NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
BUXARİ VƏ İMAM SADİQ (Ə) Səhiheyn kitablarının ravilər bəhsində bu məsələ aydın olmuşdur ki, bu kitablarda xəvaricdən[1], nasibilərdən, Peyğəmbər (s) ailəsi ilə düşmənçilik edən şəxslərdən çoxlu hədislər nəql olunmuşdur. Xüsusilə, Buxari xəvaricin başçısı və onların fəqihlərindən olan İmran ibn Həttandan hədis nəql etmişdir. Buna baxmayaraq, Buxarinin iman və təqvası İmam Sadiqdən (ə) hətta bircə dənə belə olsun hədis nəql etməyə icazə verməmişdir. Bu məsələ o vaxt aydın olacaq ki, Buxarinin gözlərindən təəssübkeşlik pərdəsi götürülsün; zaman və məkan baxımından İmam Sadiqin (ə) şəxsiyyətinə və Buxariyə bir nəzər salaq. 1. Buxari zaman cəhətindən İmam Sadiqə (ə) çox yaxın olmuşdur. Təqribən 100 il o həzrətdən (ə) sonra dünyasını dəyişmişdir.[2] 2. Buxari altı il Hicazda İmam Sadiqin (ə) elm ocağının mərkəzində olmuşdur. Hədis öyrənmək üçün şiə məzhəbinin mərkəzi olan Bağdad və Kufə şəhərlərində yaşamışdır. Bağdad və Kufəyə çox gedib-gəlmişdir. Belə ki, səfərlərinin sayını özü də yaddan çıxarmışdır.[3] O gün İmam Sadiqin (ə) Hicaz və İraqdakı tələbələrinin sayı həddindən artıq çox idi. Fəzlin vəsiyyəti: O həzrətin elmi o qədər idi ki, bütün əhli-sünnə camaatının qulaqlarına çatmışdı. Hətta İslam ölkələrinin ən ucqar nöqtələrinə belə gedib çıxmışdı. Onun elmindən xəbəri olan hər bir şəxs o həzrətin (ə) qarşısında fiqh və hədis elmlərini bildiklərini iddia edə bilmirdi. 3. Buxari İmam Sadiqdən (ə) çoxlu hədis nəql edənlərin bir çoxundan hədislər nəql etmiş, lakin onların İmam Sadiqdən (ə) nəql etdikləri hədisləri isə tərk etmişdir. Bu şəxslər – Əbdul Vəhab Səqəfi, Xatəm ibn İsmail, Malik ibn Ənəs və Vəhəb ibn Xalid və s..- Buxarinin hədis nəql etdiyi adamlardan sayılırlar. [4] İBN TEYMİYYƏNİN ÜZÜRLÜ SƏBƏBİ Buxari İmam Sadiqdən (ə) hədis nəql etmədiyinə görə İbn Teymiyyə onun tərəfindən üzür istəyərək deyir:- Buxari Yəhya ibn Səiddən Cəfər ibn Muhəmməd barəsində bir söz eşitmişdi. Buna görə də ondan hədis nəql etməmişdir.[5] İbn Teymiyyə bu məsələni üstü örtülü bəyan etmiş və Yəhya ibn Səidin sözlərinə işarə etməklə kifayətlənmişdir. Biz isə deyirik:- Əgər İmam Sadiq (ə) fəzilət, təqva, elm və bilik baxımından məchul olsaydı, yaxud Buxari raviləri tanımaqda məlumatsız bir şəxs idisə, İbn Teymiyyənin üzrünü qəbul edərdik və Buxarini bu işinə görə üzürlü sayardıq. Həmçinin onun təəssübkeş bir şəxs olduğunu güman etməzdik. Lakin, həqiqət və gerçəklik bu ehtimalların hamısını təkzib edir və onun təəssübkeşliyini sübuta yetirir. Bundan qabaq işarə etdiyimiz kimi, İmam Sadiqin (ə) şəxsiyyəti və elmi elə bir mərhələdə deyildir ki, bir nəfərin sözünü əldə əsas tutub o həzrətin mənəvi və elmi şəxsiyyətinə şübhə ilə yanaşsınlar. Başqa cəhətdən, Buxari rical və şəxsiyyətləri tanımaqda ixtisas sahibi idi. O, öz “Ət-tarix” kitabını ricalın seçilməsi və tanınması üçün yazmışdır. Hətta ondan nəql olunmuşdur ki, belə deyir: ”Mənim yanımda əhvalatı və mətləbi olmayan hədis nəql edənlər azdır. Lakin, “Ət-tarix” adlı rical kitabımın bundan artıq geniş olmaması üçün çox açıqlama verməkdən çəkinmişəm.[6] Belə şəraitin olması ilə onun İmam Sadiqdən (ə) hədis nəql etməməsini inad və düşmənçilikdən başqa bir şey hesab etmək olarmı?! Onun Peyğəmbər (s) ailəsindən üz çevirməsini bu ailə ilə düşmən olmasından başqa bir yerə yozmaq olarmı?!
[1] - Əli (ə)-la düşmənlik edən qruplaşmalardan biri.
[2] - İmam Sadiq (ə)-ın vəfati 148 –ci il, Buxari isə 256-cı ildə baş vermişdir.
[3] - Əvvəlki səhifələrə “Buxarinin şərhi halı” bəhsinə müraciət et.
[4] - Bihil cəmi beyni ricalus-səhiheynə müraciət olunsun.
[5] - Minhacus-sunnə c-4, s-133
[6] - Tarixi Bağdad c-2,s-7; Zuhal İslam c-2, s-112.
Açar sözlər:
