Şəhid Ayətullah Mütəhhəri 1298-ci hicri şəmsi ilinin 13 bəhmən tarixində müqəddəs Məşhəd şəhərinin 75 kilometrliyində yerləşən Fəriman məntəqəsində köklü bir ruhani ailəsində dünyaya göz açdı. O 12 yaşında Məşhəd şəhərinə getdi və elmi hövzədə İslami elmlərin müqəddimə dərslərini oxumağa başladı. Murtuza Mutəhhəri 1316-ci ildə Rza xanın ruhaniyyətə qarşı kəskin mübarizəsinə və dost-tanışların narazılıqlarına rəğmən rəğmən dini təhsilini təkmilləşdirmək üçün Qum elmi hövzəsinə yollandı. O Qumda 15 il qalaraq Mirzə Mehdi Şəhidi Rəzəvi, Seyid Məhəmməd Təqi Xansari, Seyid Məhəmməd Höccət, Seyid Sədrəddin Sədr, Seyid Məhəmməd Damad, Hacıağa Hüseyn Burucerdi kimi ustadların məhzərində təhsil almışdır. Ustad Mütəhhəri fiqh və üsul dərslərini mərhum Ayətullahül-üzma Burucerdidən, Molla Sədra fəlsəfəsini, ürfan və əxlaqı İran İslam Respublikasının banisi Həzrət İmam Xomeynidən, Əbu Əli Sina fəlsəfəsini mərhum Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbaidən öyrənmişdir.
Azad düşüncə
Baxış sayı: 108
Açar sözlər: mütəhhəri
![]()
![]()
![]()




