Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
5-6. OSMAN VƏ SUMƏRƏT İBN CUNDƏBİN ƏHVALATI    Buxari bəzən hədislərdə gələn aşkar adları şəxs əvəzlikləri, kinayə və ya “filankəs” kəlməsi  ilə dəyişməklə  onların həqiqi məzmununu gizlətmişdir.    1. Usamədən bir hədis nəql olunmuşdur. O, bu hədisdə Osmanın gördüyü işlərə irad etmişdir. Hədisin tərcüməsi belədir:   Usaməyə dedilər: Yaxşı olar ki, gedib Osmanla söhbət edəsən və onu bu işlərindən çəkindirəsən. Usamə cavabında dedi:- Siz elə düşünürsünüz ki mənim söhbətim sizin qulağınıza çatmalıdır?  Hansı ki mən xəlifə ilə ona irad etmədən bu barədə söhbət etmişəm. Usamə dedi:- Mən Peyğəmbərdən (s) eşitdiyim məsələdən sonra mənə əmir və hakim olan hər kəsə yaxşı adam deyə bilmərəm. Çünki, Peyğəmbər (s) buyurmuşdur ki, Qiyamət günündə bir nəfəri gətirib cəhənnəm oduna atarlar. Onun bağırsaqları od-alov içində qarnından çölə çıxar. Şiddətli ağrıların çoxluğundan dəyirman uzun qulağı kimi öz başına fırlanar. Cəhənnəm əhli onun ətrafına toplaşaraq deyərlər:- Niyə belə edirsən? Məgər yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirən sən deyildinmi? O isə deyər:- Bəli! Mən yaxşılıqlara dəvət edirdim lakin özüm yaxşı işlər görmürdüm. Pis işlərdən çəkindirirdim, amma özüm pis işlər görürdüm.[1]   Əziz oxucu! Aşağıda mətnini yazaraq Səhihi-Müslümdən nəql etdiyimiz bu hədis Usamə ibn Zeydin Osmana olan açıq iradını bildirir. Usamə İslamın mübariz şəxsiyyətlərindən biridir ki, Peyğəmbər (s) vəfatı zamanı İslam bayrağını və qoşun başçılığını ona həvalə etmiş və böyük səhabələrə başçı təyin etmişdir. Üsamə həmin o şəxsdir ki, Peyğəmbər (s) son anlarında belə, onun qoşunundan üz döndərəni lənətləmişdir. Belə bir böyük şəxsiyyətin Peyğəmbərdən (s) eşitdiyi hədisə əsaslanaraq Osmanı dəyirman uzun qulaqlarından biri və cəhənnəmdə bağırsaqları çölə çıxmış, dəhşətli əzaba tutulmuş bir şəxs kimi tanıtdırmışdır.   Bu hədisi “Müslüm” iki yolla nəql etmişdir. Hər ikisində də Osman kəlməsi gözə dəyir. Buxari də həmin hədisi iki müxtəlif yolla nəql etmişdir. Lakin, hədisə başqa don geyindirmək və onun istiqamətini dəyişmək üçün Peyğəmbər (s) və Usamənin belə bir açıq iradını, Osmanın üzərindən götürmüş və hər iki yerdə çox məharətlə davranmışdır. Bir yerdə Osman əvəzinə mətndə şəxs əvəzliyi gətirmiş və ...قيل لاسامة الا تكلم هذا... yazmışdır. Başqa yerdə isə Osman kəlməsini “filankəs” kəlməsi ilə əvəz etməklə  ...قيل لاسامة لواتيت فلاناً فكلمته.. nəql etmişdir.[2]    2. Yenə də Müslüm səhihdə və Əhməd ibn Hənbəl müsnəddə Ömər tərəfindən Bəsrəyə hakim təyin olunmuş Sumərənin şərab satdığını nəql edirlər.  Bu hadisənin mətnində Sumərənin adı iki dəfə gəlmişdir. Səhihi-Müslümdən və Müsnədi-Əhməddən bu hədisin mətnini və tərcüməsini burada qeyd edirik:   Tavus, İbn Abbasdan nəql edir:- Ömərə Sumərənin şərab satdığını xəbər verdilər. Ömər dedi:- Allah Sumərəni öldürsün. Məgər o Peyğəmbərin (s) yəhudilər barədə buyurduğu “Allah yəhudiləri öldürsün. Çünki Allah, heyvanların piyini onlara haram etmişdir. Lakin onlar Allahın əmrinin əksinə yağları bazara çıxardaraq satırdılar” kəlamını eşitməyibmi?![3]   Bu hədisi Buxari də Sumərənin yerinə "Filankəs" ibarətini gətirməklə nəql etmişdir:باع خمراً فقال قاتل الله فلاناً الم يعلم....[4] ... بلغ عمر ان فلاناً   Səhihi-Buxarini şərh edənlərin çoxu, hətta Səhihi-Müslümü şərh edən Nəvəvinin özü də həmin hədisin şərhində Buxarinin bu hədisə xəyanət etdiyini bildirmişlər. Bu nəzər də onlar tərəfindən örtülü və gizli qalmamışdır. 


[1] - عن شقيق عن اسامة بن زيد قال قيل له الا تدخل علي عثمان فتكلمه فقال اترون اني اكلمه الااسمعكم والله قد كلمته فيما بيني وبينه دون ان افتح امراً لا احب ان اگون اول من فتحه ولا اقول لا حديكون علي اميراً انه خيرالناس بعدما سمعت رسول الله (ص) يقول يؤتي بارجل يوم القيامة فيلقي في النار فتندلق اقتاب بطنه فيدوربها كمايدورالحماربالحي فيجتمع اليه اهل النار فيقولون يا فلان! مالك الم تكن تأمر بالمعروف وتنهي عن المنكر فيقول بلي قد كنت آمربالمعروف ولاآتيه وانهي عن المنكر وآتيه.   Səhihi-Müslüm c-8, Kitabu Əz-zohdu vər-rəqaiq , bab- Uqubəti mən yəmuru bil-məruf;
   [2] - Səhihi-Buxari c-4, bab-sifətun-nar; Səhihi-Buxari c-9, Kitabul fetən bab- Əlfetnətu əlləti təmucu ıəmovcul fəhr;
   [3] - ... عمروبن دينار قال اخبرني طاوس انه سمع ابن عباس يقول بلغ عمران سمرة باع خمراً فقال قاتل الله سمرة الم يعلم ان رسول الله (ص) قال قاتل الله اليهود حرمت عليهم الشحوم فحملوها فباعوهاSəhihi-Müslüm c-5 Kitabul buyu` bab-təhrimun beyul xəmri vəl meytə; Musnədi Əhməd ibn Hənbəl bab- Məsanidu Ömər ibn Xəttab c-1, s-25

   [4] -  Səhihi-Buxari c-3, Kitabul buyu`bab- لايذاب شحرالميتةولايباع


Açar sözlər: osman 

Yazar: zahra2007 | Tarix: İyul 1, 2008 22:31 | Hədis | Şərhlər(0) | Baxış sayı: 22

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha