Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
2. DƏLİ QADININ DAŞQALAQ OLUNMASI    Mötəbər kitablarda və Səhihi-Buxarinin şərhlərində, müxtəlif mətnlərdə bir hədis nəql olunmuşdur. Onun məzmunu belədir:    Zinaya mürtəkib olmuş dəli bir qadını Ömərin yanına gətirdilər. Xəlifə, o qadının daşqalaq olunmasını əmr etdi. Əmirəl-möminin Əli (ə) bu məsələdən xəbər tutdu və bu hökmün icra olmasına mane oldu. Ömər hökmün icra olunmamasının səbəbini soruşduqda Həzrət (ə) cavabında buyurdu: - Məgər neçə nəfərdən hökmün götürülməsini bilmirsənmi? Dəlidən onun dəliliyi aradan gedincə, uşaqdan yetkinliyə çatınca və həmçinin yuxuda olan şəxsdən oyanınca.[1]   Məsələnin daha aydın olması üçün Sunəni-Davuddan hədisin mətninə diqqət edin. Hədisi belə nəql edir:.... عن ابن عباس قال اتي عمر بمجنونة قدزنت فاستشار فيها اناساً فأمر بها: ان ترجم فمربها علي ابن ابي ‌‌‍طالب رض فقال ماشان هذه؟ قالوا: مجنونة بني فلانة زنت، فأمر بها عمران ترجم قال: فقال: ارجعوا بها، ثم اتاه فقال يا اميرالمؤمنين اما علمت ان القلم قدرفع عن ثلاثة، عن المجنون حتي يبرء، وعن النائم حتي يستيقظ، وعن الصبي حتي يعقل؟! قال: بلي قال: فما بال هذه ترجم قال: فارسلها قال: فارسلها قال فجعل يكبر.    Bu hədis az bir fərqlə Əhməd ibn Hənbəlin müsnədində, birinci cild səhifə yüz əlli dörddə qeyd olunmuşdur. İbn Əbdul Birr də “İstiab” kitabında bu hədisi gətirmiş və onun aşağısında bu cümləni də nəql edir:فكان عمر يقول لولا علي لهلك عمر  Əgər Əli olmasaydı, Ömər həlak olardı.”[2]     Lakin təəssüf ki, Buxari bu hədisi öz kitabında iki yerdə nəql etmiş, hər iki yerdə nəql edərkən Ömərin qəflətinə və ya cəhalətinə pərdə çəkmək üçün və yaxud Əlinin (ə) Ömərin və başqa səhabələrin əleyhinə qəzavət etməsi kimi həqiqəti tapdalamaq üçün o hədisin əvvəlini sənədi ilə bir yerdə kəsib atmışdır. Çünki, Əlinin (ə) qəzavətləri Peyğəmbərin (s) əmri və göstərişləri əsasında idi. Buxari isə həmin hədisi qısa şəkildə çıxardaraq belə nəql etmişdir: .... قال علي لعمر اما علمت ان القلم رفع عن المجنون حتي يفيق وعن الصبي حتي يدرك و عن النائم حتي يستيقظ؟    Səhihi-Buxari c-8, Kitabu Əlmuharibin bab- "La yərcimul məcnunu vəl məcnunə" Səhihi-Buxari c-7, Kitabu Əttəlaq bab-Əttəlaqu fil əğlaqi ... 3. ŞƏRABXORUN CƏZASI     Səhihi-Müslümdə və başqa sihahlarda qeyd olunmuş hədislərin məzmununa əsasən Peyğəmbərin (s) zamanında şərab içməyin cəzası şallaq vurmaq və ədəbləndirmək idi. O həzrət (s) qırx şallaq vururdu. [3]     Əbu Bəkr də öz xilafəti dövründə Peyğəmbərin (s) həmin yolu ilə getmiş və qırx şəllaq vurdurmuşdur.    Lakin, Əbu Bəkrin xilafətindən sonra Ömər bu hökmdə başqalarının sözünə baxdı və Əbdur-Rəhman ibn Ovfun məsləhəti ilə şərab içənə 40 şallaq əvəzinə 80 şallaq vurdu.    Bu məsəlinin izahına ehtiyac yoxdur. Xilafət məqamında olan və Peyğəmbərin (s) məqamını qəsb etmiş bir kəsin uzun müddət icra olunmuş bir hökmün icrasında başqaları ilə məsləhətləşməsini, Peyğəmbər (s) və əvvəlki xəlifənin əməlini tərk etməsini dərk etmək çox da çətin deyildir. Özünü müsəlmanların xəlifəsi sayan, lakin əmələ gələndə səhabələrdən birinin hökmünə və əmrinə ehtiyac duyan bir şəxs üçün belə bir sual qarşıya çıxacaq: Görəsən bu hökmü bilmirdimi? Tacirliyimi onu bu hökmü öyrənməkdən saxlamışdır? Yaxud Peyğəmbərinmi (s) əleyhinə əməl etmək istəyirdi ?    Necə olursa-olsun bu iş Buxarinin zövqünün əleyhinə olan bir işdir. Xilafət məqamını qorumaq üçün hədisin əvvəl hissəsini, yəni Peyğəmbərin (s) şallaq vurmasını və Əbu Bəkrin o həzrətdən (s) itaət etməsini nəql etmiş, lakin hədisin axır hissəsini, yəni Ömərin səhabələrlə məsləhətləşməsini isə hədisdən ixtisar etmişdir.   İndi də mətn və hədisin müqayisəsini əziz oxuculara təqdim edirik:....عن انس ابن مالك ان النبي (ص) اتي برجل قد شرب الخمر، فجلده بجريدتين نحو اربعين، قال:و فعله ابو بكر، فلما كان عمر، استشار الناس فقال عبدالرحمان ابن عوف: اخف الحدود ثمانين فامر به عمر.    Səhihi-Müslüm c-5, Kitabul hudud-bab həddul-Xəmr;... عن انس ابن مالك ان النبي (ص) ضرب في الخخمر بالجريد والنعال و جلد ابوبكر اربعين    Səhihi-Buxari c-8, Kitabul hudud bab- Ma caə fi zərbin Şaribəl xəmr; ...عن انس قال جلد النبي (ص) في الخمر بالجريد والنعال وجلد ابو بكر اربعين.    Səhihi-Buxari c-8, Kitabul hudud bab- Əz-zərbu bilcərid vən-nəal;   


[1] - İrşadus-sari c-10, s-9, Sunən İbn Davud c-2, s-402, Sunəni İbn Macə c-2, s-227.

[2] - İstiab c-3, s-39 vərəqin aşağı hissəsində çap olunmuşdur.

[3] - Bu məsələ barədə  əhli-sünnə kitablarında bəs qədər bəhs olunub araşdırılmışdır.  Burada məqsədimiz, Şiə məzhəbinin bu məsələdə olan nəzərini gətirmək deyildir.

Açar sözlər:

Yazar: zahra2007 | Tarix: İyul 4, 2008 22:21 | Hədis | Şərhlər(0) | Baxış sayı: 27

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha