Reklam verin!
NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR

Qurani-kərim səmavi kitabların axırıncısı olaraq,Allah-taala tərəfindən insanların hidayəti üçün İslam Peyğəmbəri Həzrət Məhəmməd bin Əbdullaha (s) nazil olmuşdur.

Davamı...

Açar sözlər: var 

Yazar: zahra2007 | Tarix: İyul 12, 2008 1:39 | Quran, Hədis, Məsumlar, Şəxsi yazılarım | Şərhlər(0) | Baxış sayı: 28

Bu məqalə müqəddəs dinimizin əsas mənbəyi olan Qur`ani-kərimin elm və ondan irəli gələn inkişaf və tərəqqi barəsində olan mövqeyini açıqlayır. Ümumiyyətlə nəzərə alsaq ki, son dövrlərdə xüsusilə də XIX-XX əsrlərdə elm və texnologiyanın inkişafı müxtəlif ideologiualara birbaşa tə`sir göstərmişdir, bu zaman bəhsimizin nə qədər önəmli olduğunu görərik. Tarixə nəzər saldıqda xristianlığın elm önündə, insanların ehtiyac və tərəqqisi müqabilində aciz, cavabsız olduğunu görürük və nəticədə elm və texnologiyanın inkişafı ilə din arxada qalmış, dindarlar isə “geridə qalmış” insanlar kimi tanınmışlar.

Davamı...

Açar sözlər:

Yazar: zahra2007 | Tarix: Mart 28, 2008 0:55 | Quran | Şərhlər(0) | Baxış sayı: 35

QURAN–QURAN VƏ HƏDİS BAXIMINDAN

Bismillahir Rəhmanir Rəhim

Söhbət Quranın fəzilətindən düşərsə, yaxşı olar ki, bu barədə danışmaq istəyən özünü onun əzəməti qarşısında kiçik saysın, onun dərin mənalarını dərk etməkdə aciz olduğunu etiraf etsin. Bəlkə də bu səmimi etiraf Quran barəsində nə isə deməkdən daha münasib olardı.

Quranla danışanların sözü kəsərli və məntiqli, onunla qəzavət edən şəxsin çıxardığı hökm isə ədalətli olacaqdır. Öz əməllərini onunla tətbiq edən şəxslərin aqibəti xeyirlə nəticələnəcəkdir. Hər kim insanları Qurana doğru çağırarsa, onları haqqa hidayət etmiş olar.

İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və naqis varlıq olduğu bir halda, özünün elm və qüdrəti hər şeyi əhatə edən mütləqiyyəti, hər şeyi yoxdan yaradan kamil bir varlığı dərk edə bilərmi?

Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin bəyan tərzi nə qədər güclü olsa da, Qurandan üstün və ya ona bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi məhdud varlıqdan başqa bir vücudu vəsf və ya tərif etməyi bacararmı?

Davamı...

Açar sözlər:

Yazar: zahra2007 | Tarix: Mart 28, 2008 0:33 | Quran | Şərhlər(0) | Baxış sayı: 49

 

Bismillahir Rəhmanir Rəhim

QURAN YAZILA BİLMƏZ

Müasir astronomiya, atomun quruluşu haqqındakı elm, biologiya və anatomiya uzaq keçmişdə, Qur`an göndəriləndə hələ mə`lum deyildi. Bununla belə 1400 il bundan əvvəl Qur`an insanlara göylər, yer, ulduzlar, planetlər, kainat qanunları, yerdə həyatın və insanın yaranması, uşağın ana bətnində mayalanması və onun doğulması haqqında mə`lumat vermişdir.

Davamı...

Açar sözlər:

Yazar: zahra2007 | Tarix: Mart 28, 2008 0:09 | Quran | Şərhlər(0) | Baxış sayı: 37

Azərbaycan müsəlmanları indiyə kimi «sünni» və «şiə» kəlmələrini eşitdikdə haqlı olaraq narahatlıq hissi keçirmiş və bu söhbətin aparılmamasını daha məqsədəuyğun bilmişlər. Çünki adətən «sünni» və «şiə» sözlərini işlədən şəxslər qərəzli məqsəd daşımış, iki məzhəbin fərqli xüsusiyyətlərini şişirdərək gözə soxmağa çalışmışlar.

vəhdət
vəhdətvahdatvahdat

Davamı...

Açar sözlər: vəhdət 

Yazar: zahra2007 | Tarix: Dekabr 12, 2007 20:59 | Quran | Şərhlər(0) | Baxış sayı: 68

Azərbaycan müsəlmanları indiyə kimi «sünni» və «şiə» kəlmələrini eşitdikdə haqlı olaraq narahatlıq hissi keçirmiş və bu söhbətin aparılmamasını daha məqsədəuyğun bilmişlər. Çünki adətən «sünni» və «şiə» sözlərini işlədən şəxslər qərəzli məqsəd daşımış, iki məzhəbin fərqli xüsusiyyətlərini şişirdərək gözə soxmağa çalışmışlar.

Davamı...

Açar sözlər: şiə 

Yazar: zahra2007 | Tarix: Dekabr 5, 2007 22:02 | Quran | Şərhlər(0) | Baxış sayı: 61

Qabaqki yazılar

  Yazılar cəmi: 6