NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
SƏHİHİ-BUXARİDƏ HƏDİSLƏRİN MƏFHUMU Səhihi-Buxarinin hədislərinin etimadsızlığına beşinci dəlilimiz, bu hədislərin bir qisminin mənalarının nəql olunması və Buxarinin hədis nəql edənlərdən eşitdiyi kəlmələrin yazılmamasıdır. Xətib Bağdadi bu barədə Buxarinin özündən nəql edir ki:- Mən Bəsrədə eşitdiyim hədislərin bir çoxunu Şamda və Şamda eşitdiyim bir çox hədisləri də Bəsrədə yazmışam. Ondan soruşdular:- Ya Əba Əbdillah! Bu hədislər bütövmü yazılmışdır?! Buxari cavabında sakit qalaraq heç nə demədi.[1] İbn Həcər deyir:- Səhihi-Buxaridə baş vermiş nadir və təəccüblü işlərdən biri də budur ki, bu kitabda bir hədis bir sənədlə nəql olunmuş, həmin hədis digər bir yerdə həmin sənədlə, lakin başqa mətn və kəlmələrlə nəql olunmuşdur. Belə ki, "Sehrun-nəbiy (s)" hədisində bu məsələ çox aydın görünür.[2] Müəllif: Əgər ətraflı araşdırılsa görərik ki, Səhihi-Buxarinin hədisləri arasında hədislərin mənalarının nəqli çoxdur. Əziz oxucu! 16 il müddətində yazılmış, öz müəllifi tərəfindən belə kitab barədə çatışmamazlıqları etiraf olunmuş, həmçinin hədislərdən birini şəhərlərin birində eşidərək bir müddətdən sonra başqa bir şəhərdə yazılması və s. kimi belə vəziyyətdə olan bir kitab hansı etimadı doğrulda bilər?! Yəqin ki bu neçə müddət ərzində hədislərin kəlmələri unudulmuş və öz yerini başqa kəlmələrə əvəz etmişdir. Bir sözlə söyləsək, bir çox hədislərin mənası dəyişilmişdir. Belə olduqda hədis öz həqiqətini itirəcək və əvvəlki hədisin mətnində olan nöqtələrin aradan getməsi ehtimalı çoxalacaqdır. Buna görə də biz Səhihi-Buxarinin mövzularının mənasının nəql olunmasını onun hədislərinin zəif olmasının səbəblərindən biri kimi hesaba alırıq. SƏHİHİ-BUXARİNİN BAŞQALARI TƏRƏFİNDƏN TAMAMLANMASI Qəstəlani deyir:- Bizim əlimizdə olan Səhihi-Buxarinin nüsxələri bablarla[3] ünvanlanmış, lakin bu bablarda heç bir hədis nəql olunmamışdır. Bundan əlavə, bəzi bablarda hədis nəql olunmuşdur ki, babların ünvanı bu hədislə uyğun deyildir. Münəzzəm olmayan bu hədislər və mətləblər bir çoxlarının iradına səbəb olmuşdur. Hafiz Əbuzər Hurəvi bu iradları həll etmək üçün belə cavab vermişdir: Buna görə də Əbuzər Hurəvi Hafiz Əbu İshaqdan, o da Əbul Vəlid Bacidən nəql etmişdir ki:- Mən Fərbərinin (Buxarinin kitab saxlayanı) yanında olan Səhihi-Buxarinin əsl nüsxəsini üzündən köçürərkən o nüsxədə tamamlanmamış və yazılmamış bir çox hədislər gördüm. Biz onların bəzilərini bir-birlərinə artırmaqla qaydaya saldıq. Bu yolla Səhihi-Buxari kamilləşdi və kitab şəkklinə düşdü.[4] Burada belə bir sual qarşıya çıxır: Başqaları tərəfindən nəzmə salınmış və tamamlanmış bu kitabın vəziyyəti qaydaya düşməzdən və tamamlanmazdan qabaq necə idi? Görəsən onu nəzmə salan kim idi? Görəsən bu şəxs özü də Buxari kimi bu kitabın hədislərində öz bildiyini etmişdir? Öz səliqəsi ilə hədisləri kitabdan silmiş və başqa hədisləri azaldıb çoxaltmaqla istədiyi hissəsini kəsib atmışdır?! Nə bilmək olar?! Bu məsələlər bizim üçün çox gizlidir. Lakin təkcə bunu deyə bilərik ki, belə olan şəraitdə başqa şəxslər tərəfindən tamamlanmış olan bu kitab hərçənd onun əsli iradlı olmasa belə, yenə öz dəyərini itirir və onun məzmununa qarşı bizim əqidə və etimadımızı zəiflədir. Biz də ürəyimizdə bu kitaba qarşı şəkk edəcəyik. Bu da Səhihi-Buxarinin hədislərinin zəifliyinə olan altıncı dəlilimiz.NƏTİCƏ : Əziz oxucu! İndiyə kimi sizə çatdırdığımız mətləblərin xülasəsi budur ki, səhih adı ilə tanınan bu iki kitabın vəziyyəti müəyyən bir həddə aydınlaşdı. Bu kitabların hədis raviləri və ricalları öz iç üzlərini bizə göstərdilər. Bundan əlavə bu iki kitabın müəlliflərinin təəssübkeşliyi məlum oldu. Səhihi-Buxaridə yarımçıq yazılmış və atılmış, mənaları nəql olunmuş hədislər barədə dəlillər açıqlandı. Bir sözlə bu iki kitabın sənəd və müəllif baxımından vəziyyəti aydın oldu. Belə acınacaqlı vəziyyətdə olan bir kitabı necə səhih adlandırmaq olar?! Peyğəmbər (s) tərəfindən necə təsdiq oluna bilər?! Bu hədislərin hamısının nəql olunmasına necə icazə verə bilər?! Görəsən Peyğəmbər (s) belə təəssübkeş əməl ilə, hədislərin bir hissəsinin silinməsi və mənalarının dəyişdirilməsi ilə razıdırmı?! Bununla belə yenə də bu kitabın Peyğəmbər (s) tərəfindən öz kitabı kimi tanıtdırılması və onu oxumağa rəğbətləndirməsinə inanmaq olarmı?! Bu sualların cavabını ruhu və fikri azad olan əziz təhqiqatçı oxucunun öz öhdəsinə həvalə edirik. Bunlar, əziz oxucuların ixtiyarında qoyduğumuz “Səhiheyn” hədislərinin zəifliyini çatdıran möhkəm dəlillərdir. Yeddinci dəlilimizi tövhid babında, səkkizincini Nubuvvət və doqquzuncu dəlilimizi isə müxtəlif bablarda oxuyacaqsınız.
[1] - Tarixi Bağdad c-2, s-11
[2] - Fəthul-bari c-10, s-186.
[3] - Bab:- yə`ni başlıq; mövzu
[4] - İrşadus-sari c-1, s-23
Açar sözlər:
