Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
BUXARİ VƏ MÜSLÜMÜN TƏƏSSÜBKEŞLİYİ    Bu iki kitabın zəifliyinin ikinci dəlili Səhihi-Buxari və Səhihi-Müslüm kitablarının hədislərinin bir qisminin səhih olmamasının və zəifliyinin səbəblərindən biri olan, onların fövqəladə təəssübkeşliyidir. Bu iki kitabın müəlliflərinin təəssübkeşliyinin həddindən artıq çox olması yazdıqları hədislərdə belə öz əksini tapmışdır. Belə ki, təəssübkeşlik Buxaridə Müslümə nisbətən daha çox gözə dəyir.   Necə ki, “hubb” – sevgi və “boğz”- kin-küdurət həddindən artıq və ifrat dərəcəsinə  çatdıqda insanı həqiqətləri dərk etməkdən saxlayır və həqiqəti görməkdə onun gözlərini kor və eşitməkdə isə qulaqlarını kar edir. Təəssübkeşlik də insanı həqiqəti dərk etməkdən saxlayır və haqqın aşkar olmasına mane olur; insanı həqiqəti ört- basdır etməyə vadar edir. Həqiqətən təəssüb özü də “sevgi və nifrət”-in vücuda gəlməsində olan amillərdən biridir. Təəssüflər olsun ki, Buxari və Müslüm fövqəladə şəkildə təəssübkeşliyə mübtəla olmuş və bu hal onlara qalib gəlmişdir.    İndi isə onların təəssübkeşliyindən bir neçə nümunəyə işarə edirik: SƏHİHEYN KİTABLARI VƏ ƏLİ NİN (Ə) FƏZİLƏTLƏRİ    Buxari və Müslümün təəssübkeşliyinin dəlillərindən biri də budur ki, onlar Əlinin (ə) mühüm və məşhur fəzilətlərini onun xilafət məqamına ləyaqətli olmasını və hər bir cəhətdən ön cərgədə olmasını bilərəkdən nəql etməmişlər.   Bu fəzilətlər və tarixi faktlar əhli-sünnə məzhəbləri arasında qəbul olunmuş məsələlərdən biridir.   “Qədiri-Xum hədisi”, “Təthir ayəsi”, “Tayir Məşəvinin hədisi”, “Qapıların bağlanması” və “Ənə mədinətul elm və Əliyyun babuha” və s...[1] kimi hədislər bu iki kitabda gətirilməmişdir.   Bu fəzilətləri on nəfərdən çox səhabə nəql etmişlər ki, əhli-sünnənin mötəbər kitablarında  qeyd olunmuşdur.[2]    Buxari bu fəzilətləri nəql etmək istəməmiş, lakin Müaviyə üçün məxsus bir mövzu açaraq onun barəsində hədislər nəql etmişdir. Müaviyənin fəziləti barədə Peyğəmbərdən (s) heç bir hədis nəql olunduğunu tapmadığına görə, yalnız Abbasdan iki hədis nəql etmişdir. Onların biri, onun Peyğəmbər (s)-lə söhbətini, digəri isə onu fəqih adlandırdığını qeyd etmişdir.[3]    Bəli, hədis toplayan, təfsir və tarix kitabı yazmağı özünə vəzifə bilən bir şəxs səhabələrdən birinin başqası (Müaviyə) barədə olan sözünü və tərifini nəql edə bilirsə, bəs necə ola bilər ki, tarixi əzəməti və əhəmiyyəti ilə tanınan “Qədiri-Xum” barəsində olan hədisi[4]  və ya “Mən elm şəhəriyəm Əli isə onun qapısıdır” hədisini unudur.    Bu dırnaqarası etinasızlıq və unutqanlıq, Əmirəl-möminin Əlinin (ə) fəzilətlərini gizlətməkdən başqa bir şey deyildir.    Bəli, “səhiheyn” kitablarının müəllifləri öz istəklərinə uyğun olaraq bəzi həyati əhəmiyyətli məsələləri gizli saxlamaqla səy göstərmişlər ki, gələcəkdə də bu məsələlərdən heç kəsin xəbəri olmasın. Daha heç kəs xilafət məqamına kimin ləyaqətli olması barədə düşünməsin. Görəsən bu barədə - Peyğəmbərdən (s) hədis nəql olunmuşdurmu? - sualı heç kəsi düşündürməsin.   Bu məsələdə onlar müəyyən miqdarda öz məqsədlərinə nail olmuşlar. Buna görə də İbn Teymiyyə “Qədiri-Xum” hədisini rədd edərək belə deyir:    Bu hədis مَن کُنتُ مَولَاهُ فَعَلِیٌ (ع) مَولَاهُ   sihahda nəql olunmamışdır. Onu tarixçilər nəql etmişlər və düzgünlüyündə də ixtilaf vardır.” [5]  MÜSLÜMÜN ŞİƏLƏRƏ QARŞI  GÜLMƏLİ İFTİRASI    Təəssüb və şəxsi qərəzin acı nəticələrindən biri də Müslümün öz səhih kitabının müqəddiməsində şiələrə qarşı yazdığı iftiradır. Elə ki, qondarma və yanlış hədislər barədə bəhs edir, izahlı surətdə belə deyir:    -“Qondarma hədislərdən biri də şiələrin Əli (ə) barədə nəql etdikləri hədislərdir. Belə ki, bu hədisdə deyilir ki, Əli (ə) buludların arasındadır.إن الرافضة تقول إن علياً في السحاب   Müəllif: Şiə hədisləri Rəsuli-Əkrəmin (s) zamanından yazılmış və şiələrin kəlam kitablarında geniş şəkildə qeyd olunmuşdur. O cümlədən, kitabxanalar şiə kitabları ilə doludur. Bu hədis kitablarının hər hansı birində belə bir hədis tapmaq olar?! Görəsən bütün şiə mühəddislərinin və tarixçilərinin əqidəsi bu deyil ki, Əli (ə) Kufədə, məscid və mehrab arasında İbn Mülcəm Muradinin əli ilə şəhadətə nail olmuş və indiki Nəcəfi-Əşrəfdə dəfn olunmuşdur?!   Səhihi-Buxarinin və Səhihi-Müslümün  hədisləri içində zikr olunan bu hədis kimi əsası olmayan bir çox hədislər vardır. Onlara səhih donu geyindirərək müsəlmanlar arasında yaymışlar. Bu günlərdə də sünnilər həmin mətləbləri oxuyaraq onların səhih olmasını güman edir və onlara etimad bəsləyərək öz hücumlarında bu hədislərdən dəlil kimi istifadə edirlər.     Bu məsələnin kökü haradadır?!   Tarixi məlumata əsasən, Peyğəmbər (s) Qədiri-Xum günü öz mübarək əmmaməsini (Səhab)-ı iftixar taci kimi həzrət Əlinin (ə) başına qoydu. Bəzi vaxtlar Əli (ə) o əmmamə ilə Peyğəmbərin (s) yanına gedərkən, o həzrət fərəhlənərək buyururdu: أقبل علي في السحاب   Şiələr və həzrət Əlinin (ə) tərəfdarları da Peyğəmbərin (s) sözünü böyük iftixarla təkrarlayır və onun başqa səhabələrdən üstünlüyünə görə bu cümləni söyləyirdilər: جاء علي في السحاب [6]

   Lakin Müslüm hədisin əslini yazmamış, uydurma və qondarma bir hədisi onun yerinə qoyaraq şiələrə aid etmişdir.



[1] - Təthir ayəsi və Qədiri-Xum hədisini Müslüm nəql etmişdir. Lakin Qədiri-Xum hadisəsi barədə bir hədis gətirmiş və onu da təhrif etmişdir. Yüzlərlə “Qədiri-Xum” barədə olan səhih hədislərdən məhz onun bu hədisi seçməsi özü təhrifin bir növüdür.
[2] - Qayətul-məram və əbəqatu vəl qədirə müraciət olunsun.
[3] - Səhihi-Buxari c-5, Kitabul-fəzail bab –“Zikru Müaviyə”
[4] - “Mən kuntu mövlahu haza Əliyyun mövlahu”- Mən hər kimin aqasıyamsa Əli (ə) də onun ağasıdır.

[5] - Minhacus-sünnə c-4, s-12

[6] -  كان له (ص) عمامة تسمي السحاب فوهبها علي بن ابي طالب كرم الله وجهه فكان ربماطلع عليه علي كرم الله وجهه فيقول(ص):- أتاكم علي في السحاب يعني عمامته التي و هبها له .Sireye Hələbi c-3,s-369 və Əlğədir c-1-də bu dastanı geniş şəkildə mütaliə edə bilərsiniz.

Açar sözlər:

Yazar: zahra2007 | Tarix: İyul 4, 2008 22:19 | Hədis | Şərhlər(0) | Baxış sayı: 25

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha