Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR

4. SUDAN SORUŞMAQ ƏHVALATI

 
    Buxari “Etisam kitabında” bir hədis nəql etmişdir ki, hədisin mətni belədir:...عن ثابت عن انس قال : كنا عند عمر فقال : نهينا عن التكلف [1]   Sabit, Ənəs ibn Malikdən nəql etmişdir: - Biz Ömərin yanında idik. O, dedi:- Bizi əziyətə düşməkdən çəkindirmişlər.   Bu hədisin Buxari tərəfindən bu cür nəql olunması onun kəsilərək bir miqdarının atılmasını bildirir. Çünki, hər bir kəs onun mətninə azacıq diqqət yetirsə, bu cümlələrin düz olmamasını anlayacaqdır. Bir sözlə, atılmış cümlələrin hədisin mətnində olmaması əsassız deyildir. Bu da onu bildirir ki, hədis üzərində dəyişiklik etməklə düzəlişlər aparılmışdır!!   Şükürlər olsun ki, başqa mühəddis və alimlər bu hədisi bütöv nəql etmişlər. Bununla da Buxarinin hədislərə nisbət xəyanətinin üzərindən pərdəni götürmüşlər.    İbn Həcər Səhihi-Buxarinin şərhində hədisin mətnini belə nəql edir:...ان رجلا سأل عمر بن خطاب عن قوله و فاكهة واباً ماالاب؟! فقال عمر : نهينا عن التعمق والتكلف:   Bir kişi Ömər ibn Xəttabdan وَفَاكِهَةً وَأَبًّا ً [2]  (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdikayəsində olan “Əbb” kəlməsinin mənasını soruşdu ki, "Əbb" nədir? Ömər onun cavabında dedi: Bizi belə məsələləri fikirləşərək əziyyətə düşməkdən çəkindirmişlər.     İbn Həcər deyir:- Bu hədisin mətni Sabit tərəfindən iki yolla nəql olunmuşdur. Sonra isə belə deyir: Bu hədis başqa məzmunlarda da nəql olunmuşdur. Lakin bizim Ənəsdən nəql etdiyimiz Buxarinin qısaltdığı hədisi yaxşı tamamlaya bilər.[3]   Əziz oxucu! İbn Həcərin sözlərindən Səhihi-Buxaridə və Fəthul-bari kitabında nəql olunmuş hədisin mətnlərinin bir-biri ilə müqayisəsindən belə məlum olur ki:   Bu hədis də onlarla başqa hədislər kimi Buxarinin səliqə və zövqü ilə uyğun gəlməmiş və xəlifəyə olan xüsusi əlaqəsi ilə bir yerə sığmamışdır.  Buna görə də Buxari ən gözəl çıxış yolu hədislərin əvvəllərini və ən mühüm cümlələrini kəsib atmaqla öz əqidəsinə bu yolla xidmət etmişdir. Ona görə də əvvəli və ya axırı kəsilərək atılmamış  belə bir  hədisi oxuyan hər hansı bir şəxsin istər-istəməz zehnində bir sual onu düşündürəcəkdir. O da budur ki, əgər Qurani-Kərimin lüğətlərindən bir kəlmə və ya bir lüğətin mənası əziyyətə və zəhmətə səbəb olursa, onda gərək dini mövzuların heç biri barədə soruşulmasın və bundan sonra heç bir kəsin fikirləşməyə və sual etməyə haqqı yoxdur. Bəs elm və təlim barədə olan bu qədər fəzilətlər harada və nə vaxt faydalı olacaqdır? belə bir böyük mənsəbə sahib olan şəxs necə ola bilər ki, Müqəddəs Qurani-Kərimin lüğətlərinin mənasını yaxşı bilməsin?! (Nə yaxşı ki, ayənin aşağısında onun izahı gəlmişdir.)   Kiçik bir sualın qarşısında onun cavabı نَهَينَا olan bir şəxs böyük İslam ümmətinin rəhbərliyini necə öhdəsinə götürmüşdür?!   Bəlkə də belə sualların özü Buxarini vadar etmişdir ki, hədislərin başına oyun açmaqla onu qısa və naqis nəql etsin.   Bu hədisi bir qədər fərqli ifadələrlə tanınmış təfsirçilərdən Süyuti, İbn Kəsir, Zəməxşəri, Xazen, Bəğəvi və Hakim mustədrəkdə "Əbəsə" surəsinin təfsirində nəql etmişlər. Həmçinin Səhihi-Buxarini şərh edənlərdən İbn Həcər[4], Eyni[5] və Qəstəlani[6], lüğət bilənlərdən İbn Əsir nihayədə[7] gətirmişlər. Biz Allahın köməyi ilə kitabın ikinci cildinin xilafət bəhsində bu dörd hədis barədə geniş bəhs edəcəyik.


[1] - Səhihi-Buxari c-9 kitabul etisam bab- ma yəkrihu min kəsrətis-sual və ....

[2] - Əbəsə surəsi ayə-31

[3] - Fəthul-bari c-17, s-31.

[4] - Fəthul-bari c-17, s-31.

[5] - Umdətul qari c-10,s-35.

[6] - İrşadus-sari c-10, s-311

[7] - "Əbb" lüğətinin m'nasında


Açar sözlər: su 

Yazar: zahra2007 | Tarix: İyul 1, 2008 22:28 | Hədis | Şərhlər(0) | Baxış sayı: 22

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha