Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
BUXARİ VƏ MÜSLÜMÜN PEYĞƏMBƏR AİLƏSİ İLƏ AŞKAR DÜŞMƏNÇİLİYİ     Əziz oxucu, yazımızın bu hissəsində başqa bir nöqtəni də bu bəhsə əlavə etməyi lazım bildik. Bu vasitə ilə istəyirik ki, Buxari və Müslümün Peyğəmbər ailəsinə olan, ədavət və düşmənliyi, həmçinin İbn Teymiyyənin yersiz üzrü aydın olsun:   Bu kitablara müraciət edib diqqət yetirməklə bunu başa düşürük ki, bu iki kitabın müəllifləri (Buxari və Müslüm) 2400 nəfərdən artıq ravidən hədis nəql etmişlər[1]. Nəql etdikləri hədislərin ravilərinin çoxu ya nasibi, Peyğəmbər ailəsinin düşməni və yaxud da keçmişi məchul şəxslərdir. Bu iki müəllif ya Peyğəmbər övladlarından hədis nəql etmək istəməmiş və yaxud da əgər hədis nəql etmişlərsə də özlərinin Əhli-beytin (ə) əleyhinə olan iftira, yalan və uydurmalarını nəql etmişlər. Bu səbəbdən, bu kimi iftira və uydurma hədislərin oxucuda dərin təsir buraxması və özlərinin haqlı olmalarını sübuta yetirməkdən ötrü bu hədislərin Peyğəmbər (s) ailəsindən nəql olunduğunu söyləmişlər. Buna görə də Buxari və Müslümün bu kitablarına baxarkən görürük ki, onlar Peyğəmbərin (s) əzizi olan Həsən Müctəbadan (ə) başqa, Həsən adı ilə başlayan iyirmi altı nəfər ravidən, Peyğəmbərimizin zahid övladı olan Musa ibn Cəfərdən (ə) başqa, Musa adı ilə başlayan iyirmi üç ravidən və həmçinin elmi və fəziləti dostuna və düşməninə məlum olan Peyğəmbər övladı Əli ibn Musa Ər-Rzadan (ə) başqa, Əli adı ilə başlayan otuz doqquz ravidən hədis nəql etmişlər.[2] Bəli, Buxari və Müslüm nə İmam Həsən Müctəba (ə)-dan, nə Həzrət Musa ibn Cəfərdən (ə), nə Həzrət Rza (ə), İmam Cavad (ə), İmam Hadidən (ə), nə də Buxari ilə həm əsr olan İmam Həsən Əsgəri (ə) və İmam Zamandan (ə) [3] bir dənə də olsun hədis nəql etməmiş, həmçinin imamların şəhid, Zeyd ibn Əli ibnil Hüseyn və Həsən ibn Həsəni Musənna və onlarca  imamların övladları kimi hədis raviləri və kitab sahibləri olan[4] şəxsiyyətli insanlardan hətta nümunə üçün də olsa hədis nəql etməmişlər. Buxari və Müslümün  zəhmət çəkib imamlardan nəql etdikləri və gördükləri ən böyük iş ancaq bu olmuşdur ki, İmam Seyyidus-Sacidin və Zeynul Abidinə (ə) yalan və uydurma hədisləri nisbət vermişlər. Onun mübarək dilindən nəql etmişlər ki, Əmirəl-möminin (ə) və Fatimeyi-Zəhra (s) namaza durmurdular. Rəsuli-Əkrəm (s) onları oyadardı. Əli (ə) Rəsuli-Əkrəmə (s) bir cümlə demişdi. O həzrət də Əliyə (ə) irad edərək  bu ayəni  oxumuşdur: الْإِنسَانُ أَكْثَرَشَيْءٍ جَدَلًا [5]  وَكَانَ   Həmçinin başqa bir hədisdə İmam Səccadın (ə) dilindən Həzrət Həmzənin şərab içib məst olmasını nəql etmişlər.[6] Elə bil Buxari və Müslümün əqidəsinə görə Əhli-beyt və Peyğəmbər ailəsinin bu iki hədisdən başqa səhih hədisləri nəql olunmayıbmış! Peyğəmbər itrətindən bu iki məsələdən savayı heç bir hökm və məsələ qalmayıbmış!! Allah elçisinin qardaşı Əli (ə) və onun cigər parəsi olan xanım Fatimə (s) yuxuya qalıb namaza oyanmaya bilərmi?! Bu ümmətin Harunu, Şubeyr və Şubbərin atası, Peyğəmbərin (s) elm şəhərinin qapısı olan Əli (ə) barədə  -“İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət qəbul etməyib batilə uyar)”  ayəsi[7] doğru ola bilərmi? və ya Seyyiduş-Şuhəda, Əsədullah və Əsədur-Rəsul (Allahın və Peyğəmbərin şiri) adı ilə məşhur olan, cənazəsinə yetmiş təkbirlə Peyğəmbər (s) namaz qılan bir şəxs murdar əti şərabla mahnı oxuyan qadının əli ilə içərək məst ola bilərmi?!   Məlumdur ki, yuxarıda adı çəkilmiş pak və müqəddəs insanlar haqqında deyilmiş iftiralar şəxsi qərəz və düşmənçilik xarakteri daşıyır.  


[1] - Buxari və Müslüm bu ravilərin çoxunda müştərək bəzilərində isə ayrıdırlar.

[2] - Axır vaxtlarda İmam Rza (ə) tərəfindən buyurulmuş hədislər nazik iki cildli olan kitabda Cənab Ətaredi tərəfindən toplanılmış və çap olunmuşdur.

[3] - İmam Həsən Əsgəri (ə) Buxaridən dörd il sonra vəfat etmişdir.

[4] - Şəhid Zeydin buyurduğu rəvayətlər dəfələrlə çap olunmuşdur.Hal hazırda da əlimizdə vardır.

[5]  -Kəhf surəsi ayə - 54.

[6] - Biz Allahın köməyi ilə bu iki hədisi və o cümlədən ismət xanedanının barəsində uydurulmuş başqa hədisləri bu kitabın üçüncü cildində qeyd edərək onun barəsində bəhs edəcəyik.

[7] - Həmin ayə.


Açar sözlər:

Yazar: zahra2007 | Tarix: İyul 4, 2008 22:17 | Hədis | Şərhlər(0) | Baxış sayı: 23

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha