Açar sözlər: hədis
Açar sözlər: elm
Açar sözlər:
…Mən ziyalı ailəsində dünyaya göz açmışam…
…Evin kiçiyiyəm...
Davamı...Açar sözlər:
Örpək bütün dinlərdə
Allah-taala bəşəri xəlq etmişdir ki, həyatın bütün sahələrində məhz Onun bəndəliyini yerinə yetirsinlər. Bu yaradılışın son qayəsidir. Rəbbimiz bu hədəfə yetişmək üçün lazım olan qayda-qanunları öz peyğəmbərləri vasitəsilə bəşərə öyrətmişdir. O, bəşərə nəyi vacib etmişsə bunu, onun xeyiri, kamilliyi-hədəfə yetişməsi üçün etmiş və onu nədən çəkindirmişsə bunu, onu süqutdan saxlamaq üçün etmişdir.
Buna əsasən, bütün dinlərdə sabit qanunlardan biri qadınların cəmiyyət içinə çıxarkən, ona məhrəm olmayan şəxslərlə üzləşərkən iffət örpəyinə pənah aparmasıdır. Örpəyin hikmətini bilən şəxs onun bütün dinlərdə vacib olduğunu bütün vicdanı ilə duyur. Ona görə ki, onun hikməti bütün insanlara xas olan təbii istəklərə söykənir. Və bilir ki, əslində cəmiyyəti sıxışdırmaq üçün deyil, onun uçuruma getməsini önləmək üçündür. Bunu qarşıdakı bəhsimizdə bütün şəffaflığı ilə duyacaqsınız
Davamı...Açar sözlər:
Müqəddəs İslam dininin nicatverici proqramları (tə`limləri) üç qismə bölünür:
a) E`tiqadi proqramlar yaxud üsulid-din;
b) Əməli proqram və göstərişlər yaxud firuid-din;
v) Əxlaq.
Əməli proqramlardan ibarət olan ikinci qism məsələlər bir sıra əmr və nəhylərdən ibarətdir ki, əmrlərin yerinə yetirilməsi və qadağan olunmuş işlərin tərk edilməsi ilə – düzgün əqidə ilə yanaşı olduqda – Allaha itaət gerçəkləşir.
Təklif yaşına yetişmiş şəxs bu kimi əmr və nəhyləri tanıyıb onları dərk etmək üçün ya ictihad edərək özü onu əlaqədar mənbələrdən əldə etməli, ya ictihad yolu ilə hökmləri əldə edən bir şəxsə təqlid etməli, ya da ehtiyata əməl etməlidir.
Deməli, mükəlləfin vəzifəsi aşağıdakı üç işdən biridir:
1. İctihad;
2. Təqlid,
3. Ehtiyat.
Davamı...Açar sözlər:
ŞƏRAB-PİSLİKLƏRİN AÇARI
İslamın təlim-tərbiyə sistemində tərk edilməsi vacib buyurulan əsas məsələlərdən biri şərabdır. Şərab ərəb sözü olub, içki mənasını ifadə edir. Lakin bir termin kimi, şərab dedikdə məstedici içkilər nəzərdə tutulur. Biz bu kiçik yazıda öncə şərabın insan həyatına vurduğu ziyanlardan söhbət açacaq, sonra isə məsələni Quran və şəriət baxımından izah etməyə çalışacağıq.
Davamı...Açar sözlər:
GEDİN TULLANMAĞINIZIN DALINCA
Bizim məmləkətdə bə`zi şeylərin pulnan olduğunu bilirdim. Əttövbə, tullanmağın yox. Bunu da bildim. Yatıb yuxuma da girməzdi ki, abituriyentlərinin əksəriyyətini qızlar təşkil edən litseylərdə, məktəblərdə, texnikum və institutlarda bizim müsəlman qızlarına idman dərsini kişi müəllimlər keçə.
Dar retuz və ya şortik geyinmiş bir dəstə yeniyetmə qızı, bir kişi qabağına qatıb kross qaçıra, hoppandıra, nə bilim onlara cürbəcür hərəkətlər etməyi öyrədə. Bunu gözümlə görməsəydim inanmazdım.
Davamı...Açar sözlər:
