ondan on hədis nəql etmişdir. Əbdullah ibn Zubeyr Əlinin (ə) qatı düşmənlərindən, xəvaric, nasibi və müxalifətçilərindən biri idi. Cəməl döyüşündə atası Zubeyrin və Təlhənin olmasıyla qoşunun pişnamazı və imamətliyi ona həvalə olunmuşdu.[1]Bəzi ravilərin yazdıqlarının məzmununa əsasən o, atası Zubeyri Əli (ə) ilə düşmən olmasına məcbur etmişdi. Çünki, Əli (ə) buyurmuşdur ki:- Zubeyr, oğlu böyüyənə kimi biz Əhli-beytlə idi.”[2] Yenə də nəql olunmuşdur ki, Əli (ə) Cəməl döyüşündə elə ki, Zubeyrlə üzləşdi, buyurdu:-“Sənin ləyaqətsiz oğlun böyüyüb bizim aramızda təfriqə salana qədər, biz səni Əbdul Muttəlibin övladlarından və yaxşı kəslərdən sayırdıq.”[3]Cəməl döyüşündə elə ki, Ayişənin qoşunu “Bemaul- həvəb” adlı bir məkana yetişdi, o yerin itləri hürməklə səs-küy salmağa başladılar. Ayişə Muhəmməd ibn Təlhədən sual edərək bu məkanın adını soruşdu. Təlhə dedi: “Maul-həvəb”. Ayişə dedi:- Mən belə məsləhət görürəm ki, buradan qayıdam. Muhəmməd dedi:-Niyə? Ayişə cavab verdi:- Çünki, Allahın rəsulundan (s) eşitdim ki, öz arvadlarına nəhy edərkən belə buyurdu:- Guya görürəm ki, sizlərdən birinə “həvəb” itləri hürəcək. Sonra buyurdu:-“Ya Humeyra! Özünü gözlə ki o sən olmayasan.”Muhəmməd ibn Təlhə dedi:- Allah sənə rəhm etsin bu sözləri boşla və üstündən keç. Cəmiyyət və qoşun arasında təfriqəyə bais olma. Sonra Əbdullah ibn Zubeyr yaxınlaşdı və and içdi ki, tanıtdıranlar düzgün tanıtdırmayıblar və səhv deyiblər.  Sonra Ayişənin inamını artırmaq üçün 50 nəfəri yalandan şəhadət verərək sözünü təsdiq etməklərinə vadar etdi.[4]Vaqidinin, İbnul Kəlbinin və başqa tarixçilərin nəqlinə əsasən, İbn Zubeyrin Əli (ə) ilə düşmənçiliyi və ədavəti o yerə qədər idi ki, o qarşıya çıxan hər bir fürsətdə həzrətə hörmətsizlik edirdi. Bir müddət də xilafət iddiası etdi. 40 cümə namaz xütbəsindən Peyğəmbərin (s) adını sildi. Onun bu əməli camaata ağır gəldi və axırda etiraza səbəb oldu.İbn Zubeyr öz əməlini belə açıqlayır:- Mənim Peyğəmbərin (s) adını zikr olunmamasında məqsədim budur ki, Peyğəmbərin (s) ləyaqətsiz və geridə qalmış qohumları vardır. Peyğəmbərin (s) adını zikr etsəm onlar sevinəcəklər. Mən isə Allah elçisinin adını dilimə gətirməməkdə və onları əzməkdə məcburam.[5]5. İMRAN İBN HƏTTANİmran ibn Həttan xəvaricin rəislərindən, fəqihlərindən və onların xətiblərindəndir. Əhli-sünnənin hədis ravilərindən və ricalından biri kimi tanınmışdır. Buxari öz səhih kitabında ondan hədislər nəql etmişdir.İmranın həzrət Əli (ə) ilə düşmənçiliyi o qədər həddini aşmışdır ki, öz məşhur şerlərində İbn Mülcəmi tərifləmiş və həzrət Əlini (ə) öldürdüyü üçün behiştə daxil olacağını bildirmişdir. Onun nəzərincə, İbn Mülcəmin bu böyük cinayəti Allah qarşısında bütün dünya əhlinin əməllərindən fəzilətli olmasına və çəkisinin bütün camaatın əməllərindən ağır gəlməsinə səbəb olmuşdur. O, öz şerində deyir:يا ضربة من تقي! ما ارادبها الاليبلغ  منذي  العرش رضواناأني  لا ذكره  حينا فأحسبه  أوفي البرية عند الرحمان ميزانا[6]Əziz oxucu!   Bu, səhiheyn ravilərinin bir çoxunun həqiqi çöhrəsi idi. Belə şəxslər tərəfindən bu iki kitabda müxtəlif hədislər nəql olunmuşdur. Əziz oxuculardan xahişimiz budur ki, bir dəfə də yenidən Səhiheyn[7] kitablarının ravilərinə, onların tərcümeyi-halına diqqət etməklə, özünüz bu iki kitabın bütün hədislərinin səhihliyi barədə hökm verəsiniz.   Əvvəlki səhifələri oxumaqla həqiqətlərin üzərindən təəssübkeşlik pərdəsini götürün və Əbul Həsən Muqəddisi kimi sünni alimlərinin bəzilərinin yazılarını tapın. O yerdəki deyir: Səhiheyn kitablarının hədislərini nəql edənlərin cərgəsində duran hər bir kəs hər növ eyib, naqislik və hər cürə irad və şübhələrdən munəzzəhdir.   ..هذاجازالقنطرة [8]

    Gördüyünüz kimi bu iqtibas nə qədər də yanlış və qərəzli deyilmişdir.



[1] - İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” c-2,s-168

[2] - İstiab c-3 s-906; İbn Əbil Hədid c-2,s-167

[3] - Tarixi Təbəri c-3,s-488. Vəl imamətu vəs-siyasət c-1,s-55-56; İbn Əbil Hədid c-4,s-61-62; İstiab-Əbdullah ibn Zubeyrin şərhi halı.

[4] - Tarixi Təbəri c-3,s-458; Vəl imamət vəs-siyasət c-1,s-55-56.; İbn Əbil Hədid c-4,s-61-62.

[5] - Həmin mənbədə

[6] - Təqvalı şəxs tərəfindən vurulan bu zərbə nə gözəl zərbədir. Çünki onu Allaha yaxınlaşmaq üçün vurmuşdur.
[7] - Tərcümeye halları zikr olunan şəxslər İmran ibn Həttan istisna olmaqla hamısı Buxari və Müslümin ricalından sayılırlar. Lakin, İmran təkcə Buxarinin ricalındandır. Yeddinci babda Kitabul libas bab – Nəqzus-suvər və bab:-Lobsul-hərir və s.. yerlərdə ondan hədislər nəql olunmuşdur.
[8] - İrşadus-sari c-1, s-21.

Açar sözlər:

Yazar: zahra2007 | Tarix: İyul 1, 2008 22:25 | Hədis | Şərhlər(0) | Baxış sayı: 22

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha